Yeni Azərbaycan Partiyasının Salyan rayon təşkilatının fəalları ilə görüş keçirilmişdir.
YAP Salyan rayon təşkilatının növbəti görüşü Dayıkənd kənd ərazi partiya təşkilatının fəalları ilə keçirilib. Görüş zamanı ölkəmizdə və regionumuzda baş verən hadisə və proseslərdən, YAP-ın VII qurultayından sonrakı dövrdə görülmüş işlərdən, qarşıda duran vəzifələrdən, Azərbaycan Respublikasının Prezident, YAP sədri, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin çoxşaxəli fəaliyyətindən, Vətən müharibəsindəki tarixi qalibiyyətdən sonra yürüdülən siyasətdən, diplomatik qələbələrdən, işğaldan azad edilmiş torpaqlarda aparılan quruculuq işləri və məcburi köçkünlərin doğma yurdlarına qayıdışından, son günlərdə Qarabağ bölgəsində lokal xarakterli antiterror tədbirlərində qazandığımız uğurlardan söhbət açılıb.
Qarşılıqlı, səmimi diskussiya şəraitində keçən görüşdə partiya fəalları öz fikir və mülahizələrini diqqətə çatdırmış, ölkəmizin inkişafı naminə həyata keçirilən daxili və xarici siyasətin dəstəklənməsinin hər bir kəsin vətəndaşlıq borcu olduğunu vurğulamışlar. Tədbirdə ictimaiyyətlə keçirilən görüşlərin əhəmiyyəti, gələcəkdə də bu kimi tədbirlərin keçirilməsinin vacibliyi xüsusi qeyd edilmişdir.



