YAP Salyan rayon təşkilatı partiya fəalları ilə görüşlərini davam etdirir
Yeni Azərbaycan Partiyası Salyan rayon təşkilatının sədri Elmar Əhmədov Salyan Dövlət Kukla Teatrında partiya fəalları ilə növbəti görüş keçirib. Görüşdə Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulmuş dövlətçilik prinsiplərinin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi nəticəsində ölkəmizin sürətlə inkişaf etməsi diqqətə çatdırılıb, bu hərtərəfli inkişafda Yeni Azərbaycan Partiyasının xüsusi rolunun olduğu vurğulanıb, YAP-ın VII Qurultayından sonra partiyanın yeni Proqram və Nizamnaməsinin tələblərinə uyğun olaraq yerli və ərazi partiya təşkilatlarının qarşısına qoyulan vəzifələrdən və bu vəzifələrin həyata keçirilməsində hər bir partiya üzvünün məsuliyyətinin artırılmasının vacibliyindən danışılıb. Qeyd edilib ki, ölkə başçısının irəli sürdüyü və həyata keçirdiyi davamlı inkişaf konsepsiyası dövlətimizin və xalqımızın tərəqqisinə, onun parlaq gələcəyinə hesablanmışdır. Prezident İlham Əliyev öz fəaliyyəti ilə həm Partiya Sədri, həm Prezident, həm də Ali Baş Komandan kimi hər bir vətəndaşımızın maraqlarını müdafiə etmiş, hər bir azərbaycanlının Prezidenti olduğunu dəfələrlə sübuta yetirmişdir.
Görüşün sonunda görüş iştirakçılarını maraqlandıran məsələlər barədə fikir mübadiləsi aparılıb



