Kanal4.az

Xəbərlərin ünvanı

Kanal4.az

SİYASƏT
Konstitusiya – insan hüquqları və ədalətin ali təminatı
SİYASƏT
Konstitusiya tariximizin mühüm mərhələləri
SİYASƏT
Sabitlik və inkişafın hüquqi əsasları
SİYASƏT
Konstitusiya müstəqil dövlətçiliyin möhkəm hüquqi təməlidir
SİYASƏT
Günay Ağamalı: Üçrəngli bayrağımız qalib xalqın qüruru, müstəqil dövlətimizin əzəmətidir – ŞƏRH
SİYASƏT
8 Noyabr xalqımızın milli qürurunun, dövlətçilik iradəsinin və tarixi ədalətin təntənəsidir
SİYASƏT
Günay Ağamalı: Şuşa Zəfəri Azərbaycanın milli qürurunun və dövlətçilik qüdrətinin təcəssümüdür
SİYASƏT
8 Noyabr – Şuşa şəhəri günü: Zəfərin zirvəsi, qürurun ünvanı
CƏMİYYƏT
Salyan Rayon Mərkəzi Xəstəxanasında 8 Noyabr – Zəfər Gününə həsr olunmuş tədbir keçirilib!
SİYASƏT
Mavi göylərdə dalğalanan milli qürurumuz
SİYASƏT
Ucalan bayrağımız, güclənən dövlətimiz
SİYASƏT
Dövlətçiliyimizin ideoloji təməli və milli birliyimizin rəmzi
SİYASƏT
Dövlət bayrağımız milli dəyərimizdir
SİYASƏT
Zəfər Yolunun Aparıcı Zirvəsi
SİYASƏT
Qalib Azərbaycanın Qürur Zirvəsi – Şuşa
SİYASƏT
8 Noyabr- Şuşanın Əbədi Ruhunun Qayıdışı
SİYASƏT
8 NOYABR – ZƏFƏR GÜNÜ: MİLLİ QÜRURUMUZUN, DÖVLƏTÇİLİYİMİZİN VƏ DÖNÜŞMƏZ İRADƏMİZİN TƏNTƏNƏSİ
SİYASƏT
Salyanda Zəfər Gününə həsr olunmuş tədbir keçirilib
SİYASƏT
Səhiyyə işçiləri ümumrayon ağacəkmə aksiyasında fəal iştirak ediblər
SİYASƏT
8 NOYABR – ZƏFƏR GÜNÜ: MİLLİ QÜRURUMUZUN, BİRLİYİMİZİN VƏ QƏHRƏMANLIĞIMIZIN TƏNTƏNƏSİ*
SİYASƏT
Zəfərin yaratdığı yeni reallıqlar və Azərbaycanın gələcək hədəfləri
SİYASƏT
Güclü iqtisadiyyat, müasir ordu və tarixi Qələbə
SİYASƏT
44 günə sığan qəhrəmanlıq və əsrlərə yazılan Zəfər
SİYASƏT
Şuşa Azərbaycan xalqının rəşadətinin, əyilməz iradəsinin simvoludur
SİYASƏT
Ana Vətən Partiyasından Tarixi Zəfərin Altıncı İldönümü İlə Bağlı BƏYANAT
SİYASƏT
Deputat: Bütün nailiyyətlər uzaqgörən siyasətin məntiqi nəticəsidir
SİYASƏT
Şuşanın azadlığı Azərbaycanın tarixi Zəfərinin və milli qürurunun təntənəsidir
SİYASƏT
Azad Şuşa dövlətimizin quruculuq əzminin və Böyük Qayıdışın rəmzidir
SİYASƏT
Şuşa Zəfəri milli qürurumuzun ən uca zirvəsidir
SİYASƏT
8 Noyabr: təqvimin qızıl hərflərlə yazılmış tarixi

AŞPA son qərarı ilə Azərbaycandan qisas almaq istəyir...

