Kanal4.az

Xəbərlərin ünvanı

Kanal4.az

SİYASƏT
Konstitusiya – insan hüquqları və ədalətin ali təminatı
SİYASƏT
Konstitusiya tariximizin mühüm mərhələləri
SİYASƏT
Sabitlik və inkişafın hüquqi əsasları
SİYASƏT
Konstitusiya müstəqil dövlətçiliyin möhkəm hüquqi təməlidir
SİYASƏT
Günay Ağamalı: Üçrəngli bayrağımız qalib xalqın qüruru, müstəqil dövlətimizin əzəmətidir – ŞƏRH
SİYASƏT
8 Noyabr xalqımızın milli qürurunun, dövlətçilik iradəsinin və tarixi ədalətin təntənəsidir
SİYASƏT
Günay Ağamalı: Şuşa Zəfəri Azərbaycanın milli qürurunun və dövlətçilik qüdrətinin təcəssümüdür
SİYASƏT
8 Noyabr – Şuşa şəhəri günü: Zəfərin zirvəsi, qürurun ünvanı
CƏMİYYƏT
Salyan Rayon Mərkəzi Xəstəxanasında 8 Noyabr – Zəfər Gününə həsr olunmuş tədbir keçirilib!
SİYASƏT
Mavi göylərdə dalğalanan milli qürurumuz
SİYASƏT
Ucalan bayrağımız, güclənən dövlətimiz
SİYASƏT
Dövlətçiliyimizin ideoloji təməli və milli birliyimizin rəmzi
SİYASƏT
Dövlət bayrağımız milli dəyərimizdir
SİYASƏT
Zəfər Yolunun Aparıcı Zirvəsi
SİYASƏT
Qalib Azərbaycanın Qürur Zirvəsi – Şuşa
SİYASƏT
8 Noyabr- Şuşanın Əbədi Ruhunun Qayıdışı
SİYASƏT
8 NOYABR – ZƏFƏR GÜNÜ: MİLLİ QÜRURUMUZUN, DÖVLƏTÇİLİYİMİZİN VƏ DÖNÜŞMƏZ İRADƏMİZİN TƏNTƏNƏSİ
SİYASƏT
Salyanda Zəfər Gününə həsr olunmuş tədbir keçirilib
SİYASƏT
Səhiyyə işçiləri ümumrayon ağacəkmə aksiyasında fəal iştirak ediblər
SİYASƏT
8 NOYABR – ZƏFƏR GÜNÜ: MİLLİ QÜRURUMUZUN, BİRLİYİMİZİN VƏ QƏHRƏMANLIĞIMIZIN TƏNTƏNƏSİ*
SİYASƏT
Zəfərin yaratdığı yeni reallıqlar və Azərbaycanın gələcək hədəfləri
SİYASƏT
Güclü iqtisadiyyat, müasir ordu və tarixi Qələbə
SİYASƏT
44 günə sığan qəhrəmanlıq və əsrlərə yazılan Zəfər
SİYASƏT
Şuşa Azərbaycan xalqının rəşadətinin, əyilməz iradəsinin simvoludur
SİYASƏT
Ana Vətən Partiyasından Tarixi Zəfərin Altıncı İldönümü İlə Bağlı BƏYANAT
SİYASƏT
Deputat: Bütün nailiyyətlər uzaqgörən siyasətin məntiqi nəticəsidir
SİYASƏT
Şuşanın azadlığı Azərbaycanın tarixi Zəfərinin və milli qürurunun təntənəsidir
SİYASƏT
Azad Şuşa dövlətimizin quruculuq əzminin və Böyük Qayıdışın rəmzidir
SİYASƏT
Şuşa Zəfəri milli qürurumuzun ən uca zirvəsidir
SİYASƏT
8 Noyabr: təqvimin qızıl hərflərlə yazılmış tarixi

Ermənistan nail olmaq istədiklərinin heç birini əldə edə bilmədi

2023-11-06 11:15:45 108 baxış
Xəbər şəkil

 

27 sentyabr 2020-ci il tarixində başlayan və cəmi 44 gün davam edən Vətən müharibəsi nəticəsində Azərbaycan Şuşa da daxil olmaqla, 30 ilə yaxın işğal altında olan ərazilərini geri qaytardı. Noyabr ayının onunadək davam edən haqq savaşında böyük siyasətçi, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə döyüşən Azərbaycan Ordusu düşmən üzərində şanlı qələbə qazandı. Düşmən böyük itki ilə silahları ataraq qacmağa məcbur oldu. 

