Kanal4.az

Xəbərlərin ünvanı

Kanal4.az

SİYASƏT
Konstitusiya – insan hüquqları və ədalətin ali təminatı
SİYASƏT
Konstitusiya tariximizin mühüm mərhələləri
SİYASƏT
Sabitlik və inkişafın hüquqi əsasları
SİYASƏT
Konstitusiya müstəqil dövlətçiliyin möhkəm hüquqi təməlidir
SİYASƏT
Günay Ağamalı: Üçrəngli bayrağımız qalib xalqın qüruru, müstəqil dövlətimizin əzəmətidir – ŞƏRH
SİYASƏT
8 Noyabr xalqımızın milli qürurunun, dövlətçilik iradəsinin və tarixi ədalətin təntənəsidir
SİYASƏT
Günay Ağamalı: Şuşa Zəfəri Azərbaycanın milli qürurunun və dövlətçilik qüdrətinin təcəssümüdür
SİYASƏT
8 Noyabr – Şuşa şəhəri günü: Zəfərin zirvəsi, qürurun ünvanı
CƏMİYYƏT
Salyan Rayon Mərkəzi Xəstəxanasında 8 Noyabr – Zəfər Gününə həsr olunmuş tədbir keçirilib!
SİYASƏT
Mavi göylərdə dalğalanan milli qürurumuz
SİYASƏT
Ucalan bayrağımız, güclənən dövlətimiz
SİYASƏT
Dövlətçiliyimizin ideoloji təməli və milli birliyimizin rəmzi
SİYASƏT
Dövlət bayrağımız milli dəyərimizdir
SİYASƏT
Zəfər Yolunun Aparıcı Zirvəsi
SİYASƏT
Qalib Azərbaycanın Qürur Zirvəsi – Şuşa
SİYASƏT
8 Noyabr- Şuşanın Əbədi Ruhunun Qayıdışı
SİYASƏT
8 NOYABR – ZƏFƏR GÜNÜ: MİLLİ QÜRURUMUZUN, DÖVLƏTÇİLİYİMİZİN VƏ DÖNÜŞMƏZ İRADƏMİZİN TƏNTƏNƏSİ
SİYASƏT
Salyanda Zəfər Gününə həsr olunmuş tədbir keçirilib
SİYASƏT
Səhiyyə işçiləri ümumrayon ağacəkmə aksiyasında fəal iştirak ediblər
SİYASƏT
8 NOYABR – ZƏFƏR GÜNÜ: MİLLİ QÜRURUMUZUN, BİRLİYİMİZİN VƏ QƏHRƏMANLIĞIMIZIN TƏNTƏNƏSİ*
SİYASƏT
Zəfərin yaratdığı yeni reallıqlar və Azərbaycanın gələcək hədəfləri
SİYASƏT
Güclü iqtisadiyyat, müasir ordu və tarixi Qələbə
SİYASƏT
44 günə sığan qəhrəmanlıq və əsrlərə yazılan Zəfər
SİYASƏT
Şuşa Azərbaycan xalqının rəşadətinin, əyilməz iradəsinin simvoludur
SİYASƏT
Ana Vətən Partiyasından Tarixi Zəfərin Altıncı İldönümü İlə Bağlı BƏYANAT
SİYASƏT
Deputat: Bütün nailiyyətlər uzaqgörən siyasətin məntiqi nəticəsidir
SİYASƏT
Şuşanın azadlığı Azərbaycanın tarixi Zəfərinin və milli qürurunun təntənəsidir
SİYASƏT
Azad Şuşa dövlətimizin quruculuq əzminin və Böyük Qayıdışın rəmzidir
SİYASƏT
Şuşa Zəfəri milli qürurumuzun ən uca zirvəsidir
SİYASƏT
8 Noyabr: təqvimin qızıl hərflərlə yazılmış tarixi

Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan dövləti özünün ən qüdrətli dövrünü yaşayır

