Kanal4.az

Xəbərlərin ünvanı

Kanal4.az

SİYASƏT
Günay Ağamalı: Üçrəngli bayrağımız qalib xalqın qüruru, müstəqil dövlətimizin əzəmətidir – ŞƏRH
SİYASƏT
8 Noyabr xalqımızın milli qürurunun, dövlətçilik iradəsinin və tarixi ədalətin təntənəsidir
SİYASƏT
Günay Ağamalı: Şuşa Zəfəri Azərbaycanın milli qürurunun və dövlətçilik qüdrətinin təcəssümüdür
SİYASƏT
8 Noyabr – Şuşa şəhəri günü: Zəfərin zirvəsi, qürurun ünvanı
CƏMİYYƏT
Salyan Rayon Mərkəzi Xəstəxanasında 8 Noyabr – Zəfər Gününə həsr olunmuş tədbir keçirilib!
SİYASƏT
Mavi göylərdə dalğalanan milli qürurumuz
SİYASƏT
Ucalan bayrağımız, güclənən dövlətimiz
SİYASƏT
Dövlətçiliyimizin ideoloji təməli və milli birliyimizin rəmzi
SİYASƏT
Dövlət bayrağımız milli dəyərimizdir
SİYASƏT
Zəfər Yolunun Aparıcı Zirvəsi
SİYASƏT
Qalib Azərbaycanın Qürur Zirvəsi – Şuşa
SİYASƏT
8 Noyabr- Şuşanın Əbədi Ruhunun Qayıdışı
SİYASƏT
8 NOYABR – ZƏFƏR GÜNÜ: MİLLİ QÜRURUMUZUN, DÖVLƏTÇİLİYİMİZİN VƏ DÖNÜŞMƏZ İRADƏMİZİN TƏNTƏNƏSİ
SİYASƏT
Salyanda Zəfər Gününə həsr olunmuş tədbir keçirilib
SİYASƏT
Səhiyyə işçiləri ümumrayon ağacəkmə aksiyasında fəal iştirak ediblər
SİYASƏT
8 NOYABR – ZƏFƏR GÜNÜ: MİLLİ QÜRURUMUZUN, BİRLİYİMİZİN VƏ QƏHRƏMANLIĞIMIZIN TƏNTƏNƏSİ*
SİYASƏT
Zəfərin yaratdığı yeni reallıqlar və Azərbaycanın gələcək hədəfləri
SİYASƏT
Güclü iqtisadiyyat, müasir ordu və tarixi Qələbə
SİYASƏT
44 günə sığan qəhrəmanlıq və əsrlərə yazılan Zəfər
SİYASƏT
Şuşa Azərbaycan xalqının rəşadətinin, əyilməz iradəsinin simvoludur
SİYASƏT
Ana Vətən Partiyasından Tarixi Zəfərin Altıncı İldönümü İlə Bağlı BƏYANAT
SİYASƏT
Deputat: Bütün nailiyyətlər uzaqgörən siyasətin məntiqi nəticəsidir
SİYASƏT
Şuşanın azadlığı Azərbaycanın tarixi Zəfərinin və milli qürurunun təntənəsidir
SİYASƏT
Azad Şuşa dövlətimizin quruculuq əzminin və Böyük Qayıdışın rəmzidir
SİYASƏT
Şuşa Zəfəri milli qürurumuzun ən uca zirvəsidir
SİYASƏT
8 Noyabr: təqvimin qızıl hərflərlə yazılmış tarixi
SİYASƏT
BİZ SİYASƏTDƏ İKİLİ STANDARTLARA QARŞI HƏMİŞƏ MÜBARİZƏ APARMIŞIQ VƏ BUNDAN SONRA DA MÜBARİZƏ APARACAĞIQ
GÜNDƏM
ANA DİLİ MƏDƏNİ İRSİN YADDAŞIDIR: ONUN QORUNMASI BÜTÜN BƏŞƏRİYYƏTİN ORTAQ MƏSULİYYƏTİDİR
SİYASƏT
Azərbaycan–Laos münasibətləri Siyasi etimaddan strateji əməkdaşlığa doğru yüksəlir - RƏY
SİYASƏT
Biləsuvarda patronaj xidmətlərinin əhatə dairəsi genişləndirilib