Müharibə vaxtı Ermənistan hərbi birləşmələrində 10 minə yaxın fərari aşkarlanıb. Azərbaycan ordusunda isə bir nəfər belə fərari olmayıb. Əsgər və zabitlərimiz sinəsini vətənə sipər edərək daim irəliləyib.

İgid əsgərlərimiz eyni zamanda təcavüzkar düşmənin xeyli sayda hərbi texnikasını qənimət kimi ələ keçirərək Bakıya - “Hərbi Qənimətlər Parkı”na gətiriblər.

Ali Baş Komandan cənab İlham Əliyev öz çıxışında deyib: “İkinci Qarabağ müharibəsi bizim şanlı tariximizdir. Xalqımız bu müharibə ilə bağlı əbədi qürur hissi keçirəcək. Biz müzəffər xalq kimi özümüzü dünyada təsdiq etmişik. Ermənistan isə məğlub edilmiş ölkədir, bizim qarşımızda diz çökmüş ölkədir, başını, boynunu bükmüş ölkədir və həmişə belə olacaq”.

Müharibə başlayan andan xalq Prezidentin ətrafında bir yumruq kimi birləşdi. Yaşından, hətta səhhətindən asılı olmayaraq hər kəs vətəni qorumağa hazır idi. 

Azərbaycan öz gücünü 44 gün ərzində bütün dünyaya göstərdi. Ordumuz təcavüzkar Ermənistanın öz ordusu barədə yaratdığı mifi bir neçə gün ərzində darmadağın etdi.

Müharibə dövründə hətta bir sıra ölkələr ədalətli müharibə aparan ölkəmizə sanksiyalar tətbiq olunmasını gündəmə gətirmişdi. Lakin Azərbaycana dost, qardaş olan ölkələr, eyni zamanda Qoşulmama Hərəkatında təmsil olunan ölkələrin səyləri nəticəsində bu kimi qərəzli cəhdlərin qarşısı alındı.

Azərbaycan öz tarixi torpaqlarını öz gücü ilə haqq savaşında geri aldı. Azərbaycan həm döyüş meydanında, həm danışıqlar masası arxasında istədiyinə nail oldu. Bütün dünya gördü ki, Azərbaycan xalqı heç vaxt məğlubiyyətlə barışmayacaq və gec-tez öz amalına qovuşacaqdır. 

Bu Zəfər yolunda Azərbaycana dəstək olan bir sıra ölkələr oldu. Onlardan biri də qardaş Türkiyədir. Türkiyə müharibənin ilk saatlarından Azərbaycanın haqq işinə öz dəstəyini verdi. Dünya iştimaiyyəti Ermənistan-Azərbaycan-Dağlıq Qarabağ münaqişəsi haqqında ən doğru və düzgün məlumatı Türkiyə mediası tərəfindən öyrəndi. Və sona qədər – Qələbə Paradında da Türkiyə bizimlə oldu.

2020-ci il noyabr ayının 10-da Moskvada üçtərəfli Bəyanat imzalandı. Tarixi əhəmiyyəti olan üçtərəfli Bəyanatla müharibəyə və Ermənistanın ərazi iddiasına son qoyuldu. Ermənistan artıq məğlubiyyəti etiraf etdi, artıq başqa yolu da yox idi. 

İmzalanmış Bəyanat rəsmi İrəvanın regionun inkişafına təhdid yaradan işğalçı siyasətinə son qoydu. 30 il danışıqlar prosesində Ermənistan nail olmaq istədiklərinin heç birini əldə edə bilmədi və “Böyük Ermənistan” planı fiaksiyaya uğradı. “Dağlıq Qarabağ”ın statusunun müəyyən edilməsi məsələsi arxivə getdi. Regionda yeni siyasi reallıq yarandı.

Prezident İlham Əliyev Azərbaycan xalqının birliyinin qələbə çalmağımızda böyük rolu olduğunu bildirərək vurğulayıb: “Bu günlərdə biz Azərbaycan xalqının birliyini gördük. Bütün bölgələrdən ordumuza dəstək gəldi.

