Kanal4.az

Xəbərlərin ünvanı

Kanal4.az

SİYASƏT
Konstitusiya – insan hüquqları və ədalətin ali təminatı
SİYASƏT
Konstitusiya tariximizin mühüm mərhələləri
SİYASƏT
Sabitlik və inkişafın hüquqi əsasları
SİYASƏT
Konstitusiya müstəqil dövlətçiliyin möhkəm hüquqi təməlidir
SİYASƏT
Günay Ağamalı: Üçrəngli bayrağımız qalib xalqın qüruru, müstəqil dövlətimizin əzəmətidir – ŞƏRH
SİYASƏT
8 Noyabr xalqımızın milli qürurunun, dövlətçilik iradəsinin və tarixi ədalətin təntənəsidir
SİYASƏT
Günay Ağamalı: Şuşa Zəfəri Azərbaycanın milli qürurunun və dövlətçilik qüdrətinin təcəssümüdür
SİYASƏT
8 Noyabr – Şuşa şəhəri günü: Zəfərin zirvəsi, qürurun ünvanı
CƏMİYYƏT
Salyan Rayon Mərkəzi Xəstəxanasında 8 Noyabr – Zəfər Gününə həsr olunmuş tədbir keçirilib!
SİYASƏT
Mavi göylərdə dalğalanan milli qürurumuz
SİYASƏT
Ucalan bayrağımız, güclənən dövlətimiz
SİYASƏT
Dövlətçiliyimizin ideoloji təməli və milli birliyimizin rəmzi
SİYASƏT
Dövlət bayrağımız milli dəyərimizdir
SİYASƏT
Zəfər Yolunun Aparıcı Zirvəsi
SİYASƏT
Qalib Azərbaycanın Qürur Zirvəsi – Şuşa
SİYASƏT
8 Noyabr- Şuşanın Əbədi Ruhunun Qayıdışı
SİYASƏT
8 NOYABR – ZƏFƏR GÜNÜ: MİLLİ QÜRURUMUZUN, DÖVLƏTÇİLİYİMİZİN VƏ DÖNÜŞMƏZ İRADƏMİZİN TƏNTƏNƏSİ
SİYASƏT
Salyanda Zəfər Gününə həsr olunmuş tədbir keçirilib
SİYASƏT
Səhiyyə işçiləri ümumrayon ağacəkmə aksiyasında fəal iştirak ediblər
SİYASƏT
8 NOYABR – ZƏFƏR GÜNÜ: MİLLİ QÜRURUMUZUN, BİRLİYİMİZİN VƏ QƏHRƏMANLIĞIMIZIN TƏNTƏNƏSİ*
SİYASƏT
Zəfərin yaratdığı yeni reallıqlar və Azərbaycanın gələcək hədəfləri
SİYASƏT
Güclü iqtisadiyyat, müasir ordu və tarixi Qələbə
SİYASƏT
44 günə sığan qəhrəmanlıq və əsrlərə yazılan Zəfər
SİYASƏT
Şuşa Azərbaycan xalqının rəşadətinin, əyilməz iradəsinin simvoludur
SİYASƏT
Ana Vətən Partiyasından Tarixi Zəfərin Altıncı İldönümü İlə Bağlı BƏYANAT
SİYASƏT
Deputat: Bütün nailiyyətlər uzaqgörən siyasətin məntiqi nəticəsidir
SİYASƏT
Şuşanın azadlığı Azərbaycanın tarixi Zəfərinin və milli qürurunun təntənəsidir
SİYASƏT
Azad Şuşa dövlətimizin quruculuq əzminin və Böyük Qayıdışın rəmzidir
SİYASƏT
Şuşa Zəfəri milli qürurumuzun ən uca zirvəsidir
SİYASƏT
8 Noyabr: təqvimin qızıl hərflərlə yazılmış tarixi

