Kanal4.az

Xəbərlərin ünvanı

Kanal4.az

SİYASƏT
Konstitusiya – insan hüquqları və ədalətin ali təminatı
SİYASƏT
Konstitusiya tariximizin mühüm mərhələləri
SİYASƏT
Sabitlik və inkişafın hüquqi əsasları
SİYASƏT
Konstitusiya müstəqil dövlətçiliyin möhkəm hüquqi təməlidir
SİYASƏT
Günay Ağamalı: Üçrəngli bayrağımız qalib xalqın qüruru, müstəqil dövlətimizin əzəmətidir – ŞƏRH
SİYASƏT
8 Noyabr xalqımızın milli qürurunun, dövlətçilik iradəsinin və tarixi ədalətin təntənəsidir
SİYASƏT
Günay Ağamalı: Şuşa Zəfəri Azərbaycanın milli qürurunun və dövlətçilik qüdrətinin təcəssümüdür
SİYASƏT
8 Noyabr – Şuşa şəhəri günü: Zəfərin zirvəsi, qürurun ünvanı
CƏMİYYƏT
Salyan Rayon Mərkəzi Xəstəxanasında 8 Noyabr – Zəfər Gününə həsr olunmuş tədbir keçirilib!
SİYASƏT
Mavi göylərdə dalğalanan milli qürurumuz
SİYASƏT
Ucalan bayrağımız, güclənən dövlətimiz
SİYASƏT
Dövlətçiliyimizin ideoloji təməli və milli birliyimizin rəmzi
SİYASƏT
Dövlət bayrağımız milli dəyərimizdir
SİYASƏT
Zəfər Yolunun Aparıcı Zirvəsi
SİYASƏT
Qalib Azərbaycanın Qürur Zirvəsi – Şuşa
SİYASƏT
8 Noyabr- Şuşanın Əbədi Ruhunun Qayıdışı
SİYASƏT
8 NOYABR – ZƏFƏR GÜNÜ: MİLLİ QÜRURUMUZUN, DÖVLƏTÇİLİYİMİZİN VƏ DÖNÜŞMƏZ İRADƏMİZİN TƏNTƏNƏSİ
SİYASƏT
Salyanda Zəfər Gününə həsr olunmuş tədbir keçirilib
SİYASƏT
Səhiyyə işçiləri ümumrayon ağacəkmə aksiyasında fəal iştirak ediblər
SİYASƏT
8 NOYABR – ZƏFƏR GÜNÜ: MİLLİ QÜRURUMUZUN, BİRLİYİMİZİN VƏ QƏHRƏMANLIĞIMIZIN TƏNTƏNƏSİ*
SİYASƏT
Zəfərin yaratdığı yeni reallıqlar və Azərbaycanın gələcək hədəfləri
SİYASƏT
Güclü iqtisadiyyat, müasir ordu və tarixi Qələbə
SİYASƏT
44 günə sığan qəhrəmanlıq və əsrlərə yazılan Zəfər
SİYASƏT
Şuşa Azərbaycan xalqının rəşadətinin, əyilməz iradəsinin simvoludur
SİYASƏT
Ana Vətən Partiyasından Tarixi Zəfərin Altıncı İldönümü İlə Bağlı BƏYANAT
SİYASƏT
Deputat: Bütün nailiyyətlər uzaqgörən siyasətin məntiqi nəticəsidir
SİYASƏT
Şuşanın azadlığı Azərbaycanın tarixi Zəfərinin və milli qürurunun təntənəsidir
SİYASƏT
Azad Şuşa dövlətimizin quruculuq əzminin və Böyük Qayıdışın rəmzidir
SİYASƏT
Şuşa Zəfəri milli qürurumuzun ən uca zirvəsidir
SİYASƏT
8 Noyabr: təqvimin qızıl hərflərlə yazılmış tarixi

Azərbaycan vətəndaşı ümümxalq tarixi müqədəs günə hazırdır

2024-01-15 10:39:00 115 baxış
Xəbər şəkil

 

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin dekabr ayının 7-də  imzaladığı Sərancama uyğun olaraq 2024-cü il fevralın  7-də Azərbaycanda növbədənkənar Prezident seçkiləri keçiriləcək. Bu növbədənkənar prezident seçkilərini həm də Zəfər seçkiləri adlandırmaq olar.​ Əlamətdar haldır ki, müstəqil Azərbaycanın tarixində ilk dəfə prezident seçkiləri bütün ölkə ərazisində keçirilir.