Ölkəmizdə yaşayan bütün millətlərin nümayəndələri, bütün dini konsepsiyaların nümayəndələri cəsarət göstərərək, düşmənlə vuruşaraq Azərbaycanın ərazi bütövlüyünü bərpa etdilər. Bu, bizim böyük sərvətimizdir, böyük dəyərimizdir. Ermənistan bu xoşbəxtlikdən məhrumdur. Bizim üstünlüyümüz bax, bundadır, çoxmillətli, çoxkonfessiyalı Azərbaycan bu müharibədə də özünü göstərdi, bütün xalqların nümayəndələri birlik göstərdilər, qəhrəmanlıq göstərdilər. Bu müharibə bir çox məsələlərə aydınlıq gətirdi”.

Bu gün artıq dünyanın bir çox hərbi məktəblərində, o cümlədən Amerika Birləşmiş Ştatları, Almaniya, Böyük Britaniya və bu kimi dövlətlərdə Azərbaycan Silahlı Qüvvələrinin Qarabağ müharibəsindəki əməliyyatları öyrədilir.

2021-ci il iyun ayının 15-də düşmən əsarətindən azad edilmiş Şuşa şəhərində Türkiyə və Azərbaycan arasında Şuşa Bəyannaməsi imzalandı. Şuşa Bəyannaməsi iki qardaş ölkə arasında tarixi münasibətlərin yeni mərhələsinin əsasını qoydu. Şuşa Bəyannaməsi Azərbaycanın siyasi, diplomatik və iqtisadi uğurudur. Bəyannamə ölkələr arasında münasibətlərin gələcəyini müəyyən edir və iki ölkə arasında əlaqələri ən yüksək səviyyəyə qaldırır.

Tarixi Zəfərimizdən sonra ən böyük hadisələrdən biri də dövlət sərhədimizin yaradılması oldu. Sərhədin toxunulmazlığı dövlətin gücünü, qüdrətini təcəssüm etdirir. Bu məqsədlə də aprel ayının 23-də Laçın rayonunda Həkəri çayının üzərində “Laçın” sərhəd-buraxılış məntəqəsi fəaliyyətə başladı.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev: “Azərbaycanın legitim hüququ əsasında təsis edilmiş “Laçın” dövlət sərhədindən buraxılış məntəqəsi terrorçuların silahlanmasının qarşısını almaqla bərabər, ölkəmizə məxsus olan sərvətlərin talanaraq aparılmasına imkan vermir. Sərhəd rejimi qısa müddət ərzində öz uğurlu nəticəsini verməkdədir. Uzun illər həmvətənlərimizə qarşı kütləvi soyqırım cinayəti törətmiş Vaqif Xaçaturyan məhz “Laçın” dövlət sərhədindən buraxılış məntəqəsində saxlanılmışdır”.

Azərbaycan Prezidenti İlham Əliyevin sərəncamı ilə təsdiqlənmiş “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı” 30 il öz yurd-yuvalarından didərgin düşmüş soydaşlarımızın tarixi torpaqlarımıza dönməsini təmin edilməsi istiqamətində mühüm bir sənəddir. 

İşğal dövründə ərazilərimiz erməni vandalları tərəfindən dağıdılıb. Təbii sərvətlərimiz talan edilib. Tarixi abidələrimiz, məscidlərimiz məhv edilib. İqtisadiyyatımıza külli miqdarda zərər vurulub.

Müharibədən sonra azad edilmiş şəhər və kəndlərimizdə yenidənqurma, bərpa işləri başlayıb. Ərazilər minalardan təmizlənir. Yollar çəkilir, körpülər salınır, evlər, məktəblər, uşaq baxçaları, tibb məntəqələri tikilir. Abidələrimiz, məscidlərimiz bərba olunur. 30 il əvvəl ev-eşiklərindən ayaqyalın, gözüyaşlı didərgin düşmüş həmvətənlərimiz tədricən həsrətini çəkdikləri doğma yurd yerlərinə sevinclə qayıdırlar.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev: “İşğaldan azad edilmiş ərazilərə “Böyük qayıdış” proqramı milli prioritetlərimiz sırasındadır. Uğurla icra edilən proqram çərçivəsində bu günə qədər Laçın, Füzuli şəhərlərinə, Ağalı, Zabux və Talış kəndlərinə köçkünlərin qayıtması təmin olunub. Növbəti 3 ildə 100 minə qədər köçkünün doğma yurd-yuvalarına dönməsi planlaşdırılır. Həyata keçirilən layihələr Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarının dirçəlməsinə, əhalinin dayanıqlı məskunlaşmasına xidmət etməklə, habelə həmin ərazilərin yüksək inkişaf etmiş regiona çevrilməsi üçün əlverişli şərait yaradılır”.

