Kanal4.az

Xəbərlərin ünvanı

Kanal4.az

SİYASƏT
Konstitusiya – insan hüquqları və ədalətin ali təminatı
SİYASƏT
Konstitusiya tariximizin mühüm mərhələləri
SİYASƏT
Sabitlik və inkişafın hüquqi əsasları
SİYASƏT
Konstitusiya müstəqil dövlətçiliyin möhkəm hüquqi təməlidir
SİYASƏT
Günay Ağamalı: Üçrəngli bayrağımız qalib xalqın qüruru, müstəqil dövlətimizin əzəmətidir – ŞƏRH
SİYASƏT
8 Noyabr xalqımızın milli qürurunun, dövlətçilik iradəsinin və tarixi ədalətin təntənəsidir
SİYASƏT
Günay Ağamalı: Şuşa Zəfəri Azərbaycanın milli qürurunun və dövlətçilik qüdrətinin təcəssümüdür
SİYASƏT
8 Noyabr – Şuşa şəhəri günü: Zəfərin zirvəsi, qürurun ünvanı
CƏMİYYƏT
Salyan Rayon Mərkəzi Xəstəxanasında 8 Noyabr – Zəfər Gününə həsr olunmuş tədbir keçirilib!
SİYASƏT
Mavi göylərdə dalğalanan milli qürurumuz
SİYASƏT
Ucalan bayrağımız, güclənən dövlətimiz
SİYASƏT
Dövlətçiliyimizin ideoloji təməli və milli birliyimizin rəmzi
SİYASƏT
Dövlət bayrağımız milli dəyərimizdir
SİYASƏT
Zəfər Yolunun Aparıcı Zirvəsi
SİYASƏT
Qalib Azərbaycanın Qürur Zirvəsi – Şuşa
SİYASƏT
8 Noyabr- Şuşanın Əbədi Ruhunun Qayıdışı
SİYASƏT
8 NOYABR – ZƏFƏR GÜNÜ: MİLLİ QÜRURUMUZUN, DÖVLƏTÇİLİYİMİZİN VƏ DÖNÜŞMƏZ İRADƏMİZİN TƏNTƏNƏSİ
SİYASƏT
Salyanda Zəfər Gününə həsr olunmuş tədbir keçirilib
SİYASƏT
Səhiyyə işçiləri ümumrayon ağacəkmə aksiyasında fəal iştirak ediblər
SİYASƏT
8 NOYABR – ZƏFƏR GÜNÜ: MİLLİ QÜRURUMUZUN, BİRLİYİMİZİN VƏ QƏHRƏMANLIĞIMIZIN TƏNTƏNƏSİ*
SİYASƏT
Zəfərin yaratdığı yeni reallıqlar və Azərbaycanın gələcək hədəfləri
SİYASƏT
Güclü iqtisadiyyat, müasir ordu və tarixi Qələbə
SİYASƏT
44 günə sığan qəhrəmanlıq və əsrlərə yazılan Zəfər
SİYASƏT
Şuşa Azərbaycan xalqının rəşadətinin, əyilməz iradəsinin simvoludur
SİYASƏT
Ana Vətən Partiyasından Tarixi Zəfərin Altıncı İldönümü İlə Bağlı BƏYANAT
SİYASƏT
Deputat: Bütün nailiyyətlər uzaqgörən siyasətin məntiqi nəticəsidir
SİYASƏT
Şuşanın azadlığı Azərbaycanın tarixi Zəfərinin və milli qürurunun təntənəsidir
SİYASƏT
Azad Şuşa dövlətimizin quruculuq əzminin və Böyük Qayıdışın rəmzidir
SİYASƏT
Şuşa Zəfəri milli qürurumuzun ən uca zirvəsidir
SİYASƏT
8 Noyabr: təqvimin qızıl hərflərlə yazılmış tarixi

Bundan sonra Azərbaycan yalnız inkişaf edəcək

2023-12-09 04:06:40 189 baxış
Xəbər şəkil

2020-ci il 10 dekabr tarixində Bakının Azadlıq meydanında Vətən müharibəsində qazandığımız Qələbəyə həsr olunmuş Zəfər paradı keçirildi. Bu parad  Azərbaycan Ordusunun gücünü və qüdrətini bütün dünyaya bir daha nümayiş etdirdi.

Zəfərimizə gedən yol hər zaman geniş təhlil edilir və bu fonda böyük əminliklə vurğulanır ki, haqq, ədalət sonda zəfər çalır. Azərbaycan 30 il münaqişənin həlli istiqamətində ciddi səylər göstərdi. Sülh danışıqlarını davam etdirməklə yanaşı, ordu quruculuğu istiqamətində də mühüm addımlar atdı. Ümummilli Lider Heydər Əliyev bu çağırışı diqqətə çatdırmışdır ki, sülh danışıqlarını cəsarətlə aparmaq üçün güclü ordun olmalıdır.