2020 ci il "Dəmir yumruq" əməliyyatı  44 günlük Vətən Müharibəsi və 2023-cü ilin antiterror tədbirləri nəticəsində ərazi bütövlüyümüzün və suverenliyimizin bərpası həm regionda, həm də ölkəmizdə yeni reallıqlar yaradıb. Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyev xalqa verdiyi sözə tam əməl edərək, Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini bərpa etdi, üçrəngli bayrağımızı Xankəndində, Şuşada, Xocalıda, Laçında, Kəlbəcərdə, Cəbrayılda, Zəngilanda, Füzulidə və digər rayonlarda şərəflə dalğalandırdı. Növbədənkənar seçkilər ərazi bütövlüyümüzün və suverenliyimizin təsbitidir.
Xatırladım ki, qarşıdan gələn seçkilər zamanı 20 min seçici - doğma yurdlarına qayıdan insanlarımız ilk dəfə işğaldan azad edilmiş ərazilərdə təşkil ediləcək seçki məntəqələrində səs verəcəklər.

Bu gün Azərbaycanın getdikcə daha böyük gücə çevrilməsi bir çox Qərb ölkələrini ciddi şəkildə narahat etməkdədir. Buna görə də həmin dövlətlərin təxribatlarının qarşısını almaq üçün ölkəmizdə siyasi sistemin gücləndirilməsi strateji əhəmiyyət kəsb edən bir məsələdir. Hazırda Cənubi Qafqazda Azərbaycanın razılığı və iştirakı olmadan hər hansı bir beynəlxalq layihənin həyata keçirilməsinin qeyri-mümkünlüyü artıq bütün dünyaya məlumdur. Bununla yanaşı, bəzi Qərb dövlətləri Rusiyanın regionda mövqelərinin nisbətən zəifləməsini fürsət kimi dəyərləndirərək, Cənubi Qafqazda öz siyasi iradələrini region ölkələrinə qəbul etdirmək imkanı verən hansısa bir məqama sahib olmağa çalışırlar. Lakin onların da bu cəhdlərinin qarşısı məhz Azərbaycan tərəfindən qətiyyətlə alınır. Əksinə, Avropa ölkələrinin enerji təhlükəsizliyində getdikcə rolu artan Azərbaycan, artıq özü Avrasiya məkanında gedən geosiyasi proseslərə müdaxilə etmək imkanlarına sahiblənir. Artıq ABŞ və Fransa kimi superdövlətlər də Azərbaycanla hesblaşmadan Cənubi Qafqazda mövcud olmağın mümkünsüzlüyünü anlayırlar. Lakin bütün bunlar ölkəmizə qarşı müxtəlif təxribatların törədilməsi ehtimalını da yüksəltmiş olur. Məhz bu baxımdan da həmin dövlətlərin təxribatlarının qarşısını almaq məqsədilə Prezident İlham Əliyev tərəfindən atılan addımlar, o cümlədən, ölkəmizdə siyasi sistemin gücləndirilməsi məqsədilə görülən tədbirlər strateji əhəmiyyət kəsb edir. Biz xalq olaraq Vətən müharibəsinin bizə bəxş etdirdiyi tarixə qızıl hərflərlə yazılan "Qarabağ Azərbaycandır!" şüarını yaxın keçmişdə real həyata keçməsinin şahidi olduq. 

