Partiya fəalları ilə növbəti görüş rayonun Marışlı kəndində keçirilib
Yeni Azərbaycan Partiyası Salyan rayon təşkilatının sədri Elmar Əhmədov partiya fəalları ilə növbəti görüşünü rayonun Marışlı kəndində keçirib. Görüş zamanı Ulu Öndər Heydər Əliyevin xalqımız və dövlətimiz üçün gördüyü işlərdən danışılıb və dahi şəxsiyyətin həyatının Azərbaycanın taleyi ilə bağlı olduğu qeyd edilib. Dahi şəxsiyyət Heydər Əliyevin qurucusu olduğu Yeni Azərbaycan Partiyasının dövlətimizin müstəqilliyinin möhkəmləndirilməsində və inkişafında mühüm rol oynadığı xüsusilə vurğulanıb, bildirilib ki, Yeni Azərbaycan Partiyasının qısa müddətdə xalqın sevimli partiyasına çevrilməsi xalqın partiyanın sədrinə olan sevgisindən qaynaqlanır. Zaman göstərdi ki, xalq Heydər Əliyevə arxalanmaqla, onun ətrafında sıx birləşməklə öz gələcəyini təmin etmiş oldu.
Tədbirdə Azərbaycan Respublikasının Prezidenti, Yeni Azərbaycan Partiyasının sədri, Müzəffər Ali Baş Komandan Cənab İlham Əliyevin apardığı daxili və xarici siyasətdən, 44 gün davam edən Vətən Müharibəsində əldə olunmuş qələbədən və digər məsələlərdən bəhs edilib. Sonra görüş iştirakçılarını maraqlandıran məsələlər barədə fikir mübadiləsi aparılıb, problemləri dinlənilib.


