Külək və Günəş enerjisi sahəsində ölkəmiz zəngin resurslara malikdir
26 oktyabr 2023-cü il tarixində Cənab Prezident İlham Əliyevin 230 MVt gücündə Qaradağ Günəş Elektrik Stansiyasının rəsmi açılış mərasimində iştirakı dövlətimizin bu sahəyə olan diqqətinin göstəricisidir. Ölkəmiz ənənəvi enerji resursları ilə yanaşı alternativ enerji istehsalını da özü üçün prioritet kimi qəbul olunub. Elə bu baxımdan da ekoloji cəhətdən təmiz enerji resurslarının formalaşması üçün zəruri addımlar atılır.
Bakı və Abşeronda alternativ enerji istehsalı üçün zəngin təbii şəraitin olması bu sahəyə marağı daha da artırıb: “Külək və günəş enerjisi sahəsində artıq qarşıya qoyulmuş bir çox hədəflər icra edilir. Eyni zamanda II Qarabağ müharibəsindən sonra azad edilmiş ərazilərdə yaşıl enerji zonası prinsipinə uyğun addımlar atılır. “Ağıllı şəhər”, “ağıllı kənd” konsepsiyasına uyğun olaraq ekoloji cəhətdən təmiz enerji istehsalı da prioritet kimi qarşıdan duran vəzifələrdəndir. Bu sahədə ölkəmizin malik olduğu təcrübə ilə yanaşı ixtisaslaşmış beynəlxalq təşkilatlarla da sıx əməkdaşlıq qurulub. Təxminən 1 il yarımdan bir qədər çox müddət ərzində Abşeron yarımadasının boş hissəsinin yaşıl enerji mənbəyinə çevrilməsi bu sahədə görülən işlərin təzahürüdür. Dövlətimizlə BƏƏ-ləri arasında olan tərəfdaşlıq, dostluq digər sahələrlə yanaşı alternativ eherji istehsalında da uğurlar əldə etməyə imkan yaradır”.
Qaradağ Günəş Elektrik Stansiyası regionda ən böyük günəş elektrik stansiyası olmaqla yanaşı BƏƏ-ləri ilə Dövlətimiz arasında olan əməkdaşlığın açıq təzühürüdür. Bir qiqavat bərpaolunan enerji istehsalına yol açacaq 3 investisiya sazişinin imzalanması Birləşmiş Ərəb Əmirlikləri ilə Azərbaycan arasında əlaqələrin məntiqi nəticəsidir. Bu amil eyni zamanda Azərbaycanın yaşıl gündəliklə bağlı hədəflərini göstərir. “Masdar” şirkətinin bərpaolunan enerjiyə böyük həcmdə investisiya yatırması məhz bu reallığın təzahürüdür. Qarşıda duran əsas hədəf isə mərhələlərlə on qiqavata qədər bərpaolunan enerji istehsal etməkdir. Azərbaycanın alternativ enerji sahəsində atdığı addımlar regionun inkişafında mühüm dəyişikliyə səbəb olacaq. Azərbaycan dünyada neftin istehsal olunduğu ölkə olmasına baxmayaraq yaşıl gündəliklə bağlı prioritetləri mövcuddur. Bu mənada qarşıdakı dövrdə Azərbaycan hidrogeni, o cümlədən yaşıl hidrogen ixrac edən ölkə olacaq. Bu məqsədlərə xidmət edən başlıca vəzifə kimi Qarabağın və Şərqi Zəngəzurun hidroenerji potensialı inkişaf etdirilir. Qarabağ, Şərqi Zəngəzur və Naxçıvan yaşıl enerji zonası elan edilib. Bununla yanaşı Azərbaycan enerji dəhlizi rolunu da icra edir. Xəzər-Avropa İttifaqı enerji dəhlizi ilə bağlı tərəfdaşlarla sıx əməkdaşlıq edilir.
YAP Abşeron rayon təşkilatının sədri Abbas Əliyev



