Dövlət rəmzinə hörmət hər bir məsuliyyətli vətəndaşın borcudur
Xalqımızın Ümummilli lideri Heydər Əliyevin 1 mart 1998-ci il tarixli 759 nömrəli sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının dövlət atributlarının təbliği işinin gücləndirilməsi haqqında”kı dövlət sənədində deyilir: “Azərbaycan Respublikasının dövlət bayrağı, gerbi və himni Azərbaycan dövlətinin müstəqilliyini təcəssüm etdirən müqəddəs rəmzlərdir. Vətəndaşlarımıza, xüsusən gənclərimizə müstəqillik əldə etmiş xalqımızın qüruru, iftixar mənbəyi olan dövlət atributlarına dərin ehtiram hisslərinin aşılanması cəmiyyətdə vətənpərvərlik ruhunun möhkəmləndirilməsi işinə xidmət edir”.Dövlət rəmzinə hörmət hər bir məsuliyyətli vətəndaşın borcudur.Hər bir dövlətin gerbi, bayrağı, himni var. Onlar dövlətin rəmzləri adlanır. Rəmzlər dövlətin müstəqilliyini təcəssüm etdirir. Azərbaycan Respublikasının dövlət rəmzləri Azərbaycan Respublikasının Dövlət bayrağı, Azərbaycan Respublikasının Dövlət gerbi və Azərbaycan Respublikasının Dövlət himnidir. Dövlət rəmzlərini qorumaq, onları sevmək hər bir Azərbaycan vətəndaşının borcudur. Dövlət rəmzləri hər millətin qürur mənbəyidir. Azərbaycan vətəndaşları Vətənini sevir, dövlət rəmzlərinə hörmətlə yanaşır. Gələcəyimiz olan, yeni formalaşan nəslə Dövlət bayrağına, Dövlət gerbinə və Dövlət himninə dərin ehtiram hisslərinin aşılanması cəmiyyətdə vətənpərvərlik ruhunun möhkəmləndirilməsi üçün mühümdür. Müstəqilliyimizin göstəricisi olan bu rəmzlər uğrunda minlərlə soydaşımız canını qurban vermiş, şəhid olmuşdur. Ona görə də qürur mənbəyimiz olan dövlət rəmzlərini həmişə uca tutmalıyıq.
Azər Qəhrəmanov,
YAP Şəmkir Rayon Təşkilatı Aparatının Məsləhətçisi