Kanal4.az

Xəbərlərin ünvanı

Kanal4.az

SİYASƏT
Konstitusiya – insan hüquqları və ədalətin ali təminatı
SİYASƏT
Konstitusiya tariximizin mühüm mərhələləri
SİYASƏT
Sabitlik və inkişafın hüquqi əsasları
SİYASƏT
Konstitusiya müstəqil dövlətçiliyin möhkəm hüquqi təməlidir
SİYASƏT
Günay Ağamalı: Üçrəngli bayrağımız qalib xalqın qüruru, müstəqil dövlətimizin əzəmətidir – ŞƏRH
SİYASƏT
8 Noyabr xalqımızın milli qürurunun, dövlətçilik iradəsinin və tarixi ədalətin təntənəsidir
SİYASƏT
Günay Ağamalı: Şuşa Zəfəri Azərbaycanın milli qürurunun və dövlətçilik qüdrətinin təcəssümüdür
SİYASƏT
8 Noyabr – Şuşa şəhəri günü: Zəfərin zirvəsi, qürurun ünvanı
CƏMİYYƏT
Salyan Rayon Mərkəzi Xəstəxanasında 8 Noyabr – Zəfər Gününə həsr olunmuş tədbir keçirilib!
SİYASƏT
Mavi göylərdə dalğalanan milli qürurumuz
SİYASƏT
Ucalan bayrağımız, güclənən dövlətimiz
SİYASƏT
Dövlətçiliyimizin ideoloji təməli və milli birliyimizin rəmzi
SİYASƏT
Dövlət bayrağımız milli dəyərimizdir
SİYASƏT
Zəfər Yolunun Aparıcı Zirvəsi
SİYASƏT
Qalib Azərbaycanın Qürur Zirvəsi – Şuşa
SİYASƏT
8 Noyabr- Şuşanın Əbədi Ruhunun Qayıdışı
SİYASƏT
8 NOYABR – ZƏFƏR GÜNÜ: MİLLİ QÜRURUMUZUN, DÖVLƏTÇİLİYİMİZİN VƏ DÖNÜŞMƏZ İRADƏMİZİN TƏNTƏNƏSİ
SİYASƏT
Salyanda Zəfər Gününə həsr olunmuş tədbir keçirilib
SİYASƏT
Səhiyyə işçiləri ümumrayon ağacəkmə aksiyasında fəal iştirak ediblər
SİYASƏT
8 NOYABR – ZƏFƏR GÜNÜ: MİLLİ QÜRURUMUZUN, BİRLİYİMİZİN VƏ QƏHRƏMANLIĞIMIZIN TƏNTƏNƏSİ*
SİYASƏT
Zəfərin yaratdığı yeni reallıqlar və Azərbaycanın gələcək hədəfləri
SİYASƏT
Güclü iqtisadiyyat, müasir ordu və tarixi Qələbə
SİYASƏT
44 günə sığan qəhrəmanlıq və əsrlərə yazılan Zəfər
SİYASƏT
Şuşa Azərbaycan xalqının rəşadətinin, əyilməz iradəsinin simvoludur
SİYASƏT
Ana Vətən Partiyasından Tarixi Zəfərin Altıncı İldönümü İlə Bağlı BƏYANAT
SİYASƏT
Deputat: Bütün nailiyyətlər uzaqgörən siyasətin məntiqi nəticəsidir
SİYASƏT
Şuşanın azadlığı Azərbaycanın tarixi Zəfərinin və milli qürurunun təntənəsidir
SİYASƏT
Azad Şuşa dövlətimizin quruculuq əzminin və Böyük Qayıdışın rəmzidir
SİYASƏT
Şuşa Zəfəri milli qürurumuzun ən uca zirvəsidir
SİYASƏT
8 Noyabr: təqvimin qızıl hərflərlə yazılmış tarixi

Bütöv Azərbaycanda ilk dəfə olaraq prezident seçkiləri keçiriləcək

2024-01-23 00:14:02 121 baxış
Xəbər şəkil

 

