Laçın şəhərini Bakı Abadlıq Xidməti işğalından azad etmək lazımdır......
Laçın şəhərini Bakı Abadlıq Xidməti işğalından azad etmək lazımdır. Bununla bağlı hərkəs öz səsini ucaltmalıdır.
Erməni işğalından öncə Laçın şəhəri Həzi Aslanov 46 küçəsində yaşayırdıq. Evimizi ermənilər alt-üst edib xarabalığa çevirib. Bu azmış kimi Bakı Abadlıq Xidməti, Laçın Abadlıq bizim evin yolunu kəsib başqa birinə həyət salıb darvaza qoyublar. Evimizin həyətinə girmək mümkün deyil.
Lahiyələrin rəhbəri kimdir ki, ağlına gələni cızma-qara edib həyata keçirir? Bakı Abadlıq Xidməti Laçında laçınlıların haqq və hüquqlarını pozur, ürəyi istəyəni edir.
Adı olub özü olmayan Azərbaycan Respublikasının Prezidentinin Laçın rayonunda şəxsi nümayəndəsi olan Məsim Məmmədova və Bakı Abadlıq Xidmətinin rəhbərinə səslənirəm ki, Laçında baş verən özbaşınalıqlara son qoyun. İnsanları kifayət qədər bezdirmisiniz.
Bakı Abadlıq Xidmətinin Laçında olan "xidmət"ləri ilə bağlı geniş müsahibə verib səsimizi ölkə rəhbərliyinə çatdıracayıq.