Kanal4.az

Xəbərlərin ünvanı

Kanal4.az

SİYASƏT
Konstitusiya – insan hüquqları və ədalətin ali təminatı
SİYASƏT
Konstitusiya tariximizin mühüm mərhələləri
SİYASƏT
Sabitlik və inkişafın hüquqi əsasları
SİYASƏT
Konstitusiya müstəqil dövlətçiliyin möhkəm hüquqi təməlidir
SİYASƏT
Günay Ağamalı: Üçrəngli bayrağımız qalib xalqın qüruru, müstəqil dövlətimizin əzəmətidir – ŞƏRH
SİYASƏT
8 Noyabr xalqımızın milli qürurunun, dövlətçilik iradəsinin və tarixi ədalətin təntənəsidir
SİYASƏT
Günay Ağamalı: Şuşa Zəfəri Azərbaycanın milli qürurunun və dövlətçilik qüdrətinin təcəssümüdür
SİYASƏT
8 Noyabr – Şuşa şəhəri günü: Zəfərin zirvəsi, qürurun ünvanı
CƏMİYYƏT
Salyan Rayon Mərkəzi Xəstəxanasında 8 Noyabr – Zəfər Gününə həsr olunmuş tədbir keçirilib!
SİYASƏT
Mavi göylərdə dalğalanan milli qürurumuz
SİYASƏT
Ucalan bayrağımız, güclənən dövlətimiz
SİYASƏT
Dövlətçiliyimizin ideoloji təməli və milli birliyimizin rəmzi
SİYASƏT
Dövlət bayrağımız milli dəyərimizdir
SİYASƏT
Zəfər Yolunun Aparıcı Zirvəsi
SİYASƏT
Qalib Azərbaycanın Qürur Zirvəsi – Şuşa
SİYASƏT
8 Noyabr- Şuşanın Əbədi Ruhunun Qayıdışı
SİYASƏT
8 NOYABR – ZƏFƏR GÜNÜ: MİLLİ QÜRURUMUZUN, DÖVLƏTÇİLİYİMİZİN VƏ DÖNÜŞMƏZ İRADƏMİZİN TƏNTƏNƏSİ
SİYASƏT
Salyanda Zəfər Gününə həsr olunmuş tədbir keçirilib
SİYASƏT
Səhiyyə işçiləri ümumrayon ağacəkmə aksiyasında fəal iştirak ediblər
SİYASƏT
8 NOYABR – ZƏFƏR GÜNÜ: MİLLİ QÜRURUMUZUN, BİRLİYİMİZİN VƏ QƏHRƏMANLIĞIMIZIN TƏNTƏNƏSİ*
SİYASƏT
Zəfərin yaratdığı yeni reallıqlar və Azərbaycanın gələcək hədəfləri
SİYASƏT
Güclü iqtisadiyyat, müasir ordu və tarixi Qələbə
SİYASƏT
44 günə sığan qəhrəmanlıq və əsrlərə yazılan Zəfər
SİYASƏT
Şuşa Azərbaycan xalqının rəşadətinin, əyilməz iradəsinin simvoludur
SİYASƏT
Ana Vətən Partiyasından Tarixi Zəfərin Altıncı İldönümü İlə Bağlı BƏYANAT
SİYASƏT
Deputat: Bütün nailiyyətlər uzaqgörən siyasətin məntiqi nəticəsidir
SİYASƏT
Şuşanın azadlığı Azərbaycanın tarixi Zəfərinin və milli qürurunun təntənəsidir
SİYASƏT
Azad Şuşa dövlətimizin quruculuq əzminin və Böyük Qayıdışın rəmzidir
SİYASƏT
Şuşa Zəfəri milli qürurumuzun ən uca zirvəsidir
SİYASƏT
8 Noyabr: təqvimin qızıl hərflərlə yazılmış tarixi