1993-cü ildə ölkəmizdə siyasi böhran yaşandığı, vətəndaş müharibəsi təhlükəsi yarandığı, Ermənistanın təcavüzünün gücləndiyi bir vaxtda Ulu öndər Heydər Əliyev siyasi hakimiyyətə qayıdaraq, Azərbaycanda ictimai-siyasi sabitliyin yaradılması üçün ciddi və təxirəsalınmaz addımlar atdı. Ağır, tarixi sınaq qarşısında olan xalqımız bu sınaqdan Ümummilli Lider Heydər Əliyevin siyasi-iqtisadi, mədəni və hərbi sahələrdəki zəngin təcrübəsi və müdrikliyi sayəsində uğurla çıxdı. Dövlətçiliyimiz dağılmaqdan xilas edildi. 2003-cü ildə isə İlham Əliyev Prezident seçilərək dahi siyasətçinin siyasətini davam etdirdi. Ötən 20 il ərzində şahid olduq ki, əgər tarix başqa istiqamətdə getsə idi xalqımız, dövlətimiz böyük faciələrlə üzləşə bilərdi.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev: “1993-2003-cü illərin hadisələrinə nəzər salsaq görərik ki, məhz bu illər ərzində bugünkü dövlətçilik prinsipləri bərqərar olundu və Azərbaycanda vətəndaş cəmiyyəti yaradıldı, eyni zamanda, xalq-iqtidar birliyi artıq önəmli bir amilə çevrildi. Bugünkü Azərbaycan, sözün əsl mənasında, dünya miqyasında güclü ölkələr sırasındadır. Bu gün ölkə qarşısında duran yeni vəzifələr yeni dövrün vəzifələridir. Biz əsas vəzifəni bir neçə ay bundan əvvəl həll etmişik, ölkəmizin suverenliyini tam bərpa etmişik və sentyabr hadisələri, əlbəttə ki, ümumi konspektdən çıxarıla bilməz. Yəni, sentyabra qədər getdiyimiz yol məqsədyönlü yol idi, düzgün yol idi... 
Hesab edirəm ki, müasir tariximizin yeni dövrü məhz sentyabrın 20-dən sonra başlayır”.

Bəli, sentyabr ayının 20-də cəmi 23 saat davam edən antiterror əməliyyatından sonra  Azərbaycan öz suverenliyini tam olaraq bərpa etdi. Xankəndidə toplaşan 15 minlik Ermənistan ordusu tərksilah edilərək ərazidən çıxarıldı. Xeyli silah-sursat, hərbi texnika hərbi qənimət kimi götürüldü. Nəhayət ədalət bərpa olundu. Azərbaycan öz gücü və siyasəti ilə öz torpaqlarına sahib çıxdı. Lakin torpaqlarımız Ermənistan tərəfindən işğal ediləndə, meşələrimiz kəsiləndə, evlərimiz yandırılanda, bir milyondan artıq azərbaycanlı öz ev-eşiyindən didərgin salınanda səsi çıxmayan bir sıra ölkələr antiterror əməliyyatından sonra Azərbaycanı ittiham etməyə, təzyiqlər göstərməyə çalışdılar. Lakin Azərbaycanın işi haqq işi idi. Biz öz torpaqlarımızda vuruşurduq. Heç kimin ərazisinə təcavüz etmirdik. Odur ki, bizim Zəfərimiz ədalətli idi.

Prezidentimizin Xankəndidə, Xocavənddə, Xocalıda Azərbaycanın bayrağını ucaltdığını seyr edən hər bir azərbaycanlı sevinc və qürur hissi keçirdi. 30 il həsrətini çəkdiyimiz torpaqlarımız, yurd yerlərimiz nəhayət geri qaytarıldı. Bu, böyük qələbə, böyük iftixar hissi idi.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev: “Xocalıda bayrağı qaldıranda fikirləşirdim, bax, bu gün biz tam əminliklə deyə bilərik ki, Xocalı qurbanlarının qanı yerdə qalmadı. Xocalıda bayrağın qaldırılması daha həyacanlı idi, onu açıq deyə bilərəm. Xankəndidə isə bayrağın qaldırılması ədalətin tam bərpası idi və Zəfərimizin son nöqtəsi idi. Qələbəyə hazırlıq ümummilli bir məsələyə, ümummilli hərəkata çevrildi və 30 il ərzində bir çox beynəlxalq tərəfdaşların səylərinə baxmayaraq, bu mövzu unudulmadı”.

Azərbaycanın böyük siyasi uğurlarından biri də 2020-ci il noyabr ayının 8-də Üçtərəfli Bəyanatın qəbul edilməsi idi. Şuşanın geri alınması ilə ermənilər özlərini tamamilə məğlub edilmiş hesab etdilər. Özləri haqqında yaratdıqları və özlərini də inandırdıqları mif də öz içlərində darmadağın oldu. Azərbaycanın möhtəşəm Qələbəsindən özləri də, havadarları da sarsıldılar. Odur ki, Azərbaycan tərəfi bu Bəyannaməyə lazım olan şərtləri saldıra bildi. Hətta bu məsələyə aid olmayan şərtlər - xüsusilə də Zəngəzur dəhlizi məsələsi də Bəyannaməyə saldırıldı.

Bu gün artıq sərhədlərimiz öz nəzarətimizdədir. Qarabağa qanunsuz silah-sursat  və minaların daşınması mümkün deyil. Lakin indiyədək Azərbaycan tərəfindən humanitar yardıma heç bir əngəl törədilməyib. Burada məskən salmış bəzi separatçılar isə özlərini humanitar yardımdan məhrum etdilər. Onların bəziləri təslim oldular, bəziləri isə qaçmağa cəhd göstərərkən yaxalandılar.

