Kanal4.az

Xəbərlərin ünvanı

Kanal4.az

SİYASƏT
Konstitusiya – insan hüquqları və ədalətin ali təminatı
SİYASƏT
Konstitusiya tariximizin mühüm mərhələləri
SİYASƏT
Sabitlik və inkişafın hüquqi əsasları
SİYASƏT
Konstitusiya müstəqil dövlətçiliyin möhkəm hüquqi təməlidir
SİYASƏT
Günay Ağamalı: Üçrəngli bayrağımız qalib xalqın qüruru, müstəqil dövlətimizin əzəmətidir – ŞƏRH
SİYASƏT
8 Noyabr xalqımızın milli qürurunun, dövlətçilik iradəsinin və tarixi ədalətin təntənəsidir
SİYASƏT
Günay Ağamalı: Şuşa Zəfəri Azərbaycanın milli qürurunun və dövlətçilik qüdrətinin təcəssümüdür
SİYASƏT
8 Noyabr – Şuşa şəhəri günü: Zəfərin zirvəsi, qürurun ünvanı
CƏMİYYƏT
Salyan Rayon Mərkəzi Xəstəxanasında 8 Noyabr – Zəfər Gününə həsr olunmuş tədbir keçirilib!
SİYASƏT
Mavi göylərdə dalğalanan milli qürurumuz
SİYASƏT
Ucalan bayrağımız, güclənən dövlətimiz
SİYASƏT
Dövlətçiliyimizin ideoloji təməli və milli birliyimizin rəmzi
SİYASƏT
Dövlət bayrağımız milli dəyərimizdir
SİYASƏT
Zəfər Yolunun Aparıcı Zirvəsi
SİYASƏT
Qalib Azərbaycanın Qürur Zirvəsi – Şuşa
SİYASƏT
8 Noyabr- Şuşanın Əbədi Ruhunun Qayıdışı
SİYASƏT
8 NOYABR – ZƏFƏR GÜNÜ: MİLLİ QÜRURUMUZUN, DÖVLƏTÇİLİYİMİZİN VƏ DÖNÜŞMƏZ İRADƏMİZİN TƏNTƏNƏSİ
SİYASƏT
Salyanda Zəfər Gününə həsr olunmuş tədbir keçirilib
SİYASƏT
Səhiyyə işçiləri ümumrayon ağacəkmə aksiyasında fəal iştirak ediblər
SİYASƏT
8 NOYABR – ZƏFƏR GÜNÜ: MİLLİ QÜRURUMUZUN, BİRLİYİMİZİN VƏ QƏHRƏMANLIĞIMIZIN TƏNTƏNƏSİ*
SİYASƏT
Zəfərin yaratdığı yeni reallıqlar və Azərbaycanın gələcək hədəfləri
SİYASƏT
Güclü iqtisadiyyat, müasir ordu və tarixi Qələbə
SİYASƏT
44 günə sığan qəhrəmanlıq və əsrlərə yazılan Zəfər
SİYASƏT
Şuşa Azərbaycan xalqının rəşadətinin, əyilməz iradəsinin simvoludur
SİYASƏT
Ana Vətən Partiyasından Tarixi Zəfərin Altıncı İldönümü İlə Bağlı BƏYANAT
SİYASƏT
Deputat: Bütün nailiyyətlər uzaqgörən siyasətin məntiqi nəticəsidir
SİYASƏT
Şuşanın azadlığı Azərbaycanın tarixi Zəfərinin və milli qürurunun təntənəsidir
SİYASƏT
Azad Şuşa dövlətimizin quruculuq əzminin və Böyük Qayıdışın rəmzidir
SİYASƏT
Şuşa Zəfəri milli qürurumuzun ən uca zirvəsidir
SİYASƏT
8 Noyabr: təqvimin qızıl hərflərlə yazılmış tarixi

