Kanal4.az

Xəbərlərin ünvanı

Kanal4.az

SİYASƏT
Konstitusiya – insan hüquqları və ədalətin ali təminatı
SİYASƏT
Konstitusiya tariximizin mühüm mərhələləri
SİYASƏT
Sabitlik və inkişafın hüquqi əsasları
SİYASƏT
Konstitusiya müstəqil dövlətçiliyin möhkəm hüquqi təməlidir
SİYASƏT
Günay Ağamalı: Üçrəngli bayrağımız qalib xalqın qüruru, müstəqil dövlətimizin əzəmətidir – ŞƏRH
SİYASƏT
8 Noyabr xalqımızın milli qürurunun, dövlətçilik iradəsinin və tarixi ədalətin təntənəsidir
SİYASƏT
Günay Ağamalı: Şuşa Zəfəri Azərbaycanın milli qürurunun və dövlətçilik qüdrətinin təcəssümüdür
SİYASƏT
8 Noyabr – Şuşa şəhəri günü: Zəfərin zirvəsi, qürurun ünvanı
CƏMİYYƏT
Salyan Rayon Mərkəzi Xəstəxanasında 8 Noyabr – Zəfər Gününə həsr olunmuş tədbir keçirilib!
SİYASƏT
Mavi göylərdə dalğalanan milli qürurumuz
SİYASƏT
Ucalan bayrağımız, güclənən dövlətimiz
SİYASƏT
Dövlətçiliyimizin ideoloji təməli və milli birliyimizin rəmzi
SİYASƏT
Dövlət bayrağımız milli dəyərimizdir
SİYASƏT
Zəfər Yolunun Aparıcı Zirvəsi
SİYASƏT
Qalib Azərbaycanın Qürur Zirvəsi – Şuşa
SİYASƏT
8 Noyabr- Şuşanın Əbədi Ruhunun Qayıdışı
SİYASƏT
8 NOYABR – ZƏFƏR GÜNÜ: MİLLİ QÜRURUMUZUN, DÖVLƏTÇİLİYİMİZİN VƏ DÖNÜŞMƏZ İRADƏMİZİN TƏNTƏNƏSİ
SİYASƏT
Salyanda Zəfər Gününə həsr olunmuş tədbir keçirilib
SİYASƏT
Səhiyyə işçiləri ümumrayon ağacəkmə aksiyasında fəal iştirak ediblər
SİYASƏT
8 NOYABR – ZƏFƏR GÜNÜ: MİLLİ QÜRURUMUZUN, BİRLİYİMİZİN VƏ QƏHRƏMANLIĞIMIZIN TƏNTƏNƏSİ*
SİYASƏT
Zəfərin yaratdığı yeni reallıqlar və Azərbaycanın gələcək hədəfləri
SİYASƏT
Güclü iqtisadiyyat, müasir ordu və tarixi Qələbə
SİYASƏT
44 günə sığan qəhrəmanlıq və əsrlərə yazılan Zəfər
SİYASƏT
Şuşa Azərbaycan xalqının rəşadətinin, əyilməz iradəsinin simvoludur
SİYASƏT
Ana Vətən Partiyasından Tarixi Zəfərin Altıncı İldönümü İlə Bağlı BƏYANAT
SİYASƏT
Deputat: Bütün nailiyyətlər uzaqgörən siyasətin məntiqi nəticəsidir
SİYASƏT
Şuşanın azadlığı Azərbaycanın tarixi Zəfərinin və milli qürurunun təntənəsidir
SİYASƏT
Azad Şuşa dövlətimizin quruculuq əzminin və Böyük Qayıdışın rəmzidir
SİYASƏT
Şuşa Zəfəri milli qürurumuzun ən uca zirvəsidir
SİYASƏT
8 Noyabr: təqvimin qızıl hərflərlə yazılmış tarixi

Fransa Senatının komik qətnaməsi - TƏHLİL + FOTO

2024-01-21 16:26:13 78 baxış
Xəbər şəkil

 

BMT TŞ-nin beş daimi üzvündən biri - Fransanın dünyadakı yeri və nüfuzunun hazırkı durumu Quterreşin tarixi etirafının əyani sübutudur. Bu ölkənin beynəlxalq hüquqa və özünün imza atdığı sənədlərə qarşı nümayiş etdirdiyi sayğısızlıq onun dünyadakı yerinin başlıca göstəricisidir.

