Kanal4.az

Xəbərlərin ünvanı

Kanal4.az

SİYASƏT
Konstitusiya – insan hüquqları və ədalətin ali təminatı
SİYASƏT
Konstitusiya tariximizin mühüm mərhələləri
SİYASƏT
Sabitlik və inkişafın hüquqi əsasları
SİYASƏT
Konstitusiya müstəqil dövlətçiliyin möhkəm hüquqi təməlidir
SİYASƏT
Günay Ağamalı: Üçrəngli bayrağımız qalib xalqın qüruru, müstəqil dövlətimizin əzəmətidir – ŞƏRH
SİYASƏT
8 Noyabr xalqımızın milli qürurunun, dövlətçilik iradəsinin və tarixi ədalətin təntənəsidir
SİYASƏT
Günay Ağamalı: Şuşa Zəfəri Azərbaycanın milli qürurunun və dövlətçilik qüdrətinin təcəssümüdür
SİYASƏT
8 Noyabr – Şuşa şəhəri günü: Zəfərin zirvəsi, qürurun ünvanı
CƏMİYYƏT
Salyan Rayon Mərkəzi Xəstəxanasında 8 Noyabr – Zəfər Gününə həsr olunmuş tədbir keçirilib!
SİYASƏT
Mavi göylərdə dalğalanan milli qürurumuz
SİYASƏT
Ucalan bayrağımız, güclənən dövlətimiz
SİYASƏT
Dövlətçiliyimizin ideoloji təməli və milli birliyimizin rəmzi
SİYASƏT
Dövlət bayrağımız milli dəyərimizdir
SİYASƏT
Zəfər Yolunun Aparıcı Zirvəsi
SİYASƏT
Qalib Azərbaycanın Qürur Zirvəsi – Şuşa
SİYASƏT
8 Noyabr- Şuşanın Əbədi Ruhunun Qayıdışı
SİYASƏT
8 NOYABR – ZƏFƏR GÜNÜ: MİLLİ QÜRURUMUZUN, DÖVLƏTÇİLİYİMİZİN VƏ DÖNÜŞMƏZ İRADƏMİZİN TƏNTƏNƏSİ
SİYASƏT
Salyanda Zəfər Gününə həsr olunmuş tədbir keçirilib
SİYASƏT
Səhiyyə işçiləri ümumrayon ağacəkmə aksiyasında fəal iştirak ediblər
SİYASƏT
8 NOYABR – ZƏFƏR GÜNÜ: MİLLİ QÜRURUMUZUN, BİRLİYİMİZİN VƏ QƏHRƏMANLIĞIMIZIN TƏNTƏNƏSİ*
SİYASƏT
Zəfərin yaratdığı yeni reallıqlar və Azərbaycanın gələcək hədəfləri
SİYASƏT
Güclü iqtisadiyyat, müasir ordu və tarixi Qələbə
SİYASƏT
44 günə sığan qəhrəmanlıq və əsrlərə yazılan Zəfər
SİYASƏT
Şuşa Azərbaycan xalqının rəşadətinin, əyilməz iradəsinin simvoludur
SİYASƏT
Ana Vətən Partiyasından Tarixi Zəfərin Altıncı İldönümü İlə Bağlı BƏYANAT
SİYASƏT
Deputat: Bütün nailiyyətlər uzaqgörən siyasətin məntiqi nəticəsidir
SİYASƏT
Şuşanın azadlığı Azərbaycanın tarixi Zəfərinin və milli qürurunun təntənəsidir
SİYASƏT
Azad Şuşa dövlətimizin quruculuq əzminin və Böyük Qayıdışın rəmzidir
SİYASƏT
Şuşa Zəfəri milli qürurumuzun ən uca zirvəsidir
SİYASƏT
8 Noyabr: təqvimin qızıl hərflərlə yazılmış tarixi

