Bu gün Milli Məclisin deputatı İltizam Yusifovun doğum günüdür -TƏBRİK EDİRİK
Bu gün cəmiyyətdə böyük nüfuz sahibi, səmimi, dəyərli, sadə, təvazökar, vətənpərvər bir insanın, ziyalının, Milli Məclisinin deputatı İltizam Yusifovun doğum günüdür. Həqiqətən də İltizam müəllim onun haqqında deyilən xoş sözlərə layiqdir.
İltizam Müəllim 1963-cü il dekabrın 1-də Şirvan şəhərində anadan olmuşdur. Moskva Energetika İnstitutunun Avtomatika və telemexanika fakültəsini bitirmişdir. Texnika üzrə fəlsəfə doktorudur. Əməkdar mühəndisdir. Rus və ingilis dillərini bilir.
1986–2001-ci illərdə «Neftqazavtomat» Elm-İstehsalat Birliyinin Şirvan şəhərindəki Avtomatika və telemexanika zavodunda mühəndis-sazlayıcı, mühəndis-proqramlaşdırıcı, sex rəisi, şöbə rəisi, baş metroloq, 2001– 2009-cu illərdə «Şirvan OYL» birgə müəssisəsində mühəndis, sahə rəisi, şöbə rəisi, bölgə direktoru, 2009–2020-ci illərdə «Şirvan Operating Company ltd.» MMC-də menecer, vitse-prezident vəzifələrində çalışmışdır.
Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin üzvüdür. Azərbaycan-Norveç parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri, Birləşmiş Ərəb Əmirlikləri, Çexiya, Xorvatiya, İsveç, Meksika, Serbiya, Türkiyə, Vyetnam parlamentləri ilə əlaqələr üzrə işçi qruplarının üzvüdür.MDB-nin Parlamentlərarası Assambleyasında, Avronest Parlament Assambleyasında Azərbaycan nümayəndə heyətlərinin, Avropa İttifaqı– Azərbaycan parlament əməkdaşlığı komitəsinin üzvüdür,Milli Məclisin üzvü və kimi də xidmətləri böyükdür. İltizam Müəllim həqiqətən də fəxr ediləsi insandır daim Xalqının Dövlətinin yanında olan bir şəxsiyyətdir.
Kanal4.az xəbər portalının kollektivi başda Emin Xudiyev olmaqla İltizam müəllimi 60 illik yubileyi münasibətilə səmimi qəlbdən təbrik edir, ona can sağlığı, işlərində uğurlar arzulayır. 100 yaşayın İltizam müəllim!