Beynəlxalq riyakarlıq
Dünyada sülhün və təhlükəsizliyin təmin olunması müasir dövrün ən qlobal problemləri sırasındadır. Qlobal problemlərin uğurlu həlli isə şübhəsiz ki, böyük ölçüdə dünya ölkələri arasında səmimi və səmərəli əməkdaşlığın, birgə qarşılıqlı fəaliyyətin təşkilindən asılıdır. Müasir Azərbaycan Respublikası da ardıcıl sülh təkliflərini daim dəstəkləyir və bu prosesə öz töhfəsini vermək üçün məqsədyönlü fəaliyyət göstərir. Ölkəmiz beynəlxalq hüquq normalarına daim sadiqlik nümayiş etdirir və bu normaların pozulmasına qarşı hər zaman öz qəti etirazını bildirir.Azərbaycan Respublikası 2020-ci ildə 44 günlük Vətən müharibəsində Zəfər əldə edərək 30 ilə yaxın müddətdə erməni işğalı altında olan torpaqlarını azad etdi. Həm də ölkəmiz atdığı bu addımla BMT məlum 4 qətnaməsinin icrasını təmin etmiş oldu. Ancaq buna baxmayaraq bəzi xarici qüvvələr münaqişənin həll olunması reallığı ilə barışmaq istəmirlər. Onlar hesab edirlər ki, Cənubi Qafqazda sülhün əldə olunması onların regiona təsir imkanlarını zəiflədəcək. Belə riyakar siyasət yürüdən dövlətlərdən biri və bəlkə də birincisi Fransadır.Azərbaycan Ermənistan ilə münasibətlərin normallaşdırılmasına hər zaman hazırdır. Ermənistan Rusiya Federasiyasının vasitəçiliyindən imtina edərsə, Azərbaycan ilə Ermənistanın xarici işlər nazirləri arasında birbaşa danışıqlar alternativ ola bilər. Artıq Ermənistan və onun havadarları anlamalıdırlar ki, Cənubi Qafqazda sülhün alternativi yoxdur.
Azər Qəhrəmanov
YAP Şəmkir Rayon Təşkilatı Aparatının Məsləhətçisi