İşğaldan azad edilmiş ərazilər “yaşıl enerji” zonasına çevrilir

2023-11-13 12:03:40 364 baxış
Xəbər şəkil

Bildiyimiz kimi, Azərbaycan Prezidenti cənab İlham Əliyev Özbəkistanın paytaxtı Daşkənddə keçirilən İqtisadi Əməkdaşlıq Təşkilatının 16-cı Zirvə toplantısında iştirak edib. Cənab Prezident çıxışında bildirib ki, Azərbaycan yaxın gələcəkdə yaşıl və hidrogen enerjisinin ixracatçısına çevriləcək. Dünyanın aparıcı yaşıl enerji şirkətləri olan xarici investorlarla imzaladığımız sazişlərə və anlaşma memorandumlarına əsasən, qarşıdakı illərdə Azərbaycanda istehsal ediləcək bərpa olunan enerji 10 qiqavata çatacaq. Bu ilin oktyabr ayında Azərbaycanda “Masdar” şirkəti tərəfindən inşa edilmiş 230 meqavat gücündə Qaradağ Günəş Elektrik Stansiyası Xəzər dənizi və Qafqaz regionunda ən böyük günəş elektrik stansiyasıdır.  Azad olunmuş Qarabağda və Şərqi Zəngəzurda 2021-2023-cü illər ərzində 170 meqavat gücündə hidroelektrik stansiyaların istifadəyə verildiyini vurğulayan Azərbaycan Prezidenti qeyd edib ki, 2024-cü ilin sonuna qədər bu rəqəm 270 meqavata çatacaq. Erməni işğalından azad edilmiş ərazilərdə hidroelektrik stansiyaların ümumi gücü bir neçə ildən sonra 500 meqavat təşkil edəcək. 
Qarabağ və Şərqi Zəngəzurun əlverişli coğrafi şəraiti və iqlim xüsusiyyətləri, burada alternativ bərpaolunan enerji mənbələri ilə yanaşı, günəş, külək və su resurslarından istifadə üçün əlverişli şərait yaradıb. Bu səbəbdən, dövlətimizin başçısı işğaldan azad edilmiş torpaqlarımızın bərpaolunan enerji potensialını nəzərə almaqla həmin əraziləri "yaşıl enerji" zonası elan edib. Ümumilikdə Qarabağ və Şərqi Zəngəzurda 4 min meqavatdan artıq günəş və 500 meqavatadək külək enerjisi potensialı mövcuddur ki, bu gün həmin potensialdan səmərəli şəkildə istifadə olunur. Düşmən tapdağından azad edilmiş ərazilərdə aparılan bərpa-quruculuq işləri çərçivəsində "yaşıl enerji" layihələrinə xüsusi diqqət ayrılması bunu bir daha təsdiqləyir.
Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonu zəngin su ehtiyatlarına malikdir. Başqa sözlə desək, respublikanın yerli su ehtiyatlarının 25 faizi məhz bu torpaqlardadır. Bundan başqa, həmin ərazilərdə 14 çay və 9 su anbarı da var. Bölgənin yerüstü və yeraltı su ehtiyatlarından isə həm içməli, həm də aqrar sahədə suvarma suyu kimi istifadə etmək üçün geniş şərait mövcuddur. Qarabağ və Şərqi Zəngəzurun su ehtiyatlarından səmərəli şəkildə istifadə etməklə işğaldan azad olunmuş ərazilərdə su təminatını yaxşılaşdırmaq, həmin bölgədə əhalinin məskunlaşmasını sürətləndirmək, eyni zamanda turizmi inkişaf etdirmək mümkündür. Bununla yanaşı, həmin ərazilərin mövcud su ehtiyatları alternativ, təmiz elektrik enerjisinin istehsalı üçün də zəmin yaradır. Təsadüfi deyil ki, ötən illərdə bu ərazilərdə ümumi gücü 53,6 meqavat təşkil edən 11 su elektrik stansiyası yenidən qurularaq istifadəyə verilib. Yaxın gələcəkdə isə Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarının ərazilərində 237,55 meqavat gücündə çoxsaylı yeni su elektrik stansiyasının tikintisi ilə bağlı layihələrin işlənib hazırlanması planlaşdırılır.
Ölkəmizin digər mühüm enerji obyektləri Cəbrayıl rayonu ərazisində, Araz çayı üzərində inşası hazırda davam etdirilən və qoyuluş gücü 200 MVt olan "Xudafərin" və 80 MVt olan "Qız qalası" su elektrik stansiyalarıdır. Hazırda tikintiləri davam etdirilən və inşasının sonrakı 2 il ərzində yekunlaşdırılması nəzərdə tutulan bu SES-lər də enerji baxımından xüsusi əhəmiyyətə malikdir. 2020-2023-cü illər ərzində "AzərEnerji" ASC tərəfindən işğaldan azad olunmuş ərazilərdə 11 yenidən qurulan və bərpaedilən kiçik su elektrik stansiyasında indiyədək, ümumilikdə 110 milyon kilovat/saat (kVts) "yaşıl enerji" istehsal edilib. Kəlbəcər, Laçın və Zəngilan rayonlarında 7 SES-in tikintisinin qısa müddətdə yekunlaşacağı proqnozlaşdırılır. Bu yaxınlarda isə Kəlbəcər və Laçında daha 9 SES-in qurulmasına başlanılıb.
Yeri gəlmişkən, Prezident İlham Əliyevin açılış mərasimində iştirak etdiyi Qaradağ Günəş Elektrik Stansiyasının da əhəmiyyəti böyükdür. Xəzər regionunda və MDB məkanında ən böyük günəş elektrik stansiyası olan bu müəssisə 262 milyon ABŞ dolları dəyərində xarici sərmayə hesabına tikilib. Qaradağ Günəş Elektrik Stansiyası, həmçinin xarici investisiya cəlb edilməklə reallaşdırılan sənaye miqyaslı ilk günəş elektrik stansiyasıdır. Hər il 500 milyon kilovat/saat elektrik enerjisi istehsal edilməsi planlaşdırılan stansiya ümumilikdə 110 milyon kubmetr həcmində təbii qaza qənaət etməyə imkan yaradacaq. Bununla yanaşı, atmosferə atılan karbon emissiyası 200 min ton azaldılacaq. 550 hektar ərazini əhatə edən elektrik stansiyasında 570 min günəş paneli quraşdırılıb. Həmçinin stansiyanın şəbəkəyə qoşulması üçün 330 kilovoltluq yarımstansiya da tikilib. Bütün bunlar göstərir ki, Azərbaycan yaxın gələcəkdə yaşıl və hidrogen enerjisinin ixracatçısına çevriləcək.