Belə fikirləşək ki, bu gün vətən müharibsi olmayıb... 30 ilə yaxın düşmən tapdağında olan torpaqlarımız azad olmayıb. Seçkilərə gedib Qarabağın talehini həll etməliyik. Öz səsimizlə vətəndaş olaraq seçkilərdə iştirak edib səs verməklə Ali baş kamandanı yenidən yetkinliklə seçib, Müzəffər sərkərdəmiz tərəfindən yazılan qalibiyyət planına gedən yolu, yumuruq kimi bütövlüyümüzü, dəmir kimi möhkəmliyimizi göstərməliyik. Müharibə devrini xatırlamaq heç də çətin deyil.. hamılıqla 7 dən 77 vətəndaşlaımız gecə-gündüz mavi ekran arxasında, sosial şəbəkələrdə Prezidentimizin bu gün işğalda olan hansı ərazimizin, rayonumuzun, kəndimizin, yeksəkliyin alındığını sevinc-fərəhlə xalqala bölüşməyin gözləməsi... Xarici adların jurnalist qoyan anti təbliğat yaradan bəzi qonaqlara müharibə gedən ölkənin Prezidentindən müsahibəələr götürməsi, İngilis, rus dillərində Liderimizin verdiyi cavablar, tarixin dünyaya çatdırılması, ədalətli, haqqlı olduğumuzun sübuta yetirilməsi siyasətin ən böyük zirvəsini yadımıza salaq.
Biz xalq olaraq o günləri tarix olaraq yadaşımıza köçürməklə fəxarət hissi ilə 44 gün yaşadıq. Bütün dünyanın demək olar beşdən üçünün üstümüzə gəldiyi zaman dost-düşməni seçdik. Mənəvi qardaşlarımızı, yaxınlarımızı bildik.. Bizə qucaq açan, gücümüzə güz qatıb, haqlı olduğumuzu dəstəkləyənləri bildik. 
Mənə maraqlı olan 20 iyun 2021-ci ildə Ermənistanda növbədənkənar seçkilərdə 44 günlük Qarabağ müharibəsində məğlubiyyəti qəbul edən Baş nazir Nikol Paşinyan və onun kamandası "Vətəndaş Müqaviləsi" partiyası 53,92 faizlə məğlub ölkənin iqtidrı olaraq qalib gəldi. Erməni xalqı məğlub ölkənin prezidentini seçdi... 
Bəs biz necə qalib xalq, dövlət, vətəndaş olaraq 7 fevral 2024 cü ildə hamılıqla növbədən kənar prezident seçkilərinə getməli, öz müqədəs və mənəvi borcumuzu ölkəmizin vətəndaşı kimi verməliyik. 
 Belə hesab edirəm ki, əhalimizin 90 faiz vətəndaş bu seçkiyə qoşulacaq və öz prezidentini seçib, hörmətli prezidentimiz İlham Heydər oğlu Əliyev tərəfindən başlanan siyasətin nəticəsini görəcək. O siyasət ki, tarixi ədaləti bərpa edib, müasir Azərbaycan gələcəyi üçün 7 fevral 2024 cü il gününü seçib. Bəzən bu seçkinin böyük risk olduğunu fikirləşirəm Ermənizstanla sülh müqaviləsinin imzalanmaması, işğaldan azad olan torpaqlarımıza əhalinin qaydışnın təmin olunması, yenidən qurma, abadlıq işlərinin getiyi zamanda və düşmən dövlətlərin zəfər qələbəmizə qarşı apardıqları siyasət gündəmdə olduğu zaman növbədən kənar prezident seçkisi.. bir az dərindən fikirləşib, düşünəndə Ali Baş kamandan tərəfindən bünövrəsi qoyulan haqq işinin başa çatdırılmasının tezləşdirilməsi və vacibliyini anlayırsan. 
 2018- ci ildə Azərbaycan Respublikasının Prezidenti seçildikdən sonra cənab İlham Əliyev xalqımızın qarşısında duran ən mühüm problem - ərazi bütövlüyümüzün bərpası prosesinin son tamamlayıcı mərhələsinə start verdi və qısa zamanda ölkəmizin, xalqımızın bütün potensialını vahid məqsəd uğrunda səfərbər etdi. 
2024 cü il isə arzuların həyata keçirilməsi, qarşıya qoyulan vəzifələrin həyata keçirilməsinin, “Yaşıl dünya naminə həmrəylik ili” elan edilməsi xalqımızın inkişafı naminə seçkilərin keçirilməsini realaşdırır. İnanıram ki, bu seçkidən sonra Azərbaycanın sabahı, gələcəyi uğrunda yüksək naliyyətlər, uğurlar əldə olunacaq, xalqımız məhz tarixi seçkini zaman keçdikcə öz fəxirli günü kimi qeyd edəcək. Bu seçkinin Azərbaycanın bütün tarixi boyu baş tutacaq ən qürurverici seçki kimi tarixə düşəcək.

