Bəzi təsadüf və müvəqqəti ........
Bəzi təsadüf və müvəqqəti "insanlar" başqalarından diqqət və qayğı tələb etsələr də, özləri heç kimə yaxşılıq etmək istəmir, öz maraqlarına görə yaxınlarını belə qurban verirlər. Belə namərd və eqoist insanlar birinci növbədə özlərini düşünür, başqalarını heç düşünmür, onlar yalnız özləri üçün yaşayır və öz rahatlıqları, vəzifələri və pulları üçün çalışırlarlar. Elə fikirləşirlər ki, oturduqları isti yerdə Misir Fironları kimi ölənə kimi əmr sahibləri olacaqlar. Bu da pis haldır. Mərd və şərəfli insan, namərd "insan"dan fərqli olaraq əslində özünü də düşünməli, başqalarını da nəzərə almalıdır. Öz maraqlarına başqalarını qurban verməməlidir. Başqalarının bədbəxtçiliyi üzərində özlərinə və övladları üçün xoşbəxt həyat qurmamalıdır. Təəsüflər olsun ki, bu cür insanlar öz mənafelərinə görə başqalarını aldadaraq, digərlərini manipulyasiya etməklə öz xeyri üçün digərlərini istifadə etməyi də sevirlər. Onlara kimsə əvəzsiz və təmənnasız yaxşılıq etsə belə bunu dəyərləndirə bilmirlər, elə fikirləşirlər ki, bunlar balaca kresloda yekə arxaları ilə oturublarsa demək bunlara hamı borcludu. Belə tip eqoist rəhbərlər üçün başqaları vacib olmur. Başqa insanların aqibəti onları maraqlandırmır. Onlar hətta doğmalarına qarşı da soyuq olur, birinci növbədə özünü, sonra isə onları düşünürlər. Belə özünü-sevən başı boş, cibi dolu eqoist üçün yalnız bir insan mövcuddur - özü. Onun bütün xəyalları və fikirləri özü ilə bağlıdır. İnşallah elə düşünənlərin özlər vaxt zaman gələr tezliklə özü-özlərinin qanunsuz əməlləri ilə cəzalarını da öz əlləri ilə də alacaqlar. Belə yerdə deyirlər ki, özü yıxılan heç vaxt ağlamaz.
Zahir Məmmədov.