Azərbaycanın hərbi qüdrətinin artırılması dövlət siyasətinin prioritetidir

2023-12-09 04:01:44 179 baxış
Xəbər şəkil

İşğal altında olan torpaqlarımızın düşməndən azad edilməsi və Azərbaycanın bütün sərhədləri boyunca bayrağımızın dalğalanması bütün dövrlərdə dövlət siyasətinin mütləq prioriteti və strateji hədəfi olub. Uzun illər ərzində danışıqlar masasında prinsipiallıq göstərən Azərbaycan, eyni zamanda, güclü ordu yaradırdı. Ordu quruculuğu hər zaman Prezident İlham Əliyevin dövlət siyasətinin prioritet istiqaməti olub.
Bütün illər ərzində dövlətin büdcə xərclərinin əsasını məhz hərbi xərclər təşkil edib. Ordunun döyüş qabiliyyəti möhkəmləndi, yüksəldi, ordumuz müasir silah-sursat, texnika ilə təchiz edildi. Azərbaycanda hərbi sənaye kompleksinin yaradılması ölkənin hərbi qüdrətini artırdı. Azərbaycanda son illərdə formalaşan və dinamik inkişaf edən hərbi sənaye hesabına müxtəlif növ hərbi texnika, zirehli maşınlar, pilotsuz uçuş aparatları, atıcı silahlar istehsal olunur. Azərbaycanda mindən çox hərbi təyinatlı məhsul istehsal edilir. Dünyanın aparıcı beynəlxalq sərgilərində Azərbaycanın hərbi məhsulları nümayiş olunur. Bu cür nailiyyətlər Azərbaycana öz ordusunu zəruri silah, sursat və texnika ilə təchiz etmək üçün əvəzsiz imkanlar yaradıb.
Ümumiyyətlə, Prezident İlham Əliyevin 20 illik Prezidentlik dövrünün 17 ili torpaqlarımızın işğaldan azad edilməsinə hazırlığa yönəlib. Bu illər ərzində ordumuzun hərbi qüdrətinin daha da artırılması istiqamətində həyata keçirilən işlərin uğurlu nəticəsi 2016-cı ilin Aprel döyüşlərində, həmçinin 2018-ci ilin Günnüt əməliyyatında özünü göstərdi. Belə ki, 2016-cı il aprelin 2-də Ermənistan ordusunun təxribatlarına cavab olaraq, Silahlı Qüvvələrimiz sürətli əks-hücum əməliyyatı ilə düşməni ağır məğlubiyyətə uğradaraq, Füzuli, Cəbrayıl və Ağdərə rayonlarının işğal altındakı ərazilərinin 2 min hektardan çox hissəsini işğalçılardan təmizləmişdi. Həmçinin minlərlə hektar ərazi Azərbaycan Ordusunun tam nəzarətinə keçmişdi. Silahlı Qüvvələrimiz 2018-ci ildə də uğurlu əməliyyat keçirərək, Naxçıvan Muxtar Respublikasının 11 min hektardan artıq ərazisini, o cümlədən Şərur rayonunun Günnüt kəndini düşməndən təmizlədi. Düşünmək olardı ki, Ermənistan və ona havadarlıq edən dövlətlər bu əməliyyatlardan ciddi dərs alarlar. Amma 2020-ci ildə Ermənistan silahlı qüvvələrinin mütəmadi törətdikləri təxribatlar onların nəinki dərs almadıqlarını, hətta yeni ərazilər uğrunda müharibə planları hazırladıqlarını nümayiş etdirdi. 27 sentyabr 2020-ci il tarixdə işğalçı erməni silahlı birləşmələri tərəfindən Azərbaycan ərazilərinin müxtəlif istiqamətlərdən raket atəşinə tutulması İkinci Qarabağ müharibəsinin baş verməsini şərtləndirdi”.
44 gündə 5 şəhərin, 4 qəsəbənin, 300-ə yaxın yaşayış məntəqəsinin işğaldan azad edilməsi Azərbaycan Ordusunun gücünün göstəricisi olmaqla yanaşı, ermənilərin illərdir yaratdıqları mifləri tamamilə darmadağın etdi. “Məğlubedilməz erməni ordusu” mifini yaradan ermənilər və erməni diasporu 44 gündə bunun tamamilə əksini gördü. Bir daha dünyaya nümayiş olundu ki, ən güclü ordu Azərbaycan Ordusudur, ən yenilməz, məğrur xalq Azərbaycan xalqıdır. 2020-ci  il noyabrın 10-da imzalanan üçtərəfli Bəyanat Ermənistanın kapitulyasiya sənədi oldu.  Bəyanatın müddəalarına uyğun olaraq, Ermənistan noyabrın 20-də Ağdam, 25-də Kəlbəcər, dekabrın 1-də isə Laçın rayonlarını Azərbaycan Silahlı Qüvvələrinə təhvil verdi. Bununla da Azərbaycan Respublikasının ərazi bütövlüyü bərpa edildi. 
Üç il bundan öncə, 2020-ci il dekabrın 10-da Azadlıq meydanında keçirilən möhtəşəm Zəfər paradı dünyaya səs saldı. Bu parad 44 günlük İkinci Qarabağ müharibəsində rəşadətli ordumuzun gücünün, qüdrətinin, dövlət başçısı, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qazandığımız tarixi Zəfərimizin, müharibə başlandığı gündən qardaş dəstəyini göstərən Türkiyə ilə ölkəmizin birliyinin, dostluğunun, qardaşlığının sarsılmazlığının təqdimatı oldu. 
Torpaqlarımızın işğaldan azad olunduğu üç il ərzində bütün ərazilərimiz boyunca suverenliyimizin etibarlı və dönməz şəkildə təmin olunması istiqamətində hərtərəfli addımlar atdıq. Bütün ərazilərimiz boyunca suverenliyimizin təmin olunması strategiyası özündə siyasi, diplomatik, hərbi, iqtisadi komponentləri birləşdirirdi. Biz bu komponentlərin hər birini uğurla tətbiq edərək bayrağımızı Xankəndidə, Xocalıda ucaltdıq. Sentyabrın 19-20-də həyata keçirdiyimiz antiterror tədbirləri nəticəsində ölkəmizin ərazisində 30 ildən artıq mövcud olan separatizmə son qoyuldu və Azərbaycan dövlətçilik tarixini yenilədi, müstəqillik tarixini tamlaşdırdı. Prezident İlham Əliyevin strateji baxışları, iradəsi, əzmi sayəsində Azərbaycan, nəhayət ki, bütün əraziləri boyunca suverenliyə sahib olan müstəqil dövlət oldu. Prezidentin özünün də dediyi kimi, müstəqillik şərti ola bilməz. Həqiqətən də, Azərbaycan sözün əsl mənasında ərazi bütövlüyü təmin olunmuş, bütün ərazisi boyunca  suverenliyə sahib müstəqil bir dövlətə çevrildi.  
Bu gün azad olunan əziz torpaqlarımızda dalğalanan üçrəngli bayrağımız, qürur və fəxarət rəmzimizə çevrilib. Ölkə rəhbəri İlham Əliyevin düşünülmüş və məqsədyönlü addımları, döyüş meydanında Azərbaycan Ordusunun qazandığı qələbələr tariximizin ən böyük dönüş dövrünü yaratdı. Gözlərimiz önündə hələ uzun əsrlər danışılacaq, barəsində igidlik, qorxmazlıq dastanları yazılacaq cəsur oğullarımızın, Vətən uğrunda gözünü qırpmadan döyüşə atılan dağ ürəkli övladlarımızın mərdlik hekayələri dildən-dilə dolaşacaq. 