2023-12-25 22:38:37 270 baxış
Xəbər şəkil

Tarixə adını qalib sərkərdə kimi həkk edən ölkə başçısının üzərinə düşən vəzifələri uğurla icra etməsi bütün dünyada heyrət yaradıb. Çünki yaşadığımız dövrdə ölkənin ərazi bütövlüyünü və suverenliyini tam şəkildə bərpa etmək hər siyasətçiyə nəsib olmur. İlham Əliyev uzaqgörənliyi, müstəqil siyasəti ilə ölkəmizi dünya arenasına alnıaçıq, üzüağ çıxarıb. Ölkə başçısının yürütdüyü uğurlu siyasət nəticəsində bu gün müstəqil Azərbaycan güclü iqtisadi ölkəyə çevrilib. Dövlətimizin başçısı Azərbaycanı bugünkü səviyyəyə çatdırmaq üçün gərgin əmək sərf edib. Bütün bunlar bir daha Prezident İlham Əliyevin uzaqgörən, prinsipial, qətiyyətli siyasətçi, vətənpərvər, xalqı üçün yaşayan şəxsiyyət olduğunu təsdiqləyir. Bu gün dövlətimizin başçısının çoxsaylı təşəbbüsləri nəticəsində Azərbaycan qalib ölkədir. Bizim zəfərimiz region üçün də mühüm əhəmiyyət kəsb edir. 
Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi isə Ulu Öndərin müqəddəs arzusunun həyata keçirilməsidir. Prezident İlham Əliyevin qətiyyətli, uzaqgörən, məqsədyönlü siyasəti, ordumuzdakı ruh yüksəkliyi, torpaqlarımızın bir qarışını belə düşmənə verməyəcək əzmdə olması, igid oğullarımızın daim irəli getməsi Vətən müharibəsində düşmən üzərində qəti qələbəmizi şərtləndirən amillər oldu. 2020-ci il noyabrın 8-də Qarabağın baş tacı Şuşa şəhərinin azad edilməsi və orada Azərbaycan bayrağının dalğalandırılması ilə sentyabrın 27-də çıxdığımız Zəfər yürüşü qələbə ilə başa çatdırıldı. Dünya hərb tarixində bənzərinə rast gəlinməyən şücaətlə Şuşanı azad edən qəhrəman döyüşçülərimiz düşmənin belini qıraraq onu təslim olmağa məcbur etdilər. 
Müharibədə məğlub olmuş Ermənistan 10 noyabr tarixində kapitulyasiya aktına imza atmaqla özünün təslimolma sənədini imzaladı. Məhz həmin sənəddə Ağdam, Laçın və Kəlbəcər rayonlarından işğalçı qoşunların dərhal və qeyd-şərtsiz çıxarılması şərt olaraq qoyuldu. Nəticədə bir güllə belə atılmadan bu rayonlarımız işğaldan azad olundu.
2020-ci ilin 10 noyabr tarixində imzalanmış üçtərəfli Bəyanatın bütün şərtlərinə əməl etməyən Ermənistan Azərbaycan torpaqlarında yaratmış olduğu qondarma rejimi ləğv etməyərək, "boz zona"nın qalması üçün bütün imkanlarını səfərbər etdi. Ermənistanın növbəti dəfə razılaşdırılmış şərtlərə riayət etməməsi isə 19-20 sentyabr tarixlərində həyata keçirilən lokal xarakterli antiterror tədbirləri ilə yekunlaşdı və qondarma rejim birdəfəlik ləğv olundu. Dünya hərb tarixində xüsusi yer tutan bu müharibə Prezident İlham Əliyevin daha bir bacarığını - sərkərdəlik məharətini üzə çıxardı. 
Prezident İlham Əliyev işğal altında olan torpaqlarımızı geri qaytarmaqla Azərbaycanı qalib ölkəyə çevirmiş, xalqımızın milli mənliyini, mənəvi ruhunu yüksəltmişdir. Dövlət başçısının qeyd etdiyi kimi, "Azərbaycan xalqının çoxəsrlik tarixində buna bənzər parlaq zəfər olmamışdır". Müstəqillik tariximizin ən böyük nailiyyəti olan bu böyük zəfəri xalqımıza yaşadan Prezident İlham Əliyev adını doğma torpaqlarımızın xilaskarı kimi tariximizə əbədi həkk etdirmişdir.
Bu gün qürur hissi ilə deyirik ki, Qarabağın hər nöqtəsində Azərbaycanın üçrəngli şanlı bayrağı dalğalanır. Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizin iqtisadiyyatı günü-gündən inkişaf edir. Hazırda Qarabağda bərpa-quruculuq işləri və sosial proqramlar həyata keçirilir. Reallaşdırılan layihələr, görülən işlər isə əhatəli və genişmiqyaslıdır. Maddi və mədəni dəyərlərimizin, tarixi abidələrimizin bərpası isə bu işlərin mühüm tərkib hissəsidir. Respublikamızın hər bölgəsi inkişaf etdirilir. Ölkə başçımızın işğaldan azad olunmuş ərazilərimizə davamlı səfərləri bu yerlərdən erməni vandalizminin izlərinin silinməsi, tarixi yurd yerlərimizin dirçəldilməsi ilə müşayiət olunur. Bütün bunlar bir daha təsdiq edir ki, işğaldan azad olunmuş əraziləri qısa müddət ərzində sülh, əməkdaşlıq və təhlükəsizlik bölgəsinə çevirmək, rayonları, kəndləri, qəsəbələri, bütün yaşayış yerlərini tezliklə bərpa etmək, bir sözlə, Qarabağı yenidən qurmaq güclü dövlətin, güclü liderin sayəsində mümkündür. Hamımız ürəkdən əminik ki, möhtərəm Prezidentimiz cənab İlham Əliyevin rəhbərliyi ilə hələ çox-çox uğurların sevincini yaşayacaq, yeni-yeni möhtəşəm qələbələrin şahidi olacağıq.

