Kanal4.az

Xəbərlərin ünvanı

Kanal4.az

SİYASƏT
Konstitusiya – insan hüquqları və ədalətin ali təminatı
SİYASƏT
Konstitusiya tariximizin mühüm mərhələləri
SİYASƏT
Sabitlik və inkişafın hüquqi əsasları
SİYASƏT
Konstitusiya müstəqil dövlətçiliyin möhkəm hüquqi təməlidir
SİYASƏT
Günay Ağamalı: Üçrəngli bayrağımız qalib xalqın qüruru, müstəqil dövlətimizin əzəmətidir – ŞƏRH
SİYASƏT
8 Noyabr xalqımızın milli qürurunun, dövlətçilik iradəsinin və tarixi ədalətin təntənəsidir
SİYASƏT
Günay Ağamalı: Şuşa Zəfəri Azərbaycanın milli qürurunun və dövlətçilik qüdrətinin təcəssümüdür
SİYASƏT
8 Noyabr – Şuşa şəhəri günü: Zəfərin zirvəsi, qürurun ünvanı
CƏMİYYƏT
Salyan Rayon Mərkəzi Xəstəxanasında 8 Noyabr – Zəfər Gününə həsr olunmuş tədbir keçirilib!
SİYASƏT
Mavi göylərdə dalğalanan milli qürurumuz
SİYASƏT
Ucalan bayrağımız, güclənən dövlətimiz
SİYASƏT
Dövlətçiliyimizin ideoloji təməli və milli birliyimizin rəmzi
SİYASƏT
Dövlət bayrağımız milli dəyərimizdir
SİYASƏT
Zəfər Yolunun Aparıcı Zirvəsi
SİYASƏT
Qalib Azərbaycanın Qürur Zirvəsi – Şuşa
SİYASƏT
8 Noyabr- Şuşanın Əbədi Ruhunun Qayıdışı
SİYASƏT
8 NOYABR – ZƏFƏR GÜNÜ: MİLLİ QÜRURUMUZUN, DÖVLƏTÇİLİYİMİZİN VƏ DÖNÜŞMƏZ İRADƏMİZİN TƏNTƏNƏSİ
SİYASƏT
Salyanda Zəfər Gününə həsr olunmuş tədbir keçirilib
SİYASƏT
Səhiyyə işçiləri ümumrayon ağacəkmə aksiyasında fəal iştirak ediblər
SİYASƏT
8 NOYABR – ZƏFƏR GÜNÜ: MİLLİ QÜRURUMUZUN, BİRLİYİMİZİN VƏ QƏHRƏMANLIĞIMIZIN TƏNTƏNƏSİ*
SİYASƏT
Zəfərin yaratdığı yeni reallıqlar və Azərbaycanın gələcək hədəfləri
SİYASƏT
Güclü iqtisadiyyat, müasir ordu və tarixi Qələbə
SİYASƏT
44 günə sığan qəhrəmanlıq və əsrlərə yazılan Zəfər
SİYASƏT
Şuşa Azərbaycan xalqının rəşadətinin, əyilməz iradəsinin simvoludur
SİYASƏT
Ana Vətən Partiyasından Tarixi Zəfərin Altıncı İldönümü İlə Bağlı BƏYANAT
SİYASƏT
Deputat: Bütün nailiyyətlər uzaqgörən siyasətin məntiqi nəticəsidir
SİYASƏT
Şuşanın azadlığı Azərbaycanın tarixi Zəfərinin və milli qürurunun təntənəsidir
SİYASƏT
Azad Şuşa dövlətimizin quruculuq əzminin və Böyük Qayıdışın rəmzidir
SİYASƏT
Şuşa Zəfəri milli qürurumuzun ən uca zirvəsidir
SİYASƏT
8 Noyabr: təqvimin qızıl hərflərlə yazılmış tarixi

COP29 dünyada "yaşıl enerji"nin inkişafına və ətraf mühitin  qorunmasına böyük töhfə verən tədbir olacaq.

