Kanal4.az

Xəbərlərin ünvanı

Kanal4.az

SİYASƏT
Konstitusiya – insan hüquqları və ədalətin ali təminatı
SİYASƏT
Konstitusiya tariximizin mühüm mərhələləri
SİYASƏT
Sabitlik və inkişafın hüquqi əsasları
SİYASƏT
Konstitusiya müstəqil dövlətçiliyin möhkəm hüquqi təməlidir
SİYASƏT
Günay Ağamalı: Üçrəngli bayrağımız qalib xalqın qüruru, müstəqil dövlətimizin əzəmətidir – ŞƏRH
SİYASƏT
8 Noyabr xalqımızın milli qürurunun, dövlətçilik iradəsinin və tarixi ədalətin təntənəsidir
SİYASƏT
Günay Ağamalı: Şuşa Zəfəri Azərbaycanın milli qürurunun və dövlətçilik qüdrətinin təcəssümüdür
SİYASƏT
8 Noyabr – Şuşa şəhəri günü: Zəfərin zirvəsi, qürurun ünvanı
CƏMİYYƏT
Salyan Rayon Mərkəzi Xəstəxanasında 8 Noyabr – Zəfər Gününə həsr olunmuş tədbir keçirilib!
SİYASƏT
Mavi göylərdə dalğalanan milli qürurumuz
SİYASƏT
Ucalan bayrağımız, güclənən dövlətimiz
SİYASƏT
Dövlətçiliyimizin ideoloji təməli və milli birliyimizin rəmzi
SİYASƏT
Dövlət bayrağımız milli dəyərimizdir
SİYASƏT
Zəfər Yolunun Aparıcı Zirvəsi
SİYASƏT
Qalib Azərbaycanın Qürur Zirvəsi – Şuşa
SİYASƏT
8 Noyabr- Şuşanın Əbədi Ruhunun Qayıdışı
SİYASƏT
8 NOYABR – ZƏFƏR GÜNÜ: MİLLİ QÜRURUMUZUN, DÖVLƏTÇİLİYİMİZİN VƏ DÖNÜŞMƏZ İRADƏMİZİN TƏNTƏNƏSİ
SİYASƏT
Salyanda Zəfər Gününə həsr olunmuş tədbir keçirilib
SİYASƏT
Səhiyyə işçiləri ümumrayon ağacəkmə aksiyasında fəal iştirak ediblər
SİYASƏT
8 NOYABR – ZƏFƏR GÜNÜ: MİLLİ QÜRURUMUZUN, BİRLİYİMİZİN VƏ QƏHRƏMANLIĞIMIZIN TƏNTƏNƏSİ*
SİYASƏT
Zəfərin yaratdığı yeni reallıqlar və Azərbaycanın gələcək hədəfləri
SİYASƏT
Güclü iqtisadiyyat, müasir ordu və tarixi Qələbə
SİYASƏT
44 günə sığan qəhrəmanlıq və əsrlərə yazılan Zəfər
SİYASƏT
Şuşa Azərbaycan xalqının rəşadətinin, əyilməz iradəsinin simvoludur
SİYASƏT
Ana Vətən Partiyasından Tarixi Zəfərin Altıncı İldönümü İlə Bağlı BƏYANAT
SİYASƏT
Deputat: Bütün nailiyyətlər uzaqgörən siyasətin məntiqi nəticəsidir
SİYASƏT
Şuşanın azadlığı Azərbaycanın tarixi Zəfərinin və milli qürurunun təntənəsidir
SİYASƏT
Azad Şuşa dövlətimizin quruculuq əzminin və Böyük Qayıdışın rəmzidir
SİYASƏT
Şuşa Zəfəri milli qürurumuzun ən uca zirvəsidir
SİYASƏT
8 Noyabr: təqvimin qızıl hərflərlə yazılmış tarixi

Fransa və Ermənistanı birləşdirən genosid dəyəri: dünya niyə susur?

