Regionumuzda vaksinasiya prosesinə başlayan ilk dövlət Azərbaycandır:-Elnur Allahverdiyev_FOTO
Bu gün Milli Məclisin Səhiyyə və İqtisadi siyasət, sənaye və sahibkarlıq komitələrinin videokonfrans formatında birgə dinləmələri keçirilib.
Kanal4.RAz xəbər verir ki,bu barədə Millət Vəkili Elnur Allahverdiyev Facebook səhifəsində paylaşıb:
Müzakirə mövzumuz günümüzün aktual problemlərindən biri – Covid-19 pandemiyası ilə bağlı vəziyyət idi. Bildiyiniz kimi, artıq bir neçə gündür ölkəmizdə vaksinasiya tədbirlərinə start verilib. Proseslə bağlı suallar və koronavirusla mübarizəyə dair vəziyyət, habelə tibbi sığorta əsas disskusiya obyektlərindən oldu. Regionumuzda vaksinasiya prosesinə başlayan və ardıcıl şəkildə davam etdirən ilk dövlət Azərbaycandır. Bu, şübhəsiz ki, yeni növ koronavirusa yoluxanların sayında azalmalara səbəb olacaq. Əsas məqsədimiz əhalinin sağlamlığı və iqtisadi sferada hərtərəfli fəaliyyətin bərpasına nail olmaqdır.


