Kanal4.az

Xəbərlərin ünvanı

Kanal4.az

SİYASƏT
Konstitusiya – insan hüquqları və ədalətin ali təminatı
SİYASƏT
Konstitusiya tariximizin mühüm mərhələləri
SİYASƏT
Sabitlik və inkişafın hüquqi əsasları
SİYASƏT
Konstitusiya müstəqil dövlətçiliyin möhkəm hüquqi təməlidir
SİYASƏT
Günay Ağamalı: Üçrəngli bayrağımız qalib xalqın qüruru, müstəqil dövlətimizin əzəmətidir – ŞƏRH
SİYASƏT
8 Noyabr xalqımızın milli qürurunun, dövlətçilik iradəsinin və tarixi ədalətin təntənəsidir
SİYASƏT
Günay Ağamalı: Şuşa Zəfəri Azərbaycanın milli qürurunun və dövlətçilik qüdrətinin təcəssümüdür
SİYASƏT
8 Noyabr – Şuşa şəhəri günü: Zəfərin zirvəsi, qürurun ünvanı
CƏMİYYƏT
Salyan Rayon Mərkəzi Xəstəxanasında 8 Noyabr – Zəfər Gününə həsr olunmuş tədbir keçirilib!
SİYASƏT
Mavi göylərdə dalğalanan milli qürurumuz
SİYASƏT
Ucalan bayrağımız, güclənən dövlətimiz
SİYASƏT
Dövlətçiliyimizin ideoloji təməli və milli birliyimizin rəmzi
SİYASƏT
Dövlət bayrağımız milli dəyərimizdir
SİYASƏT
Zəfər Yolunun Aparıcı Zirvəsi
SİYASƏT
Qalib Azərbaycanın Qürur Zirvəsi – Şuşa
SİYASƏT
8 Noyabr- Şuşanın Əbədi Ruhunun Qayıdışı
SİYASƏT
8 NOYABR – ZƏFƏR GÜNÜ: MİLLİ QÜRURUMUZUN, DÖVLƏTÇİLİYİMİZİN VƏ DÖNÜŞMƏZ İRADƏMİZİN TƏNTƏNƏSİ
SİYASƏT
Salyanda Zəfər Gününə həsr olunmuş tədbir keçirilib
SİYASƏT
Səhiyyə işçiləri ümumrayon ağacəkmə aksiyasında fəal iştirak ediblər
SİYASƏT
8 NOYABR – ZƏFƏR GÜNÜ: MİLLİ QÜRURUMUZUN, BİRLİYİMİZİN VƏ QƏHRƏMANLIĞIMIZIN TƏNTƏNƏSİ*
SİYASƏT
Zəfərin yaratdığı yeni reallıqlar və Azərbaycanın gələcək hədəfləri
SİYASƏT
Güclü iqtisadiyyat, müasir ordu və tarixi Qələbə
SİYASƏT
44 günə sığan qəhrəmanlıq və əsrlərə yazılan Zəfər
SİYASƏT
Şuşa Azərbaycan xalqının rəşadətinin, əyilməz iradəsinin simvoludur
SİYASƏT
Ana Vətən Partiyasından Tarixi Zəfərin Altıncı İldönümü İlə Bağlı BƏYANAT
SİYASƏT
Deputat: Bütün nailiyyətlər uzaqgörən siyasətin məntiqi nəticəsidir
SİYASƏT
Şuşanın azadlığı Azərbaycanın tarixi Zəfərinin və milli qürurunun təntənəsidir
SİYASƏT
Azad Şuşa dövlətimizin quruculuq əzminin və Böyük Qayıdışın rəmzidir
SİYASƏT
Şuşa Zəfəri milli qürurumuzun ən uca zirvəsidir
SİYASƏT
8 Noyabr: təqvimin qızıl hərflərlə yazılmış tarixi

"Ermənistan  dalanda qalma siyasətindən əl çəkməli, Zəngəzur dəhlizinin açılmasına razılıq verməlidir"

2024-01-11 17:06:00 180 baxış
Xəbər şəkil

ABŞ-ın “Stratfor” analitik mərkəzinin 2024-cü il üçün proqnozlara dair hesabatında bildirilib ki, İrəvan Bakı ilə sülh sazişi imzalamaq üçün səylərini davam etdirəcək, lakin regional tranzit dəhlizlərinin şərtləri ilə bağlı fikir ayrılıqları danışıqlara bundan sonra da mane olacaq.
 