Yalçın Abdullazadə,
YAP Salyan rayon təşkilatının məsləhətçisi, “Vətən Müharibəsi” iştirakçısı

Oxşar xəbərlər

Xəbər lenti
Konstitusiya – insan hüquqları və ədalətin ali təminatı
2026-11-11
Konstitusiya tariximizin mühüm mərhələləri
2026-11-11
Sabitlik və inkişafın hüquqi əsasları
2026-11-11
Konstitusiya müstəqil dövlətçiliyin möhkəm hüquqi təməlidir
2026-11-11
Günay Ağamalı: Üçrəngli bayrağımız qalib xalqın qüruru, müstəqil dövlətimizin əzəmətidir – ŞƏRH
2026-11-09
8 Noyabr xalqımızın milli qürurunun, dövlətçilik iradəsinin və tarixi ədalətin təntənəsidir
2026-11-09
Günay Ağamalı: Şuşa Zəfəri Azərbaycanın milli qürurunun və dövlətçilik qüdrətinin təcəssümüdür
2026-11-09
8 Noyabr – Şuşa şəhəri günü: Zəfərin zirvəsi, qürurun ünvanı
2026-11-07
Salyan Rayon Mərkəzi Xəstəxanasında 8 Noyabr – Zəfər Gününə həsr olunmuş tədbir keçirilib!
2026-11-06
Mavi göylərdə dalğalanan milli qürurumuz
2026-11-06
Ucalan bayrağımız, güclənən dövlətimiz
2026-11-06
Dövlətçiliyimizin ideoloji təməli və milli birliyimizin rəmzi
2026-11-06
Dövlət bayrağımız milli dəyərimizdir
2026-11-06
Zəfər Yolunun Aparıcı Zirvəsi
2026-11-06
Qalib Azərbaycanın Qürur Zirvəsi – Şuşa
2026-11-06
8 Noyabr- Şuşanın Əbədi Ruhunun Qayıdışı
2026-11-06
8 NOYABR – ZƏFƏR GÜNÜ: MİLLİ QÜRURUMUZUN, DÖVLƏTÇİLİYİMİZİN VƏ DÖNÜŞMƏZ İRADƏMİZİN TƏNTƏNƏSİ
2026-11-05
Salyanda Zəfər Gününə həsr olunmuş tədbir keçirilib
2026-11-05
Səhiyyə işçiləri ümumrayon ağacəkmə aksiyasında fəal iştirak ediblər
2026-11-05
8 NOYABR – ZƏFƏR GÜNÜ: MİLLİ QÜRURUMUZUN, BİRLİYİMİZİN VƏ QƏHRƏMANLIĞIMIZIN TƏNTƏNƏSİ*
2026-11-05
Zəfərin yaratdığı yeni reallıqlar və Azərbaycanın gələcək hədəfləri
2026-11-05
Güclü iqtisadiyyat, müasir ordu və tarixi Qələbə
2026-11-05
44 günə sığan qəhrəmanlıq və əsrlərə yazılan Zəfər
2026-11-05
Şuşa Azərbaycan xalqının rəşadətinin, əyilməz iradəsinin simvoludur
2026-11-04

2026-11-03