Kanal4.az

Xəbərlərin ünvanı

Kanal4.az

SİYASƏT
Konstitusiya – insan hüquqları və ədalətin ali təminatı
SİYASƏT
Konstitusiya tariximizin mühüm mərhələləri
SİYASƏT
Sabitlik və inkişafın hüquqi əsasları
SİYASƏT
Konstitusiya müstəqil dövlətçiliyin möhkəm hüquqi təməlidir
SİYASƏT
Günay Ağamalı: Üçrəngli bayrağımız qalib xalqın qüruru, müstəqil dövlətimizin əzəmətidir – ŞƏRH
SİYASƏT
8 Noyabr xalqımızın milli qürurunun, dövlətçilik iradəsinin və tarixi ədalətin təntənəsidir
SİYASƏT
Günay Ağamalı: Şuşa Zəfəri Azərbaycanın milli qürurunun və dövlətçilik qüdrətinin təcəssümüdür
SİYASƏT
8 Noyabr – Şuşa şəhəri günü: Zəfərin zirvəsi, qürurun ünvanı
CƏMİYYƏT
Salyan Rayon Mərkəzi Xəstəxanasında 8 Noyabr – Zəfər Gününə həsr olunmuş tədbir keçirilib!
SİYASƏT
Mavi göylərdə dalğalanan milli qürurumuz
SİYASƏT
Ucalan bayrağımız, güclənən dövlətimiz
SİYASƏT
Dövlətçiliyimizin ideoloji təməli və milli birliyimizin rəmzi
SİYASƏT
Dövlət bayrağımız milli dəyərimizdir
SİYASƏT
Zəfər Yolunun Aparıcı Zirvəsi
SİYASƏT
Qalib Azərbaycanın Qürur Zirvəsi – Şuşa
SİYASƏT
8 Noyabr- Şuşanın Əbədi Ruhunun Qayıdışı
SİYASƏT
8 NOYABR – ZƏFƏR GÜNÜ: MİLLİ QÜRURUMUZUN, DÖVLƏTÇİLİYİMİZİN VƏ DÖNÜŞMƏZ İRADƏMİZİN TƏNTƏNƏSİ
SİYASƏT
Salyanda Zəfər Gününə həsr olunmuş tədbir keçirilib
SİYASƏT
Səhiyyə işçiləri ümumrayon ağacəkmə aksiyasında fəal iştirak ediblər
SİYASƏT
8 NOYABR – ZƏFƏR GÜNÜ: MİLLİ QÜRURUMUZUN, BİRLİYİMİZİN VƏ QƏHRƏMANLIĞIMIZIN TƏNTƏNƏSİ*
SİYASƏT
Zəfərin yaratdığı yeni reallıqlar və Azərbaycanın gələcək hədəfləri
SİYASƏT
Güclü iqtisadiyyat, müasir ordu və tarixi Qələbə
SİYASƏT
44 günə sığan qəhrəmanlıq və əsrlərə yazılan Zəfər
SİYASƏT
Şuşa Azərbaycan xalqının rəşadətinin, əyilməz iradəsinin simvoludur
SİYASƏT
Ana Vətən Partiyasından Tarixi Zəfərin Altıncı İldönümü İlə Bağlı BƏYANAT
SİYASƏT
Deputat: Bütün nailiyyətlər uzaqgörən siyasətin məntiqi nəticəsidir
SİYASƏT
Şuşanın azadlığı Azərbaycanın tarixi Zəfərinin və milli qürurunun təntənəsidir
SİYASƏT
Azad Şuşa dövlətimizin quruculuq əzminin və Böyük Qayıdışın rəmzidir
SİYASƏT
Şuşa Zəfəri milli qürurumuzun ən uca zirvəsidir
SİYASƏT
8 Noyabr: təqvimin qızıl hərflərlə yazılmış tarixi

