25 yanvar 1988-ci ildə Qafan rayonunda yaşayan azərbaycanlılar ermənilər tərəfindən qovulmuşdur
25 yanvar 1988-ci ildə Qafan rayonunda yaşayan azərbaycanlılar ermənilər tərəfindən qovulmuşdur. 1988-ci ilin bu günündən erməni separatçılarının etnik təmizləmə siyasətinin ilk dalğası nəticəsində minlərlə azərbaycanlı doğma yurdlarını tərk etməyə məcbur oldu. Lakin o vaxtkı Azərbaycan rəhbərliyi bu fakta laqeyd münasibət bəsləyərək seyrçi mövqe tutdu. Nəticədə sonralar Ermənistan ərazisindəki bütün azərbaycanlılar tarixi vətənlərindən didərgin düşdülər.
Qafan rayonu — Ermənistan SSR və Ermənistan Respublikası ərazisində 1930-1995-ci illər aralığında mövcud olmuş rayon. Mərkəzi Qafan şəhəri idi. Zəngəzurda azərbaycanlıların tarixən ən geniş məskunlaşdığı rayon Qafan (hazırda Kapan) rayonu sayılır. Zəngəzur Ermənistana verildikdən sonra Qafan rayonu inzibati ərazi kimi 1930-cu il sentyabrın 9-da təşkil olunmuşdur. Qafan rayonu Qubadlı, Qarakilsə, Gorus, Meğri, Ordubad və Zəngilan rayonları ilə həmsərhəddir. Ərazisi 1.345 kv.km təşkil edir. Əhalinin orta sıxlığı 1988-ci ildə hər kvadrat kilometrdə 22 nəfər, Qafan şəhərinin özün¬də isə 300 nəfər təşkil etmişdir.
Zahir Məmmədov.