Kanal4.az

Xəbərlərin ünvanı

Kanal4.az

SİYASƏT
Konstitusiya – insan hüquqları və ədalətin ali təminatı
SİYASƏT
Konstitusiya tariximizin mühüm mərhələləri
SİYASƏT
Sabitlik və inkişafın hüquqi əsasları
SİYASƏT
Konstitusiya müstəqil dövlətçiliyin möhkəm hüquqi təməlidir
SİYASƏT
Günay Ağamalı: Üçrəngli bayrağımız qalib xalqın qüruru, müstəqil dövlətimizin əzəmətidir – ŞƏRH
SİYASƏT
8 Noyabr xalqımızın milli qürurunun, dövlətçilik iradəsinin və tarixi ədalətin təntənəsidir
SİYASƏT
Günay Ağamalı: Şuşa Zəfəri Azərbaycanın milli qürurunun və dövlətçilik qüdrətinin təcəssümüdür
SİYASƏT
8 Noyabr – Şuşa şəhəri günü: Zəfərin zirvəsi, qürurun ünvanı
CƏMİYYƏT
Salyan Rayon Mərkəzi Xəstəxanasında 8 Noyabr – Zəfər Gününə həsr olunmuş tədbir keçirilib!
SİYASƏT
Mavi göylərdə dalğalanan milli qürurumuz
SİYASƏT
Ucalan bayrağımız, güclənən dövlətimiz
SİYASƏT
Dövlətçiliyimizin ideoloji təməli və milli birliyimizin rəmzi
SİYASƏT
Dövlət bayrağımız milli dəyərimizdir
SİYASƏT
Zəfər Yolunun Aparıcı Zirvəsi
SİYASƏT
Qalib Azərbaycanın Qürur Zirvəsi – Şuşa
SİYASƏT
8 Noyabr- Şuşanın Əbədi Ruhunun Qayıdışı
SİYASƏT
8 NOYABR – ZƏFƏR GÜNÜ: MİLLİ QÜRURUMUZUN, DÖVLƏTÇİLİYİMİZİN VƏ DÖNÜŞMƏZ İRADƏMİZİN TƏNTƏNƏSİ
SİYASƏT
Salyanda Zəfər Gününə həsr olunmuş tədbir keçirilib
SİYASƏT
Səhiyyə işçiləri ümumrayon ağacəkmə aksiyasında fəal iştirak ediblər
SİYASƏT
8 NOYABR – ZƏFƏR GÜNÜ: MİLLİ QÜRURUMUZUN, BİRLİYİMİZİN VƏ QƏHRƏMANLIĞIMIZIN TƏNTƏNƏSİ*
SİYASƏT
Zəfərin yaratdığı yeni reallıqlar və Azərbaycanın gələcək hədəfləri
SİYASƏT
Güclü iqtisadiyyat, müasir ordu və tarixi Qələbə
SİYASƏT
44 günə sığan qəhrəmanlıq və əsrlərə yazılan Zəfər
SİYASƏT
Şuşa Azərbaycan xalqının rəşadətinin, əyilməz iradəsinin simvoludur
SİYASƏT
Ana Vətən Partiyasından Tarixi Zəfərin Altıncı İldönümü İlə Bağlı BƏYANAT
SİYASƏT
Deputat: Bütün nailiyyətlər uzaqgörən siyasətin məntiqi nəticəsidir
SİYASƏT
Şuşanın azadlığı Azərbaycanın tarixi Zəfərinin və milli qürurunun təntənəsidir
SİYASƏT
Azad Şuşa dövlətimizin quruculuq əzminin və Böyük Qayıdışın rəmzidir
SİYASƏT
Şuşa Zəfəri milli qürurumuzun ən uca zirvəsidir
SİYASƏT
8 Noyabr: təqvimin qızıl hərflərlə yazılmış tarixi

Qaradağ Günəş-Elektrik Stansiyası Azərbaycanın alternativ enerji mənbələrinə hesablanmış siyasətinin reallaşması istiqamətində atılmış addımlardan biridir