Nəsimi bələdiyyəsi hesabat verir

2024-01-20 15:06:37 160 baxış
Xəbər şəkil

 

  Nəsimi rayonu Nəsimi bələdiyyəsi tərəfindən  2023-cü ildə görülmüş işlər haqqında, o cümlədən maliyyə vəsaitlərinin və bələdiyyə  Mülkiyyətinin istifadəsi haqqında

 

HESABAT

Hesabat dövrünün əvvəlində bələdiyyə iş planı təsdiq etmişdir,  hər ay ümumi iclaslar keçirilmiş, iclaslarda baxılmış məsələlərlə bağlı qərarlar qəbul edilmiş və icrası təmin edilmişdir. Müzakirə edilmiş  məsələlər sırasında sosial, maliyyə məsələləri, təmir-tikinti və abadlıq işləri, vətəndaşların müraciətləri və s. olmuşdur.

Nəsimi rayonu Nəsimi bələdiyyəsi tərəfindən 46 ümumi iclas keçirilmişdir. “Bələdiyyələrin fəaliyyətinə inzibati nəzarət haqqında” Qanunun 6.0 və 6.8-ci maddələrinə müvafiq olaraq protokollar Ədliyyə Nazirliyi Bələdiyyələrlə İş Mərkəzinə göndərilmişdir.

Yerli Özünüidarəetmədə başlıca məqsəd əhalinin həyat səviyyəsinin yaxşılaşdırılmasına istiqamətləndirilib. Bununla əlaqədar bələdiyyələr də ölkədə həyata keçirilən sistemli iqtisadi-sosial inkişafa öz töhfələrini verməyə nail olub. Əlbəttə ki, ölkədə aparılan islahatlar və artan iqtisadi göstəricilər yerli özünüidarəetmə orqanlarında da öz təsirini göstərməkdədir.

Bələdiyyənin fəaliyyətində büdcənin formalaşmasına və icrasına xüsusi diqqət yetirilib. Real gəlir mənbələri müəyyənləşib, onlara uyğun xərclər nəzərdə tutulmuşdur.

Bələdiyyənin büdcəsinə daxilolmalar AR Nazirlər Kabinetinin, Vergi Məcəlləsinə və Bələdiyyənin qəbul etdiyi müvafiq qərarlarına əsasən hesablanır.

Əhalidən rüsümların və vergilərin yığılması zamanı vergi ödəyiciləri arasında mövcüd qanunlar barədə məlumatlar verilir. Yığılan rüsümlar və vergilər haqqında məlumat hər gün təhlil edilir.

Vergilərin ödənilməsindən yayınanlara qarşı xəbərdarlıq etməklə tədbirlər görülmüşdür. Qanunvericiliyə uyğun İcra şöbələrinə 1691 - dən artıq şəxs barədə müraciət olunmuşdur. Nəticədə Bələdiyyə büdcəsinə vergilərin ödənilməsi təmin edilmişdir.

Ödənilmiş vergilər və  rüsumlar bələdiyyə büdcəsinə mədaxil olaraq, aidiyyatı təşkilatlara verilən maliyyə hesabatlarında öz əksini tapmışdır.

Bələdiyyənin vergi bazası genişdir. Hazırda inzibati ərazisində 43252 vergi obyektləri mövcuddur.

Vergi ödəyiciləridən hesabat dövründə 6162 ödəyici vergiyə cəlb olunmuşdur

2023-cü il ərzində bələdiyyə büdcəsinə 1.384.740,23 manat gəlir daxil olmuş, xərclər isə 1.392.603,67  manat təşkil etmişdir.

Büdcə gəlirlərinin əsas mənbəyi olan- torpaq vergisindən 3239,87 manat əmlak vergisindən – 1000758,57 manat, küçə,divar reklamının yerləşdirilməsinə görə 958,91 manat mehmanxanalardan 258.723,20 manat, avtodayanacaqlardan rüsum- 57890,00 manat,digər gəlirlərdən 3169,68  dotasiyadan 60000,00 manat   daxil olmuşdur.

Bələdiyyənin büdcəsinə daxil olmalar AR Nazirlər Kabinentinin. Vergi Məcəlləsinə və Bələdiyyənin qəbul etdiyi müvafiq qərarlarına əsasən hesablanır.