Nübar Bayramova, 
Salyan Rayon Heydər Əliyev Mərkəzinin direktoru, YAP fəalı

Oxşar xəbərlər

Xəbər lenti
Konstitusiya – insan hüquqları və ədalətin ali təminatı
2026-11-11
Konstitusiya tariximizin mühüm mərhələləri
2026-11-11
Sabitlik və inkişafın hüquqi əsasları
2026-11-11
Konstitusiya müstəqil dövlətçiliyin möhkəm hüquqi təməlidir
2026-11-11
Günay Ağamalı: Üçrəngli bayrağımız qalib xalqın qüruru, müstəqil dövlətimizin əzəmətidir – ŞƏRH
2026-11-09
8 Noyabr xalqımızın milli qürurunun, dövlətçilik iradəsinin və tarixi ədalətin təntənəsidir
2026-11-09
Günay Ağamalı: Şuşa Zəfəri Azərbaycanın milli qürurunun və dövlətçilik qüdrətinin təcəssümüdür
2026-11-09
8 Noyabr – Şuşa şəhəri günü: Zəfərin zirvəsi, qürurun ünvanı
2026-11-07
Salyan Rayon Mərkəzi Xəstəxanasında 8 Noyabr – Zəfər Gününə həsr olunmuş tədbir keçirilib!
2026-11-06
Mavi göylərdə dalğalanan milli qürurumuz
2026-11-06
Ucalan bayrağımız, güclənən dövlətimiz
2026-11-06
Dövlətçiliyimizin ideoloji təməli və milli birliyimizin rəmzi
2026-11-06
Dövlət bayrağımız milli dəyərimizdir
2026-11-06
Zəfər Yolunun Aparıcı Zirvəsi
2026-11-06
Qalib Azərbaycanın Qürur Zirvəsi – Şuşa
2026-11-06
8 Noyabr- Şuşanın Əbədi Ruhunun Qayıdışı
2026-11-06
8 NOYABR – ZƏFƏR GÜNÜ: MİLLİ QÜRURUMUZUN, DÖVLƏTÇİLİYİMİZİN VƏ DÖNÜŞMƏZ İRADƏMİZİN TƏNTƏNƏSİ
2026-11-05
Salyanda Zəfər Gününə həsr olunmuş tədbir keçirilib
2026-11-05
Səhiyyə işçiləri ümumrayon ağacəkmə aksiyasında fəal iştirak ediblər
2026-11-05
8 NOYABR – ZƏFƏR GÜNÜ: MİLLİ QÜRURUMUZUN, BİRLİYİMİZİN VƏ QƏHRƏMANLIĞIMIZIN TƏNTƏNƏSİ*
2026-11-05
Zəfərin yaratdığı yeni reallıqlar və Azərbaycanın gələcək hədəfləri
2026-11-05
Güclü iqtisadiyyat, müasir ordu və tarixi Qələbə
2026-11-05
44 günə sığan qəhrəmanlıq və əsrlərə yazılan Zəfər
2026-11-05
Şuşa Azərbaycan xalqının rəşadətinin, əyilməz iradəsinin simvoludur
2026-11-04

2026-11-03