Türk dünyasının inkişaf naminə birlik dövrü

2023-11-06 23:14:32 133 baxış
Xəbər şəkil

     Cari ilin noyabr ayının 3-də Astanada keçirilmiş Türk Dövlətləri Təşkilatının “Türk Əsri” çağırışı altında 10-cu yubiley sammiti türk ölkələrinin bu birlik çərçivəsində əlaqələrini genişləndirmək və möhkəmləndirmək arzusunun daha bir sübutudur. 
     Bildiyimiz kimi, Azərbaycan üçün Türk Dövlətləri Təşkilatına üzv ölkələrlə əməkdaşlıq sahəsi onun xarici siyasətinin prioritet istiqamətlərindən biridir. Prezident İlham Əliyev türkçülük, türk dövlətlərinin birliyi, türk dünyasının güclənməsi ideyasını sözdə deyil, öz real fəaliyyəti ilə gerçəkləşdirir. Təsadüfi deyil ki, Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının (Türk Şurası) yaradılması haqqında saziş məhz Azərbaycanda imzalanıb. 2009-cu ildə Naxçıvanda keçirilən sammitdə Azərbaycan, Qazaxıstan, Qırğızıstan və Türkiyə dövlət başçıları bu sazişə imza atdılar. İllər keçdikcə əlaqələr genişləndi və 2021-ci ilin noyabrında bu qurum Türk Dövlətləri Təşkilatına çevrildi və üzv ölkələrin sayı artdı. Beləki, TDT-nin əsas üzvləri olan Azərbaycan, Türkiyə, Qazaxıstan, Qırğızıstan və Özbəkistanla yanaşı, Türkmənistan və Macarıstan təşkilata müşahidəçi üzv ölkələr kimi qoşuldu. Bu gün türk dünyası 200 milyondan çox insanın yaşadığı geniş bir ərazini əhatə edir. TDT-na üzv olan ölkələrin coğrafi mövqeyinə diqqət yetirsək, onların şərqdən qərbə uzanan və Orta Dəhliz təşkil edən nəqliyyat marşrutu üzərində yerləşdiyini aydın şəkildə görmək mümkündür. Şərqlə Qərbin qovşağında yerləşən Azərbaycan yüksək tranzit potensialına görə bu marşrutda həlledici rol oynayır. Ölkəmizin başçsı bildirib ki, türk dünyası böyük bir ailədir: “Bir-birimizin milli maraqlarını nəzərə alaraq, biz bundan sonra da qarşılıqlı dəstək və həmrəylik nümayiş etdirməliyik. Siyasi, iqtisadi, ticarət, mədəniyyət, nəqliyyat, enerji, kənd təsərrüfatı və turizm, o cümlədən rəqəmsal transformasiya ilə yanaşı, biz təhlükəsizlik, müdafiə və müdafiə sənayesi kimi sahələrdə də əməkdaşlığı intensivləşdirməliyik”. Dövlətimizin başçısının  bu bəyanatı TDT-yə üzv olan ölkələr arasında münasibətlərdə öz əksini tapır: “Ümumi sahəsi 4,8 milyon kv. km, ÜDM-i 1,4 trilyon dollar və ticarət dövriyyəsi 855 milyard dollardan çox olan türk dövlətləri nəhəng iqtisadi və müasir hərbi potensiala, enerji resurslarına və nəqliyyat marşrutlarına malikdir. Qlobal ticarət dövriyyəsinin 2,4%-i, dünya ÜDM-nin 1,6%-i türk ölkələrinin payına düşür. Dünyada baş verən son hadisələr fonunda Azərbaycanın yerləşdiyi Orta Dəhlizin əhəmiyyəti artır. Prezident İlham Əliyevin uzaqgörən siyasəti nəticəsində ölkəmizdə müasir nəqliyyat-logistika infrastrukturu yaradılıb. Bu gün Orta Dəhliz üzrə yükdaşımaların həcmi əhəmiyyətli dərəcədə artır. Azərbaycan Prezidentinin uzaqgörən siyasəti nəticəsində ölkəmizdə müasir nəqliyyat-logistika infrastrukturu yaradılıb. 2023-cü ilin yanvar-avqust aylarında Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu üzrə yükdaşımaların dinamikası ötən ilin müvafiq dövrü ilə müqayisədə 85,3 faiz artaraq 1,7 milyon tondan çox olub. Azərbaycanın Türk dövlətləri ilə ticarət dövriyyəsinin yaxın illərdə 15 milyard dollaradək artırılması hədəflənir. 2022-ci ildə Azərbaycanla Türk dövlətləri arasında ticarət dövriyyəsi əvvəlki illə müqayisədə 70 faiz artaraq 7 milyard 170 milyon dollar təşkil edib. 2023-cü ilin yanvar-iyul aylarında isə Azərbaycanın Türk dövlətləri ilə ticarət dövriyyəsi 5 milyard 666 milyon dollar təşkil edib. Bu göstərici ötən ilin müvafiq dövrü ilə müqayisədə 41,9 faiz çoxdur. Həmin dövrdə Azərbaycanın Türkiyə ilə ticarət dövriyyəsi illik müqayisədə 40,5 faiz, Qazaxıstanla 32 faiz, Türkmənistanla 3,6 dəfə, Qırğızıstanla isə 4,8 dəfə artıb.
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan 10-cu yubiley Zirvə görüşündə bu yanaşmadan çıxış edərək çox vacib mesaj səsləndirdi. O qeyd etdi ki. Naxçıvanı Azərbaycanın qərb rayonları ilə birləşdirəcək nəqliyyat xəttinin həyata keçirilməsi də böyük əhəmiyyət kəsb edir: “Xəttin açılması həm bölgədəki bütün ölkələrin rifahına mühüm töhfə verəcək, həm də Türkiyəni dədə-baba yurdumuz olan Orta Asiya ilə birləşdirəcək. Bu prosesin uğurla başa çatması üçün biz Türk dünyası olaraq Azərbaycana dəstəyimizi davam etdirməliyik”. 
     Bu gün TDT dünya ölkələri tərəfindən mötəbər struktur kimi tanınır və üzv dövlətlərin sıx əməkdaşlığı və birgə səyləri sayəsində təşkilatın çəkisi hər gün artır. Azərbaycanın həm təşkilat daxilində, həm də ikitərəfli əsasda üzv ölkələrlə sıx əlaqələri var və təşkilata üzv olan ölkələr arasında sıx dostluq və qardaşlıq münasibətlərinin mövcudluğu və onların bir-birini dəstəkləməsi bu təşkilatın inkişaf perspektivlərini müəyyən edən əsas amillərdən biridir. 
     Eyni zamanda, ortaq köklər, tarix və mədəniyyət, milli dəyərlər, eləcə də üzv ölkələr arasında qarşılıqlı dəstək, mövcud potensial və həyata keçirilən layihələr bu təşkilatın rolunu daha da artırır, onu aparıcı beynəlxalq təşkilatlardan birinə çevirir. Prezident İlham Əliyev vaxtilə Türk Dövlətləri Təşkilatlarının perspektivlərini yüksək qiymətləndirərək qeyd edib: “Bu təşkilatın gözəl gələcəyi var. Çünki o, təbii müttəfiqlərə əsaslanır, tarix, mədəniyyət və adət-ənənələrimiz bu ittifaqı bizə diktə edir”. 

