Üzüm bağlarında yaz hazırlıqlarına başlanıb: məqsəd məhsuldarlığı artırmaqdır
Kənd təsərrüfatının gəlirli sahələrindən olduğuna görə fermerlər üzümçülüyə böyük maraq göstərirlər. Elə buna görə də hər il istər xaricdən gətirilən, istərsə də yerli sort üzüm tinglərindən ibarət yeni bağlar salınır.
Kanal4.az xəbər verir ki, Göygölün üzüm bağlarında hazırda qızğın təsərrüfat işlərinə start verilib. Dirəklər təmir edilir, yenilənir, məftillər lazımi səviyyəyə salınır. Ən əsası da budama işləri həyata keçirilir.Göygöl rayonunda, 718,7 ha üzüm bağı mövcuddur. Bunun 12,5 ha süfrə, 706,2 ha isə texniki üzüm sortlarıdır. Hal-hazərda üzüm bağlarında budama işlərinə başlanmışdır. Bu günə kimi 250,0 ha sahədə budama işləri başa çatdırılmışdır. Gün ərzində budama işlərində 80-100 - ə qədər mövsümi işçilər çalışırlar. Üzüm bağlarında budama işləri davam etdirilir.