Bələdiyyə büdcəsinə daxil olmuş vəsaitlər aşağıdakı istiqamətlərdə xərclənmişdir.

Daimi əsaslarla bələdiyyədə çalışan bələdiyyə üzvlərinin və qulluqcularının əmək haqqına 586904,07 manat, DSMF, İcbari Tibbi Sığorta,Sosial sığorta və İşsizlikdən sığorta haqqlarına görə 113661,04 manat, bələdiyyənin saxlanmasına təsərrüfat mallarinin və inventarların alınması üçün 18646,80 manat,cari təmir cərcinə 31510,00 manat, xidmət haqqının odənilməsi üçün 52195,33 manat  , kommunal və komunikasiya üçün 4380,25 manat, sair xərclərə görə  40452,61 manat , sosial yardımlar üzrə ödənişlər 71988,06  manat, mədəni - kütləvi bayram tədbirlərinin təşkili üçün 115468,11 manat, abadlıq, quruculuq təmir işlərinə 357397,40 manat  xərclənmişdir.

Hesabat dövründə ərazidə Nəsimi Bələdiyyəsi tərəfindən Ümummilli Lider "Heydər Əliyev"in anadan olmasının 100-cü ildönümü münasibəti ilə "Abad Həyət" layihəsi çərçivəsində Səməd Vurğun 112, Ak.Mirəsədulla Mirqasımov 2, Ak.Mustafa Topçubaşov 21 və İmran Qasımov küçələrinin kəsişməsində yerləşən məhəllədə abadlıq və yenidənqurma işləri aparılaraq sakinlərin istifadəsinə verilmişdir.

Bundan başqa Nəsimi rayonu, Səməd Vurğun ev 112, ünvanında Nəsimi Bələdiyyəsinin yerləşdiyi 5 (beş) mərtəbəli inzibati binanın bloku əsaslı təmir edilmişdir.

Bələdiyyəyə ünvanlanmış müraciətlərə əsasən Nəsimi rayonu, Nizami küçəsi 93 ünvanında yerləşən binanın giriş hissəsi və digər bir ünvan Nəsimi rayonu Akademik Mirəsədulla Mirqasımov küçəsi 2 ünvanında yerləşən 22 saylı Nəsimi – Yasamal seçki dairəsi,dairə seçki komissiyasının yerləşdiyi inzibati binanın dəhlizində,iş otaqlarında və sanitar qovsağında cari  təmir işləri aparılaraq istifadəyə verilmişdir.

Eyni zamanda  Nəsimi rayonu, Cavadxan küçəsi  64 ünvanında yerləşən “İzmit Parkı”nda da Nəsimi Bələdiyyəsi tərəfindən əsaslı abadlıq, bərpa və təmir işləri aparılır.

Nəsimi Bələdiyyəsi  rayon ərazisində yaşayan Şəhid və  Qazi ailələrini,aztəminatlı və imtiyazlı ailələri daima diqqət mərkəzində saxlayaraq sosial yardımlar göstərir.2023-cü ildə Fevralın 6 - da qardaş ölkə Türkiyə Respublikasının cənub-şərqində baş vermiş  güclü zəlzələ nəticəsində çoxsaylı insan təlafatı və dağıntılar ilə əlaqədar zələzəldən zərər çəkənlərə dəstək olunması məqsədiylə Türkiyə Daxili İşlər Nazirliyi Təbii Fəlakət və Fövqəladə Hallar Agentliyi (AFAD) fondunun “Ziraat Bank Azərbaycan“ ASC-də açılan “AFAD” hesabına 5000,00 manat ,”Novruz Bayramı” münasibəti ilə, rayon ərazisində yaşayan 250 sosial yardıma ehtiyacı olan ailəyə 14387,78 manat  , “Müqəddəs Ramazan Bayramı” münasibətiylə 150 ailəyə 5527,80 manat, ”Qurban Bayramı”nda 250 ailəyə 10590,00 manat ,“8 Noyabr Zəfər Günü ” münasibəti ilə rayon ərazisində yaşayan 85  şəhid və qazi ailələrinə ərzaq yardımının edilməsi büdcədən cəmi 5372,00  manat, 85 nəfər şəhid və qazi ailələrinə maddi yardım göstərilməsi üçün isə  8500,00 manat maliyyə vəsaiti, 3 dekabr “Əlilliyi Olan İnsanların Beynəlxalq Günü” ilə əlaqədar 45 nəfər xüsusi qayğıya ehtiyacı olan uşaqlara məktəbli  ləvazimatlarının alınması üçün  2401,30 manat və “31 dekabr Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni İl” münasibəti ilə rayon ərazisində yaşayan 100 aztəminatlı və imtiyazlı ailələrə ərzaq yardımı  və 83 nəfər şəhid və qazi ailələrinə maddi yardım göstərilməsi üçün hər birinə 100,00 manat olmaqla,ümumilikdə büdcədən 8300,00 manat maliyyə vəsaiti ayrılaraq bank hesablarına köçürülmüşdür. Bundan əlavə Azərbaycan Qarabağ Müharibəsi Ə.V.Ş.A İ.B 4500,00 manat maddi yardım göstərilmişdir.Bələdiyyəyə rayon ərazisində yaşayan yardım üçün müraciət etmiş 48 nəfər xəstə və aztəminatlı ailələrə 7409,00 manat məbləğində maddi yardım göstərilmişdir.

