Kanal4.az

Xəbərlərin ünvanı

Kanal4.az

SİYASƏT
Konstitusiya – insan hüquqları və ədalətin ali təminatı
SİYASƏT
Konstitusiya tariximizin mühüm mərhələləri
SİYASƏT
Sabitlik və inkişafın hüquqi əsasları
SİYASƏT
Konstitusiya müstəqil dövlətçiliyin möhkəm hüquqi təməlidir
SİYASƏT
Günay Ağamalı: Üçrəngli bayrağımız qalib xalqın qüruru, müstəqil dövlətimizin əzəmətidir – ŞƏRH
SİYASƏT
8 Noyabr xalqımızın milli qürurunun, dövlətçilik iradəsinin və tarixi ədalətin təntənəsidir
SİYASƏT
Günay Ağamalı: Şuşa Zəfəri Azərbaycanın milli qürurunun və dövlətçilik qüdrətinin təcəssümüdür
SİYASƏT
8 Noyabr – Şuşa şəhəri günü: Zəfərin zirvəsi, qürurun ünvanı
CƏMİYYƏT
Salyan Rayon Mərkəzi Xəstəxanasında 8 Noyabr – Zəfər Gününə həsr olunmuş tədbir keçirilib!
SİYASƏT
Mavi göylərdə dalğalanan milli qürurumuz
SİYASƏT
Ucalan bayrağımız, güclənən dövlətimiz
SİYASƏT
Dövlətçiliyimizin ideoloji təməli və milli birliyimizin rəmzi
SİYASƏT
Dövlət bayrağımız milli dəyərimizdir
SİYASƏT
Zəfər Yolunun Aparıcı Zirvəsi
SİYASƏT
Qalib Azərbaycanın Qürur Zirvəsi – Şuşa
SİYASƏT
8 Noyabr- Şuşanın Əbədi Ruhunun Qayıdışı
SİYASƏT
8 NOYABR – ZƏFƏR GÜNÜ: MİLLİ QÜRURUMUZUN, DÖVLƏTÇİLİYİMİZİN VƏ DÖNÜŞMƏZ İRADƏMİZİN TƏNTƏNƏSİ
SİYASƏT
Salyanda Zəfər Gününə həsr olunmuş tədbir keçirilib
SİYASƏT
Səhiyyə işçiləri ümumrayon ağacəkmə aksiyasında fəal iştirak ediblər
SİYASƏT
8 NOYABR – ZƏFƏR GÜNÜ: MİLLİ QÜRURUMUZUN, BİRLİYİMİZİN VƏ QƏHRƏMANLIĞIMIZIN TƏNTƏNƏSİ*
SİYASƏT
Zəfərin yaratdığı yeni reallıqlar və Azərbaycanın gələcək hədəfləri
SİYASƏT
Güclü iqtisadiyyat, müasir ordu və tarixi Qələbə
SİYASƏT
44 günə sığan qəhrəmanlıq və əsrlərə yazılan Zəfər
SİYASƏT
Şuşa Azərbaycan xalqının rəşadətinin, əyilməz iradəsinin simvoludur
SİYASƏT
Ana Vətən Partiyasından Tarixi Zəfərin Altıncı İldönümü İlə Bağlı BƏYANAT
SİYASƏT
Deputat: Bütün nailiyyətlər uzaqgörən siyasətin məntiqi nəticəsidir
SİYASƏT
Şuşanın azadlığı Azərbaycanın tarixi Zəfərinin və milli qürurunun təntənəsidir
SİYASƏT
Azad Şuşa dövlətimizin quruculuq əzminin və Böyük Qayıdışın rəmzidir
SİYASƏT
Şuşa Zəfəri milli qürurumuzun ən uca zirvəsidir
SİYASƏT
8 Noyabr: təqvimin qızıl hərflərlə yazılmış tarixi