Razıgül  Dadaşova,
Şirvan-Salyan Regional Təhsil İdarəsinin Salyan rayonu üzrə Təhsil Sektorunun müdiri

Oxşar xəbərlər

Xəbər lenti
Konstitusiya – insan hüquqları və ədalətin ali təminatı
2026-11-11
Konstitusiya tariximizin mühüm mərhələləri
2026-11-11
Sabitlik və inkişafın hüquqi əsasları
2026-11-11
Konstitusiya müstəqil dövlətçiliyin möhkəm hüquqi təməlidir
2026-11-11
Günay Ağamalı: Üçrəngli bayrağımız qalib xalqın qüruru, müstəqil dövlətimizin əzəmətidir – ŞƏRH
2026-11-09
8 Noyabr xalqımızın milli qürurunun, dövlətçilik iradəsinin və tarixi ədalətin təntənəsidir
2026-11-09
Günay Ağamalı: Şuşa Zəfəri Azərbaycanın milli qürurunun və dövlətçilik qüdrətinin təcəssümüdür
2026-11-09
8 Noyabr – Şuşa şəhəri günü: Zəfərin zirvəsi, qürurun ünvanı
2026-11-07
Salyan Rayon Mərkəzi Xəstəxanasında 8 Noyabr – Zəfər Gününə həsr olunmuş tədbir keçirilib!
2026-11-06
Mavi göylərdə dalğalanan milli qürurumuz
2026-11-06
Ucalan bayrağımız, güclənən dövlətimiz
2026-11-06
Dövlətçiliyimizin ideoloji təməli və milli birliyimizin rəmzi
2026-11-06
Dövlət bayrağımız milli dəyərimizdir
2026-11-06
Zəfər Yolunun Aparıcı Zirvəsi
2026-11-06
Qalib Azərbaycanın Qürur Zirvəsi – Şuşa
2026-11-06
8 Noyabr- Şuşanın Əbədi Ruhunun Qayıdışı
2026-11-06
8 NOYABR – ZƏFƏR GÜNÜ: MİLLİ QÜRURUMUZUN, DÖVLƏTÇİLİYİMİZİN VƏ DÖNÜŞMƏZ İRADƏMİZİN TƏNTƏNƏSİ
2026-11-05
Salyanda Zəfər Gününə həsr olunmuş tədbir keçirilib
2026-11-05
Səhiyyə işçiləri ümumrayon ağacəkmə aksiyasında fəal iştirak ediblər
2026-11-05
8 NOYABR – ZƏFƏR GÜNÜ: MİLLİ QÜRURUMUZUN, BİRLİYİMİZİN VƏ QƏHRƏMANLIĞIMIZIN TƏNTƏNƏSİ*
2026-11-05
Zəfərin yaratdığı yeni reallıqlar və Azərbaycanın gələcək hədəfləri
2026-11-05
Güclü iqtisadiyyat, müasir ordu və tarixi Qələbə
2026-11-05
44 günə sığan qəhrəmanlıq və əsrlərə yazılan Zəfər
2026-11-05
Şuşa Azərbaycan xalqının rəşadətinin, əyilməz iradəsinin simvoludur
2026-11-04

2026-11-03