Kanal4.az

Xəbərlərin ünvanı

Kanal4.az

SİYASƏT
Konstitusiya – insan hüquqları və ədalətin ali təminatı
SİYASƏT
Konstitusiya tariximizin mühüm mərhələləri
SİYASƏT
Sabitlik və inkişafın hüquqi əsasları
SİYASƏT
Konstitusiya müstəqil dövlətçiliyin möhkəm hüquqi təməlidir
SİYASƏT
Günay Ağamalı: Üçrəngli bayrağımız qalib xalqın qüruru, müstəqil dövlətimizin əzəmətidir – ŞƏRH
SİYASƏT
8 Noyabr xalqımızın milli qürurunun, dövlətçilik iradəsinin və tarixi ədalətin təntənəsidir
SİYASƏT
Günay Ağamalı: Şuşa Zəfəri Azərbaycanın milli qürurunun və dövlətçilik qüdrətinin təcəssümüdür
SİYASƏT
8 Noyabr – Şuşa şəhəri günü: Zəfərin zirvəsi, qürurun ünvanı
CƏMİYYƏT
Salyan Rayon Mərkəzi Xəstəxanasında 8 Noyabr – Zəfər Gününə həsr olunmuş tədbir keçirilib!
SİYASƏT
Mavi göylərdə dalğalanan milli qürurumuz
SİYASƏT
Ucalan bayrağımız, güclənən dövlətimiz
SİYASƏT
Dövlətçiliyimizin ideoloji təməli və milli birliyimizin rəmzi
SİYASƏT
Dövlət bayrağımız milli dəyərimizdir
SİYASƏT
Zəfər Yolunun Aparıcı Zirvəsi
SİYASƏT
Qalib Azərbaycanın Qürur Zirvəsi – Şuşa
SİYASƏT
8 Noyabr- Şuşanın Əbədi Ruhunun Qayıdışı
SİYASƏT
8 NOYABR – ZƏFƏR GÜNÜ: MİLLİ QÜRURUMUZUN, DÖVLƏTÇİLİYİMİZİN VƏ DÖNÜŞMƏZ İRADƏMİZİN TƏNTƏNƏSİ
SİYASƏT
Salyanda Zəfər Gününə həsr olunmuş tədbir keçirilib
SİYASƏT
Səhiyyə işçiləri ümumrayon ağacəkmə aksiyasında fəal iştirak ediblər
SİYASƏT
8 NOYABR – ZƏFƏR GÜNÜ: MİLLİ QÜRURUMUZUN, BİRLİYİMİZİN VƏ QƏHRƏMANLIĞIMIZIN TƏNTƏNƏSİ*
SİYASƏT
Zəfərin yaratdığı yeni reallıqlar və Azərbaycanın gələcək hədəfləri
SİYASƏT
Güclü iqtisadiyyat, müasir ordu və tarixi Qələbə
SİYASƏT
44 günə sığan qəhrəmanlıq və əsrlərə yazılan Zəfər
SİYASƏT
Şuşa Azərbaycan xalqının rəşadətinin, əyilməz iradəsinin simvoludur
SİYASƏT
Ana Vətən Partiyasından Tarixi Zəfərin Altıncı İldönümü İlə Bağlı BƏYANAT
SİYASƏT
Deputat: Bütün nailiyyətlər uzaqgörən siyasətin məntiqi nəticəsidir
SİYASƏT
Şuşanın azadlığı Azərbaycanın tarixi Zəfərinin və milli qürurunun təntənəsidir
SİYASƏT
Azad Şuşa dövlətimizin quruculuq əzminin və Böyük Qayıdışın rəmzidir
SİYASƏT
Şuşa Zəfəri milli qürurumuzun ən uca zirvəsidir
SİYASƏT
8 Noyabr: təqvimin qızıl hərflərlə yazılmış tarixi

Azərbaycanın Ermənistan üzərindəki Qələbəsi ABŞ-ı niyə qıcıqlandırır? ŞƏRH

2023-11-25 07:51:12 181 baxış
Xəbər şəkil

ABŞ Senatının “2023-cü il erməniləri müdafiə aktı” ilə əlaqədar qəbul etdiyi bəyanat Vaşinqtonun özünün xarici siyasətində nə qədər qeyri-ardıcıl, etibarsız bir tərəfdaş olmasının təsdiqidir. ABŞ Nümayəndələr Palatasının Xarici işlər komitəsinin Avropa üzrə alt komitəsində keçirilmiş dinləmələr, dövlət rəsmilərinin ölkəmizə qarşı ifadə etdikləri qərəzli fikirləri və nəhayət qəbul olunan bəyanat iki ölkə arasındakı münasibətlərə ciddi zərbədir. Bu, həm də Cənubi Qafqazda sülhə və sabitliyə ciddi əngəldir.