Mövzu ilə bağlı Moderator.az-a danışan Ana Vətən Partiyası sədrinin müavini Yalçın Hacızadə qeyd edib ki, Azərbaycan 2020-ci ildə 44 günlük müharibədə əldə etdiyi qələbədən sonra dərhal sülh planlarını Ermənistana təqdim etdi və danışıqların ikitərəfli aparılmasının daha yaxşı nəticələr verəcəyini bildirdi:
 
“Lakin rəsmi İrəvan vasitəçi ölkələrin bölgə ilə maraqlarına söykənərək separatizmi yenidən dirçəltməyə, sülh danışıqları ilə bağlı qeyri-səmimi davranmağa davam etdi. Azərbaycana təsir etmək istəyən ölkələrə Bakının verdiyi cavablar və 2023-cü ilin sentyabrında keçirilən bir günlük antiterror əməliyyatı Ermənistanın separatizmlə bağlı planlarını məhv etdi. Nəticə olaraq da Ermənistan ikitərəfli danışıqlara gedərək keçən ilin dekabr ayının 7-də iki hökümət arasında birgə bəyanat qəbul edildi. Azərbaycan tərəfindən həbs edilmiş və Ermənistan tərəfindən əsir götürülmüş şəxslərin dəyişdirilməsi, delimitasiya və demarkasiya komissiyalarının görüşməsi və digər siyasi addımlar atıldı”.
 
Y. Hacızadənin sözlərinə görə, Ermənistanın ikitərəfli danışıqlar istiqamətində razılıq verməsi irəliləyiş hesab edilsə də, bu, səmimiyyətdən deyil, Azərbaycanın sülhə məcburetmə tədbirləri nəticəsində yaranıb:
 
“Sülh razlaşmasının əldə olunmasında ölkəmizin məqsədi əldə etdiyi qələbənin rəsmiləşdirilməsi və sonra regionla bağlı beynəlxalq planlarının həyata keçirməsidir. Burda da əsas beynəlxalq plan Zəngəzur dəhlizidir. Bu dəhliz qlobal əhəmiyyətli olduğu üçün beynəlxalq aktorların diqqət və maraq mərkəzindədir. Mahiyyət etibarı ilə Zəngəzur dəhlizi şərqlə qərbi birləşdirəcək ən qısa, çox şaxəli və ən təhlükəsiz xətdir. Çinin ticarət mallarının və Orta Asiyanın türk ölkələrinin karbohidrogen məsullarının Avropaya və dünya bazarına daşınması məqsədi daşıyır. Dünyada hal-hazırda ticarət yolları uğrunda böyük savaşlar gedir. Eyni zamanda, dünyanın iki nəhəngi ABŞ və Çin arasında mübarizə daha da kəskinləşir. Amerika Çinin Qərbə çıxışını təmin edəcək ticarət yollarını məhdudlaşdırmağa və ya nəzarət etməyə çalışır, Çin də Qərbə çıxış üçün yeni yolların yaranmasında maraqlıdır. Zəngəzur dəhlizinin əhəmiyyətini bu konteksdən qiymətləndirməliyik. Eyni zamanda, dəhlizlə bağlı Rusiyanın və İranın da maraqları və Ermənistana təsiri var. Dəhlizin təhlükəsizliyinin Rusiyanın silahlı qüvvələrinin təmin etməsi barədə üçtərəfli bəyanat var. Ermənistan bundan da yayınmağa çalışır. İran da dəhlizi Türk yolu olaraq görür və regionda türk ölkələrinın əlaqələrinin güclənməsini özünün təhlükəsizliyi üçün təhdid hesab edir. Bütün bunların fonunda əsas tranzit xətt olan Zəngəzur dəhlizi ilə bağlı danışıqların 2024-cü ildə də gərgin keçəcəyini deməyə əsas verir. Həmçinin, dəhlizlə bağlı razılaşmanın əldə olunmasına ABŞ-da keçiriləcək prezident seçkiləri, Rusiya–Ukrayna müharibəsi və Yaxın Şərq böhranı da təsir edən faktorlardandı”.
 