Rəşad Vəliyev,
Salyan rayon Kərimbəyli kənd inzibati ərazi dairəsi üzrə nümayəndə

Oxşar xəbərlər

Xəbər lenti
Konstitusiya – insan hüquqları və ədalətin ali təminatı
2026-11-11
Konstitusiya tariximizin mühüm mərhələləri
2026-11-11
Sabitlik və inkişafın hüquqi əsasları
2026-11-11
Konstitusiya müstəqil dövlətçiliyin möhkəm hüquqi təməlidir
2026-11-11
Günay Ağamalı: Üçrəngli bayrağımız qalib xalqın qüruru, müstəqil dövlətimizin əzəmətidir – ŞƏRH
2026-11-09
8 Noyabr xalqımızın milli qürurunun, dövlətçilik iradəsinin və tarixi ədalətin təntənəsidir
2026-11-09
Günay Ağamalı: Şuşa Zəfəri Azərbaycanın milli qürurunun və dövlətçilik qüdrətinin təcəssümüdür
2026-11-09
8 Noyabr – Şuşa şəhəri günü: Zəfərin zirvəsi, qürurun ünvanı
2026-11-07
Salyan Rayon Mərkəzi Xəstəxanasında 8 Noyabr – Zəfər Gününə həsr olunmuş tədbir keçirilib!
2026-11-06
Mavi göylərdə dalğalanan milli qürurumuz
2026-11-06
Ucalan bayrağımız, güclənən dövlətimiz
2026-11-06
Dövlətçiliyimizin ideoloji təməli və milli birliyimizin rəmzi
2026-11-06
Dövlət bayrağımız milli dəyərimizdir
2026-11-06
Zəfər Yolunun Aparıcı Zirvəsi
2026-11-06
Qalib Azərbaycanın Qürur Zirvəsi – Şuşa
2026-11-06
8 Noyabr- Şuşanın Əbədi Ruhunun Qayıdışı
2026-11-06
8 NOYABR – ZƏFƏR GÜNÜ: MİLLİ QÜRURUMUZUN, DÖVLƏTÇİLİYİMİZİN VƏ DÖNÜŞMƏZ İRADƏMİZİN TƏNTƏNƏSİ
2026-11-05
Salyanda Zəfər Gününə həsr olunmuş tədbir keçirilib
2026-11-05
Səhiyyə işçiləri ümumrayon ağacəkmə aksiyasında fəal iştirak ediblər
2026-11-05
8 NOYABR – ZƏFƏR GÜNÜ: MİLLİ QÜRURUMUZUN, BİRLİYİMİZİN VƏ QƏHRƏMANLIĞIMIZIN TƏNTƏNƏSİ*
2026-11-05
Zəfərin yaratdığı yeni reallıqlar və Azərbaycanın gələcək hədəfləri
2026-11-05
Güclü iqtisadiyyat, müasir ordu və tarixi Qələbə
2026-11-05
44 günə sığan qəhrəmanlıq və əsrlərə yazılan Zəfər
2026-11-05
Şuşa Azərbaycan xalqının rəşadətinin, əyilməz iradəsinin simvoludur
2026-11-04

2026-11-03