Bunu AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı İltizam Yusifov deyib.

Onun sözlərinə görə, Bayden Administrasiyasının təhriki, korrupsiyalaşmış, müsəlman düşmənləri olan senatorların saxta məlumatları əsasında Senatın qəbul etdiyi akt bumeranq effektini verəcək. Azərbaycan bu aktdan heç nə itirməyəcək, lakin onun qəbulu ABŞ-ın etimadının ciddi şəkildə azalmasına xidmət edəcək.

“1992-ci ildə Ermənistanın Azərbaycana qarşı işğalçılıq siyasəti geniş vüsət alanda - Xocalı soyqırımı, Qaradağlı, Ağdaban, Ballıqaya faciələri törədilən bir məqamda ABŞ bu hərbi cinayətlərin, etnik təmizləmələrin qarşısını almağa çalışmaq əvəzinə “Azadlığa dəstək aktı” adlanan qanuna 907-ci düzəlişi qəbul etdi. Burada söhbət ABŞ hökumətinin Azərbaycana maliyyə yardımını dayandırmasından gedir. Birləşmiş Ştatlar postsovet məkanında yalnız Azərbaycana qarşı belə bir sanksiya tətbiq edib. Bu sanksiya Ermənistanın əl-qolunu açdı və işğalçılıq siyasətini davam və müdafiə etmələri üçün dəstək oldu. 907-ci düzəlişin tətbiqi 2001-ci ildə - ABŞ NATO qüvvələri ilə birlikdə Əfqanıstanda əməliyyata başlayanda dayandı. Azərbaycan hava məkanını, Şimal Paylayıcı Şəbəkəsini açmaqla ABŞ tərəfinə yardım əlini uzatdı. Əfqanıstanda terrorizmə qarşı ABŞ ilə çiyin-çiyinə mübarizə aparan ilk dövlətlərdən biri də Azərbaycan olmuşdur. Eyni zamanda, Azərbaycan Əfqanıstanı tərk edən sonuncu tərəfdaş ölkə idi. Əfqanıstanda əməliyyatlar dayandıqdan sonra yenidən 907-ci düzəliş gündəmə gətirildi”, - deyə deputat bildirib.

O qeyd edib ki, ötən müddət ərzində ABŞ-ın Azərbaycana etdiyi yardım olduqca kiçik idi. Bu gün Azərbaycanın ABŞ-ın yardımlarına ehtiyacı yoxdur. Azərbaycan daxili imkanları hesabına Ordusunu dünya standartlarına uyğunlaşdırıb, gücləndirib. Silah-sursat almaq üçün dünya bazarında sənaye müəssisələrinin sayı kifayət qədərdir.

“ABŞ Azərbaycanın işğal edilmiş ərazisində Ermənistan tərəfindən yaradılmış qanunsuz separatçı rejimi hər zaman müxtəlif formalarda dəstəkləyib. Separatçıların ABŞ-a müntəzəm səyahətləri təşkil olunub, rəsmi şəxslərlə görüşləri olub. Vaşinqtonun Azərbaycana qarşı qərəzli, ədalətsiz mövqeyi ABŞ-ın vasitəçilik missiyasını kölgə altına qoyur. Azərbaycan ərazilərinin 20 faizinin işğal edilməsinə, etnik təmizləməyə, Xocalı soyqırımına və digər qətliamlara, bir milyondan artıq qaçqın və məcburi köçkünün taleyinə biganə yanaşmış ABŞ 2020-ci ilin 44 günlük Vətən müharibəsində qazanılan Zəfərimizi qəbul etmək istəmir”, - deyə İltizam Yusifov vurğulayıb.

Deputatın sözlərinə görə, qondarma “Dağlıq Qarabağ respublikası” özünü buraxdığını elan etdiyi halda ABŞ Nümayəndələr Palatasında “Dağlıq Qarabağın gələcəyi” adlı dinləmələrin keçirilməsi Vaşinqtonun Cənubi Qafqazda münaqişələri qızışdırmaqla sülhün və sabitliyin pozulmasında maraqlı olduğunu göstərir. Sözdə Azərbaycanın ərazi bütövlüyünü tanıyan ABŞ reallıqda ərazimizi işğal edən qüvvələrə dəstək verir. Qarabağın erməni əhalisinin Azərbaycan cəmiyyətinə reinteqrasiyasının təmin edilməsi üçün Bakının siyasətini görməzdən gələn ABŞ bölgədə sosial, humanitar və infrastruktur məsələlərinin həlli istiqamətində aparılan kompleks tədbirləri də qulaqardına vurur. Beynəlxalq Qırmızı Xaç Komitəsi, BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığı kimi mötəbər qurumların nümayəndələri işğaldan azad edilmiş Xankəndi, Xocalı və digər rayonlarda, qəsəbə və kəndlərdə oldular, insanlarla söhbət etdilər. Onlar Qarabağda heç bir etnik təmizləmə siyasətinin aparılmadığına dair rəy verdilər. Amma bəzi Qərb dövlətləri bölgədən könüllü getmiş erməni sakinlərin ərazidən zorla köçkün salındığını iddia edirlər.