Qubadlı əməliyyatı hərb tariximizin ən uğurlu əməliyyatlarından biridir

2023-10-26 17:25:12 164 baxış
Xəbər şəkil

2020-ci ilin 25 oktyabr günü xalqımızın tarixinə qızıl hərflərlə yazılıb. Belə ki, məhz həmin gün Ali Baş Komandan İlham Əliyevin rəhbərliyilə Milli Ordumuzun igid əsgər və zabitləri Qubadlı şəhərini və ətraf kəndləri düşməndən azad ediblər. Bu, əlbəttə, son dərəcə qürurverici bir hadisədir. 
Bu gün həmin tarixi hadisədən düz üç il ötür. Qədirbilən xalqımız doğma Qarabağın hər bir qarış torpağı kimi, Qubadlının da azad olunmasında qeyri-adi şücaət, hünər və qəhrəmanlıqlar göstərmiş hərbçilərimizlə sonsuz fəxarət hissi duyurlar. 
Qubadlının azad olunması ilə bağlı hərbi əməliyyat hərb tariximizin ən uğurlu əməliyyatlarından biri sayılır. Məlumdur ki, 2020-ci ilin payızında cəbhənin təmas xəttində davam edən erməni təxribatlarına cavab olaraq Ali Baş Komandanın əmri ilə Vətən müharibəsi başlamışdır. Müharibənin ilk günlərindən sonadək Azərbaycan Ordusu yüksək peşəkarlıq və qələbə əzmi nümayiş etdirib. 
Qubadlı rayonunun azad edilməsi əməliyyatı bir neçə gün çəkib. Belə ki, Zəngilan şəhəri oktyabrın 20-də azad olunandan sonra, təbii ki, növbəti istiqamət Qubadlı rayonu idi. Hərbi ekspertlər qeyd edirlər ki, dağların qoynunda yerləşən bu şəhərdə ermənilər güclü istehkamlar qurmuşdular. Yüksəkliklərdə düşmənin hərbi birləşmələri yerləşmişdi. Qubadlını azad etmək üçün, ilk növbədə, yüksəkliklər götürülməli idi. Çünki düşmən bu yüksəkliklərdən müntəzəm olaraq hərbçilərimizə atəş açırdı. Ona görə də Qubadlı əməliyyatı xüsusi peşəkarlıq və fədakarlıq tələb edirdi. 
Azərbaycan Ordusu bu yüksək peşəkarlığı, və misli-bərabəri olmayan fədakarlığı göstərə bilibdir. İlk növbədə, şəhərə hakim olan yüksəkliklər götürülüb, ətrafda yerləşən kəndlər, o cümlədən Xanlıq qəsəbəsi, Padar, Sarıyataq, Mahmudlu kəndləri düşməndən təmizlənib. Ondan sonra oktyabrın 25-də Azərbaycan Silahlı Qüvvələri Qubadlı şəhərinə daxil olaraq düşməni qovublar. 
Bu gün Qubadlı azaddır, xoşbəxtdir. Qubadlının düşməndən azad edilməsindən düz bir il sonra, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva 2021-ci il oktyabrın 25-də Qubadlı rayon ictimaiyyətinin nümayəndələri ilə görüşüblər. Görüşdə dövlətimizin başçısı fəxrlə demişdir ki, bu şanlı Qələbədən danışarkən, ilk növbədə, əziz şəhidlərimizin xatirəsini yad etməliyik. Onlardan biri bizim əzizimiz Şükür Həmidovdur. Qubadlı rayonunun sakini olan Şükür böyük qəhrəmanlıq göstərmiş və doğma rayonu uğrunda gedən döyüşlərdə qəhrəmancasına həlak olmuşdur. Ali Baş Komandan onu da qeyd etmişdir ki, Şükür bütün hərbçilərimiz, gənc nəsil üçün nümunədir, öz canını doğma diyar uğrunda fəda edib və şəhadət zirvəsinə ucalıb. Şəhidlərimizin xatirəsi əbədiləşdirilir və əbədiləşdiriləcəkdir.
Ümumilikdə, Azərbaycan Ordusunun sentyabrın 27-də Qarabağda başladığı uğurlu əks-hücum əməliyyatı nəticəsində noyabrın 9-dək Qubadlı şəhəri və rayonun 41 kəndi işğaldan azad olundu. Bununla da ölkəmizin ərazi bütövlüyünün bərpa olunması uğrunda savaşda daha bir önəmli qələbə qazanıldı. Bu rəşadəti şərəfləndirmək və tarixiləşdirmək üçün 2020-ci il noyabrın 26-da “Qubadlının azad olunmasına görə” medalı ilə təsis edildi. Azərbaycan Respublikasının Qubadlı rayonunun işğaldan azad edilməsi uğrunda aparılmış döyüş əməliyyatlarında iştirak edərək şəxsi igidlik və şücaət nümayiş etdirmiş Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 15209 hərbi qulluqçusu Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamları ilə “Qubadlının azad olunmasına görə” medalı ilə təltif edildi.
Düşməndən azad edilən Qubadlıda digər bölgələrimizdə olduğu kimi hazırda böyük tikinti-quruculuq işləri görülür. Prezident İlham Əliyevin sərəncamı ilə təsdiq edilmiş, 2022–2026-cı illəri əhatə edən “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdış I Dövlət Prqoramı” uğurla icra edilir. Hazırda Qubadlı istiqamətində bir-birindən rahat, gözəl yollar çəkilir, müvafiq infrastruktur qurulur. Şübhə yoxdur ki. ən yaxın aylar, illər ərzində Qubadlı sakinləri doğma yurd yerlərinə qayıdacaq, bu bərəkətli torpaqlarda qurub-yaradacaqlar. 