Növbədənkənar Prezident seçkiləri bütün dünya ölkələrində tətbiq olunan siyasi təcrübədir. Növbəti və növbədənkənar seçki arasında yeganə fərq tarixlə bağlıdır. Sadəcə olaraq, növbədənkənar seçki zamanı seçicilər öz iradələrini nəzərdə tutulmuş vaxtdan əvvəl ifadə edirlər. Namizədlərə gəlincə isə, bu şəxslərin hamısı bərabər hüquqlara malikdirlər və bərabər öhdəliklər daşıyırlar. Namizədlərin hamısına seçkiqabağı fəaliyyət üçün bərabər şərait təmin edilir və təşviqat aparılması üçün mediadan bərabər istifadə şərtləri müəyyənləşdirilir. Real potensialı və elektoratı olan bütün siyasi qüvvələr üçün seçkilərin keçirilməsi faktı özlərini təsdiqləmək üçün əlverişli fürsətdir. 
Təbii ki, məhdud potensiala malik olan qüvvələr, əvvəlki illərdə olduğu kimi, özlərini doğrultmaq üçün yenə də seçkilərin keçirilməsi ilə bağlı müəyyən narazılıqlar ifadə edəcəklər. Bu isə, yalnız onların subyektiv mövqelərinin daha bir nümayişi kimi qiymətləndirilə bilər.

Bu seçkilər Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin özünə inamının, xalqın siyasi dəstəyinə əminliyinin ən bariz göstəricisidir. Prezident İlham Əliyev bu günə qədər dediyi hər məsələni uğurla həyata keçirib. Əminik ki, öz Qalib Prezidenti ilə hər zaman birlik və həmrəylik nümayiş etdirən Qalib Azərbaycan xalqı bu seçkilərdə də öz rəhbərinin yanında olacaq, müdrik dövlət başçımızın xarici və daxili siyasətini, eləcə də bütün digər təşəbbüslərini ən fəal şəkildə dəstəkləklədiklərini ifadə edəcəklər.

44 günlük Vətən Müharibəsi Xalq-Dövlət-Ordu-Lider birliyinin daha bir bariz nümunsəi məhz Azərbaycan Respublikasından dünyaya nümayiş olundu. Müzəffər sərkərdə kimi, Ali Baş Komandan kimi 44 günlük savaş sayəsində 30 illik işğal tariximizi Zəfər tariximizə çevirməklə tarix yazsa da, lakin qurucu lider kimi də onun üzərinə çox böyük bir vəzifə düşür. Belə ki, Prezidentimiz İlham Əliyevin rəhbərliyi ilə işğaldan azad edilmiş şəhər və kəndlərimizdə böyük quruculuq və bərpa işləri aparılmalıdır. Erməni vandallarının çəyirtkə kimi, səlibçilər kimi gəlib keçdikləri və viranə qoyduqları əraziləri yenidən qurmaq, ora həyat və sivilizasiya gətirmək lazımdır. Biz əminik ki, dövlət başçımız yenə də milli birliyimizə və həmrəyliyimizə söykənərək, “Qarabağa qayıdış” layihəsini uğurla həyata keçirməklə buna nail olacaq. Prezident İlham Əliyevin “Qarabağ Dirçəliş Fondu” publik hüquqi şəxsin yaradılması haqqında fərman imzalaması da elə bu məqsədə xidmət edir:

“Ulu Öndərin həmin vaxt İlham Əliyev haqqında söylədiyi o sözləri yəqin ki, hər kəs xatırlayır: “Mən ona özüm qədər inanıram”. Bu həqiqətən də çox böyük etimad idi və bu etimadı şərəflə, ləyaqətlə, üz ağlığı və alın açıqlığı ilə doğrultmaq heç də asan deyildi. Bu etimadı doğrultmaq üçün müstəsna keyfiyyətlərə malik olmaq lazım idi və o keyfiyyətlər İlham Əliyevdə öz təcəssümünü tapmışdı, cəmləşmişdi. Ulu Öndər gələcəyin böyük siyasətçisində - İlham Əliyevdə sezdiyi, müşahidə etdiyi bu keyfiyyətləri çox dəqiq ifadə etmişdi: “O, yüksək intellektli, praqmatik düşüncəli, müasir dünya siyasətini və iqtisadiyyatını gözəl bilən, enerjili və təşəbbüskar bir şəxsdir”. Ulu Öndər bu fikirlərini 22 il bundan öncə dilə gətirmişdi. Bu fikirlərdə qeyd olunan xarakterik cizgilər, keyfiyyətlər böyük siyasətdə öz layiqli yerini tutmaq və uğur qazanmaq üçün “olmazsa olmaz” sayılan vazkeçilməz tələblər, kriterlər idi. Bu keyfiyyətləri özündə formalaşdıran, daşıyan İlham Əliyev böyük siyasətə inamla daxil oldu.

