Kanal4.az

Xəbərlərin ünvanı

Kanal4.az

SİYASƏT
Konstitusiya – insan hüquqları və ədalətin ali təminatı
SİYASƏT
Konstitusiya tariximizin mühüm mərhələləri
SİYASƏT
Sabitlik və inkişafın hüquqi əsasları
SİYASƏT
Konstitusiya müstəqil dövlətçiliyin möhkəm hüquqi təməlidir
SİYASƏT
Günay Ağamalı: Üçrəngli bayrağımız qalib xalqın qüruru, müstəqil dövlətimizin əzəmətidir – ŞƏRH
SİYASƏT
8 Noyabr xalqımızın milli qürurunun, dövlətçilik iradəsinin və tarixi ədalətin təntənəsidir
SİYASƏT
Günay Ağamalı: Şuşa Zəfəri Azərbaycanın milli qürurunun və dövlətçilik qüdrətinin təcəssümüdür
SİYASƏT
8 Noyabr – Şuşa şəhəri günü: Zəfərin zirvəsi, qürurun ünvanı
CƏMİYYƏT
Salyan Rayon Mərkəzi Xəstəxanasında 8 Noyabr – Zəfər Gününə həsr olunmuş tədbir keçirilib!
SİYASƏT
Mavi göylərdə dalğalanan milli qürurumuz
SİYASƏT
Ucalan bayrağımız, güclənən dövlətimiz
SİYASƏT
Dövlətçiliyimizin ideoloji təməli və milli birliyimizin rəmzi
SİYASƏT
Dövlət bayrağımız milli dəyərimizdir
SİYASƏT
Zəfər Yolunun Aparıcı Zirvəsi
SİYASƏT
Qalib Azərbaycanın Qürur Zirvəsi – Şuşa
SİYASƏT
8 Noyabr- Şuşanın Əbədi Ruhunun Qayıdışı
SİYASƏT
8 NOYABR – ZƏFƏR GÜNÜ: MİLLİ QÜRURUMUZUN, DÖVLƏTÇİLİYİMİZİN VƏ DÖNÜŞMƏZ İRADƏMİZİN TƏNTƏNƏSİ
SİYASƏT
Salyanda Zəfər Gününə həsr olunmuş tədbir keçirilib
SİYASƏT
Səhiyyə işçiləri ümumrayon ağacəkmə aksiyasında fəal iştirak ediblər
SİYASƏT
8 NOYABR – ZƏFƏR GÜNÜ: MİLLİ QÜRURUMUZUN, BİRLİYİMİZİN VƏ QƏHRƏMANLIĞIMIZIN TƏNTƏNƏSİ*
SİYASƏT
Zəfərin yaratdığı yeni reallıqlar və Azərbaycanın gələcək hədəfləri
SİYASƏT
Güclü iqtisadiyyat, müasir ordu və tarixi Qələbə
SİYASƏT
44 günə sığan qəhrəmanlıq və əsrlərə yazılan Zəfər
SİYASƏT
Şuşa Azərbaycan xalqının rəşadətinin, əyilməz iradəsinin simvoludur
SİYASƏT
Ana Vətən Partiyasından Tarixi Zəfərin Altıncı İldönümü İlə Bağlı BƏYANAT
SİYASƏT
Deputat: Bütün nailiyyətlər uzaqgörən siyasətin məntiqi nəticəsidir
SİYASƏT
Şuşanın azadlığı Azərbaycanın tarixi Zəfərinin və milli qürurunun təntənəsidir
SİYASƏT
Azad Şuşa dövlətimizin quruculuq əzminin və Böyük Qayıdışın rəmzidir
SİYASƏT
Şuşa Zəfəri milli qürurumuzun ən uca zirvəsidir
SİYASƏT
8 Noyabr: təqvimin qızıl hərflərlə yazılmış tarixi

Həkim, ictimai-siyasi xadim Zəhra xanım Quliyevanın anadan olmasından 101 il ötür 

2024-01-18 18:40:56 184 baxış
Xəbər şəkil

Azərbaycanda  onu tanımayan yox idi.  Zəhra xanım Qadın Problemləri üzrə Dövlət Komitəsinin sədri, görkəmli oftalmoloq-alim, Azərbaycan Tibb Universitetinin rektoru, Azərbaycan Oftalmoloqlar Cəmiyyətinin sədri, tanınmış ziyalı, ictimai xadim idi.  Onu hamı gözəl təşkilatçı, qadın hərəkatının  lideri, humanist insan kimi tanıyırdı. Ancaq  bunların hamısından əvvəl döğmaları üçün, ona öz problemləri, ağrıları ilə müraciət edən hər kəs üçün fədakarlığa hazır olan qayğıkeş ana, əsl insan idi.

