Kanal4.az

Xəbərlərin ünvanı

Kanal4.az

SİYASƏT
Konstitusiya – insan hüquqları və ədalətin ali təminatı
SİYASƏT
Konstitusiya tariximizin mühüm mərhələləri
SİYASƏT
Sabitlik və inkişafın hüquqi əsasları
SİYASƏT
Konstitusiya müstəqil dövlətçiliyin möhkəm hüquqi təməlidir
SİYASƏT
Günay Ağamalı: Üçrəngli bayrağımız qalib xalqın qüruru, müstəqil dövlətimizin əzəmətidir – ŞƏRH
SİYASƏT
8 Noyabr xalqımızın milli qürurunun, dövlətçilik iradəsinin və tarixi ədalətin təntənəsidir
SİYASƏT
Günay Ağamalı: Şuşa Zəfəri Azərbaycanın milli qürurunun və dövlətçilik qüdrətinin təcəssümüdür
SİYASƏT
8 Noyabr – Şuşa şəhəri günü: Zəfərin zirvəsi, qürurun ünvanı
CƏMİYYƏT
Salyan Rayon Mərkəzi Xəstəxanasında 8 Noyabr – Zəfər Gününə həsr olunmuş tədbir keçirilib!
SİYASƏT
Mavi göylərdə dalğalanan milli qürurumuz
SİYASƏT
Ucalan bayrağımız, güclənən dövlətimiz
SİYASƏT
Dövlətçiliyimizin ideoloji təməli və milli birliyimizin rəmzi
SİYASƏT
Dövlət bayrağımız milli dəyərimizdir
SİYASƏT
Zəfər Yolunun Aparıcı Zirvəsi
SİYASƏT
Qalib Azərbaycanın Qürur Zirvəsi – Şuşa
SİYASƏT
8 Noyabr- Şuşanın Əbədi Ruhunun Qayıdışı
SİYASƏT
8 NOYABR – ZƏFƏR GÜNÜ: MİLLİ QÜRURUMUZUN, DÖVLƏTÇİLİYİMİZİN VƏ DÖNÜŞMƏZ İRADƏMİZİN TƏNTƏNƏSİ
SİYASƏT
Salyanda Zəfər Gününə həsr olunmuş tədbir keçirilib
SİYASƏT
Səhiyyə işçiləri ümumrayon ağacəkmə aksiyasında fəal iştirak ediblər
SİYASƏT
8 NOYABR – ZƏFƏR GÜNÜ: MİLLİ QÜRURUMUZUN, BİRLİYİMİZİN VƏ QƏHRƏMANLIĞIMIZIN TƏNTƏNƏSİ*
SİYASƏT
Zəfərin yaratdığı yeni reallıqlar və Azərbaycanın gələcək hədəfləri
SİYASƏT
Güclü iqtisadiyyat, müasir ordu və tarixi Qələbə
SİYASƏT
44 günə sığan qəhrəmanlıq və əsrlərə yazılan Zəfər
SİYASƏT
Şuşa Azərbaycan xalqının rəşadətinin, əyilməz iradəsinin simvoludur
SİYASƏT
Ana Vətən Partiyasından Tarixi Zəfərin Altıncı İldönümü İlə Bağlı BƏYANAT
SİYASƏT
Deputat: Bütün nailiyyətlər uzaqgörən siyasətin məntiqi nəticəsidir
SİYASƏT
Şuşanın azadlığı Azərbaycanın tarixi Zəfərinin və milli qürurunun təntənəsidir
SİYASƏT
Azad Şuşa dövlətimizin quruculuq əzminin və Böyük Qayıdışın rəmzidir
SİYASƏT
Şuşa Zəfəri milli qürurumuzun ən uca zirvəsidir
SİYASƏT
8 Noyabr: təqvimin qızıl hərflərlə yazılmış tarixi

Tarixi Zəfər xalq-iqtidar birliyinin, Azərbaycan millətinin həmrəyliyinin təntənəsi idi