BMT-nin baş katibi Antonio Quterreşin diqqətçəkən etirafı dünyanın geosiyasi müstəvisindəki gerçək mənzərəyə verilmiş obyektiv qiymət oldu: “Bəzi ölkələrin siyasi proseslərə təsiri BMT Təhlükəsizlik Şurasının daimi üzvlərinin malik olduqları hörmətdən daha çoxdur”. Quterreş başa düşüb ki, “Türkiyə, İsrail, İran kimi dövlətlərin dünyaya təsir imkanları ABŞ, Fransa, Böyük Britaniya, Çin və Rusiyanın nüfuzunu üstələyir”. BMT baş katibinin bu etirafı reallığı əks etdirir, ancaq nədən qaynaqlandığına dair izahı vermir: TŞ-nin daimi üzvlərinin hörmətdən düşmələrinin səbəbi onların özləri və tətbiq etdikləri ikili standartlardır.

“Kaspi” qəzetinin mövzu ilə bağlı məqaləsini təqdim edirik:

Hörmətdən düşmüşlərdən biri

BMT TŞ-nin beş daimi üzvündən biri - Fransanın dünyadakı yeri və nüfuzunun hazırkı durumu Quterreşin tarixi etirafının əyani sübutudur. Bu ölkənin beynəlxalq hüquqa və özünün imza atdığı sənədlərə qarşı nümayiş etdirdiyi sayğısızlıq onun dünyadakı yerinin başlıca göstəricisidir. Nüvə silahına malik bir dövlətin Afrikanın inkişafdan qalmış xammal ölkələrindən sıxışdırılıb biabırcasına qovulması onun başında duran rəhbərliyinin sahib olduğu qeyri-ciddi imic və reputasiyanın məntiqi sonluğudur. Belə görünür ki, Fransa hazırkı siyasi qüvvənin hakimiyyətdə olduğu dövrdə bu girdabdan qurtula, yenidən ciddilik imicini bərpa edə bilməyəcək. Təəssüf ki, bölgəmizdən coğrafi uzaqlığına, Qafqazda heç bir tarixi təsir ənənəsinə malik olmamasına baxmayaraq, Fransanın düşdüyü rəzil vəziyyət bu və ya digər şəkildə ölkəmizin gündəmində də yer alır. Səbəb isə birdir: Parisin Azərbaycana qarşı əsassız və mənasız qərəzi.

Məğlubiyyətin çətin həzmi

Başa çatan həftə Fransa Senatı Azərbaycana qarşı növbəti, əsasında heç bir hüquqi, tarixi və reallığı əks etdirən arqumentin olmadığı məntiqsiz və kinli addımını atıb. Qanunverici orqanın yuxarı palatası qəbul etdiyi qətnamədə Azərbaycanın beynəlxalq birlik, o cümlədən Fransanın özünün də tanıdığı suveren ərazisində həyata keçirdiyi antiterror əməliyyatını pisləyir, eyni zamanda, ərazi bütövlüyü prinsipini dəstəkləyir. Bizim deyil, Ermənistanın. Yaranmış maraqlı mənzərə, yəni Ermənistanın özünün Azərbaycanın ərazi bütövlüyünü tanıması reallığında Fransanın ermənilərə görə bizim torpaq bütünlüyümüzü şübhə altına alması, bu komik qətnamənin gerçək mahiyyətini açır. Yəni Fransa Senatında təmsil olunan qanunvericilər bu qədərmi savadsız, məlumatsız və qeyri-ciddidirlər? Güman ki, yox. Bu, sadəcə olaraq həm 44 günlük müharibədə, həm də sonrakı üç il ərzində geosiyasi mübarizədə Ermənistanla birlikdə Fransanın da Azərbaycana acınacaqlı məğlubiyyətinin etirafı və həzm edilə bilinməməsinin sübutudur. Necə yəni? Beynəlxalq hüquq və prinsipləri tapdala, tarixi inkar et, gerçəkliyi nəzərə alma, hətta coğrafiyaya belə zidd get və ağlına gələn qərarı qəbul et, nədir ki, erməniləri sevirsən və bizdən xoşun gəlmir? Bütün bunlardan sonra BMT-nin baş katibi necə şikayətlənməsin ki, TŞ-nin üzvü olan Fransa hörmətdən düşüb?