Gözəl, yumşaq xasiyyəti, müdrikliyi, savadı ilə, tibb elminə verdiyi töhfələrlə, vətənpərvərliyi, rəvan  natiqlik bacarığı, yüksək mədəniyyəti ilə ölkədə böyük nüfuz qazanmışdı. O,  ömrünün əsas hissəsini  tibb elminin, Azərbaycan səhiyyəsinin  inkişafına  həsr etmiş, insanların sağlamlığı keşiyində durmuşdur. 

“Qadın ailədə evin dayağı olduğu kimi, cəmiyyətin də əsas sütunudur. Buna görə də qadınla  hesablaşmaq, ona həmişə diqqət göstərmək lazımdır. ” Bu da Zəhra xanımın  tez-tez  işlətdiyi sözlərdir. O, qadının hər şeydən əvvəl ana, ocağının çırağı  olduğunu hesab etsə də, çox sevinirdi ki, bu gün qadınlarımız təkcə ailə çərçivəsindəki fəaliyyətləri ilə kifayətlənmirlər. Onlar cəmiyyətin həyatında bütövlükdə iştirak edirlər. Qadınlarımız rəhbər vəzifələrdə çalışır, onlara göstərilən etimadı ləyaqətlə doğruldurlar. Liderlik keyfiyyətləri  ilə cəmiyyəti irəli apara bilirlər. O, bir tərbiyəçi kimi qadınları milli-mənəvi dəyərlərimizin qoruyucusu və təbliğatçısı olmağa,  gənc nəsli  bu dəyərlər  üzərində böyütməyə  səsləyirdi.

Zəhra xanımın  hələ gənclik illərindən xalqımızın ziyalı qızı, Ümummilli  Lider  Heydər Əliyevin ömür-gün yoldaşı  Zərifə xanım Əliyeva ilə tanışlığı, onların mənəvi bağlılığı  sonradan yaxın dostluğa çevrildi. Bu dostluq  ömürlərinin sonunadək davam edərək sədaqət nümunəsi oldu.   

Zəhra  xanım  yaşına  baxmayaraq,  respublikanın bütün rayonlarına gedir, əhali ilə  görüşürdü. Bütün bölgələrdə, ən ucqar kəndlərdə belə onu mehribanlıqla, hərarətlə qarşılayırdılar.  İnsanlarla son dərəcə mədəni və səmimi davranışı, müdrik söz-söhbətləri,  kübarlığı ilə ətrafındakılarda  böyük sevgi və  dərin inam oyatmışdı. Ona ürəkdən inanır, etibar edirdilər. Çünki özünə son dərəcə tələbkar olan Zəhra xanım sözünün üstündə durmağı bacarır, onun məsuliyyətini daşıyırdı. Ümumiyyətlə, o, ictimai xadimə məxsus olan bütün keyfiyyətləri  özündə  birləşdirmişdi.

Özümü xoşbəxt hesab edirəm ki, Zəhra xanımın rəhbərliyi altında  işləmək  mənə də nəsib olmuşdur. Onun  bütün   fəaliyyəti-bizim üçün  əsl məktəb idi.  Yaşından,  vəzifəsindən asılı olmayaraq hər bir əməkdaşla  mehriban, səmimi rəftar edirdi

Ciddi tələbkarlığı ilə incə qəlbi, duzlu sözü söhbəti onu  hamıya  sevdirirdi. Özünün idarəçilik təcrübəsini həvəslə gənclərə öyrədir, onların hər addımını dəstəkləyirdi. Hər hərəkəti, hər sözü ilə qazandığı  nüfuzu qoruyub saxlayırdı.      

Hər kəs bu dünyada öz ömrünü yaşayır, öz missiyasını yerinə yetirir. Zəhra xanım da şərəfli  və mənalı bir ömür sürdü. Heç kəsi narahat etmədən, daxili nigarançılığını üzə vurmadan  hamıya müsbət enerji bəxş etdi.  Çünki həyatı, insanları sevirdi.

Onun zahiri sakitliyinin arxasında narahat bir ürək döyünürdü. Həssas qəlbli Zəhra xanım torpaqlarımızın işğalını, ailələrin qaçqın və köçkün həyatı yaşamasını adi qarşılaya bilmirdi. Xalqının taleyini övladlarının taleyindən ayırmırdı. Bu narahatlıq onun beynəlxalq  Forumlardakı nitqlərində də öz əksini  tapırdı.  Bu, hər şeydən əvvəl   bir vətəndaş duyğusu idi.   