Əsl səbəb və obyektiv həqiqət

2024-01-25 23:36:38 156 baxış
Xəbər şəkil

Avropada və dünyadakı bəzi qərəzli və ədalətsiz təsisatlar kimi, Avropa Şurası da Azərbaycanın qələbələrini, son zamanlar qazandığı uğurları qəbul edə bilmir. Qurumun deputatları bu məsələlərlə bağlı ermənipərəst, ədalətsiz və qərəzli mövqelərini xüsusilə Azərbaycanın siyasi proseslərin astanasında olduğu bir vaxtda daha açıq şəkildə nümayiş etdirirlər.
Avropa İttifaqının Xarici Əlaqələr və Təhlükəsizlik Siyasəti üzrə ali nümayəndəsi, Aİ Komissiyasının vitse-prezidenti Cozep Borrelin Azərbaycana qarşı əsassız bəyanat səsləndirməsi təsadüfi deyil. Avropa Şurasında bu mövqenin əsassız iddialarla, bəhanələrlə ifadə edilməsi təəssüf doğurur. Onlar fikirlərini bu şəkildə əsaslandırırlar ki, Azərbaycan Avropa Şurasının nümayəndələrini Laçın dəhlizinə buraxmayıb və Avropa Şurası ölkəmizdə prezident seçkilərini müşahidə etmək üçün dəvət olunmayıb. Lakin Avropa Şurası həmin təşkilatdır ki, Azərbaycan müstəqillik qazandıqdan sonra 1992-ci ildən bu təşkilata üzv olmaq üçün müraciət edib. Əslində bizim o zaman bu təşkilata üzv olmaq üçün müraciət etməyimizin əsas səbəbi keçmiş Qarabağ münaqişəsinin həlli ilə bağlı idi. Yəni, o zamanlar Azərbaycan ərazisinin bir hissəsi işğal altında idi. 1992-ci ildə etdiyimiz müraciətə təxminən 10 ildən sonra cavab verildi və 2001-ci ildə Azərbaycan Avropa Şurasının tamhüquqlu üzvü oldu. Avropa Şurasına üzv olduqdan sonra Azərbaycan ilə bu qurum arasında münasibətlər çox yüksək səviyyədə olub. Lakin münasibətlərin yüksək səviyyəsinə baxmayaraq, torpaqlarımızın 30 ilə yaxın işğal altında olduğu dönəmdə Avropa Şurası tərəfindən Ermənistana qarşı hər hansı ciddi bəyanat səsləndirilmədi, heç bir sənəd qəbul edilmədi. 
Avropa Şurası bu gün bəzi ermənipərəst qüvvələrin, bir sıra qərəzli və ədalətsiz güclərin alətinə çevrilməkdədir. Fransa və onun təsiri altına düşən Almaniya bu məsələdə Avropa Şurasının sükanını öz əlinə alıb və onu idarə edir. 
Azərbaycan Avropa Şurasının da aid olduğu coğrafiyada əhəmiyyətli mövqeyə malik dövlətdir. Bu gün onlar Azərbaycana sıradan bir üzv kimi baxmamalıdırlar. Avropa Şurasının hazırda 46 üzvü var və onlardan 27-si Avropa İttifaqına üzv dövlətdir. Həmin dövlətlərin coğrafiyasına nəzər yetirsək, Azərbaycan regionun enerji təhlükəsizliyinin təmin olunmasında əhəmiyyətli rola malikdir.Azərbaycana qarşı əsassız ittihamların səsləndirilməsi, məkrli və hiyləgər oyunların qurulması, əslində, ölkəmizdən çox Avropa Şurasına zərər verəcək. Çünki biz bütün təsisatlara, beynəlxalq hüququn subyektləri olan dövlət və təşkilatlara bərabər əməkdaşlıq qura biləcəyimiz tərəfdaş kimi baxırıq. Bu gün Avropa Şurasına Azərbaycan nə qədər lazımdırsa, Azərbaycana da Avropa Şurası bir o qədər lazımdır. Əgər bizim ümummilli maraqlarımıza və qələbəmizə kölgə salmaq istəyirsə, Avropa Şurasından çıxmaq Azərbaycan üçün hər hansı ciddi əhəmiyyət kəsb etmir. Çünki bizim əsas məqsədimiz bu təşkilatdan, onun tribunasından keçmiş münaqişə üçün istifadə etmək idi, lakin AŞPA bu istiqamətdə heç bir iş görmədi. Çünki bu təşkilat da, onun ayrı-ayrı təsisatları da keçmiş münaqişə ilə bağlı Azərbaycanın haqlı mövqeyinə qərəzli, ədalətsiz yanaşdılar.
AŞPA Azərbaycan nümayəndə heyətinin etimadnamələrinin mübahisələndirilməsi təşəbbüsünü irəli sürərkən, guya ki, bunu 7 fevralda Azərbaycanda keçiriləcək seçkiləri müşayiət etməyə dəvət edilməməsi, ölkədə "siyasi məhbus"ların olması ilə əlaqələndirsə də, əsas səbəbin Qarabağın azad olunması, suverenliyin tam bərpa edilməsi faktı ilə barışa bilməmələri, Ermənistana hər vasitə ilə dəstək olmaq siyasətindən irəli gəlir.
Bunu sübut edəcək faktlara nəzər salaq; Birincisi, Frank Şvabe təşəbbüsü irəli sürərkən çıxışında "100 mindən artıq Qarabağ ermənilərinin zorakılıqla qovulmasını, AŞPA məruzəçilərinin Laçın yoluna buraxılmamasını Azərbaycanın təşkilatla əməkdaşlıqdan yayınması kimi qiymətləndirib.İkincisi, AŞPA 23 oktyabr 2023-cü ildə "Dağlıq Qarabağda humanitar vəziyyət" adlı qətnamə qəbul edib. Həmin qətnamənin 23-cü bəndində açıq-aşkar Azərbaycan təhdid edilir, 19 sentyabrda baş tutan lokal xarakterli antiterror əməliyyatları hərbi əməliyyatlar kimi qiymətləndirilir, "Dağlıq Qarabağın erməni əhalisinin humanitar vəziyyət"indən ciddi narahatlıq ifadə edilir və ölkəmiz nümayəndə heyətinin etimadnaməsinin 2024-cü ilin ilk iclasında tanınmamayacağı ilə hədələnir. Bu siqnal o zaman verilmişdi ki, onda növbədənkənar prezident seçkiləri elan olunmamış, ümumiyyətlə bununla bağlı hər hansı bir məlumat müzakirəyə çıxarılmamışdı.Eləcə də ötən ildə AŞPA missiyalarının Azərbaycana səfər cəhdləri yalnız erməni məsələsi ilə bağlı olub və təşkilatın prioritet məsələsini "ermənilərin hüquqları" təşkil edib. AŞPA digər məsələlərlə bağlı deyil, məhz ermənilərin müdafiəsinə yönəlik "Laçın dəhlizinin blokadaya alınması"nı qınayan, eləcə də "Azərbaycan ordusunun ötən ilin sentyabrında həyata keçirdiyi və Dağlıq Qarabağın bütün erməni əhalisinin ərazini tərk etməsi ilə nəticələnən hərbi əməliyyatı"nı pisləyən qətnamələr qəbul edib.
Göründüyü kimi bütün bu proses vahid bir mərkəzdən idarə olunur və müxtəlif istiqamətlərdə Azərbaycana qarşı təzyiq göstərirlər. Ancaq bütün bu cəhdlərin heç bir mənası olmayacaq. Bizim üçün nə qədər AŞPA önəmli idisə, Azərbaycan ondan da artıq səviyyədə Avropa üçün önəmli bir tərəfdaşdır vəbu reallığı heç zaman unutmamalıdırlar.