2023-11-06 10:08:54 109 baxış
Xəbər şəkil

Qədim tarixə, zəngin ənənələrə malik olan Azərbaycan xalqı zaman-zaman bir çox çətinliklərlə, bəzən də xarici işğallar və faciələrlə üzləşmişdir. Lakin bütün bunlar xalqımızın iradəsini sındıra bilməmiş, əksinə bizi daha da mətin və həmrəy etmişdir. Vətən tariximizdə xx əsrin sonu, xxı əsrin əvvəlləri də bu baxımdan istisna təşkil etmədi. Erməni təcavüzü nəticəsində torpaqlarının 20%-ni itirən, bir milyona yaxın qaçqın və məcburi köçkünü olan Azərbaycan xalqı Müzəffər Ali Baş Komandan Cənab prezident İlham Əliyevin ətrafında qətiyyətlə və sıx birləşərək “Dəmir Yumruğa” çevrildi. Bu “Dəmir Yumruq” 44 günlük Vətən müharibəsində mənfur düşmənin başını əzərək, onu Azərbaycan torpaqlarından çəkilməyə və təslim olmağa məcbur etdi. Bu tarixi Zəfər xalq-iqtidar birliyinin, Azərbaycan millətinin həmrəyliyinin təntənəsi idi.
44 günlük Vətən müharibəsindəki tarixi Zəfərimiz millətimizin birliyini, hər zaman Müzəffər Ali Baş Komandan İlham Əliyevin ətrafında sıx səfərbər olduğunu bir daha bütün dünyaya nümayiş etdirdi. Hərbi əməliyyatların davam etdiyi həmin günlərdə hər bir vətəndaşımız qələbəmizə kiçik də olsa bir töhvə vermək üçün əlindən gələni etdi. Nəhayət bu müqəddəs savaşda qazandığımız parlaq Zəfər bütün dünyada yaşayan soydaşlarımız tərəfindən böyük coşğu ilə qarşılandı. Bu coşğu və sevinc hisləri dünya azərbaycanlılarının həmrəyliyinin təcəssümü idi. Bir daha vurğulamaq yerinə düşür ki, İkinci Qarabağ müharibəsi zamanı cəmiyyətdəki mövqeyindən, siyasi əqidəsindən, statusundan, tutduğu vəzifədən asılı olmayaraq hər bir Azərbaycan vətəndaşı yüksək səviyyədə milli həmrəylik nümayiş etdirdi.
Müzəffər Ali Baş Komandan İlham Əliyev həmişə çıxışında bu məqamı xüsusi vurğulayırdı ki, tarixi Zəfərimizi şərtləndirən amillərdən biri də gənclərin vətənpərvərlik ruhunda tərbiyə olunmasıdır. Heç vaxt Qarabağı görməyən gənclərimiz bu müqəddəs torpağımız uğrunda ölümə getməyə hazır idilər və Vətən müharibəsində bu addımı atdılar. Cəmiyyətdə milli birlik, həmrəylik ideyaları üstünlük təşkil etdi. Azərbaycanda yaşayan bütün xalqlar dövlətimizin, Prezident İlham Əliyevin ətrafında bir yumruq kimi sıx birləşdi. Bu gün Azərbaycan böyük ailədir. Azərbaycanda yaşayan bütün xalqlar bu ailənin üzvləridir. 44 günlük Vətən müharibəsi zamanı bütün dünya Azərbaycan xalqının birliyini gördü. Bir daha sübut olundu ki, həmrəylik Azərbaycan xalqının böyük sərvəti və dəyəridir. Ölkəmizdə yaşayan bütün millətlərin, dini konfessiyaların nümayəndələri böyük cəsarət göstərdilər, düşmənlə vuruşaraq Azərbaycanın ərazi bütövlüyünü bərpa etdilər. Ümumilikdə bütün bu amillərin vəhdəti tarixi Zəfərimizə, Azərbaycanın hərbi-siyasi Qələbəsinin, Ermənistanın kapitulyasiyasının təsdiqi olan 10 noyabr 2020-ci il tarixli üçtərəfli Bəyanatın imzalanmasına yol açdı.
Azərbaycan xalqının milli-mənəvi bütövlüyü, əzəməti Ali Baş Komandan kimi İlham Əliyevin qətiyyətində, qorxmazlığında təcəssüm tapdı. Öz çıxışlarında milli həmrəyliyi Azərbaycan xalqının təbii güc mənbəyi kimi qiymətləndirən cənab Prezident bizə əslində uğurun formulunu da təqdim edir: Güclü lider, güclü xalq və güclü birlik! Bu qələbə düsturudur və hər birimiz milli həmrəyliyin təntənəsinə töhfəmizi verməliyik.