“Maraqlıdır ki, Azərbaycanın beynəlxalq normalar çərçivəsində apardığı hərbi əməliyyatların nəticələrini qəbul etməyən ABŞ Əfqanıstan və Yaxın Şərqdə 20 ilə yaxın qanlı müharibələr apardı. ABŞ bölgəyə daxil olandan sonra Əfqanıstanda narkotik bitkilər becərilməsi kütləvi hal aldı. 2003-cü ildə İraqın işğalı nəticəsində milyonlarla sakin didərgin düşdü, yüz minlərlə insan həlak oldu. Bunlar ABŞ “demokratiyasının” dünyaya verdiyi “töhfələr”in sadəcə çox az qismidir. Dünyanın müxtəlif regionlarında təşkil olunan “rəngli inqilablar” nəticəsində baş verən faciələrə görə ABŞ məsuliyyət daşıyır”, - deyə İltizam Yusifov fikirlərini yekunlaşdırıb.

Oxşar xəbərlər

Xəbər lenti
Konstitusiya – insan hüquqları və ədalətin ali təminatı
2026-11-11
Konstitusiya tariximizin mühüm mərhələləri
2026-11-11
Sabitlik və inkişafın hüquqi əsasları
2026-11-11
Konstitusiya müstəqil dövlətçiliyin möhkəm hüquqi təməlidir
2026-11-11
Günay Ağamalı: Üçrəngli bayrağımız qalib xalqın qüruru, müstəqil dövlətimizin əzəmətidir – ŞƏRH
2026-11-09
8 Noyabr xalqımızın milli qürurunun, dövlətçilik iradəsinin və tarixi ədalətin təntənəsidir
2026-11-09
Günay Ağamalı: Şuşa Zəfəri Azərbaycanın milli qürurunun və dövlətçilik qüdrətinin təcəssümüdür
2026-11-09
8 Noyabr – Şuşa şəhəri günü: Zəfərin zirvəsi, qürurun ünvanı
2026-11-07
Salyan Rayon Mərkəzi Xəstəxanasında 8 Noyabr – Zəfər Gününə həsr olunmuş tədbir keçirilib!
2026-11-06
Mavi göylərdə dalğalanan milli qürurumuz
2026-11-06
Ucalan bayrağımız, güclənən dövlətimiz
2026-11-06
Dövlətçiliyimizin ideoloji təməli və milli birliyimizin rəmzi
2026-11-06
Dövlət bayrağımız milli dəyərimizdir
2026-11-06
Zəfər Yolunun Aparıcı Zirvəsi
2026-11-06
Qalib Azərbaycanın Qürur Zirvəsi – Şuşa
2026-11-06
8 Noyabr- Şuşanın Əbədi Ruhunun Qayıdışı
2026-11-06
8 NOYABR – ZƏFƏR GÜNÜ: MİLLİ QÜRURUMUZUN, DÖVLƏTÇİLİYİMİZİN VƏ DÖNÜŞMƏZ İRADƏMİZİN TƏNTƏNƏSİ
2026-11-05
Salyanda Zəfər Gününə həsr olunmuş tədbir keçirilib
2026-11-05
Səhiyyə işçiləri ümumrayon ağacəkmə aksiyasında fəal iştirak ediblər
2026-11-05
8 NOYABR – ZƏFƏR GÜNÜ: MİLLİ QÜRURUMUZUN, BİRLİYİMİZİN VƏ QƏHRƏMANLIĞIMIZIN TƏNTƏNƏSİ*
2026-11-05
Zəfərin yaratdığı yeni reallıqlar və Azərbaycanın gələcək hədəfləri
2026-11-05
Güclü iqtisadiyyat, müasir ordu və tarixi Qələbə
2026-11-05
44 günə sığan qəhrəmanlıq və əsrlərə yazılan Zəfər
2026-11-05
Şuşa Azərbaycan xalqının rəşadətinin, əyilməz iradəsinin simvoludur
2026-11-04

2026-11-03