Kanal4.az

Xəbərlərin ünvanı

Kanal4.az

SİYASƏT
Konstitusiya – insan hüquqları və ədalətin ali təminatı
SİYASƏT
Konstitusiya tariximizin mühüm mərhələləri
SİYASƏT
Sabitlik və inkişafın hüquqi əsasları
SİYASƏT
Konstitusiya müstəqil dövlətçiliyin möhkəm hüquqi təməlidir
SİYASƏT
Günay Ağamalı: Üçrəngli bayrağımız qalib xalqın qüruru, müstəqil dövlətimizin əzəmətidir – ŞƏRH
SİYASƏT
8 Noyabr xalqımızın milli qürurunun, dövlətçilik iradəsinin və tarixi ədalətin təntənəsidir
SİYASƏT
Günay Ağamalı: Şuşa Zəfəri Azərbaycanın milli qürurunun və dövlətçilik qüdrətinin təcəssümüdür
SİYASƏT
8 Noyabr – Şuşa şəhəri günü: Zəfərin zirvəsi, qürurun ünvanı
CƏMİYYƏT
Salyan Rayon Mərkəzi Xəstəxanasında 8 Noyabr – Zəfər Gününə həsr olunmuş tədbir keçirilib!
SİYASƏT
Mavi göylərdə dalğalanan milli qürurumuz
SİYASƏT
Ucalan bayrağımız, güclənən dövlətimiz
SİYASƏT
Dövlətçiliyimizin ideoloji təməli və milli birliyimizin rəmzi
SİYASƏT
Dövlət bayrağımız milli dəyərimizdir
SİYASƏT
Zəfər Yolunun Aparıcı Zirvəsi
SİYASƏT
Qalib Azərbaycanın Qürur Zirvəsi – Şuşa
SİYASƏT
8 Noyabr- Şuşanın Əbədi Ruhunun Qayıdışı
SİYASƏT
8 NOYABR – ZƏFƏR GÜNÜ: MİLLİ QÜRURUMUZUN, DÖVLƏTÇİLİYİMİZİN VƏ DÖNÜŞMƏZ İRADƏMİZİN TƏNTƏNƏSİ
SİYASƏT
Salyanda Zəfər Gününə həsr olunmuş tədbir keçirilib
SİYASƏT
Səhiyyə işçiləri ümumrayon ağacəkmə aksiyasında fəal iştirak ediblər
SİYASƏT
8 NOYABR – ZƏFƏR GÜNÜ: MİLLİ QÜRURUMUZUN, BİRLİYİMİZİN VƏ QƏHRƏMANLIĞIMIZIN TƏNTƏNƏSİ*
SİYASƏT
Zəfərin yaratdığı yeni reallıqlar və Azərbaycanın gələcək hədəfləri
SİYASƏT
Güclü iqtisadiyyat, müasir ordu və tarixi Qələbə
SİYASƏT
44 günə sığan qəhrəmanlıq və əsrlərə yazılan Zəfər
SİYASƏT
Şuşa Azərbaycan xalqının rəşadətinin, əyilməz iradəsinin simvoludur
SİYASƏT
Ana Vətən Partiyasından Tarixi Zəfərin Altıncı İldönümü İlə Bağlı BƏYANAT
SİYASƏT
Deputat: Bütün nailiyyətlər uzaqgörən siyasətin məntiqi nəticəsidir
SİYASƏT
Şuşanın azadlığı Azərbaycanın tarixi Zəfərinin və milli qürurunun təntənəsidir
SİYASƏT
Azad Şuşa dövlətimizin quruculuq əzminin və Böyük Qayıdışın rəmzidir
SİYASƏT
Şuşa Zəfəri milli qürurumuzun ən uca zirvəsidir
SİYASƏT
8 Noyabr: təqvimin qızıl hərflərlə yazılmış tarixi

Kəlbəcərin işğaldan azad edilməsi Azərbaycanın həm də siyasi-diplomatik müstəvidə qələbəsidir.