Azərbaycan Respublikasında 2023-cü il Ümümmilli lider Heydər Əliyevin anadan olmasının 100 -cü il dönümü munasibəti ilə, “Heydər Əliyev İli “ elan edilməsi ilə bağlı Azərbaycan Respublikasının Prezidenti Cənab  İlham Əliyev 2022-ci il 28 noyabr tarixli 3494 nömrəli Sərəncam imzalamışdır.Nəsimi Bələdiyyəsi tərəfindən, Ümummilli Lider "Heydər Əliyev"in anadan olmasının 100-cü ildönümü münasibəti ilə Ulu öndərin zəngin siyasi irsinə,şərəfli həyat və fəaliyyətinə həsr  olunmuş   film, və “Tolerantlıq və multikultiralizm” mövzüsunda azsaylı xalqlara " ( İvanovka,Qırmızı Qəsəbə, Laza kəndi, Lahıc qəsəbəsi) həsr olunmuş "Birlik"  filmi , narkomaniya ilə mübarizə mövzüsunda “Duman” filmi, “Tolerantlıq və multikultiralizm” mövzüsunda azsaylı xalqlar haqqında “BİRLİK”( Qax ,Zaqatala ,Balakən , Astara rayonu - Sim , Quba rayonu - Xınalıq ) filmi, 8 Noyabr Zəfər Gününə  həsr olunmuş “ Hündürlük 720” filmi , “ NARGİN ADASI ”  bədiiləşdirilmiş sənədli filmi və Ulu öndər Heydər Əliyevin anım gününə həsr olunmuş “ Ən Böyük Azərbaycanlı” filmləri çəkilmişdir . Nizami Kino Mərkəzində “Birlik”  filminin təqdimatı və “Böyük Xilaskarlıq Qayıdışı” adlı tədbir, Zəfər Gününə  həsr olunmuş “ Hündürlük 720 ” filminin təqdimatı Nizami Kino Mərkəzində, narkomaniya ilə mübarizə mövzüsunda “Duman” filminin təqdimatı isə “Azərbaycan Xarici Dillər Universitetində keçirilmişdir.

Bələdiyyənin inzibati ərazisində ekoloji durumu, o cümlədən yaşıllıqlarının vəziyyəti daimi diqqət mərkəzindədir.

Məlum olduğu kimi –yaşıllıqlar vaxt keçdiqcə quruyur, bəziləri qəzalı vəziyyətə düşür və sakinlərin yaşadıqları yerlərdə təhlükə mənbəyi yaradır. Bunların qarşısının alınması istiqamətində Nazirlər Kabinetinin 30.08.2016-cı il 321 № -li Qərarına əsasən tədbirlər görülür.

 Hesabat dövründə sözügedən problemlərlə bağlı vətəndaşlardan daxil olmuş 541 müraciət, o cümlədən Nəsimi rayon İcra Hakimiyyətindən 112  müraciətə əsasən müvafiq tədbirlərin görülməsi üçün Azərbaycan Respublikası, Ekologiya və Təbii sərvətlər Nazirliyinin Dövlət Ekspertiza İdarəsinə müraciətlər edilmiş, alınmış rəylərə əsasən Bələdiyyə iclaslarında qərarlar qəbul edilmiş və Bakı Şəhəri İcra Hakimiyyəti Yaşıllaşdırma Təsərrüfatı Birliyinə tədbir görmək üçün göndərilmişdir.

