Göygöldə moruq təsərrüfatı genişləndirilir
Son vaxtlar Göygöl rayonunda moruq təsərrüfatlarının yaradılmasına və inkişaf etdirilməsinə maraq xeyli artıb.
2023-cü ilin 20 dekabr tarixində Göygöl rayon Dövlət Aqrar İnkişaf Mərkəzinin direktoru və mütəxəssisləri rayon ərazisində fəaliyyət göstərən "FROZENİK" MMC-nin moruq sahəsinə baxış keçirmiş ,hazırki vəziyyəti ilə tanış olmuşlar. Sahibkarlar sahənin gəlirli olmasına əmin olaraq moruq sahələrinin genişləndirilməsi istiqamətində öz fəaliyyətlərini artırırlar. Onlardan biri də rayonunun Səmədli qəsəbəsi ərazisində 2023-cü ildə "FROZENİK" MMC tərəfindən salınmış 11,0 ha intensiv moruq bağıdır. Adıçəkilən təsərrüfata məxsus moruq bitkisinin suvarılmasında damcı suvarma sistemi qurulmuşdur. Suvarma sistemini su ilə təmin etmək üçün bir ədəd subartezian quyusu qazılmış və su hovuzu tikilmişdir.
Təsərrüfatda hazırda bir neçə növ "Polka», «Polana» və yerli moruq növləri yetişdirilir. "Polka» moruq növü digərlərindən daha məhsuldar olduğu üçün təsərrüfatda onun yetişdirilməsinə üstünlük verilir. İl ərzində hər hektar sahədən orta hesabla 8-10 ton moruq məhsulu əldə etmək nəzərdə tutulmuşdur. Bundan başqa moruq bağının salınması rayon ərazisində əhalinin yay və payız aylarında mövsümü işlə təmin olunmasında öz töhvəsini verəcəkdir. Məhsulun satışı əsasən respublikanın bölgələrində həyata keçirilməsi nəzərdə tutulmuşdur.