Müharibə şəraitində yaşayan ölkənin güclü, qüdrətli, döyüş ruhlu ordusunun olması vacibdir. Azərbaycan bu sahədə də mövcud imkanlarını nümayiş etdirdi. 44 günlük İkinci Qarabağ müharibəsində şanlı Azərbaycan Ordusu Ali Baş Komandan İlham Əliyevin  rəhbərliyi ilə  tarixi ədaləti, ölkəmizin ərazi bütövlüyünü bərpa etmək üçün  zəfər yürüşünü həyata keçirdi. Rəşadətli Ordumuz Azərbaycanın müstəqillik tarixinə yeni qəhrəmanlıq salnaməsi yaz­dı. Ordumuz bu tarixi günə hazırlığa 2016-cı ilin Aprel döyüşlərində, 2018-ci ilin may ayında Günnüt əməliyyatı zamanı başladı və 2020-ci ilin Tovuz, həmçinin avqust təxribatlarında təcavüzkarın layiqli cavabını verməklə davam etdirdi. Tarixə İkinci Qara­bağ müharibəsi kimi daxil olmuş Vətən müharibəsində Azərbaycan Ordusu dünyaya gücünü bir daha göstərdi. 27 sentyabrda düşmənin növbəti hərbi təxribatına cavab olaraq Azərbaycan Ordusunun başladığı əks-hücum əməliyyatları işğalçı Ermənistanın ka­pitulyasiyası ilə nəticələndi. 44 gün davam edən Vətən müharibəsi noyabrın 10-da Azərbaycan, Rusiya və Ermənistan rəhbərlərinin imzala­dıqları birgə Bəyanatla başa çatdı. Döyüş meydanında qazanılmış qələbələr diplomatik-siyasi müstəvidə də Zəfərin  qazanılmasını şərtləndirdi. Ağdam, Kəlbəcər və Laçın müharibəsiz işğaldan azad edildi.

Azərbaycan 27 il  kağız üzərində qalan BMT Təhlükəsizlik Şurasının qətnamələrini yerinə yetirdi,  bölgəmizdə yeni reallıq yaratdı. Zəfər paradındakı çıxışında “İndi isə bizim üçün yeni dövr başlayır - quruculuq dövrü. Mənfur düşmən işğal edilmiş bütün torpaqları yerlə-yeksan edib. Bu məlumat artıq hər kəsdə var, videogörüntülər var. Azad edilmiş ərazilərə mənim səfərlərim bunu göstərir. Bütün binalar, bütün tarixi abidələr, məscidlər, qəbirlər, məzarlıqlar mənfur düşmən tərəfindən dağıdılıb. Biz onların hamısını bərpa edəcəyik. Artıq bərpa işləri başlanmışdır” söyləyən dövlət başçısı İlham Əliyev Azərbaycan xalqının qəhrəmanlığından bəhs edərək bildirmişdir ki, mənfur düşmən döyüş meydanında məğlubiyyətə uğrayarkən mülki əhaliyə qarşı hərbi cinayətlər törədib, şəhərlərimizi ballistik raketlərlə, fosforlu bombalarla, kasetli bombalarla atəşə tutub. Bu namərd atəş nəticəsində 100-ə yaxın mülki vətəndaş, onların arasında uşaqlar, qadınlar həlak olublar. Dörd yüzdən çox mülki vətəndaş yaralanıb, beş mindən çox ev dağıdılıb, ya da ki, o evlərə ziyan vurulub. Ancaq Azərbaycan vətəndaşı öz torpağından bir addım geri atmayıb: “Deyirdilər ki, öldü var, döndü yoxdur, sona qədər gedəcəyik. Müharibə dövründə Ermənistan ordusunda 10 mindən çox fərari olub. Azərbaycan Ordusunda bir dənə də fərari olmayıb. Yaralı əsgər və zabitlərimiz hərbi hospitallarda, xəstəxanalarda həkimlərdən xahiş edirdilər ki, bizi tezliklə sağaldın, biz qayıdaq döyüş meydanına, biz öz missiyamızı başa vurmalıyıq. Azərbaycan xalqı öz böyüklüyünü göstərdi, yüksək mənəvi ruhunu göstərdi. Bu Qələbənin səbəbkarı da Azərbaycan xalqıdır. Biz birlik, iradə, əzmkarlıq, milli ruh göstərərək tarixi missiyamızı yerinə yetirdik.”

Bundan sonra Azərbaycan yalnız inkişaf edəcək. Azad edilmiş torpaqlara həyat qayıdır. Son üç ildə həyata keçirilən bərpa-quruculuq işlərinin miqyası o qədər böyükür ki, onları sadalamaqla bitməz. Dağıdılan şəhər və kəndlərimiz dövlət başçısı İlham Əliyevin tapşırıqlarına uyğun olaraq “ağıllı şəhər” və “ağıllı kənd” layihələri əsasında bərpa olunur. Zəngilanın Ağalı kəndi ilk “ağıllı kənd”dir. Burada bütün yeniliklər öz əksini tapıb. İşğaldan azad edilmiş ərazilərimizdə ilk “ASAN xidmət” mərkəzi məhz Ağalıda tikilib. Vətəndaş məmnunluğunun artırılması görülən bütün işlərin əsasında dayanır.