2023-11-27 10:44:09 80 baxış
Xəbər şəkil

Prezident İlham Əliyevin bu il iyulun 31-də imzaladığı sərəncama əsasən, hər il noyabrın 25-i Kəlbəcər Şəhəri Günü olacaq. Bu əlamətdar günün təsis olunması Kəlbəcər  şəhərinin Ermənistan silahlı qüvvələrinin işğalından azad edilməsi tarixi ilə bağlıdır. Həmin gün şəhərin erməni işğalçılarından təmizlənməsindən üç il ötür.
2020-ci il noyabrın 25-də Kəlbəcər rayonunun işğaldan azad olunması Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə şanlı Ordumuzun 44 günlük Vətən müharibəsində Ermənistanın işğalçı ordusuna vurduğu sarsıdıcı zərbənin və ölkə başçımızın hərbi əməliyyatlarla yanaşı apardığı fəal, intensiv beynəlxalq diplomatiyanın nəticəsi idi. 
Bir tərəfdən, 44 günlük Vətən müharibəsi ərzində işğalçı ordu darmadağın edilmiş, mənəvi-psixoloji çöküş keçirmiş və on minlərlə əsgər fərarilik etmişdi. Digər tərəfdən, noyabrın 8-də qəhrəman əsgərlərimizin Şuşanı azad etməsindən sonra Ermənistan özü də tam iflasa uğradığını anlamışdı. Buna görə də 10 noyabr Üçtərəfli Bəyannaməsini imzalamaqla bu iflası rəsmən etiraf etməyə məcbur oldu, 30 il ərzində möhkəmləndiyi Ağdam, Kəlbəcər və Laçın rayonlarını döyüşsüz tərk etməli oldu.
Ermənistan silahlı qüvvələri Kəlbəcər rayonunu 2020-ci il noyabrın 25-də boşaltdı. Bununla da, Azərbaycan BMT Təhlükəsizlik Şurasının 1993-cü il aprelin 30-da qəbul etdiyi və 27 il ərzində icra olunmamış qalan Kəlbəcər rayonundan və digər işğal olunmuş ərazilərdən bütün işğalçı qüvvələrin dərhal çıxarılmasını tələb edən 822 saylı qətnaməsini özü icra etmiş oldu.
Kəlbəcərin işğaldan azad edilməsindən sonra rayonun yenidən qurulması və bərpası üzrə işlərə start verildi. Kəlbəcər rayonunun yeni inkişaf dövrü başlandı. İlk növbədə, rayonu ölkəmizin digər əraziləri ilə birləşdirən yolların çəkilişinə start verildi. Kəlbəcərin coğrafi relyefini nəzərə alsaq, bu işin nə qədər mürəkkəb olduğunu və buna görə də böyük resurs və vəsait tələb etdiyini təsəvvür etmək çətin deyil. Ona görə də 70 illik sovet dönəmində də Kəlbəcərin yol-nəqliyyat infrastrukturu lazımi surətdə inkişaf etdirilməmişdi. Hazırda Göygöl və Kəlbəcər rayonlarını birləşdirəcək 81 kilometrlik Toğanalı-Kəlbəcər avtomobil yolu və onun üzərində Murovdağda 11.6 kilometrlik tunel inşa edilir. Sovet dövlətinin ən qüdrətli çağlarında da Murovdağ silsiləsinin altından keçməklə olduqca qəliz coğrafi şəraitdə belə tunel çəkmək mümkün olmamışdı.
Bundan əlavə, Kəlbəcər-Laçın yolu və müxtəlif tunellər də tikilir. Eləcə də qeyd edilməlidir ki, inşası gedən Laçın Beynəlxalq Hava Limanı Kəlbəcər rayonunun nəqliyyat imkanlarının genişlənməsinə mühüm töhfə verəcək. Bu, xüsusilə Kəlbəcər rayonunun turizm potensialının reallaşdırılması baxımından faydalıdır.Yeri gəlmişkən, Kəlbəcərdə İstisu mineral su zavodunun və İstisu sanatoriyasının da təməlqoyma mərasimləri keçirilib və inşaat işlərinin icrasına başlanıb.
Böyük Qayıdışın tərkibi hissəsi olaraq, doğma sakinlərinin yenidən Kəlbəcərdə məskunlaşıb yaşaması üçün yol-nəqliyyat infrastrukturu ilə yanaşı, eləcə də sosial-iqtisadi infrastruktur və mədəni obyektlərin yaradılması zəruridir. Bu baxımdan, Kəlbəcərin Baş planının hazırlanması əhəmiyyətlidir. Baş plana əsasən, inşaat işləri Kəlbəcərin füsunkar təbiəti və coğrafi şəraiti nəzərə alınmaqla aparılacaq. Xəstəxana, məktəb və yaşayış binaları müvafiq qaydada inşa ediləcək. Kəlbəcərin tarixi-mədəni xüsusiyyətləri nəzərə alınaraq, aşıq mərkəzinin də yaradılması nəzərdə tutulur.
Kəlbəcər bizim işğal altında olmuş ən böyük rayonumuz idi və ümumiyyətlə, Azərbaycanın ən zəngin rayonlarından biridir. Bu zənginlik özünü bütün sahələrdə göstərib. İlk növbədə, Kəlbəcər füsunkar təbiətə, zəngin mədəni irsə malikdir. Rayon ərazisində yerləşən tarixi abidələr bütün dünya mədəniyyəti üçün böyük əhəmiyyət kəsb edir. Bizim bir neçə böyük çayımızın mənbəyi Kəlbəcər rayonundadır. Onlardan ən böyüyü uzunluğu 200 kilometr olan Tərtər çayıdır. Kəlbəcər rayonunda 24 min hektar meşə sahəsi var. Bu, bizim böyük sərvətimizdir. Sovet dönəmində bütün sovet respublikalarında məşhur olan İstisu müalicəvi suyunun mənbəyi də məhz Kəlbəcərdədir. Vaxtilə ora böyük kurort zonası idi. Kəlbəcər, həmçinin yeraltı təbii sərvətlərlə zəngin ərazilərdən biridir. Ötən əsrin 50-ci illərindən başlayaraq burada aparılmış geoloji kəşfiyyat işləri nəticəsində çoxsaylı faydalı qazıntı yataqları aşkarlanıb, ehtiyatları hesablanaraq dövlət və sahə balanslarına qəbul edilib. O cümlədən bu rayonun ərazisində qızıl, gümüş, tellur, selen, civə kimi qiymətli metal yataqları var.
Lakin 30 illik işğal ərzində erməni vandalları bütün bu sərvətlərimizi vəhşicəsinə talayıblar. Prezident İlham Əliyev Kəlbəcərin işğaldan azad edilməsi münasibətilə xalqa etdiyi müraciətində bu məsələyə toxunaraq deyib: "Mənfur düşmən bu meşələri qırıb, talayıb, satıb. Görün, son günlər ərzində onlar hansı çirkin işlərlə məşğuldur, meşələri yandırırlar ki, ekoloji faciə, fəlakət yaratsınlar. Bu oğrular meşələri qırırlar, aparırlar ki, Ermənistanda satsınlar. Evləri yandırırlar, hansı ki, o evləri onlar tikməyiblər. Onlar kəlbəcərlilərin evlərinə giriblər, soxulublar, orada yaşayıblar. Məktəbləri yandırırlar, apara bilmədikləri ev heyvanlarını öldürürlər. Görün, biz kimlərlə, hansı vəhşilərlə üz-üzə idik! Mən bir daha deyirəm və hər dəfə də deyəcəyəm, bizim Qələbəmiz təkcə Ermənistan dövləti üzərində əldə edilmiş qələbə deyil, biz erməni faşizmini məhv etdik”.
Həqiqətən də Azərbaycan öz torpaqlarının işğaldan azad edilməsi üçün apardığı bu Vətən müharibəsində qazandığı tarixi Qələbəsi ilə, əslində, bütün Qafqazı erməni faşizmindən xilas etdi. Eyni zamanda, bu Qələbə erməni faşizminin bütün bəşəriyyət üçün nə dərəcədə təhlükəli bir cərəyan olduğunu bütün dünyaya göstərdi.