Azərbaycan tarixin bir çox mərhələlərində müxtəlif ictimai-siyasi, iqtisadi səbəblərdən zəifləyib və torpaqlarını itirib: “Səfəvilər dövləti dağıldıqdan sonra Azərbaycan torpaqlarının itirilməsi prosesi baş verdi. XX əsrin əvvəllərində 114 min kv.km-ə qədər olan ərazilərimiz sovet imperiyası işğalı dövründə 86,6 min kv.km-ə qədər azaldıldı. Beləliklə, XVIII əsrdən 1991-ci ilə qədər olan müddətdə Azərbaycan torpaq itkiləri ilə üzləşib. Ancaq heç vaxt tarixi ərazilərinin geri qaytarılması, torpaq bütövlüyünü bərpa edilməsi üçün mübarizəsini dayandırmayıb, öz xilaskar liderinin bir gün bu çətin və şərəfli tarixi missiyanı yerinə yetirəcəyi günü gözləyib.

Məğlubedilməz sərkərdə, İlham Əliyev 200 il əvvəlki tarixi torpaqlarımızın hüdudlarını bərpa etməklə tarixi həsrətə son qoydu. Son 200 ildə tarixi torpaqlarını ardıcıl şəkildə itirməyə məhkum edilmiş Azərbaycan xalqının milli mənliyini, mənəvi ruhunu və siyasi gücünü özünə qaytardı, tarixi ədaləti bərpa etdi.

İlham Əliyev Azərbaycanın zəngin dövlətçilik tarixinə itirilmiş torpaqları geri qaytaran qalib sərkərdə kimi daxil oldu. Bu konteksdə mübaliğəsiz demək olar ki, Şah İsmayıl Xətaidən sonra İlham Əliyev Azərbaycan dövlətinin öz ərazilərinə tam nəzarəti bərpa edən xilaskardır.

Azərbaycan həm də indiyə qədər tam qoruya bilmədiyi sərhədlərinin mühafizəsini də bərpa etdi. Öz sərhədçilərimiz Zəfərə qədər müstəqil və ərazi bütövlüyü tam olan dövlət sərhədlərini qoruya bilməyib. Sovetlər Birliyindən əvvəl də, İttifaqın tərkibində olanda da sərhədlərimizi başqaları, sovet sərhədçiləri qorumuş, son 30 ildə Ermənistanla müharibə sərhədçilərimizin öz ərazilərində keşik çəkməsinə imkan verməyib. Nəhayət 200 ildən sonra müstəqil Azərbaycan dövlətinin öz əsgəri öz sərhəddində keşik çəkir.