Son üç ildə Azərbaycanın mühüm uğurları, tarixinə yazdığı zəfər səhifələri sırasında ərazi bütövlüyünü və suverenliyini tam təmin etməsini xüsusi qeyd etməliyik. Hazırda qalibiyyət rəmzi olan üçrəngli bayrağımız Xankəndidə, Xocalıda, Ağdərədə və Xocavənddə dalğalanır. Bu tarixi hadisə dövlət başçısı İlham Əliyevin oktyabrın 15-də bu ərazilərə səfəri zamanı yaşandı. Bu gün harada yaşanmasından asılı olmayaraq hər bir azərbaycanlı qürurludur. Zəfər paradından üç il keçmədi Xankəndi şəhərində hərbi parad keçirildi. Dövlət başçısı, Müzəffər Ali Baş Komandan İlham Əliyev hərbi paraddakı çıxışında bu reallığı bir daha diqqətə çatdırdı: “Üç il bundan əvvəl mən əmr verərək Azərbaycan Ordusunu dayandırdım və bir daha demək istəyirəm, tarix göstərdi ki, nə qədər düzgün addım idi. Ancaq o gündən, bax, bu günə qədər - sentyabr ayına qədər hər gün biz işləyirdik, çalışırdıq ki, Azərbaycanın suverenliyi tam şəkildə bərpa edilsin. Oktyabrın 15-də Ağdərədə, Əsgəranda, Xocavənddə, Xocalıda və Xankəndidə mən Azərbaycan Bayrağını qaldırdım. Bundan böyük xoşbəxtlik ola bilməz - həm mənim üçün, həm sizin üçün, həm Azərbaycan xalqı üçün, həm də bütün dünya azərbaycanlıları üçün.”

Elmar Əhmədov

YAP Salyan rayon təşkilatının sədri

Oxşar xəbərlər

Xəbər lenti
Konstitusiya – insan hüquqları və ədalətin ali təminatı
2026-11-11
Konstitusiya tariximizin mühüm mərhələləri
2026-11-11
Sabitlik və inkişafın hüquqi əsasları
2026-11-11
Konstitusiya müstəqil dövlətçiliyin möhkəm hüquqi təməlidir
2026-11-11
Günay Ağamalı: Üçrəngli bayrağımız qalib xalqın qüruru, müstəqil dövlətimizin əzəmətidir – ŞƏRH
2026-11-09
8 Noyabr xalqımızın milli qürurunun, dövlətçilik iradəsinin və tarixi ədalətin təntənəsidir
2026-11-09
Günay Ağamalı: Şuşa Zəfəri Azərbaycanın milli qürurunun və dövlətçilik qüdrətinin təcəssümüdür
2026-11-09
8 Noyabr – Şuşa şəhəri günü: Zəfərin zirvəsi, qürurun ünvanı
2026-11-07
Salyan Rayon Mərkəzi Xəstəxanasında 8 Noyabr – Zəfər Gününə həsr olunmuş tədbir keçirilib!
2026-11-06
Mavi göylərdə dalğalanan milli qürurumuz
2026-11-06
Ucalan bayrağımız, güclənən dövlətimiz
2026-11-06
Dövlətçiliyimizin ideoloji təməli və milli birliyimizin rəmzi
2026-11-06
Dövlət bayrağımız milli dəyərimizdir
2026-11-06
Zəfər Yolunun Aparıcı Zirvəsi
2026-11-06
Qalib Azərbaycanın Qürur Zirvəsi – Şuşa
2026-11-06
8 Noyabr- Şuşanın Əbədi Ruhunun Qayıdışı
2026-11-06
8 NOYABR – ZƏFƏR GÜNÜ: MİLLİ QÜRURUMUZUN, DÖVLƏTÇİLİYİMİZİN VƏ DÖNÜŞMƏZ İRADƏMİZİN TƏNTƏNƏSİ
2026-11-05
Salyanda Zəfər Gününə həsr olunmuş tədbir keçirilib
2026-11-05
Səhiyyə işçiləri ümumrayon ağacəkmə aksiyasında fəal iştirak ediblər
2026-11-05
8 NOYABR – ZƏFƏR GÜNÜ: MİLLİ QÜRURUMUZUN, BİRLİYİMİZİN VƏ QƏHRƏMANLIĞIMIZIN TƏNTƏNƏSİ*
2026-11-05
Zəfərin yaratdığı yeni reallıqlar və Azərbaycanın gələcək hədəfləri
2026-11-05
Güclü iqtisadiyyat, müasir ordu və tarixi Qələbə
2026-11-05
44 günə sığan qəhrəmanlıq və əsrlərə yazılan Zəfər
2026-11-05
Şuşa Azərbaycan xalqının rəşadətinin, əyilməz iradəsinin simvoludur
2026-11-04

2026-11-03