2023-12-23 07:58:16 321 baxış
Xəbər şəkil

Bildiyimiz kimi, dekabrın 15-də BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının - COP29-un gələn il ölkəmizdə keçirilməsi ilə əlaqədar Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə müşavirə keçirilmişdir. Müşavirədə bildirilib ki, bu, ölkəmizdə keçiriləcək növbəti beynəlxalq tədbir olacaq. COP29-un Azərbaycanda keçirilməsinə dünya dövlətlərinin yekdilliklə razılıq verməsi isə ölkəmizin beynəlxalq nüfuzunun əyani göstəricisidir. Prezident İlham Əliyev tədbirin möhtəşəmliyi barədə demişdir: "Ancaq, təbii ki, COP29 bu vaxta qədər keçirilmiş tədbirlərlə müqayisəyə gəlmir. Hətta Avropa Oyunlarını xatırlasaq, o vaxt 5 min idmançı və onları müşayiət edən təqribən 3 min  qonaq gəlmişdir. Ancaq COP29-da 10 minlərlə xarici nümayəndə ölkəmizə gələcək, iki həftə ərzində Bakı dünyanın mərkəzi olacaq. Müəyyən ehtimallara görə, təqribən 70-80 min xarici qonaq bu müddət ərzində ölkəmizdə olacaq".
Məlumdur ki, COP29-da müzakirə ediləcək əsas məsələlər dünyada iqlim dəyişikliyinin və ətraf mühitin qorunması olacaq. Azərbaycan neft-qaz ölkəsi olsa da, ətraf mühitin qorunmasına töhfə verən ölkələrdəndir. Biz özümüzü ənənəvi enerji ilə təmin etmək imkanımız olduğu halda, ətraf mühitə ziyan vurmayan "yaşıl enerji" ilə təmin etmək üçün əməli addımlar atırıq. Prezident İlham Əliyevin təşəbbüsü ilə işğaldan azad olunan ərazilərdə su, günəş və külək-elektrik stansiyaları tikilir və gələcəkdə bu sahədə görüləcək işlərin miqyasının daha da artacağı nəzərdə tutulur. Bu səbəbdən Bakıda və Azərbaycanın regionlarında yeni "yaşıl enerji" stansiyalarının tikilməsi istiqamətində elmi-tədqiqat və layihələndirilmə işləri sürətləndirilib. Həmin müşavirədə bununla bağlı Prezident İlham Əliyev vurğulamışdır: "Yaşıl enerji" növlərinin yaradılması və "yaşıl enerji"nin dünya bazarına nəqli hazırda bizim enerji siyasətimizin prioritetidir".
Azərbaycan Rusiya-Ukrayna müharibəsi səbəbindən Avropada yaranan enerji böhranının aradan qaldırılmasında önəmli rol oynayan ölkədir. Biz imkanımız daxilində Avropaya qaz nəqlini xeyli artırmışıq. Perspektivdə isə Avropanın "yaşıl enerji" ilə təmin edilməsi məsələsi durur. Ölkəmiz bu istiqamətdə də fəal şəkildə mühüm işlər görür, Avropaya "yaşıl enerji" xətlərinin çəkilməsi üçün Avropa, Orta Asiya və qonşu Gürcüstanla səmərəli əməkdaşlıq edir. Görülən işlər dünya dövlətləri və beynəlxalq təşkilatlar tərəfindən yüksək qiymətləndirilir. Elə bunun nəticəsidir ki, COP29-un Azərbaycanda keçirilməsi bütün dövlətlər tərəfindən yekdilliklə dəstəkləndi.
 Tarixdən məlumdur ki, dünyanın total şəkildə çirklənməsi sənayenin yaranması ilə bağlıdır. XIX əsrdən başlayan sənayenin inkişafı XX əsrdə pik həddə çatdı. İnsanlar daha çox qazanmaq və daha yaxşı yaşamaq üçün gələcəyi düşünmədən sənayenin həcmini artırdılar, hətta "sənaye inqilabı" ilə öyünməyə başladılar. Aylar, illər keçdi və ətraf mühitə vurulan ziyan özünü açıq şəkildə göstərməyə başladı. İqlim dəyişikliyi tədricən bəşəriyyətin varlığına təhdid amilinə çevrildi və yalnız bundan sonra onun aradan qaldırılması yolları haqqında fikirləşdilər. Beləliklə, 1992-ci ildə Birləşmiş Millətlər Təşkilatı İqlim dəyişmələri haqqında Çərçivə Konvensiyasını qəbul etdi və hökumətlər gələcəkdə bununla bağlı daha fəal tədbirlər həyata keçirmək üçün bir araya gəldilər. İnkişaf etmiş ölkələrin öhdəliklərinin məqsədə uyğunluğu ilk dəfə 1995-ci ildə Berlində keçirilən Tərəflər Konfransının (TK-1) birinci sessiyasında nəzərdən keçirilmişdir. Tərəflər inkişaf etmiş ölkələrin 2000-ci il üçün tullantı səviyyələrinin 1990-cı il səviyyəsinə endirilməsinə yönəlmiş öhdəliklərinin Konvensiyanın "İqlim sisteminə təhlükəli antropogen təsirə" yol verməməkdən ibarət olan uzunmüddətli məqsədlərə nail olmaq üçün müvafiq olması qərarına gəlmişlər. Bunu nəzərə alaraq nazirlər və digər yüksəkvəzifəli şəxslər Berlin mandatını qəbul etmiş və inkişaf etmiş ölkələrin öhdəliklərini gücləndirmək məqsədi ilə yeni danışıqlar mərhələsinə başlamışlar. Razılaşmanın işlənməsi üçün Berlin mandatı üzrə xüsusi qrup təsis edilmişdir. Bu qrup 8 sessiya keçirərək Tərəflər Konfransının 3-cü sessiyasına yekun danışıqları üçün mətn təqdim etmişdir. 1997-ci ilin dekabrında Yaponiyanın Kioto şəhərində keçirilən bu mühüm müşavirədə təqribən 10000 nümayəndə, müşahidəçi və jurnalist iştirak etmişdir. Konsensus əsasında qəbul olunmuş qərarda Konfrans inkişaf etmiş sənaye ölkələrinin 2008-2012-ci illər üçün parnik qazlarının ümumi tullantısını 1990-cı il səviyyəsi ilə müqayisədə ən azı 5 faiz ixtisar edəcəkləri haqqında Protokol qəbul etmək qararına gəlmişdir. Bu hüquqi öhdəlik təxminən 150 il əvvəl başlamış tullantıların artırılması istiqamətində tarixi dönüş olacağına ümid verirdi. Kioto Protokolu 16 mart 1998-ci ildə imzalanmaq üçün açılmışdır. O, payına ümumi karbon dioksidi tullantılarının minimum 55 faizi düşən inkişaf etmiş sənaye ölkələri qrupuna daxil olan ölkələr tərəfindən təsdiq edildikdən 90 gün sonra qüvvəyə minmişdir. 
Prezident İlham Əliyev bir işə başlayanda onu dünya miqyasında dəyərli bir hadisəyə çevirməyi bacarır. Məsələn, özündə 120 ölkəni birləşdirən Qoşulmama Hərəkatı BMT-dən sonra ən böyük təşkilat olsa da, onun beynəlxalq arenada elə bir nüfuzu yox idi. Azərbaycanın bu təşkilata sədrliyi dövründə isə təşkilat qlobal miqyasda önəmli bir quruma çevrildi. Buna görə də inamla deyə bilərik ki, COP29 dünyada "yaşıl enerji"nin inkişafına və ətraf mühitin qorunmasına böyük töhfə verən bir tədbir olacaqdır.

