Gəncədə Heydər Əliyevin 100 illiyinə həsr olunan konfrans keçirilib
Kanal4.az xəbər verir ki,bununla bağlı Milli Majlisin Deputatı İltizam Yusifov şəxsi facebook hedabında paylaşım edib.
Əziz dostlar!
Ümummilli Lider Heydər Əliyevin 100 illiyinə həsr olunan “Milli ekoloji prioritetlər və qlobal iqtisadi təhdidlər: yeni çağırışlar, imkanlar və perspektivlər” mövzusunda beynəlxalq elmi-praktiki konfransda Deputat həmkarlarımla birlikdə iştirak etdik.
Konfrans Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin təşəbbüsü, Elm və Təhsil Nazirliyinin və Gəncə Şəhər İcra Hakimiyyətinin dəstəyi, Gəncə Dövlət Universitetinin, Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) və Naxçıvan Dövlət Universitetinin birgə təşkilatçılığı ilə Gəncə şəhərində keçirilirdi.
İlk öncə Ulu öndər Heydər Əliyevin abidəsi ziyarət edildi.Daha sonra konfrans öz işinə başladı. Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sədri Sadiq Qurbanov Konfrans iştirakçılarını salamladı. Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov, Kənd təsərrüfatı naziri Məcnun Məmmədov, energetika nazirinin müavini Elnur Sultanov, həmçinin Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin idarə heyətinin sədri Orxan Məmmədov, Türkiyənin Gəncədəki baş konsulu, Belarus Dövlət İqtisad Universitetinin rektoru, Gəncə Dövlət Universitetinin rektoru konfransla bağlı xoş sözlərini tədbir iştirakçılarına çatdırdılar. Ekologiya və təbii sərvətlər naziri Muxtar Babayevin videomüraciətlə konfransın işinə uğurlar arzuladı.
Baş məruzəçi Milli Məclisin Təbii
ehtiyatlar, energetika və ekologiya komitəsinin sədri Sadiq Qurbanov.un “Davamlı inkişaf kontekstində ekoloji siyasətin prioritet istiqamətləri və yaşıl iqtisadiyyat” məruzəsi dinlənildi. Daha sonra dəyirmi masada alimlərin, akademiklərin, Millət Vəkillərinin, iş adamları və s. iştirakı ilə ətraf mühitin qorunması, Ermənistanın Azərbaycana qarşı törətdiyi ekoloji terror, qlobal iqtisadi təhdidlərdən, milli ekoloji siyasət, Yaşıl iqtisadiyyata keçid, maliyyə sisteminin inkişafında yeni mərhələ, “yaşıl” maliyyə trendi və və s. mövzularda maraqlı çıxışlar və müzakirələr oldu.
Beynəlxalq elmi-praktiki konfransın işi Gəncə Dövlət Universitetində dörd bölmə iclası ilə davam etdi.