“Ermənistan coğrafi mövqeyinə görə də dalanda yerləşir. İqtisadi inkişafa nail olmaq, iqtisadi təhlükəsizliyini təmin etmək üçün Azərbaycanın və Türkiyənin razılıq verdiyi layihələrdə iştirak etməlidir. Regiondan çox uzaqda olan ölkələrin maraqlarına xidmət etməklə, qonşu ölkələrlə gərginliyi saxlamaqla öz inkişafını təmin edə bilməyəcək. Buna görə də kənar təsirlərdən qurtarmalı, öz inkişafını təmin etmək, əsas su və quru ticarət yollarına çıxış üçün Zəngəzur dəhlizinin açılmasına razılıq verməlidir. Ermənistana dəstək verən ölkələr Ermənistanın inkişafında, onun maraqlarının təmin olunmasında səmimi olsaydılar, ona çıxış yolunun Azərbaycan və Türkiyə ilə əlaqələrin qurulmasından ibarət olduğunu deyər və bu istiqamətdə kömək edərdilər”.

Oxşar xəbərlər

Xəbər lenti
Konstitusiya – insan hüquqları və ədalətin ali təminatı
2026-11-11
Konstitusiya tariximizin mühüm mərhələləri
2026-11-11
Sabitlik və inkişafın hüquqi əsasları
2026-11-11
Konstitusiya müstəqil dövlətçiliyin möhkəm hüquqi təməlidir
2026-11-11
Günay Ağamalı: Üçrəngli bayrağımız qalib xalqın qüruru, müstəqil dövlətimizin əzəmətidir – ŞƏRH
2026-11-09
8 Noyabr xalqımızın milli qürurunun, dövlətçilik iradəsinin və tarixi ədalətin təntənəsidir
2026-11-09
Günay Ağamalı: Şuşa Zəfəri Azərbaycanın milli qürurunun və dövlətçilik qüdrətinin təcəssümüdür
2026-11-09
8 Noyabr – Şuşa şəhəri günü: Zəfərin zirvəsi, qürurun ünvanı
2026-11-07
Salyan Rayon Mərkəzi Xəstəxanasında 8 Noyabr – Zəfər Gününə həsr olunmuş tədbir keçirilib!
2026-11-06
Mavi göylərdə dalğalanan milli qürurumuz
2026-11-06
Ucalan bayrağımız, güclənən dövlətimiz
2026-11-06
Dövlətçiliyimizin ideoloji təməli və milli birliyimizin rəmzi
2026-11-06
Dövlət bayrağımız milli dəyərimizdir
2026-11-06
Zəfər Yolunun Aparıcı Zirvəsi
2026-11-06
Qalib Azərbaycanın Qürur Zirvəsi – Şuşa
2026-11-06
8 Noyabr- Şuşanın Əbədi Ruhunun Qayıdışı
2026-11-06
8 NOYABR – ZƏFƏR GÜNÜ: MİLLİ QÜRURUMUZUN, DÖVLƏTÇİLİYİMİZİN VƏ DÖNÜŞMƏZ İRADƏMİZİN TƏNTƏNƏSİ
2026-11-05
Salyanda Zəfər Gününə həsr olunmuş tədbir keçirilib
2026-11-05
Səhiyyə işçiləri ümumrayon ağacəkmə aksiyasında fəal iştirak ediblər
2026-11-05
8 NOYABR – ZƏFƏR GÜNÜ: MİLLİ QÜRURUMUZUN, BİRLİYİMİZİN VƏ QƏHRƏMANLIĞIMIZIN TƏNTƏNƏSİ*
2026-11-05
Zəfərin yaratdığı yeni reallıqlar və Azərbaycanın gələcək hədəfləri
2026-11-05
Güclü iqtisadiyyat, müasir ordu və tarixi Qələbə
2026-11-05
44 günə sığan qəhrəmanlıq və əsrlərə yazılan Zəfər
2026-11-05
Şuşa Azərbaycan xalqının rəşadətinin, əyilməz iradəsinin simvoludur
2026-11-04

2026-11-03