Şövqi Həsənov,
YAP Şəmkir rayon Təşkilatı Aparatının əməkdaşı

Oxşar xəbərlər

Xəbər lenti
Konstitusiya – insan hüquqları və ədalətin ali təminatı
2026-11-11
Konstitusiya tariximizin mühüm mərhələləri
2026-11-11
Sabitlik və inkişafın hüquqi əsasları
2026-11-11
Konstitusiya müstəqil dövlətçiliyin möhkəm hüquqi təməlidir
2026-11-11
Günay Ağamalı: Üçrəngli bayrağımız qalib xalqın qüruru, müstəqil dövlətimizin əzəmətidir – ŞƏRH
2026-11-09
8 Noyabr xalqımızın milli qürurunun, dövlətçilik iradəsinin və tarixi ədalətin təntənəsidir
2026-11-09
Günay Ağamalı: Şuşa Zəfəri Azərbaycanın milli qürurunun və dövlətçilik qüdrətinin təcəssümüdür
2026-11-09
8 Noyabr – Şuşa şəhəri günü: Zəfərin zirvəsi, qürurun ünvanı
2026-11-07
Salyan Rayon Mərkəzi Xəstəxanasında 8 Noyabr – Zəfər Gününə həsr olunmuş tədbir keçirilib!
2026-11-06
Mavi göylərdə dalğalanan milli qürurumuz
2026-11-06
Ucalan bayrağımız, güclənən dövlətimiz
2026-11-06
Dövlətçiliyimizin ideoloji təməli və milli birliyimizin rəmzi
2026-11-06
Dövlət bayrağımız milli dəyərimizdir
2026-11-06
Zəfər Yolunun Aparıcı Zirvəsi
2026-11-06
Qalib Azərbaycanın Qürur Zirvəsi – Şuşa
2026-11-06
8 Noyabr- Şuşanın Əbədi Ruhunun Qayıdışı
2026-11-06
8 NOYABR – ZƏFƏR GÜNÜ: MİLLİ QÜRURUMUZUN, DÖVLƏTÇİLİYİMİZİN VƏ DÖNÜŞMƏZ İRADƏMİZİN TƏNTƏNƏSİ
2026-11-05
Salyanda Zəfər Gününə həsr olunmuş tədbir keçirilib
2026-11-05
Səhiyyə işçiləri ümumrayon ağacəkmə aksiyasında fəal iştirak ediblər
2026-11-05
8 NOYABR – ZƏFƏR GÜNÜ: MİLLİ QÜRURUMUZUN, BİRLİYİMİZİN VƏ QƏHRƏMANLIĞIMIZIN TƏNTƏNƏSİ*
2026-11-05
Zəfərin yaratdığı yeni reallıqlar və Azərbaycanın gələcək hədəfləri
2026-11-05
Güclü iqtisadiyyat, müasir ordu və tarixi Qələbə
2026-11-05
44 günə sığan qəhrəmanlıq və əsrlərə yazılan Zəfər
2026-11-05
Şuşa Azərbaycan xalqının rəşadətinin, əyilməz iradəsinin simvoludur
2026-11-04

2026-11-03