2023-10-30 17:15:51 328 baxış
Xəbər şəkil

Oktyabrın 26-da açılışı olan Qaradağ Günəş-Elektrik Stansiyası əhəmiyyətinə görə xüsusi diqqət çəkir. Azərbaycanın Energetika Nazirliyi ilə Birləşmiş Ərəb Əmirliklərinin "Masdar" şirkəti arasında investisiya, enerji alqı-satqısı və ötürücü şəbəkəyə qoşulma ilə bağlı müqavilələrə əsasən, 2022-ci ilin mart ayında əsası qoyulan stansiya artıq istifadəyə verildi. Beləliklə, Azərbaycan etibarlı və vacib “yaşıl enerji” təminatçısı olmaq yolunda daha bir böyük layihəni işə saldı. 
Bu, ölkəmizdə xarici investisiya cəlb edilməklə reallaşdırılan sənayemiqyaslı ilk günəş-elektrik stansiyasıdır. 230 MVt gücündə olan stansiyada hər il 500 milyon kilovat-saat elektrik enerjisi istehsal edilməklə 110 milyon kubmetr həcmində təbii qaza qənaət ediləcək. 550 hektar ərazini əhatə edən elektrik stansiyasında 570 min günəş paneli quraşdırılıb. 
Ümumiyyətlə, Azərbaycan son illər "yaşıl enerji" sahəsində də böyük layihələrin təşəbbüskarı kimi çıxış edir. Alternativ enerji potensialına malik ölkəmizdə günəş, külək, hidro-elektrik stansiyaları mövcuddur. Bunun nəticəsidir ki, "yaşıl enerji" zonasına çevrilən  ərazilərimizin sahəsi getdikcə genişlənir.
Azərbaycanın bərpaolunan enerji sahəsindəki potensialı xarici şirkətləri, investorları ölkəmizə cəlb edir. Qaradağ Günəş-Elektrik Stansiyası da Azərbaycanın alternativ enerji mənbələrinə hesablanmış siyasətinin reallaşması istiqamətində atılmış addımlardan biridir. Perspektivdə daha böyük layihələrin icrasının və stansiyaların açılmasının şahidi olacağıq. Bunun üçün ölkədə ciddi potensial var. Ölkəmizdə dünyada olan alternativ enerji mənbələrinin əsas 7 növündən  6-sı  mövcuddur. Bu baxımdan, imkanlarımız çox genişdir. Qaradağ Günəş-Elektrik Stansiyasının isə ölkə iqtisadiyyatına qatqısı iqtisadi dividenddən daha çox bu sektoru tətikləyəcək lokomativ effektə malik olmasıdır
İstər Xızıdakı külək, istər Qaradağdakı günəş, istərsə də Cəbrayılda bp-nin icra etdiyi digər günəş-elektrik stansiyası xarici investorların ölkəmizdə alternativ enerji resurslarına yönəlik  başlanğıc  investisiyalarıdır.  Bu, digər investorların da ölkəyə cəlb olunmasına və "yaşıl iqtisadiyyat"ın gələcəkdə sürətli inkişafına təkan verəcək. Buxarestdə Azərbaycan, Gürcüstan, Rumıniya və Macarıstanla birlikdə Qara dənizin dibi ilə elektrik kabel xəttinin çəkilməsi ilə bağlı razılıq əldə edilərkən məhz Azərbaycanın alternativ enerji mənbələri hesabına istehsal olunacaq elektrik enerjisinin Avropaya ixracı nəzərdə tutulub. Bu məsələdə Gürcüstan da maraqlıdır, çünki qonşu ölkədə də alternativ enerji potensialı yüksəkdir. Azərbaycan bu layihənin təşəbbüskarı kimi çıxış edib və ölkəmizin Avropaya yönəlik əksər layihələrindən Gürcüstan yararlanıb. Bu həm Avropaya, həm Gürcüstana, Rumıniyaya, Macarıstana, həm də digər Şərqi Avropa ölkələrinə yaxşı perspektivlər vəd edir. 
Qaradağ Günəş Elektrik Stansiyasının istifadəyə verilməsi Azərbaycanın bərpaolunan enerji sahəsində zəngin potensiala malik olduğunu göstərir və regionda enerji siyasətinə istiqamət verən əsas ölkə olduğunu bir daha sübut edir. Azərbaycanın “yaşıl enerji” ölkəsinə çevrilməsi yolunda atılan addımlar təkcə günəş və ya külək elektrik stansiyaları ilə kifayətlənmir. Xüsusilə işğaldan azad edilmiş Qarabağın və Şərqi Zəngəzurun ərazilərində hidroenerji potensialı effektiv şəkildə inkişaf etdirilməkdədir. “Yaşıl enerji” həm də cəmiyyətin təhlükəsizliyinə xidmət edəcək gələcək iqtisadiyyat deməkdir. Azərbaycanın bu sahədə də liderliyi əməli işdə nümayiş etdirilir.