Nəsimi rayon Nəsimi bələdiyyəsində vətəndaşların müraciətləri və qəbulu da daim diqqət mərkəzində saxlanılır.

Təhlil göstərir ki, il ərzində  vətəndaşlardan daxil olmuş 541 müraciət qeyd edilən məsələlərə aid olub:

Arayışların verilməsi (vergi borcların olub-olmaması)                                    31

Torpaq sahələrinin olub olmaması barədə                                                          99                    

Maddi  yardım                                                                                                 84     

Dəfnlə bağlı Dövlət Sosial Müdafiə Fonduna arayışlar                                   203   

Digər məsələlər üzrə yəni abadlıq, yaşıllıq v.s                                               124

Sahibkarlıq fəaliyyəti barəsində                                                                             

       Müraciətlərin 445-i  müsbət həll olunub                  

Hesabat dövründə  ayrı-ayrı təşkilatlardan daxil olmuş 1311 məktub, müraciət, sərəncam və digər sənədlər əksər hallarda qanunvericilikdə nəzərdə tutulmuş müddətdə baxılmış və cavablandırılmışdır.

Bələdiyyə vətəndaşların və öz hüquqi maraqlarının müdafiəsi istiqamətində bir sıra işlər görmüşdür. Beləki, hüquqi həllini tələb edən məsələlərlə bağlı keçirilmiş 654 məhkəmə işi hələdə davam edir.

Qeyd edirik ki, əmlak vergisi ödəməyən fiziki şəxslər barəsində məcburi icra tədbirlərinin görülməsinə dair tərəfimizdən 1691 ədəd  qərar qəbul olunmuş, Nəsimi rayon İcra şöbəsinə göndərilmişdir. Onlardan 1037 ədəd qərar xitam olunmuş, 654 ədəd qərar isə icra olunmaqdadır.

Vətəndaşların müraciətləri ilə bağlı Bələdiyyədə onlara hüquqi yardım göstərilməsi həyata keçirilmişdir.

Bələdiyyədə “qaynar xətt” də (telefon 440-50-71, 408-10-01) fəaliyyət göstərir. Gün ərzində telefon vasitəsilə daxil olan şikayət və müraciətlər qeydə alınır, rəhbərliyə çatdırılır və tədbirlər görülür. Bayram və qeyri-iş günləri “Qaynar-xətt”də növbətçilik qrafiki üzrə məsul işçilər müraciətləri qəbul edirlər.

Bələdiyyədə hesabat dövründə şəxsən sədr tərəfindən 23 nəfər, ümumilikdə isə 45 nəfər vətəndaş qəbul edilmişdir.

Bələdiyyə seçkili orqan olaraq çalışır ki, seçicilərlə ünsiyyətini daha da genişləndirsin. Daimi komissiyalar, “İctimai-Humanitar Məsələləri sektoru” ilə birlikdə əhaliyə, seçicilərə bələdiyyənin fəaliyyəti haqqında ətraflı məlumatların çatdırılmasında aktiv mövqe tutur və ötən illərlə müqayisədə bu sahədə irəliləyiş var. 

Nəsimi bələdiyyəsi  bir çox tədbirlərdə iştirak etmişdir. Belə ki, 20 Yanvar -ümumxalq hüzn günü münasibətiylə Şəhidlər Xiyabanı ziyarət olunmuşdur. 26 Fevral Xocalı faciəsinin 31-ci il dönümü barədə, 9 May Qələbə Günü, 10 May Ulu Öndər Heydər Əliyevin anadan olmasının 100 -cü il dönümü , 15 İyun Qurtuluş Günü, 26 İyun “Azərbaycan Respublikası Silahlı Qüvvələri günü“ və “ 8 Noyabr Zəfər Günü” , “9 Noyabr Bayraq Günü “ və Ulu Öndər Heydər Əliyevin Anım Günü münasibəti ilə bir sıra silsilə tədbirlər həyata keçirilmişdir.

Nəsimi rayonu Nəsimi bələdiyyəsi  inzibati ərazimizdə yaşayan vətəndaşlara və media orqanlarına illik hesabatı elan, bülleten, internet saytı və.s vaistələrlə çatdırır.