Şövqi Həsənov,
YAP Şəmkir rayon Təşkilatı Aparatının əməkdaşı

Oxşar xəbərlər

Xəbər lenti
Konstitusiya – insan hüquqları və ədalətin ali təminatı
2026-11-11
Konstitusiya tariximizin mühüm mərhələləri
2026-11-11
Sabitlik və inkişafın hüquqi əsasları
2026-11-11
Konstitusiya müstəqil dövlətçiliyin möhkəm hüquqi təməlidir
2026-11-11
Günay Ağamalı: Üçrəngli bayrağımız qalib xalqın qüruru, müstəqil dövlətimizin əzəmətidir – ŞƏRH
2026-11-09
8 Noyabr xalqımızın milli qürurunun, dövlətçilik iradəsinin və tarixi ədalətin təntənəsidir
2026-11-09
Günay Ağamalı: Şuşa Zəfəri Azərbaycanın milli qürurunun və dövlətçilik qüdrətinin təcəssümüdür
2026-11-09
8 Noyabr – Şuşa şəhəri günü: Zəfərin zirvəsi, qürurun ünvanı
2026-11-07
Salyan Rayon Mərkəzi Xəstəxanasında 8 Noyabr – Zəfər Gününə həsr olunmuş tədbir keçirilib!
2026-11-06
Mavi göylərdə dalğalanan milli qürurumuz
2026-11-06
Ucalan bayrağımız, güclənən dövlətimiz
2026-11-06
Dövlətçiliyimizin ideoloji təməli və milli birliyimizin rəmzi
2026-11-06
Dövlət bayrağımız milli dəyərimizdir
2026-11-06
Zəfər Yolunun Aparıcı Zirvəsi
2026-11-06
Qalib Azərbaycanın Qürur Zirvəsi – Şuşa
2026-11-06
8 Noyabr- Şuşanın Əbədi Ruhunun Qayıdışı
2026-11-06
8 NOYABR – ZƏFƏR GÜNÜ: MİLLİ QÜRURUMUZUN, DÖVLƏTÇİLİYİMİZİN VƏ DÖNÜŞMƏZ İRADƏMİZİN TƏNTƏNƏSİ
2026-11-05
Salyanda Zəfər Gününə həsr olunmuş tədbir keçirilib
2026-11-05
Səhiyyə işçiləri ümumrayon ağacəkmə aksiyasında fəal iştirak ediblər
2026-11-05
8 NOYABR – ZƏFƏR GÜNÜ: MİLLİ QÜRURUMUZUN, BİRLİYİMİZİN VƏ QƏHRƏMANLIĞIMIZIN TƏNTƏNƏSİ*
2026-11-05
Zəfərin yaratdığı yeni reallıqlar və Azərbaycanın gələcək hədəfləri
2026-11-05
Güclü iqtisadiyyat, müasir ordu və tarixi Qələbə
2026-11-05
44 günə sığan qəhrəmanlıq və əsrlərə yazılan Zəfər
2026-11-05
Şuşa Azərbaycan xalqının rəşadətinin, əyilməz iradəsinin simvoludur
2026-11-04

2026-11-03