Sülhə növbəti təhdid

Fransa Senatının son qətnaməsinin Ermənistanla Azərbaycan arasında imzalana biləcək yekun sülh sənədinə qarşı yönəldiyi aydındır. Fransa son üç ildə bunu ilk dəfə deyil edir. Şarl Mişelin moderatorluğu ilə Praqada keçən görüşdə Paşinyanın Azərbaycanın ərazi bütövlüyünü tanımasından sonra Makronun verdiyi qəfil əsassız bəyanatlarla mümkün sülhün qarşısını almasından çox zaman ötməyib. Paris sınıq-salxaq hərbi texnikasını Ermənistana göndərməklə açıq şəkildə nümayiş etdirir ki, bölgədə yekun sülhün bərqərar olmasında nəinki maraqlı deyil, üstəlik, hər vasitə ilə onun qarşısını almağa çalışacaq.

Fransanın erməni inadının əsasında Parisin özünü zorla bölgəyə pərçimləmək niyyəti durur. Bunun Parisdəkilərin ağıllarına gələn ən rahat və görünür, onlar üçün məqbul yolu Azərbaycana qarşı qərəzli mövqe tutmaqla, guya ermənilərin qəlbinə girməkdir. Ancaq, necə deyərlər, məhəbbət öz yerində, mədə isə boşdur. Fransanın Qafqaza girməsi üçün buradan kiminsə çıxması lazımdır. Söhbət Ermənistandan gedirsə, deməli, sıxışdırılan Rusiyadır. Senatın qəbul etdiyi mənasız və gülünc qətnamələri tərəzinin bir, Ermənistanın Rusiya ilə mövcud ticarət dövriyyəsini isə ikinci gözünə qoysaq, hansı ağır gələr? Cavab verməyə ehtiyac yoxdur - son üç ildə Parislə İrəvan arasındakı iqtisadi əlaqələrin Rusiyanın bölgədəki nüfuzuna təsir nisbətindən danışmaq gülünc olardı. Ən azı ona görə ki, bu əlaqələrdə heç bir əhəmiyyətli artım nəzərə çarpmır. Senatın son anti-Azərbaycan qətnaməsindəki “arqument”lərin təbəssüm doğurmasının səbəbi də elə budur. Məğlubiyyətin həzm prosesinin çətinliyi və yetərli dəlillərin olmaması Fransa qanunvericilərinin belə komik vəziyyətə düşmələrinin başlıca günahkarıdır.

Ermənilərdən daha çox erməni olan fransızlar

Fransızların ermənilərdən daha çox erməni görünmək istəkləri əndazəni o qədər aşıb ki, həqiqətən də ermənilər kimi düşünməyə başlayıblar. Senatın qəbul etdiyi sənədlərin müəllifləri ermənilər olmasa da, istisna deyil ki, erməniləşmiş fransızlardır. Qətnaməyə gözucu nəzər yetirmək bu qənaətə gəlmək üçün kifayətdir. Fransalı qanunvericilər orta statistik erməni kimi düşünməyə, saxta statistikaya, tarixi şişirtmə və fetişə aludə olmağa başlayıblar:

- Fransa sentyabrın 19-20-də Azərbaycanın “Artsax”da həyata keçirdiyi “aqressiya”nı pisləyir;

- Fransa Azərbaycanı ermənilərin qayıtmaq hüquqlarına, onların təhlükəsizliyi və rifahlarına təminat verməyə çağırır;

- “Dağlıq Qarabağ”ın “siyasi liderləri”nin həbsini pisləyir;

- Dini və mədəni irsin vəziyyətinin yoxlanılması üçün UNESCO-nun regiona səfər etməsini vacib sayır;

- Və ən gülməlisi: Fransa Azərbaycan neft və qazının Avropaya ixracına embarqo tətbiq edilməsini istəyir.

Fransa Senatının qətnaməsindən irəli gələn iddiaları cavabsız da buraxmaq olar, ancaq hər halda:

- “Artsax” haradır və hansısa xəritədə, beynəlxalq sənəddə əks olunubmu, onu Ermənistanın özü də daxil olmaqla kimsə tanıyıbmı?

- Fransa ermənilərin hansı qayıtmaq hüququndan, bu hüquqa “verilməli” olan zəmanətdən danışır ki, Azərbaycan Prezidenti hələ könüllü köçdən əvvəl dəfələrlə bu təminatı səsləndirib? Qarabağdan gedən ermənilərin özləri etiraf edirlər ki, onlara öz “liderləri” tərəfindən zəng olub və “evlərinizi tərk edin” göstərişi verilib. Fransa bəlkə bu təminatı başqa ünvandan istəsin?