Bütün bunlar Ermənistana və onun havadarlarına bir dərs olmalı idi ki, Azərbaycanla təkəbbürlə və hədə-qorxu ilə danışmaq mümkün deyil. Azərbaycan Prezidenti, Azərbaycan Ordusu, ümumiyyətlə, Azərbaycan xalqı öz tarixi torpaqlarını geri almağa və qorumağa qadirdir.

Antiterror tədbirlərindən sonra Azərbaycan Prezidenti erməni əhalisinə müraciət edərək demişdir ki, onlar Azərbaycan vətəndaşı olaraq Azərbaycan ərazisində bərabərhüquqlu, rahat və təhlükəsiz yaşaya bilərlər. Lakin erməni separatçıları özləri erməni əhalisinin yaşadıqları yerləri təcili tərk etməsini tələb etmişdilər.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev: “23 aprel hadisələri çox önəmli bir tarixdir. 23 aprel tarixində bizim ərazi bütövlüyümüz tam bərpa edildi. Bütün sərhədlərə biz nəzarət etməyə başladıq və bir daha göstərdik ki, bu torpaqların sahibləri bizik... Yeni Laçın-Xankəndi yolu marşrutunun müəyyən edilməsi, çəkilməsi çox önəmli hadisə idi və 23 aprel hadisələrinin elə bil ki, təməlini qoymuşdu. Çünki biz artıq yeni yol çəkərək Laçın şəhərini özümüzə qaytardıq. Avqustun əvvəlində artıq yol hazır olandan sonra biz Rusiya sülhməramlı qüvvələrinin komandanlığına xəbər göndərmişdik ki, biz avqustun 5-də artıq o yola çıxırıq və Laçını götürürük nəzarətimizə”.

Fransanın rəsmi şəxsləri tərəfindən tez-tez anti-Azərbaycan bəyanatlarının, Parisin BMT Təhlükəsizlik Şurasına təqdim etməyə çalışdığı qətnamələrin, həmçinin Ermənistanı silahlandırmasına dair İlham Əliyev demişdir ki, “Həm 1990-cı illərdə, həm də artıq mənim Azərbaycana rəhbərlik etdiyim dövrdə münasibətlər kifayət qədər normal idi. Son vaxtlara qədər balans zahirən saxlanılırdı.  Münasibətlərin gərginləşməsinə gəlincə, bu, artıq İkinci Qarabağ müharibəsi zamanı başladı. Həmin vaxt 44 gün ərzində Fransa Prezidenti həddindən çox mənə zəng edirdi və baş verənlərə öz münasibətini bildirirdi. Hər halda onlar heç nəyə nail ola bilmədilər və müharibə Prezident Makronun və hər hansı başqa şəxsin deyil, Putinin vasitəçiliyi ilə dayandırıldı”.

Artıq Azərbaycanın işğaldan azad edilmiş ərazilərində tikinti işləri gedir. Ermənilərin Zabux kəndindən köçdüyü zaman yandırdıqları və eyni zamanda  onların orada özləri üçün tikdikləri bütün evlər sökülüb və öz doğma yurdlarına qayıdan yerli əhali üçün yeni müasir evlər tikilib və yaşayış üçün yüksək səviyyədə şərait yaradılıb. Eləcə də digər rayonlarımızda erməni vandallarının dağıtdığı kənd və şəhərlər yenidən – daha gözəl, daha müasir tikilib sakinlərin ixtiyarına verilir.

Bu il Qarabağda, Şərqi Zəngəzurda infrastruktur layihələrinin hamısı davam etdirilir və burada qlobal işlər görülməkdədir. 

Ermənilər indi hər an qorxu içərisindədirlər ki, Azərbaycan  Ermənistana hücum edəcək. Lakin demək olar ki, onların bu düşüncələri tamamilə əsassızdır. Bildiyimiz kimi Naxçıvanla Azərbaycanı birləşdirən yol yoxdur. Odur ki, qısa yolla Azərbaycanın əsas hissəsi Naxçıvana birləşdirilməlidir. İran İslam Respublikası ilə artıq razılıq əldə edilib. Hətta körpünün təməlqoyma mərasimi də keçirilib. Ağbənd istiqamətində birinci körpünün inşası başlayıb, ikinci körpü də Ordubad istiqamətində nəzərdə tutulub.