“Bu bir danılmaz həqiqətdir ki, Şah İsmayıl Xətai və Nadir şahdan sonra Azərbaycan heç vaxt tarixdə bu qədər güclü dövlət olmayıb.  Sərhədlərimiz öz qədim, əbədi və əzəli torpaqlarımızla sərhəddir. Bunu bütün tarixçilərimiz də etiraf edir və təsdiqləyirlər. Yəni ki, bu fikir hansısa diletantın uydurması və xəyalının “məhsul”u deyil. Təcrübə göstərdi ki, ermənilər və onların rəhbərliyi, eləcə də xaricdəki erməni diasporası, erməni lobbistləri Birinci Qarabağ müharibəsindən sonra işğalçı uğurlarından yaranmış eyforiyanın sərməstliyini yaşayarkən, İlham Əliyev isə 20 il ərzində ardıcıl şəkildə ölkənin hərbi potensialını artırmaqla, peşəkar ordu quruculuğu ilə məşğul oldu. Ordumuz bütün beynəlxalq göstəricilərinə görə bu illər ərzində dünyanın ən güclü orduları səviyyəsinə yüksəldi. Nəticələr də göz önündədir. İkinci Qarabağ müharibəsində Azərbaycan Ordusunun göstərdiyi yüksək döyüş performansı bu günləri dünyanın bütün hərbi qurumları tərəfindən təqdir edilir və öyrənilir. Hətta ABŞ ordusu və NATO da Ordumuzun 44 günlük savaşın gedişində istifadə etdiyi döyüş taktikalarını, relyef şəraitinə uyğun çevik manevr qabiliyyətini, psixoloji üstünlük imkanlarını, ən son hərbi texnologiyaların uğurlu tətbiqatını müsbət nümunə kimi təqdim edir. Bu, Azərbaycan kimi gənc ölkə və Azərbaycan Ordusu kimi gənc bir ordu üçün həqiqətən də misilsiz uğurdur, inanılmaz nailiyyətdir”.
Təzə qədəm qoyduğumuz 2024-cü ildə müstəqil Azərbaycan dövlətçiliyi tarixində mühüm bir hadisə baş verəcək. Fevralın 7-də növbədənkənar prezident seçkiləri keçiriləcək və Azərbaycan xalqı öz prezidentini seçəcək. Azərbaycan xalqı, seçicisi özünün seçmək hüququnu ilk dəfə Azərbaycanın bütün ərazilərində yerinə yetirəcək. 20 illik fəaliyyəti dövründə xalqımıza verdiyi bütün vədləri yerinə yetirən müzəffər Ali Baş Komandan İlham Əliyev müqəddəs bayrağımızı işğaldan azad edilmiş bütün bölgələrimizdə dalğalandırdıqdan sonra keçiriləcək bu seçkiləri Zəfər seçkisidə adlandırmaq olar. Şuşadan, Xankəndidən, Laçından, Kəlbəcərdən, Xocavənddən, Xocalıdan, Ağdərədən və digər işğaldan azad edilmiş rayonlarımızdan olan vətəndaşlarımız öz ata-baba yurdlarında siyasi iradələrini sərbəst şəkildə ifadə edə biləcəklər. Bu seçki eyni zamanda qalib Prezidentin özünəinamının və xalqın siyasi dəstəyinə əminliyinin ifadəsi, ölkəmizdə növbəti islahatların aparılması üçün yeni bir başlanğıc olacaq.
Ölkəmizin növbəti illərdə də demokratiyanın, yaxşı idarəetmənin, açıq hökumət təşəbbüsünün və şəffaflığın bərqərar olması, iqtisadi, sosial və sair sahələrdə əldə edəcəyi daha böyük uğurlarla həm postsovet məkanında, həm də Şərqi Avropada müsbət təcrübə kimi diqqət mərkəzində olması önəmlidir. Bu gün Azərbaycan beynəlxalq arenada və regionda söz sahibinə çevrilib. Məlumdur ki, yeni reallıqlar yeni çağırışlar doğurur. Belə bir mürəkkəb şəraitdə verilən bu tarixi qərar cənab Prezidentin müdrikliyinin növbəti təzahürüdür. Qalib xalqımız hər zaman olduğu kimi, öz liderinin ətrafında sıx birləşəcək və Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan ən qüdrətli dövrünə qədəm qoyacaq.

2024-cü ildə BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) müvafiq dövlət qurumları tərəfindən yüksək səviyyədə keçiriləcək. Azərbaycan Prezidenti İlham Əliyevin sədrliyi ilə COP29-a ilk hazırlıq iclasının keçirilməsi müvafiq dövlət qurumları tərəfindən bu mötəbər tədbirin də beynəlxalq standartlara uyğun şəkildə təşkil ediləcəyinə əminlik yaradır. Azərbaycan BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasına tərəf olmaqla qlobal iqlim dəyişmələrinə qarşı mübarizəyə öz töhfəsini verir. Dünyanın ən aktual bəşəri problemlərinin müzakirə olunduğu mühüm beynəlxalq platforma, COP29-un Azərbaycanda keçirilməsi böyük etimadın göstəricisi olmaqla, ölkəmizin qlobal problemlərin həllində məsuliyyətli və etibarlı tərəfdaş mövqeyini təsdiqləyir. "Yaşıl" iqtisadiyyata keçid və "yaşıl" enerji təchizatçısına çevrilmək Azərbaycanın iqtisadi siyasətinin prioritetlərindəndir. Dövlət başçısının müvafiq Sərəncamı ilə 2024-cü ilin ölkəmizdə "Yaşıl dünya naminə həmrəylik İli" elan edilməsi bu istiqamətdə təşəbbüsləri stimullaşdıracaq.
Xalqımızı 7 fevral 2024 cü ildə hamılıqla seçkilərə dəvət edirəm, inanırmam ki, ümumxaql işimiz olan və müqəddəs borcumuzu ödəməklə gələcəyimizə səs verəcəyik. 