Həyatımızda çox şeylər dəyişib. Dəyişməyən təkcə itkilərimizin ağrısı və səmimi, saf  duyğularımız olub. Təəssüf ki, biz hələ də insanların əsl dəyərini onları itirəndən sonra daha çox dərk edirik. Lakin haqqında söz açdığım Zəhra xanım Quliyeva hələ sağlığında xalqımız və dövlətimiz tərəfindən layiqli qiymətini almış şəxsiyyətlərdəndir. Həm Ulu Öndər Heydər, həm Prezident İlham Əliyev, həm də Respublikanın Birinci vitse-prezidenti Mehriban xanım  hər zaman ona xüsusi diqqət  göstərilmişdir.  Onun adı Azərbaycan qadın hərəkatının tarixinə qızıl hərflərlə  yazılmışdır. Buna görə də Zəhra xanım Quliyevanın dünyasını dəyişməsini hər bir nəsil öz itkisi kimi yaşayır. Onun yoxluğu yaşından, kimliyindən asılı olmayaraq hər bir kəsi eyni cür ağrıdır. Lakin ən böyük təsəllimiz odur ki, Zəhra xanımın zəngin  təcrübəsi, faydalı məsləhətləri bu gün də əlimizdən tutur. 
   
Milli Məclisin Komitə sədri, professor Hicran Hüseynova

Oxşar xəbərlər

Xəbər lenti
Konstitusiya – insan hüquqları və ədalətin ali təminatı
2026-11-11
Konstitusiya tariximizin mühüm mərhələləri
2026-11-11
Sabitlik və inkişafın hüquqi əsasları
2026-11-11
Konstitusiya müstəqil dövlətçiliyin möhkəm hüquqi təməlidir
2026-11-11
Günay Ağamalı: Üçrəngli bayrağımız qalib xalqın qüruru, müstəqil dövlətimizin əzəmətidir – ŞƏRH
2026-11-09
8 Noyabr xalqımızın milli qürurunun, dövlətçilik iradəsinin və tarixi ədalətin təntənəsidir
2026-11-09
Günay Ağamalı: Şuşa Zəfəri Azərbaycanın milli qürurunun və dövlətçilik qüdrətinin təcəssümüdür
2026-11-09
8 Noyabr – Şuşa şəhəri günü: Zəfərin zirvəsi, qürurun ünvanı
2026-11-07
Salyan Rayon Mərkəzi Xəstəxanasında 8 Noyabr – Zəfər Gününə həsr olunmuş tədbir keçirilib!
2026-11-06
Mavi göylərdə dalğalanan milli qürurumuz
2026-11-06
Ucalan bayrağımız, güclənən dövlətimiz
2026-11-06
Dövlətçiliyimizin ideoloji təməli və milli birliyimizin rəmzi
2026-11-06
Dövlət bayrağımız milli dəyərimizdir
2026-11-06
Zəfər Yolunun Aparıcı Zirvəsi
2026-11-06
Qalib Azərbaycanın Qürur Zirvəsi – Şuşa
2026-11-06
8 Noyabr- Şuşanın Əbədi Ruhunun Qayıdışı
2026-11-06
8 NOYABR – ZƏFƏR GÜNÜ: MİLLİ QÜRURUMUZUN, DÖVLƏTÇİLİYİMİZİN VƏ DÖNÜŞMƏZ İRADƏMİZİN TƏNTƏNƏSİ
2026-11-05
Salyanda Zəfər Gününə həsr olunmuş tədbir keçirilib
2026-11-05
Səhiyyə işçiləri ümumrayon ağacəkmə aksiyasında fəal iştirak ediblər
2026-11-05
8 NOYABR – ZƏFƏR GÜNÜ: MİLLİ QÜRURUMUZUN, BİRLİYİMİZİN VƏ QƏHRƏMANLIĞIMIZIN TƏNTƏNƏSİ*
2026-11-05
Zəfərin yaratdığı yeni reallıqlar və Azərbaycanın gələcək hədəfləri
2026-11-05
Güclü iqtisadiyyat, müasir ordu və tarixi Qələbə
2026-11-05
44 günə sığan qəhrəmanlıq və əsrlərə yazılan Zəfər
2026-11-05
Şuşa Azərbaycan xalqının rəşadətinin, əyilməz iradəsinin simvoludur
2026-11-04

2026-11-03