Muxtar Əmrahov, 
Salyan Regional Qaz İstismarı İdarəsinin 
Salyan Xidməti Sahəsi üzrə böyük mühəndisi, YAP fəalı

Kanal4.az Emin Xudiyev

Oxşar xəbərlər

Xəbər lenti
Konstitusiya – insan hüquqları və ədalətin ali təminatı
2026-11-11
Konstitusiya tariximizin mühüm mərhələləri
2026-11-11
Sabitlik və inkişafın hüquqi əsasları
2026-11-11
Konstitusiya müstəqil dövlətçiliyin möhkəm hüquqi təməlidir
2026-11-11
Günay Ağamalı: Üçrəngli bayrağımız qalib xalqın qüruru, müstəqil dövlətimizin əzəmətidir – ŞƏRH
2026-11-09
8 Noyabr xalqımızın milli qürurunun, dövlətçilik iradəsinin və tarixi ədalətin təntənəsidir
2026-11-09
Günay Ağamalı: Şuşa Zəfəri Azərbaycanın milli qürurunun və dövlətçilik qüdrətinin təcəssümüdür
2026-11-09
8 Noyabr – Şuşa şəhəri günü: Zəfərin zirvəsi, qürurun ünvanı
2026-11-07
Salyan Rayon Mərkəzi Xəstəxanasında 8 Noyabr – Zəfər Gününə həsr olunmuş tədbir keçirilib!
2026-11-06
Mavi göylərdə dalğalanan milli qürurumuz
2026-11-06
Ucalan bayrağımız, güclənən dövlətimiz
2026-11-06
Dövlətçiliyimizin ideoloji təməli və milli birliyimizin rəmzi
2026-11-06
Dövlət bayrağımız milli dəyərimizdir
2026-11-06
Zəfər Yolunun Aparıcı Zirvəsi
2026-11-06
Qalib Azərbaycanın Qürur Zirvəsi – Şuşa
2026-11-06
8 Noyabr- Şuşanın Əbədi Ruhunun Qayıdışı
2026-11-06
8 NOYABR – ZƏFƏR GÜNÜ: MİLLİ QÜRURUMUZUN, DÖVLƏTÇİLİYİMİZİN VƏ DÖNÜŞMƏZ İRADƏMİZİN TƏNTƏNƏSİ
2026-11-05
Salyanda Zəfər Gününə həsr olunmuş tədbir keçirilib
2026-11-05
Səhiyyə işçiləri ümumrayon ağacəkmə aksiyasında fəal iştirak ediblər
2026-11-05
8 NOYABR – ZƏFƏR GÜNÜ: MİLLİ QÜRURUMUZUN, BİRLİYİMİZİN VƏ QƏHRƏMANLIĞIMIZIN TƏNTƏNƏSİ*
2026-11-05
Zəfərin yaratdığı yeni reallıqlar və Azərbaycanın gələcək hədəfləri
2026-11-05
Güclü iqtisadiyyat, müasir ordu və tarixi Qələbə
2026-11-05
44 günə sığan qəhrəmanlıq və əsrlərə yazılan Zəfər
2026-11-05
Şuşa Azərbaycan xalqının rəşadətinin, əyilməz iradəsinin simvoludur
2026-11-04

2026-11-03