Beynəlxalq riyakarlığın təzahürü

2024-02-07 18:29:13 182 baxış
Xəbər şəkil

Dünyada sülhün və təhlükəsizliyin təmin olunması müasir dövrün ən qlobal problemləri sırasındadır. Qlobal problemlərin uğurlu həlli isə şübhəsiz ki, böyük ölçüdə dünya ölkələri arasında səmimi və səmərəli əməkdaşlığın, birgə qarşılıqlı fəaliyyətin təşkilindən asılıdır. Müasir Azərbaycan Respublikası da ardıcıl sülh təkliflərini daim dəstəkləyir və bu prosesə öz töhfəsini vermək üçün məqsədyönlü fəaliyyət göstərir. Ölkəmiz beynəlxalq hüquq normalarına daim sadiqlik nümayiş etdirir və bu normaların pozulmasına qarşı hər zaman öz qəti etirazını bildirir. Azərbaycan dövləti xüsusən də mülki əhaliyə, dinc insanlara qarşı törədilmiş hərbi cinayətləri qətiyyətlə pisləyir. Lakin təəssüf ki, XXI əsrdə yaşamağımıza baxmayaraq hələ də dünyada beynəlxalq riyakarlıq təzahürləri özünü büruzə verməkdədir.
Azərbaycan Respublikası 2020-ci ildə 44 günlük Vətən müharibəsində Zəfər əldə edərək 30 ilə yaxın müddətdə erməni işğalı altında olan torpaqlarını azad etdi. Həm də ölkəmiz atdığı bu addımla BMT məlum 4 qətnaməsinin icrasını təmin etmiş oldu. Ancaq buna baxmayaraq bəzi xarici qüvvələr münaqişənin həll olunması reallığı ilə barışmaq istəmirlər. Onlar hesab edirlər ki, Cənubi Qafqazda sülhün əldə olunması onların regiona təsir imkanlarını zəiflədəcək. Belə riyakar siyasət yürüdən dövlətlərdən biri və bəlkə də birincisi Fransadır.
Dövlətimizin başçısı İlham Əliyevin  Parlamentlərarası İttifaqın Baş katibi Martin Çunqonq ilə görüşündə də bu kimi məqamlara xüsusi diqqət yönəldildi.  Belə ki, Fransanın regionda dağıdıcı siyasət həyata keçirərək od üstünə benzin tökmək prinsipindən çıxış etdiyini, Ermənistanın militarizasiya siyasəti apardığını, geosiyasi intriqaların təşəbbüskarı olduğunu bildirən Prezident İlham Əliyev rəsmi Parisin regionda vəziyyətin gərginləşməsinin səbəbkarı olduğunu, müxtəlif beynəlxalq təşkilatlarda və parlament müstəvilərində anti-Azərbaycan siyasət yürütdüyünü də diqqətə çatdırdı. Dövlətimizin başçısı Fransanın Cənubi Qafqaz regionunda aparıcı mövqeyə nail olmaq və nüfuzunu gücləndirmək məqsədilə siyasət yürütdüyünü, lakin onların bu istiqamətdəki cəhdlərinin əbəs olduğunu vurğuladı.
Prezident İlham Əliyev Avropa Şurası Parlament Assambleyasında anti-Azərbaycan xarakteri daşıyan və Azərbaycan nümayəndə heyətinin etimadnaməsinin ratifikasiya edilməməsi ilə bağlı azlıq olan bir qrupun təşəbbüsünün dialoqa xidmət etmədiyini vurğulayaraq bildirdi ki, bu, ümumiyyətlə, parlament platformasının ənənələri ilə ziddiyyət təşkil edir. Azərbaycan nümayəndə heyətinin hüquqlarının bərpa edilməli olduğunu deyən dövlətimizin başçısı diqqətə çatdırdı ki, Azərbaycan nümayəndə heyətinin hüquqları bərpa olunmayacağı təqdirdə, Azərbaycan tərəfindən də Avropa Şurası və Avropa İnsan Haqları Məhkəməsində iştirak məsələsinə yenidən baxılacaq. 
Göründüyü kimi, Azərbaycan bu gün də dünyanın ikili standartlar siyasəti ilə üz-üzədir. Ədaləti, beynəlxalq hüququ maraqlarının arxasında gizlədən, demokratik dəyərlərə hörmətsizlik edən bəzi dünya güclərinin atdıqları addımlar  etimad mühitini sıfra endirir. Ölkəmiz hər bir məsələnin beynəlxalq hüququn norma və prinsipləri əsasında həlllinə səy göstərdiyi halda Fransa kimi bu və ya digər dövlətlərə “beynəlxalq hüquq  dərsi keçən” dövlətlərin özləri atdıqları addımları ilə bu prinsiplərdən xəbərsiz olduqlarını təsdiqləyirlər. Fransa istər 30 illik işğal, istərsə də postmünaqişə dövründə öz maraqlarını Ermənistanın vasitəsi ilə həyata keçirməyə çalışır. Unudur ki, belə addımlarla özünə qarşı bir inamsızlıq yaradır. Regionda dayanıqlı sülhün təmin olunması üçün sülh müqaviləsinin imzalanması qaçılmazdır. Fransa sülh müqaviləsinin imzalanmasına maneə törətməkdənsə,  bu prosesin tezliklə reallığa çevrilməsinə dəstək olsa daha yaxşı olar. Amma görünən odur ki, dünyada hüquq probleminin həlli hələ də mümkün deyil.