 

Şəhla Ağbulud
“Abşeron” qəzetinin baş redaktoru













Oxşar xəbərlər


Xəbər lenti
Konstitusiya – insan hüquqları və ədalətin ali təminatı
2026-11-11
Konstitusiya tariximizin mühüm mərhələləri
2026-11-11
Sabitlik və inkişafın hüquqi əsasları
2026-11-11
Konstitusiya müstəqil dövlətçiliyin möhkəm hüquqi təməlidir
2026-11-11
Günay Ağamalı: Üçrəngli bayrağımız qalib xalqın qüruru, müstəqil dövlətimizin əzəmətidir – ŞƏRH
2026-11-09
8 Noyabr xalqımızın milli qürurunun, dövlətçilik iradəsinin və tarixi ədalətin təntənəsidir
2026-11-09
Günay Ağamalı: Şuşa Zəfəri Azərbaycanın milli qürurunun və dövlətçilik qüdrətinin təcəssümüdür
2026-11-09
8 Noyabr – Şuşa şəhəri günü: Zəfərin zirvəsi, qürurun ünvanı
2026-11-07
Salyan Rayon Mərkəzi Xəstəxanasında 8 Noyabr – Zəfər Gününə həsr olunmuş tədbir keçirilib!
2026-11-06
Mavi göylərdə dalğalanan milli qürurumuz
2026-11-06
Ucalan bayrağımız, güclənən dövlətimiz
2026-11-06
Dövlətçiliyimizin ideoloji təməli və milli birliyimizin rəmzi
2026-11-06
Dövlət bayrağımız milli dəyərimizdir
2026-11-06
Zəfər Yolunun Aparıcı Zirvəsi
2026-11-06
Qalib Azərbaycanın Qürur Zirvəsi – Şuşa
2026-11-06
8 Noyabr- Şuşanın Əbədi Ruhunun Qayıdışı
2026-11-06
8 NOYABR – ZƏFƏR GÜNÜ: MİLLİ QÜRURUMUZUN, DÖVLƏTÇİLİYİMİZİN VƏ DÖNÜŞMƏZ İRADƏMİZİN TƏNTƏNƏSİ
2026-11-05
Salyanda Zəfər Gününə həsr olunmuş tədbir keçirilib
2026-11-05
Səhiyyə işçiləri ümumrayon ağacəkmə aksiyasında fəal iştirak ediblər
2026-11-05
8 NOYABR – ZƏFƏR GÜNÜ: MİLLİ QÜRURUMUZUN, BİRLİYİMİZİN VƏ QƏHRƏMANLIĞIMIZIN TƏNTƏNƏSİ*
2026-11-05
Zəfərin yaratdığı yeni reallıqlar və Azərbaycanın gələcək hədəfləri
2026-11-05
Güclü iqtisadiyyat, müasir ordu və tarixi Qələbə
2026-11-05
44 günə sığan qəhrəmanlıq və əsrlərə yazılan Zəfər
2026-11-05
Şuşa Azərbaycan xalqının rəşadətinin, əyilməz iradəsinin simvoludur
2026-11-04
Ana Vətən Partiyasından Tarixi Zəfərin Altıncı İldönümü İlə Bağlı BƏYANAT
2026-11-04
Deputat: Bütün nailiyyətlər uzaqgörən siyasətin məntiqi nəticəsidir
2026-11-04
Şuşanın azadlığı Azərbaycanın tarixi Zəfərinin və milli qürurunun təntənəsidir
2026-11-04
Azad Şuşa dövlətimizin quruculuq əzminin və Böyük Qayıdışın rəmzidir
2026-11-04
Şuşa Zəfəri milli qürurumuzun ən uca zirvəsidir
2026-11-04
8 Noyabr: təqvimin qızıl hərflərlə yazılmış tarixi
2026-11-03