   Könül Rəhimova,

Salyan şəhər 4 saylı tam orta məktəbin direktor müavini

Oxşar xəbərlər

Xəbər lenti
Konstitusiya – insan hüquqları və ədalətin ali təminatı
2026-11-11
Konstitusiya tariximizin mühüm mərhələləri
2026-11-11
Sabitlik və inkişafın hüquqi əsasları
2026-11-11
Konstitusiya müstəqil dövlətçiliyin möhkəm hüquqi təməlidir
2026-11-11
Günay Ağamalı: Üçrəngli bayrağımız qalib xalqın qüruru, müstəqil dövlətimizin əzəmətidir – ŞƏRH
2026-11-09
8 Noyabr xalqımızın milli qürurunun, dövlətçilik iradəsinin və tarixi ədalətin təntənəsidir
2026-11-09
Günay Ağamalı: Şuşa Zəfəri Azərbaycanın milli qürurunun və dövlətçilik qüdrətinin təcəssümüdür
2026-11-09
8 Noyabr – Şuşa şəhəri günü: Zəfərin zirvəsi, qürurun ünvanı
2026-11-07
Salyan Rayon Mərkəzi Xəstəxanasında 8 Noyabr – Zəfər Gününə həsr olunmuş tədbir keçirilib!
2026-11-06
Mavi göylərdə dalğalanan milli qürurumuz
2026-11-06
Ucalan bayrağımız, güclənən dövlətimiz
2026-11-06
Dövlətçiliyimizin ideoloji təməli və milli birliyimizin rəmzi
2026-11-06
Dövlət bayrağımız milli dəyərimizdir
2026-11-06
Zəfər Yolunun Aparıcı Zirvəsi
2026-11-06
Qalib Azərbaycanın Qürur Zirvəsi – Şuşa
2026-11-06
8 Noyabr- Şuşanın Əbədi Ruhunun Qayıdışı
2026-11-06
8 NOYABR – ZƏFƏR GÜNÜ: MİLLİ QÜRURUMUZUN, DÖVLƏTÇİLİYİMİZİN VƏ DÖNÜŞMƏZ İRADƏMİZİN TƏNTƏNƏSİ
2026-11-05
Salyanda Zəfər Gününə həsr olunmuş tədbir keçirilib
2026-11-05
Səhiyyə işçiləri ümumrayon ağacəkmə aksiyasında fəal iştirak ediblər
2026-11-05
8 NOYABR – ZƏFƏR GÜNÜ: MİLLİ QÜRURUMUZUN, BİRLİYİMİZİN VƏ QƏHRƏMANLIĞIMIZIN TƏNTƏNƏSİ*
2026-11-05
Zəfərin yaratdığı yeni reallıqlar və Azərbaycanın gələcək hədəfləri
2026-11-05
Güclü iqtisadiyyat, müasir ordu və tarixi Qələbə
2026-11-05
44 günə sığan qəhrəmanlıq və əsrlərə yazılan Zəfər
2026-11-05
Şuşa Azərbaycan xalqının rəşadətinin, əyilməz iradəsinin simvoludur
2026-11-04

2026-11-03