YAP Salyan rayon təşkilatının yeni ərazi partiya təşkilatı yaradılıb
Noyabrın 23-də Yeni Azərbaycan Partiyası (YAP) Salyan rayon təşkilatının Salyan Regional Asan Xidmət Mərkəzi üzrə yeni ərazi partiya təşkilatı yaradılıb. Bununla əlaqədar Mərkəzdə keçirilən tədbirdə çıxış edən YAP Salyan rayon təşkilatının sədri Elmar Əhmədov yarandığı gündən ümumxalq partiyasına çevrilən Yeni Azərbaycan Partiyasının keçdiyi şərəfli yoldan geniş bəhs edib, dahi şəxsiyyət Heydər Əliyevin yaratdığı, Prezident İlham Əliyevin uğurla inkişaf etdirdiyi partiyada təmsil edilməyin böyük şərəf və məsuliyyət olduğunu deyib. Bildirilib ki, YAP-ın sıralarının kəmiyyət və keyfiyyət baxımından zənginləşməsi məhz Ulu Öndər Heydər Əliyev ideyalarına sədaqətin, Prezident İlham Əliyevin həyata keçirdiyi siyasətə inamın göstəricisidir. YAP Salyan rayon təşkilatının sədri yeni yaradılan ərazi partiya təşkilatına gələcək fəaliyyətində uğurlar arzulayıb.
Sonra təşkilati məsələlərə baxılıb. Salyan Regional Asan Xidmət Mərkəzinin direktoru Samir Hüseynov ərazi partiya təşkilatının sədri, Könüllülər üzrə məsul şəxs Rüfət Bilalov isə sədr müavini seçiliblər.





