21 dekabr 2023 – cü il! Azərbaycan xalqı üçün yaşanan tarixi bir gün!..
21 dekabr 2023 – cü il! Azərbaycan xalqı üçün yaşanan tarixi bir gün!.. Xankəndi şəhərində futbol maçtının keçirilməsi dünyanın diqqətini cəlb etmişdir.Bir Azərbaycan vətəndaşı kimi məni də çox sevindirdi. 30 ildən artıq düşmən tapdağı altında qalan Xankəndi şəhəri nəhayət, öz doğma sakinlərini qarşıladı. Bu şəhər mənim üçün də doğma və əzizdir. Ömrümün ən gözəl illərini - gənclik- tələbəlik illərimin şahidi olan doğma Xankəndi!
Xankəndi şəhəri, sən artıq mənfur düşmənlərdən azad oldun! Xalqımızın gözü aydın! Bu gün sənin görüşünə Ali Baş Komandanımız İlham Əliyev, müzəffər ordumuzun qəhrəman əsgər və zabit heyəti, öz sağlamlığını itirən qazilərimiz, həmin torpaqlar uğrunda canlarını qurban verən şəhidlərimizin övladları gəliblər. Bundan sevincli, xöşbəxt nə ola bilər? Məncə, heç nə ...
Futbol komandaları yarışa toplaşıb, bizim gözəl Xankəndi şəhərimizə. Mediya və idman komandalarının iştirakçıları bu şəhərə toplaşıblar. Ora gedən hər kəsin üzündən xoşbəxtlik və sevinc yağırdı. 30 ildən sonra bu şəhərdə belə möhtəşəm bir yarışın keçirilməsi, əlbəttə çox-çox sevindiricidir. Bu sevinci xalqa yaşadan Ali Baş Komandanımız İlham Əliyev və ora gedən nümayəndələri Xankəndi şəhəri çox isti qarşıladı. Sanki Xankəndi – mənim doğma şəhərim öz sakinləri üçün çox darıxmışdı. Prezident İlham Əliyevin gəlişini gözləyən insalar böyük təntənə ilə onu qarşıladılar. Öz xanımı Mehriban Əliyeva ilə birlikdə insanları salamladı və öz alovlu çıxışı ilə hamımızda sevinc və qurur hissləri oyatdı. Prezident İ.Əliyev qeyd etdi ki, ilk dəfədir ki, işğaldan azad olan ərazidə futbol yarışı keçirilir. Bu münasibətlə Azərbaycan xalqını təbrik etdi. Şəhid övladlarını və onların ailə üzvlərini salamladı.
Bu futbol maçtının Xankəndində keçirilməsinin çox böyük mənası var. Xankəndi qədim Azərbaycan diyarıdır. 30 il ərzində əfsuslar olsun ki, bu şəhərdə separatçılar yuva salıblar. Ermənistan elə hesab edirdi ki, bunu əbədi əlində saxlayacaq. Ancaq şanlı Azərbaycan ordusu onlara və bütün dünyaya sübut etdi ki, bu bizim tarixi əzəli torpaqlarımızdır. Üç ay bundan əvvəl Xankəndi işğaldan azad edildi. Bir günlük anti-terror əməliyyatı nəticəsində Azərbaycan öz dövlət suverenliyini tam təmin etdi.
Bütün Qarabağ bölgəsində bu gün Azərbaycan bayrağı dalğalanır. Bu , böyük tarixi hadisədir. Və bu tarixi bizim qəlbimizdə əbədi yaşayacaq, Azərbaycan xalqı, dünya azərbaycanlıları bu zəfər ilə bundan sonra da əbədi fəxr edəcək.
Ali Baş komandan qeyd etdi ki, biz bu torpaqların sahibləriyik, qurub-yaradırıq, o cümlədən Xankəndi şəhərində, Xocalıda, Ağdamda və digər işğaldan azad edilmiş, ərazilərdə geniş quruculuq, abadlıq işləri aparılır.
Xankəndi şəhərindəki stadion iki ay ərzində yenidən inşa edildi, separatizm simvolikasının əks etdirən bütün yazılar artıq zibilxanalara atıldı.
İ.Əliyev bildirdi ki, bügünkü oyunu nəticələrindən asılı olmayaraq qalib bəllidir. Qalib Azərbaycan xalqıdır, Azərbaycan dövlətidir.
Qarabağ, ordu, xalq birliyi bizim zəfərimizin ən asas mənbəyidir.
İkinci Qarabağ müharibəsində işğal edilmiş torpaqlarımızın büyük bir hissəsi işğaldan azad edildi. Qarabağımızın tacı olan Şuşa şəhərində Azərbaycan bayrağı dalğalandı. Üç ay bundan əvvəl isə- sentyabrın 19-20-də Xankəndi, Xocalı, Əsgəran, Xocavənd Ağdərə rayonları da düşmənlərdən azad olundu.
15 oktyabrda bütün bu rayonlarda Azərbaycan bayrağı ucaldıldı.
8 noyabrda Xankəndinin mərkəzində Zəfər paradı keçirildi. Bu gün isə Xankəndində bu gözəl idman bayramını birlikdə qeyd edirik. Bundan sonra bu torpaqlarda Azərbaycan bayrağı əbədi dalğalanacaq. Biz azərbaycanlılar da bu torpaqlarda əbədi yaşayacağıq.
Bu möhtəşəm çıxışdan sonra ulu öndərimiz H.Əliyevin idman və idmançılar haqqındakı fikirləri videçarx vasitəsilə göstərildi və səsləndi. Stadionda daxil olan prezident İ.Əliyev idmançılar, şəhid övladları ilə görüşdü, xatirə şəkli çəkdirdi. Prezident ilk topu özü meydana atdı. Bu rəmzi toxunuş idi.
Beliklə, möhtəşəm yarış başladı. Bu möhtəşəm yarış hər birimizin qəlbində, eləcədə futbol tarixində unudulmayan tarixi bir gün kimi qalacaq.
Bu bir ildə 1 əsr dəyişəcək işlər görən mənim Prezidentim. Ulu Tanrıdan sizə can sağlığı, tarix yazan illərinin bir-birindən uğurlu olmasını arzulayıram!
Azərbaycana xöşbəxtlik gətirən Ali Baş komandanımız, Sizi həm öz adımdan, həm də işlədiyim Xocavənd rayonu Salakətin kənd tam orta məktəbin müəllim kollektivi adından təbrik edirəm!
Bizə qələbələr sevinci yaşadan Prezidentimiz, qarşıdan gələn prezident seçkilərində sizə uğurlar arzulayır, böyük həvəslə və sevgi ilə Sizi dəstəkləyirik!
Xocavənd rayon Salakətin kənd tam orta məktəbin “ Tərəqqi “ medallı, Azərbaycan dili və Ədəbiyyat müəllimi : T.Balakişiyeva.