Bildiyimiz kimi fevral ayının 7-də Azərbaycanda növbədənkənar Prezident seçkiləri keçiriləcək. Bununla bağlı cənab İlham Əliyev ictimaiyyətə bildirib ki, “Birinci səbəb təbii ki, suverenliyimizin bərpasıdır, çünki seçkilər bir dövrə yekun vurur. Sentyabr ayında biz elə bir dövrə yekun vurmuşuq ki, bu, xalqımızın, dövlətimizin ən parlaq Qələbəsidir. Təbii ki, bu yeni dövr başlayarkən, əlbəttə, prezident seçkiləri də bu yeni dövrün başlanğıcı olmalıdır.

İkinci səbəb ondan ibarətdir ki, ilk dəfə olaraq müstəqil həyatımızda seçkilər ərazilərimizin hər bir yerində keçiriləcək. 

Əgər biz seçkiləri vaxtında, yəni 2025-ci ilin aprelində keçirməli olsaydıq, o zaman bələdiyyə seçkiləri daha tez keçiriləcəkdi. Mən hesab etdim ki, bu, düzgün olmaz. Azad edilmiş ərazilərdə və ölkəmizin hər bir yerində prezident seçkiləri birinci seçkilər olmalıdır”.

 

Şəhla Ağbulud
“Abşeron” qəzetinin baş redaktoru





Oxşar xəbərlər


Xəbər lenti
Konstitusiya – insan hüquqları və ədalətin ali təminatı
2026-11-11
Konstitusiya tariximizin mühüm mərhələləri
2026-11-11
Sabitlik və inkişafın hüquqi əsasları
2026-11-11
Konstitusiya müstəqil dövlətçiliyin möhkəm hüquqi təməlidir
2026-11-11
Günay Ağamalı: Üçrəngli bayrağımız qalib xalqın qüruru, müstəqil dövlətimizin əzəmətidir – ŞƏRH
2026-11-09
8 Noyabr xalqımızın milli qürurunun, dövlətçilik iradəsinin və tarixi ədalətin təntənəsidir
2026-11-09
Günay Ağamalı: Şuşa Zəfəri Azərbaycanın milli qürurunun və dövlətçilik qüdrətinin təcəssümüdür
2026-11-09
8 Noyabr – Şuşa şəhəri günü: Zəfərin zirvəsi, qürurun ünvanı
2026-11-07
Salyan Rayon Mərkəzi Xəstəxanasında 8 Noyabr – Zəfər Gününə həsr olunmuş tədbir keçirilib!
2026-11-06
Mavi göylərdə dalğalanan milli qürurumuz
2026-11-06
Ucalan bayrağımız, güclənən dövlətimiz
2026-11-06
Dövlətçiliyimizin ideoloji təməli və milli birliyimizin rəmzi
2026-11-06
Dövlət bayrağımız milli dəyərimizdir
2026-11-06
Zəfər Yolunun Aparıcı Zirvəsi
2026-11-06
Qalib Azərbaycanın Qürur Zirvəsi – Şuşa
2026-11-06
8 Noyabr- Şuşanın Əbədi Ruhunun Qayıdışı
2026-11-06
8 NOYABR – ZƏFƏR GÜNÜ: MİLLİ QÜRURUMUZUN, DÖVLƏTÇİLİYİMİZİN VƏ DÖNÜŞMƏZ İRADƏMİZİN TƏNTƏNƏSİ
2026-11-05
Salyanda Zəfər Gününə həsr olunmuş tədbir keçirilib
2026-11-05
Səhiyyə işçiləri ümumrayon ağacəkmə aksiyasında fəal iştirak ediblər
2026-11-05
8 NOYABR – ZƏFƏR GÜNÜ: MİLLİ QÜRURUMUZUN, BİRLİYİMİZİN VƏ QƏHRƏMANLIĞIMIZIN TƏNTƏNƏSİ*
2026-11-05
Zəfərin yaratdığı yeni reallıqlar və Azərbaycanın gələcək hədəfləri
2026-11-05
Güclü iqtisadiyyat, müasir ordu və tarixi Qələbə
2026-11-05
44 günə sığan qəhrəmanlıq və əsrlərə yazılan Zəfər
2026-11-05
Şuşa Azərbaycan xalqının rəşadətinin, əyilməz iradəsinin simvoludur
2026-11-04
Ana Vətən Partiyasından Tarixi Zəfərin Altıncı İldönümü İlə Bağlı BƏYANAT
2026-11-04
Deputat: Bütün nailiyyətlər uzaqgörən siyasətin məntiqi nəticəsidir
2026-11-04
Şuşanın azadlığı Azərbaycanın tarixi Zəfərinin və milli qürurunun təntənəsidir
2026-11-04
Azad Şuşa dövlətimizin quruculuq əzminin və Böyük Qayıdışın rəmzidir
2026-11-04
Şuşa Zəfəri milli qürurumuzun ən uca zirvəsidir
2026-11-04
8 Noyabr: təqvimin qızıl hərflərlə yazılmış tarixi
2026-11-03