2024-01-26 12:09:45 139 baxış
Xəbər şəkil

Azərbaycan 2001-ci il yanvarın 25-də AŞPA-ya rəsmən üzv qəbul olunanda üzərinə götürdüyü öhdəlikləri vicdanla yerinə yetirəcəyinə söz verməklə bərabər, üzləşdiyi problemlərin ədalətli həlli üçün bu qurumun əlindən gələni edəcəyinə çox böyük ümid bəsləyirdi. Həmin vaxt Ulu Öndər Heydər Əliyev Strasburqda Avropa Şurasının iqamətgahında rəsmi mərasimdə çıxış edərək bu təşkilatın Azərbaycanda siyasi və hüquqi islahatların aparılmasına, ərazi bütövlüyünün bərpa edilməsinə fayda verə biləcəyinə inamını ifadə etmişdi. Haqlı olaraq düşünülürdü ki, insan hüquq və azadlıqlarını özünün bir nömrəli prinsipi elan etmiş Avropa Şurası heç bir dini, milli, etnik ayrı-seçkilik qoymadan Azərbaycanın problemlərinə, xüsusilə də bir milyondan artıq qaçqınlarının hüquq və azadlıqlarının müdafiəsinə töhfə verəcək. Ötən müddət ərazində Azərbaycan nümayəndə heyəti çox böyük əziyyətlə, ardıcıl səylərlə avropalıları Ermənistanın Azərbaycan torpaqlarını işğal etməsinə və yüz minlərlə vətəndaşın öz yurd-yuvalarından didərgin düşməsinə, qaçqın düşərgələrində yaşadıqlarına inandıra bilmişdi.

Bunu AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı İltizam Yusifov söyləyib.

AŞPA-nın Ermənistan tərəfindən Azərbaycan ərazisinin bir hissəsinin işğalını pisləyən qətnamələrini xatırladan deputat deyib: “AŞPA-nın Azərbaycanın işğal olunmuş ərazilərindəki vəziyyətlə bağlı 2005-ci il yanvarın 25-də qəbul edilmiş “ATƏT-in Minsk Konfransının məşğul olduğu Dağlıq Qarabağ bölgəsindəki münaqişə” adlı 1416 saylı qətnaməsində bildirilir: “1991-ci ildə, ölkənin müstəqil dövlət kimi tanındığı dövrdə Azərbaycanın sərhədləri beynəlxalq səviyyədə tanınmışdır və Azərbaycanın həmin ərazisinə Dağlıq Qarabağ da daxil idi”. Bu qətnamədə, həmçinin qeyd edilir ki, Azərbaycan ərazisinin xeyli hissəsi hələ də Ermənistan silahlı qüvvələri tərəfindən işğal altındadır və Dağlıq Qarabağ bölgəsinə hələ də separatçı qüvvələr nəzarət edir. AŞPA azlıqların yaşadığı regional ərazilərin “mütləq ayrılmaq hüququ”na malik olduğuna dair iddiaları rədd edir”.

Deputat xatırladıb ki, AŞPA-nın 2016-cı ildə qəbul etdiyi 2085 saylı qətnamə də Ermənistanın işğalçı dövlət olduğunu təsdiqləyir. Qətnamədə ekoloji fəlakət yaradan işğalçı ölkənin cəzalandırılması, Sərsəng su anbarının dərhal Azərbaycana təhvil verilməsi qeyd olunurdu.

“Təəssüflər olsun ki, AŞPA-nın Azərbaycana verə biləcəyi fayda “sizin əraziləriniz işğal olunub, insanlarınız didərgin salınıb, amma bu problemi həll etmək bizim missiyamıza uyğun deyil”dən o tərəfə keçmədi. Bu müddət ərzində Ermənistana heç bir sanksiya tətbiq edilmədi. İntriqa, ksenofob, islamofob və türkofob yuvasına dönən bu Avropa təşkilatı çirkin oyunlar oynayan lobbiçilərin əlində oyuncağa çevrildi. Avropa İnsan Hüquqları Məhkəməsi də siyasi güclərə ruporluq edir. Xüsusilə də, Fransa, Almaniya kimi dövlətlərin iradələrinə uyğun fəaliyyət göstərən AŞPA və Avropa İnsan Hüquqları Məhkəməsi Azərbaycana və Türkiyəyə qarşı olan məsələlərə çox həssaslıqla yanaşır, qərarları sürətlə qəbul edir”, - deyə İltizam Yusifov bildirib.

O qeyd edib ki, AŞPA-nın və BMT Təhlükəsizlik Şurası kimi nüfuzlu bir qurumun icra etmədiyi qətnamələri Azərbaycan cəmi 44 gün ərzində yerinə yetirdi. Bundan üç il sonra isə Qarabağda birgünlük antiterror tədbirləri ilə Azərbaycan suverenliyini tam bərpa etdi.

“İnsan haqlarından ağız dolusu danışan avropalı siyasilər bir milyon azərbaycanlının pozulmuş hüquqlarının bərpası üçün bu günə qədər Ermənistanın əleyhinə nəsə danışıblarmı? Avropa Şurasının İnsan Hüquqları üzrə məruzəçisi Dunya Myatoviçin hazırladığı hesabatda Qərbi Azərbaycanlıların pozulmuş hüquqlarından bir cümləyə belə rast gələ bilmərsiz.

