Kanal4.az

Xəbərlərin ünvanı

Kanal4.az

SİYASƏT
Konstitusiya – insan hüquqları və ədalətin ali təminatı
SİYASƏT
Konstitusiya tariximizin mühüm mərhələləri
SİYASƏT
Sabitlik və inkişafın hüquqi əsasları
SİYASƏT
Konstitusiya müstəqil dövlətçiliyin möhkəm hüquqi təməlidir
SİYASƏT
Günay Ağamalı: Üçrəngli bayrağımız qalib xalqın qüruru, müstəqil dövlətimizin əzəmətidir – ŞƏRH
SİYASƏT
8 Noyabr xalqımızın milli qürurunun, dövlətçilik iradəsinin və tarixi ədalətin təntənəsidir
SİYASƏT
Günay Ağamalı: Şuşa Zəfəri Azərbaycanın milli qürurunun və dövlətçilik qüdrətinin təcəssümüdür
SİYASƏT
8 Noyabr – Şuşa şəhəri günü: Zəfərin zirvəsi, qürurun ünvanı
CƏMİYYƏT
Salyan Rayon Mərkəzi Xəstəxanasında 8 Noyabr – Zəfər Gününə həsr olunmuş tədbir keçirilib!
SİYASƏT
Mavi göylərdə dalğalanan milli qürurumuz
SİYASƏT
Ucalan bayrağımız, güclənən dövlətimiz
SİYASƏT
Dövlətçiliyimizin ideoloji təməli və milli birliyimizin rəmzi
SİYASƏT
Dövlət bayrağımız milli dəyərimizdir
SİYASƏT
Zəfər Yolunun Aparıcı Zirvəsi
SİYASƏT
Qalib Azərbaycanın Qürur Zirvəsi – Şuşa
SİYASƏT
8 Noyabr- Şuşanın Əbədi Ruhunun Qayıdışı
SİYASƏT
8 NOYABR – ZƏFƏR GÜNÜ: MİLLİ QÜRURUMUZUN, DÖVLƏTÇİLİYİMİZİN VƏ DÖNÜŞMƏZ İRADƏMİZİN TƏNTƏNƏSİ
SİYASƏT
Salyanda Zəfər Gününə həsr olunmuş tədbir keçirilib
SİYASƏT
Səhiyyə işçiləri ümumrayon ağacəkmə aksiyasında fəal iştirak ediblər
SİYASƏT
8 NOYABR – ZƏFƏR GÜNÜ: MİLLİ QÜRURUMUZUN, BİRLİYİMİZİN VƏ QƏHRƏMANLIĞIMIZIN TƏNTƏNƏSİ*
SİYASƏT
Zəfərin yaratdığı yeni reallıqlar və Azərbaycanın gələcək hədəfləri
SİYASƏT
Güclü iqtisadiyyat, müasir ordu və tarixi Qələbə
SİYASƏT
44 günə sığan qəhrəmanlıq və əsrlərə yazılan Zəfər
SİYASƏT
Şuşa Azərbaycan xalqının rəşadətinin, əyilməz iradəsinin simvoludur
SİYASƏT
Ana Vətən Partiyasından Tarixi Zəfərin Altıncı İldönümü İlə Bağlı BƏYANAT
SİYASƏT
Deputat: Bütün nailiyyətlər uzaqgörən siyasətin məntiqi nəticəsidir
SİYASƏT
Şuşanın azadlığı Azərbaycanın tarixi Zəfərinin və milli qürurunun təntənəsidir
SİYASƏT
Azad Şuşa dövlətimizin quruculuq əzminin və Böyük Qayıdışın rəmzidir
SİYASƏT
Şuşa Zəfəri milli qürurumuzun ən uca zirvəsidir
SİYASƏT
8 Noyabr: təqvimin qızıl hərflərlə yazılmış tarixi