Ülviyyə Ağalarova, 
Salyan rayon Heydər Əliyev Mərkəzinin əməkdaşı, YAP fəalı

Oxşar xəbərlər

Xəbər lenti
Konstitusiya – insan hüquqları və ədalətin ali təminatı
2026-11-11
Konstitusiya tariximizin mühüm mərhələləri
2026-11-11
Sabitlik və inkişafın hüquqi əsasları
2026-11-11
Konstitusiya müstəqil dövlətçiliyin möhkəm hüquqi təməlidir
2026-11-11
Günay Ağamalı: Üçrəngli bayrağımız qalib xalqın qüruru, müstəqil dövlətimizin əzəmətidir – ŞƏRH
2026-11-09
8 Noyabr xalqımızın milli qürurunun, dövlətçilik iradəsinin və tarixi ədalətin təntənəsidir
2026-11-09
Günay Ağamalı: Şuşa Zəfəri Azərbaycanın milli qürurunun və dövlətçilik qüdrətinin təcəssümüdür
2026-11-09
8 Noyabr – Şuşa şəhəri günü: Zəfərin zirvəsi, qürurun ünvanı
2026-11-07
Salyan Rayon Mərkəzi Xəstəxanasında 8 Noyabr – Zəfər Gününə həsr olunmuş tədbir keçirilib!
2026-11-06
Mavi göylərdə dalğalanan milli qürurumuz
2026-11-06
Ucalan bayrağımız, güclənən dövlətimiz
2026-11-06
Dövlətçiliyimizin ideoloji təməli və milli birliyimizin rəmzi
2026-11-06
Dövlət bayrağımız milli dəyərimizdir
2026-11-06
Zəfər Yolunun Aparıcı Zirvəsi
2026-11-06
Qalib Azərbaycanın Qürur Zirvəsi – Şuşa
2026-11-06
8 Noyabr- Şuşanın Əbədi Ruhunun Qayıdışı
2026-11-06
8 NOYABR – ZƏFƏR GÜNÜ: MİLLİ QÜRURUMUZUN, DÖVLƏTÇİLİYİMİZİN VƏ DÖNÜŞMƏZ İRADƏMİZİN TƏNTƏNƏSİ
2026-11-05
Salyanda Zəfər Gününə həsr olunmuş tədbir keçirilib
2026-11-05
Səhiyyə işçiləri ümumrayon ağacəkmə aksiyasında fəal iştirak ediblər
2026-11-05
8 NOYABR – ZƏFƏR GÜNÜ: MİLLİ QÜRURUMUZUN, BİRLİYİMİZİN VƏ QƏHRƏMANLIĞIMIZIN TƏNTƏNƏSİ*
2026-11-05
Zəfərin yaratdığı yeni reallıqlar və Azərbaycanın gələcək hədəfləri
2026-11-05
Güclü iqtisadiyyat, müasir ordu və tarixi Qələbə
2026-11-05
44 günə sığan qəhrəmanlıq və əsrlərə yazılan Zəfər
2026-11-05
Şuşa Azərbaycan xalqının rəşadətinin, əyilməz iradəsinin simvoludur
2026-11-04

2026-11-03