Bütün bunlar azmış kimi Fransa və Almaniya kimi dövlətlərin əlində siyasi alətə çevrilən AŞPA Azərbaycan əleyhinə olan məsələləri sürətlə müzakirəyə çıxarıb qərar qəbul etdi.

Azərbaycan dövlətini Qarabağdakı ermənilərini öz evlərindən zorakılıqla çıxarmaqda, həmməruzəçilərin bölgəyə səfərinə şərait yaratmamaqda, siyasi həbslərdə ittiham etmək qərəzli, ədalətsiz yanaşmadan başqa bir şey deyil. Hətta mən deyərdim ki, AŞPA bu qərarları ilə işğalçı üzərində parlaq Qələbə qazanan Azərbaycandan Ermənistanın qisasını almaq istəyir. Bu mənada düşünürəm ki, Azərbaycan nümayəndə heyətinin AŞPA ilə əməkdaşlığı və təşkilatda iştirakını qeyri-müəyyən müddətə dayandırmaq qərarı vaxtında atılmış addımdır. Bu qurumda uzun müddət davam edən ikili standartlar, ermənipərəst mövqe, məkrli niyyət və Azərbaycana qarşı qərəzli münasibət öz məntiqi sonluğu ilə yekunlaşdı”, - deyən deputat fikirlərini yekunlaşdırıb.

Oxşar xəbərlər

Xəbər lenti
Konstitusiya – insan hüquqları və ədalətin ali təminatı
2026-11-11
Konstitusiya tariximizin mühüm mərhələləri
2026-11-11
Sabitlik və inkişafın hüquqi əsasları
2026-11-11
Konstitusiya müstəqil dövlətçiliyin möhkəm hüquqi təməlidir
2026-11-11
Günay Ağamalı: Üçrəngli bayrağımız qalib xalqın qüruru, müstəqil dövlətimizin əzəmətidir – ŞƏRH
2026-11-09
8 Noyabr xalqımızın milli qürurunun, dövlətçilik iradəsinin və tarixi ədalətin təntənəsidir
2026-11-09
Günay Ağamalı: Şuşa Zəfəri Azərbaycanın milli qürurunun və dövlətçilik qüdrətinin təcəssümüdür
2026-11-09
8 Noyabr – Şuşa şəhəri günü: Zəfərin zirvəsi, qürurun ünvanı
2026-11-07
Salyan Rayon Mərkəzi Xəstəxanasında 8 Noyabr – Zəfər Gününə həsr olunmuş tədbir keçirilib!
2026-11-06
Mavi göylərdə dalğalanan milli qürurumuz
2026-11-06
Ucalan bayrağımız, güclənən dövlətimiz
2026-11-06
Dövlətçiliyimizin ideoloji təməli və milli birliyimizin rəmzi
2026-11-06
Dövlət bayrağımız milli dəyərimizdir
2026-11-06
Zəfər Yolunun Aparıcı Zirvəsi
2026-11-06
Qalib Azərbaycanın Qürur Zirvəsi – Şuşa
2026-11-06
8 Noyabr- Şuşanın Əbədi Ruhunun Qayıdışı
2026-11-06
8 NOYABR – ZƏFƏR GÜNÜ: MİLLİ QÜRURUMUZUN, DÖVLƏTÇİLİYİMİZİN VƏ DÖNÜŞMƏZ İRADƏMİZİN TƏNTƏNƏSİ
2026-11-05
Salyanda Zəfər Gününə həsr olunmuş tədbir keçirilib
2026-11-05
Səhiyyə işçiləri ümumrayon ağacəkmə aksiyasında fəal iştirak ediblər
2026-11-05
8 NOYABR – ZƏFƏR GÜNÜ: MİLLİ QÜRURUMUZUN, BİRLİYİMİZİN VƏ QƏHRƏMANLIĞIMIZIN TƏNTƏNƏSİ*
2026-11-05
Zəfərin yaratdığı yeni reallıqlar və Azərbaycanın gələcək hədəfləri
2026-11-05
Güclü iqtisadiyyat, müasir ordu və tarixi Qələbə
2026-11-05
44 günə sığan qəhrəmanlıq və əsrlərə yazılan Zəfər
2026-11-05
Şuşa Azərbaycan xalqının rəşadətinin, əyilməz iradəsinin simvoludur
2026-11-04

2026-11-03