Nəsimi bələdiyyəsi 





Oxşar xəbərlər


Xəbər lenti
Günay Ağamalı: Üçrəngli bayrağımız qalib xalqın qüruru, müstəqil dövlətimizin əzəmətidir – ŞƏRH
2026-11-09
8 Noyabr xalqımızın milli qürurunun, dövlətçilik iradəsinin və tarixi ədalətin təntənəsidir
2026-11-09
Günay Ağamalı: Şuşa Zəfəri Azərbaycanın milli qürurunun və dövlətçilik qüdrətinin təcəssümüdür
2026-11-09
8 Noyabr – Şuşa şəhəri günü: Zəfərin zirvəsi, qürurun ünvanı
2026-11-07
Salyan Rayon Mərkəzi Xəstəxanasında 8 Noyabr – Zəfər Gününə həsr olunmuş tədbir keçirilib!
2026-11-06
Mavi göylərdə dalğalanan milli qürurumuz
2026-11-06
Ucalan bayrağımız, güclənən dövlətimiz
2026-11-06
Dövlətçiliyimizin ideoloji təməli və milli birliyimizin rəmzi
2026-11-06
Dövlət bayrağımız milli dəyərimizdir
2026-11-06
Zəfər Yolunun Aparıcı Zirvəsi
2026-11-06
Qalib Azərbaycanın Qürur Zirvəsi – Şuşa
2026-11-06
8 Noyabr- Şuşanın Əbədi Ruhunun Qayıdışı
2026-11-06
8 NOYABR – ZƏFƏR GÜNÜ: MİLLİ QÜRURUMUZUN, DÖVLƏTÇİLİYİMİZİN VƏ DÖNÜŞMƏZ İRADƏMİZİN TƏNTƏNƏSİ
2026-11-05
Salyanda Zəfər Gününə həsr olunmuş tədbir keçirilib
2026-11-05
Səhiyyə işçiləri ümumrayon ağacəkmə aksiyasında fəal iştirak ediblər
2026-11-05
8 NOYABR – ZƏFƏR GÜNÜ: MİLLİ QÜRURUMUZUN, BİRLİYİMİZİN VƏ QƏHRƏMANLIĞIMIZIN TƏNTƏNƏSİ*
2026-11-05
Zəfərin yaratdığı yeni reallıqlar və Azərbaycanın gələcək hədəfləri
2026-11-05
Güclü iqtisadiyyat, müasir ordu və tarixi Qələbə
2026-11-05
44 günə sığan qəhrəmanlıq və əsrlərə yazılan Zəfər
2026-11-05
Şuşa Azərbaycan xalqının rəşadətinin, əyilməz iradəsinin simvoludur
2026-11-04
Ana Vətən Partiyasından Tarixi Zəfərin Altıncı İldönümü İlə Bağlı BƏYANAT
2026-11-04
Deputat: Bütün nailiyyətlər uzaqgörən siyasətin məntiqi nəticəsidir
2026-11-04
Şuşanın azadlığı Azərbaycanın tarixi Zəfərinin və milli qürurunun təntənəsidir
2026-11-04
Azad Şuşa dövlətimizin quruculuq əzminin və Böyük Qayıdışın rəmzidir
2026-11-04
Şuşa Zəfəri milli qürurumuzun ən uca zirvəsidir
2026-11-04
8 Noyabr: təqvimin qızıl hərflərlə yazılmış tarixi
2026-11-03
BİZ SİYASƏTDƏ İKİLİ STANDARTLARA QARŞI HƏMİŞƏ MÜBARİZƏ APARMIŞIQ VƏ BUNDAN SONRA DA MÜBARİZƏ APARACAĞIQ
2026-11-02
ANA DİLİ MƏDƏNİ İRSİN YADDAŞIDIR: ONUN QORUNMASI BÜTÜN BƏŞƏRİYYƏTİN ORTAQ MƏSULİYYƏTİDİR
2026-11-02
Azərbaycan–Laos münasibətləri Siyasi etimaddan strateji əməkdaşlığa doğru yüksəlir - RƏY
2026-11-02
Biləsuvarda patronaj xidmətlərinin əhatə dairəsi genişləndirilib
2026-11-01