Samin Əziz,
Salyan rayon Heydər Əliyev Mərkəzinin əməkdaşı, YAP fəalı,
Vətən Müharibəsi iştirakçısı

Oxşar xəbərlər

Xəbər lenti
Konstitusiya – insan hüquqları və ədalətin ali təminatı
2026-11-11
Konstitusiya tariximizin mühüm mərhələləri
2026-11-11
Sabitlik və inkişafın hüquqi əsasları
2026-11-11
Konstitusiya müstəqil dövlətçiliyin möhkəm hüquqi təməlidir
2026-11-11
Günay Ağamalı: Üçrəngli bayrağımız qalib xalqın qüruru, müstəqil dövlətimizin əzəmətidir – ŞƏRH
2026-11-09
8 Noyabr xalqımızın milli qürurunun, dövlətçilik iradəsinin və tarixi ədalətin təntənəsidir
2026-11-09
Günay Ağamalı: Şuşa Zəfəri Azərbaycanın milli qürurunun və dövlətçilik qüdrətinin təcəssümüdür
2026-11-09
8 Noyabr – Şuşa şəhəri günü: Zəfərin zirvəsi, qürurun ünvanı
2026-11-07
Salyan Rayon Mərkəzi Xəstəxanasında 8 Noyabr – Zəfər Gününə həsr olunmuş tədbir keçirilib!
2026-11-06
Mavi göylərdə dalğalanan milli qürurumuz
2026-11-06
Ucalan bayrağımız, güclənən dövlətimiz
2026-11-06
Dövlətçiliyimizin ideoloji təməli və milli birliyimizin rəmzi
2026-11-06
Dövlət bayrağımız milli dəyərimizdir
2026-11-06
Zəfər Yolunun Aparıcı Zirvəsi
2026-11-06
Qalib Azərbaycanın Qürur Zirvəsi – Şuşa
2026-11-06
8 Noyabr- Şuşanın Əbədi Ruhunun Qayıdışı
2026-11-06
8 NOYABR – ZƏFƏR GÜNÜ: MİLLİ QÜRURUMUZUN, DÖVLƏTÇİLİYİMİZİN VƏ DÖNÜŞMƏZ İRADƏMİZİN TƏNTƏNƏSİ
2026-11-05
Salyanda Zəfər Gününə həsr olunmuş tədbir keçirilib
2026-11-05
Səhiyyə işçiləri ümumrayon ağacəkmə aksiyasında fəal iştirak ediblər
2026-11-05
8 NOYABR – ZƏFƏR GÜNÜ: MİLLİ QÜRURUMUZUN, BİRLİYİMİZİN VƏ QƏHRƏMANLIĞIMIZIN TƏNTƏNƏSİ*
2026-11-05
Zəfərin yaratdığı yeni reallıqlar və Azərbaycanın gələcək hədəfləri
2026-11-05
Güclü iqtisadiyyat, müasir ordu və tarixi Qələbə
2026-11-05
44 günə sığan qəhrəmanlıq və əsrlərə yazılan Zəfər
2026-11-05
Şuşa Azərbaycan xalqının rəşadətinin, əyilməz iradəsinin simvoludur
2026-11-04

2026-11-03