Fransa şirkətləri Azərbaycandan qovula bilər…
Xəbər verdiyimiz kimi, Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsi Fransa Senatının qətnaməsi ilə əlaqədar bəyanat qəbul edib.
Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsi Fransanın davamlı anti-Azərbaycan fəaliyyətini nəzərə alaraq, Azərbaycan Respublikası Hökumətinə aşağıdakı tədbirlərin görülməsi ilə bağlı çağırış edir:
1. Fransaya qarşı sanksiyalar tətbiq edilsin;
2. Fransa rəsmilərinin Azərbaycanda hər hansı aktivləri aşkar edildikdə dondurulsun;
3. Fransa ilə bütün iqtisadi əlaqələr dayandırılsın;
4. Total da daxil olmaqla, bütün Fransa şirkətləri Azərbaycandan çıxarılsın;
5. Fransa şirkətlərinin Azərbaycan dövlətinin sifarişi ilə həyata keçirilən hər hansı layihədə iştirakına yol verilməsin.
Qeyd edək ki, yanvarın 17-də Fransa senatı Azərbaycana qarşı qətnamə qəbul edib. Bu kağız parçasında ermənilərin Qarabağa qaytarılması və Azərbaycanın Ermənistana ‘təcavüzünə’ mane olmaq kimi sərsəm ifadələr yer alıb.