Yalçın Abdullazadə,
YAP Salyan rayon təşkilatının əməkdaşı,
  “Vətən Müharibəsi” iştirakçısı     

Oxşar xəbərlər

Xəbər lenti
Konstitusiya – insan hüquqları və ədalətin ali təminatı
2026-11-11
Konstitusiya tariximizin mühüm mərhələləri
2026-11-11
Sabitlik və inkişafın hüquqi əsasları
2026-11-11
Konstitusiya müstəqil dövlətçiliyin möhkəm hüquqi təməlidir
2026-11-11
Günay Ağamalı: Üçrəngli bayrağımız qalib xalqın qüruru, müstəqil dövlətimizin əzəmətidir – ŞƏRH
2026-11-09
8 Noyabr xalqımızın milli qürurunun, dövlətçilik iradəsinin və tarixi ədalətin təntənəsidir
2026-11-09
Günay Ağamalı: Şuşa Zəfəri Azərbaycanın milli qürurunun və dövlətçilik qüdrətinin təcəssümüdür
2026-11-09
8 Noyabr – Şuşa şəhəri günü: Zəfərin zirvəsi, qürurun ünvanı
2026-11-07
Salyan Rayon Mərkəzi Xəstəxanasında 8 Noyabr – Zəfər Gününə həsr olunmuş tədbir keçirilib!
2026-11-06
Mavi göylərdə dalğalanan milli qürurumuz
2026-11-06
Ucalan bayrağımız, güclənən dövlətimiz
2026-11-06
Dövlətçiliyimizin ideoloji təməli və milli birliyimizin rəmzi
2026-11-06
Dövlət bayrağımız milli dəyərimizdir
2026-11-06
Zəfər Yolunun Aparıcı Zirvəsi
2026-11-06
Qalib Azərbaycanın Qürur Zirvəsi – Şuşa
2026-11-06
8 Noyabr- Şuşanın Əbədi Ruhunun Qayıdışı
2026-11-06
8 NOYABR – ZƏFƏR GÜNÜ: MİLLİ QÜRURUMUZUN, DÖVLƏTÇİLİYİMİZİN VƏ DÖNÜŞMƏZ İRADƏMİZİN TƏNTƏNƏSİ
2026-11-05
Salyanda Zəfər Gününə həsr olunmuş tədbir keçirilib
2026-11-05
Səhiyyə işçiləri ümumrayon ağacəkmə aksiyasında fəal iştirak ediblər
2026-11-05
8 NOYABR – ZƏFƏR GÜNÜ: MİLLİ QÜRURUMUZUN, BİRLİYİMİZİN VƏ QƏHRƏMANLIĞIMIZIN TƏNTƏNƏSİ*
2026-11-05
Zəfərin yaratdığı yeni reallıqlar və Azərbaycanın gələcək hədəfləri
2026-11-05
Güclü iqtisadiyyat, müasir ordu və tarixi Qələbə
2026-11-05
44 günə sığan qəhrəmanlıq və əsrlərə yazılan Zəfər
2026-11-05
Şuşa Azərbaycan xalqının rəşadətinin, əyilməz iradəsinin simvoludur
2026-11-04

2026-11-03