- Separatçılıq, terror, bölücülük, soyqırımı, qətllərlə hərbi-kriminal xuntanın başına gəlmiş şəxslər siyasi leksikonda nə vaxtdan “siyasi liderlər” hesab olunmağa başlayıblar?

- Azərbaycan UNESCO-nu dəfələrlə işğal bölgəsinə dəvət edəndə senatorlar niyə susurdular?

- Azərbaycan neft və qazına embarqo arzusunda olan fransalı senatorlar nədən Xəzər dənizində enerji daşıyıcılarının hasilatı ilə məşğul olan fransız neft-qaz nəhəngini vətənə geri çağırmırlar?

Nə isə. Komik Senat...





Oxşar xəbərlər


Xəbər lenti
Konstitusiya – insan hüquqları və ədalətin ali təminatı
2026-11-11
Konstitusiya tariximizin mühüm mərhələləri
2026-11-11
Sabitlik və inkişafın hüquqi əsasları
2026-11-11
Konstitusiya müstəqil dövlətçiliyin möhkəm hüquqi təməlidir
2026-11-11
Günay Ağamalı: Üçrəngli bayrağımız qalib xalqın qüruru, müstəqil dövlətimizin əzəmətidir – ŞƏRH
2026-11-09
8 Noyabr xalqımızın milli qürurunun, dövlətçilik iradəsinin və tarixi ədalətin təntənəsidir
2026-11-09
Günay Ağamalı: Şuşa Zəfəri Azərbaycanın milli qürurunun və dövlətçilik qüdrətinin təcəssümüdür
2026-11-09
8 Noyabr – Şuşa şəhəri günü: Zəfərin zirvəsi, qürurun ünvanı
2026-11-07
Salyan Rayon Mərkəzi Xəstəxanasında 8 Noyabr – Zəfər Gününə həsr olunmuş tədbir keçirilib!
2026-11-06
Mavi göylərdə dalğalanan milli qürurumuz
2026-11-06
Ucalan bayrağımız, güclənən dövlətimiz
2026-11-06
Dövlətçiliyimizin ideoloji təməli və milli birliyimizin rəmzi
2026-11-06
Dövlət bayrağımız milli dəyərimizdir
2026-11-06
Zəfər Yolunun Aparıcı Zirvəsi
2026-11-06
Qalib Azərbaycanın Qürur Zirvəsi – Şuşa
2026-11-06
8 Noyabr- Şuşanın Əbədi Ruhunun Qayıdışı
2026-11-06
8 NOYABR – ZƏFƏR GÜNÜ: MİLLİ QÜRURUMUZUN, DÖVLƏTÇİLİYİMİZİN VƏ DÖNÜŞMƏZ İRADƏMİZİN TƏNTƏNƏSİ
2026-11-05
Salyanda Zəfər Gününə həsr olunmuş tədbir keçirilib
2026-11-05
Səhiyyə işçiləri ümumrayon ağacəkmə aksiyasında fəal iştirak ediblər
2026-11-05
8 NOYABR – ZƏFƏR GÜNÜ: MİLLİ QÜRURUMUZUN, BİRLİYİMİZİN VƏ QƏHRƏMANLIĞIMIZIN TƏNTƏNƏSİ*
2026-11-05
Zəfərin yaratdığı yeni reallıqlar və Azərbaycanın gələcək hədəfləri
2026-11-05
Güclü iqtisadiyyat, müasir ordu və tarixi Qələbə
2026-11-05
44 günə sığan qəhrəmanlıq və əsrlərə yazılan Zəfər
2026-11-05
Şuşa Azərbaycan xalqının rəşadətinin, əyilməz iradəsinin simvoludur
2026-11-04
Ana Vətən Partiyasından Tarixi Zəfərin Altıncı İldönümü İlə Bağlı BƏYANAT
2026-11-04
Deputat: Bütün nailiyyətlər uzaqgörən siyasətin məntiqi nəticəsidir
2026-11-04
Şuşanın azadlığı Azərbaycanın tarixi Zəfərinin və milli qürurunun təntənəsidir
2026-11-04
Azad Şuşa dövlətimizin quruculuq əzminin və Böyük Qayıdışın rəmzidir
2026-11-04
Şuşa Zəfəri milli qürurumuzun ən uca zirvəsidir
2026-11-04
8 Noyabr: təqvimin qızıl hərflərlə yazılmış tarixi
2026-11-03