İşğaldan azad edilən torpaqlarımızda Qayıdış proqramı uğurla icra edilir

2024-01-16 15:47:50 129 baxış
Xəbər şəkil

Azərbaycan xalqı 2023-cü ili tarixi qələbələr, böyük nailiyyətlər, bol uğurlarla  başa vurdu. Ərazi bütövlüyümüz tam təmin olundu, bayrağımız Xankəndidə, Xocalıda, Xocavənddə, Əsgəranda dalğalandırıldı. 2023-cü il həm də işğaldan azad edilən torpaqlarımızda həyata keçirilən quruculuq zəfərləri, tarixi yurdlarımıza möhtəşəm qayıdış təntənəsi ilə yadda qaldı. Qarabağ və Şərqi Zəngəzura qayıdışı milli prioritetimiz kimi müəyyənləşdirən Prezident İlham Əliyevin əzmi, qətiyyəti və iradəsinin nəticəsidir ki, onilliklər boyu düşmənin viran qoyduğu, bir həyat nişanəsi belə tapmaq mümkün olmayan ərazilərimizdə indi həyat qaynayır. Təkcə ötən il dörd yaşayış məntəqəmizə - Tərtərin Talış, Laçının Zabux kəndlərinə, eləcə də Füzuli və Laçın şəhərlərinə minlərlə insan qayıdış karvanları ilə dönüb. 
Prezident İlham Əliyevin şəxsi nəzarəti və diqqəti  altında bu gün Qarabağ və Şərqi Zəngəzurda çoxsaylı yaşayış məntəqəsi yenidən qurulur. Böyük infrastruktur layihələri həyata keçirilir, dəmir yolları, avtomobil yolları, tunellər çəkilir, beynəlxalq hava limanları tikilib istifadəyə verilir, "ağıllı kənd və şəhərlər" salınır. Çox qısa zamanda Qarabağ və Şərqi Zəngəzurda iki beynəlxalq hava limanının - Füzuli və Zəngilan Hava limanlarının  tikilərək istifadəyə verilməsi isə görülən işlərin möhtəşəmliyini bir daha nümayiş etdirir. Bir sözlə, dövlətimiz tərəfindən 10 min kvadratkilometr ərazidə böyük tikinti-quruculuq işləri aparılır.
Qarabağ və Şərqi Zəngəzurda həyata keçirilən bərpa-quruculuq işlərini Prezident İlham Əliyevin o bölgələrə həyata keçirdiyi mütəmadi səfərlər sayəsində daha aydın şəkildə görmüş oluruq. Əvvəlki iki ildə olduğu kimi, 2023-cü ildə də dövlət başçısı İlham Əliyev Birinci xanım Mehriban Əliyeva ilə birgə Qarabağ və Şərqi Zəngəzura mütəmadi səfərlər etdi, görülən işlərlə yerində tanış oldu, yeni açılışlara, təməllərə imza atdı. Eyni zamanda il ərzində dəfələrlə işğaldan azad edilən ərazilərimizə yollanan dövlət başçısı ilin sonunda da bu xoş ənənəsini davam etdirdi. Doğum günü ərəfəsində İlham Əliyev Azərbaycan xalqını Xocalıdan, Xocavənddən, Şuşadan,  Ağdamdan, Xankəndidən salamladı. Dekabrın 24-də qurucu lider İlham Əliyev Ağdam rayonunda mühüm obyektlərin açılışlarını etməsi və yeni bünövrələr qoyması ilə bir daha düşmənlərimizə göz dağı verdi, dostlarımıza sevinc ərməğan etdi. 
Prezident İlham Əliyev yanvarın 10-da yerli televiziya kanallarına müsahibəsində bu il də Qarabağda, Şərqi Zəngəzurda infrastruktur layihələrinin hamısının davam etdiriləcəyini bildirdi. "Bunlar nəhəng layihələrdir. Bildiyiniz kimi, su anbarları, yollar, körpülər, dəmir yolları, məktəblər, xəstəxanalar, artıq başlamışdır onların inşaatı, bəziləri artıq istifadəyə verilmişdir. Bütün bu infrastruktur layihələri imkan verir ki, biz bu il daha böyük sayda keçmiş köçkünləri öz dədə-baba torpaqlarına qaytaraq" - deyən dövlət başçısı məlumat verdi ki, keçmiş məcburi köçkünlərin bu il qaytarılacaqları şəhərlər arasında beş şəhər - Şuşa, Cəbrayıl, Kəlbəcər, Xankəndi, Xocalı şəhərləri olacaq: "Ağdam, Zəngilan, Qubadlı şəhərlərinə isə keçmiş məcburi köçkünlərin 2025-ci ildə qayıtması nəzərdə tutulur. Bununla paralel olaraq bir çox kəndlərdə, - hansılarda ki mən təməl qoymuşam, - orada inşaat davam edəcək, bir neçə kəndə keçmiş köçkünlər qayıdacaqlar. Məsələn, Laçın rayonunun Sus kəndi hazır olacaq. Ondan sonra Xocalı rayonunun Kərkicahan, Malıbəyli, Turşsu kəndlərinin də bərpasına artıq start veririk".
2026-cı ilin sonuna qədər hədəfimizin 140 min keçmiş köçkünü öz dədə-baba torpaqlarına qaytarmaq olduğunu söyləyən dövlət başçısı əminliklə bildirdi ki, biz buna da nail olacağıq. Bir sözlə, ötən il ərzində işğaldan azad edilən torpaqlarımızda Azərbaycan dövlətinin həyata keçirdiyi tikinti və bərpa işləri, o cümlədən Qayıdış proqramının uğurla icra edilməsi onu göstərir ki, bu il də Qarabağ və Şərqi Zəngəzurda ardıcıl olaraq quruculuq və qayıdış zəfərləri yaşayacağıq.  