Anar NAĞIYEV, Hüquqşünas-jurnalist





Oxşar xəbərlər


Xəbər lenti
Konstitusiya – insan hüquqları və ədalətin ali təminatı
2026-11-11
Konstitusiya tariximizin mühüm mərhələləri
2026-11-11
Sabitlik və inkişafın hüquqi əsasları
2026-11-11
Konstitusiya müstəqil dövlətçiliyin möhkəm hüquqi təməlidir
2026-11-11
Günay Ağamalı: Üçrəngli bayrağımız qalib xalqın qüruru, müstəqil dövlətimizin əzəmətidir – ŞƏRH
2026-11-09
8 Noyabr xalqımızın milli qürurunun, dövlətçilik iradəsinin və tarixi ədalətin təntənəsidir
2026-11-09
Günay Ağamalı: Şuşa Zəfəri Azərbaycanın milli qürurunun və dövlətçilik qüdrətinin təcəssümüdür
2026-11-09
8 Noyabr – Şuşa şəhəri günü: Zəfərin zirvəsi, qürurun ünvanı
2026-11-07
Salyan Rayon Mərkəzi Xəstəxanasında 8 Noyabr – Zəfər Gününə həsr olunmuş tədbir keçirilib!
2026-11-06
Mavi göylərdə dalğalanan milli qürurumuz
2026-11-06
Ucalan bayrağımız, güclənən dövlətimiz
2026-11-06
Dövlətçiliyimizin ideoloji təməli və milli birliyimizin rəmzi
2026-11-06
Dövlət bayrağımız milli dəyərimizdir
2026-11-06
Zəfər Yolunun Aparıcı Zirvəsi
2026-11-06
Qalib Azərbaycanın Qürur Zirvəsi – Şuşa
2026-11-06
8 Noyabr- Şuşanın Əbədi Ruhunun Qayıdışı
2026-11-06
8 NOYABR – ZƏFƏR GÜNÜ: MİLLİ QÜRURUMUZUN, DÖVLƏTÇİLİYİMİZİN VƏ DÖNÜŞMƏZ İRADƏMİZİN TƏNTƏNƏSİ
2026-11-05
Salyanda Zəfər Gününə həsr olunmuş tədbir keçirilib
2026-11-05
Səhiyyə işçiləri ümumrayon ağacəkmə aksiyasında fəal iştirak ediblər
2026-11-05
8 NOYABR – ZƏFƏR GÜNÜ: MİLLİ QÜRURUMUZUN, BİRLİYİMİZİN VƏ QƏHRƏMANLIĞIMIZIN TƏNTƏNƏSİ*
2026-11-05
Zəfərin yaratdığı yeni reallıqlar və Azərbaycanın gələcək hədəfləri
2026-11-05
Güclü iqtisadiyyat, müasir ordu və tarixi Qələbə
2026-11-05
44 günə sığan qəhrəmanlıq və əsrlərə yazılan Zəfər
2026-11-05
Şuşa Azərbaycan xalqının rəşadətinin, əyilməz iradəsinin simvoludur
2026-11-04
Ana Vətən Partiyasından Tarixi Zəfərin Altıncı İldönümü İlə Bağlı BƏYANAT
2026-11-04
Deputat: Bütün nailiyyətlər uzaqgörən siyasətin məntiqi nəticəsidir
2026-11-04
Şuşanın azadlığı Azərbaycanın tarixi Zəfərinin və milli qürurunun təntənəsidir
2026-11-04
Azad Şuşa dövlətimizin quruculuq əzminin və Böyük Qayıdışın rəmzidir
2026-11-04
Şuşa Zəfəri milli qürurumuzun ən uca zirvəsidir
2026-11-04
8 Noyabr: təqvimin qızıl hərflərlə yazılmış tarixi
2026-11-03