Netantahu Ərdoğana cavab verdi, ara qarışdı: Sən özün…
Baş nazir Benyamin Netanyahu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanı İsraili “terrorçu dövlət” adlandıran bəyanatına görə tənqid edib.
“O, İsraili terror dövləti adlandırır, lakin hərəkətlərində HƏMAS terror dövlətini dəstəkləyir”, – Netanyahu ofisinin açıqlamasında bildirilib.
“O, özü Türkiyə sərhədləri daxilindəki türk kəndlərini atəşə tutub – biz onun öyüd-nəsihətini qəbul etməyəcəyik”.
“Netanyahu çox güman ki, son illərdə Türkiyənin ölkənin kürd bölgələrinə qarşı hərbi əməliyyatlarını nəzərdə tutur” -deyə İsrail mediası son cümləyə aydınlıq gətirib.
Bu arada,
Türkiyə Xarici İşlər Nazirliyi İsrail Baş naziri Benyamin Netanyahunun Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan haqqında dediyi sözlərə cavab verib.
XİN bununla bağlı bəyanat yayıb.
“Fələstin xalqına qarşı törətdikləri zülm və qırğınlarla tarixin qaranlıq səhifələrinə daxil olan İsrail rəsmilərinin qanundan danışmağa haqqı yoxdur. Həqiqətin dilə gətirilməsindən narahat olan Binyamin Netanyahu və Eli Koenin prezidentimizə atdığı əsassız böhtanlar öz cinayətlərini ört-basdır edə bilməyəcək”, – deyə qeyd olunub.
Bildirilib ki, İsrail hakimiyyəti bütün dünyanın gözü qarşısında xəstəxanaları bombalayaraq, qadın və uşaqları qətlə yetirməklə törətdikləri cinayətləri ört-basdır edə və diqqəti yayındıra bilməyəcək.