Cavid Səmədli,
Salyan rayon gənci, YAP fəalı

Oxşar xəbərlər

Xəbər lenti
Konstitusiya – insan hüquqları və ədalətin ali təminatı
2026-11-11
Konstitusiya tariximizin mühüm mərhələləri
2026-11-11
Sabitlik və inkişafın hüquqi əsasları
2026-11-11
Konstitusiya müstəqil dövlətçiliyin möhkəm hüquqi təməlidir
2026-11-11
Günay Ağamalı: Üçrəngli bayrağımız qalib xalqın qüruru, müstəqil dövlətimizin əzəmətidir – ŞƏRH
2026-11-09
8 Noyabr xalqımızın milli qürurunun, dövlətçilik iradəsinin və tarixi ədalətin təntənəsidir
2026-11-09
Günay Ağamalı: Şuşa Zəfəri Azərbaycanın milli qürurunun və dövlətçilik qüdrətinin təcəssümüdür
2026-11-09
8 Noyabr – Şuşa şəhəri günü: Zəfərin zirvəsi, qürurun ünvanı
2026-11-07
Salyan Rayon Mərkəzi Xəstəxanasında 8 Noyabr – Zəfər Gününə həsr olunmuş tədbir keçirilib!
2026-11-06
Mavi göylərdə dalğalanan milli qürurumuz
2026-11-06
Ucalan bayrağımız, güclənən dövlətimiz
2026-11-06
Dövlətçiliyimizin ideoloji təməli və milli birliyimizin rəmzi
2026-11-06
Dövlət bayrağımız milli dəyərimizdir
2026-11-06
Zəfər Yolunun Aparıcı Zirvəsi
2026-11-06
Qalib Azərbaycanın Qürur Zirvəsi – Şuşa
2026-11-06
8 Noyabr- Şuşanın Əbədi Ruhunun Qayıdışı
2026-11-06
8 NOYABR – ZƏFƏR GÜNÜ: MİLLİ QÜRURUMUZUN, DÖVLƏTÇİLİYİMİZİN VƏ DÖNÜŞMƏZ İRADƏMİZİN TƏNTƏNƏSİ
2026-11-05
Salyanda Zəfər Gününə həsr olunmuş tədbir keçirilib
2026-11-05
Səhiyyə işçiləri ümumrayon ağacəkmə aksiyasında fəal iştirak ediblər
2026-11-05
8 NOYABR – ZƏFƏR GÜNÜ: MİLLİ QÜRURUMUZUN, BİRLİYİMİZİN VƏ QƏHRƏMANLIĞIMIZIN TƏNTƏNƏSİ*
2026-11-05
Zəfərin yaratdığı yeni reallıqlar və Azərbaycanın gələcək hədəfləri
2026-11-05
Güclü iqtisadiyyat, müasir ordu və tarixi Qələbə
2026-11-05
44 günə sığan qəhrəmanlıq və əsrlərə yazılan Zəfər
2026-11-05
Şuşa Azərbaycan xalqının rəşadətinin, əyilməz iradəsinin simvoludur
2026-11-04

2026-11-03