2023-10-26 07:07:07 79 baxış
Xəbər şəkil

Tarixə Qalib Azərbaycan möhrü vuran Zəfər savaşı və 23 saatlıq antiterror tədbirləri Cənubi Qafqazda 200 ildən artıqdır davam edən erməni separatizmini birdəfəlik məhv etdi. Hətta ən qatı erməni şovinistləri belə məğlubiyyət reallığı ilə barışdıqları halda bu xalqdan alət kimi istifadə edən bəzi imperalist güclər hələ də xam xülyalarını gerçəkləşdirmək yolundan dönməyiblər. Ali Baş Komandanın Xankəndində üçrəngli bayrağımızı ucaltması isə bu şər yuvalarını xüsusilə fəallaşdırıb və bu sırada Fransanın ermənipərəst mövqeyini gücləndirməsi xüsusi diqqət çəkir. Bu ölkənin müdafiə naziri Ermənistanla silah satışı ilə bağlı saziş imzalayacağını bəyan edib və bildirib ki, Ermənistana “sərhədlərinin mühafizəsini təmin etmək” imkanı yaratmaq lazımdır. Rəsmi  Paris əsl niyyətini “Ermənistanı xilas etmək”lə pərdələyib bu ölkənin Azərbaycanla sərhədlərini möhkəmləndirmək adı ilə vəziyyəti yenidən gərginləşdirmək, regionda sabitliyi və sülhü pozmaq yolunu tutub. Normal siyasi düşüncə onu diktə edir ki, Ermənistan nə qədər silahlansa da Azərbaycanla ayaqlaşa bilməyəcək. Cənubi Qafqazda sülh və sabitlik üçün Ermənistana silah və hərbi texnika əvəzinə ağıllı məsləhət verilməlidir. Çünki Azərbaycan və Türkiyə ilə normal qonşuluq münasibətlərinin qurulmaması bu ölkəni sonuna gətirə bilər. Prezident İlham Əliyevin söylədiyi kimi, Fransanın Ermənistana silah verməsi sülhə deyil, yeni qarşıdurmaya xidmət edən yanaşmadır, əgər regionda hər hansı yeni qarşıdurma baş verərsə, bunun səbəbkarı məhz Fransa olacaq. Dövlət başçımızın bu fikri Fransa üçün ciddi xəbərdarlıqdır. 
Əslində Fransa və Ermənistanı siyasi maraqlardan daha çox təcavüzkarlıq, insanlıq əleyhinə yönələn əməllərin dövlət ideologiyasına çevrilməsi birləşdirib. Qarabağdan könüllü gedən erməniləri etnik təmizləmə adı ilə dünyaya təqdim etməklə, genosid, zor ifadələrini ortaya atmaqla Fransa yenidən aranı qarışdırmaq, müharibəni alovlandırmaq niyyətindədir. Çünki özü təcavüzkardır, sui-qəsdlər, mina terroru törətməkdə mahirdir. Fransa dünyada ən çox mina istifadə edən, bu yolla kütləvi qırğınlar törədən dövlətlərdən biridir. Fransanın 20-ci əsrin sonlarında törətdiyi cinayətin, genosidin faktlarına diqqət edək. 1994-cü ildə Şərqi Afrikada yerləşən Ruandada 800 min insan öldürülüb, ölkə əhalisinin 20 faizi məhv edilib, 100 minlərlə qadın cinsi təcavüzə məruz qalıb. Bu cinayətdən 25 il sonra Ruandada kütləvi qırğınların qurbanı olan 2 min, 2020-ci ildə isə 5 min nəfərin qalıqları tapıldı. Hələ də ölkənin bu və ya digər yerlərində soyqırım qurbanlarının gizli basdırıldığı yerlər üzə çıxmaqdadır. Eynən ermənilərin Qarabağda törətdikləri vəhşiliklər kimi. Xocalı soyqırımından iki il sonra dünyanın başqa bir yerində belə bir cinayətə imza atan Fransanın Ermənistanla bir mövqedə olması təəccüb doğurmur.  Fransa tarixinin üzqarası olan başqa bir fakta nəzər yetirək. Fransız müstəmləkəsi Əlcəzair, Hitler Almaniyası tərəfindən işğal edilən Fransanın qurtuluşu üçün gənclərini müharibəyə göndərdi. Qarşılığında Fransadan yalnız müstəqillik istədi. Fransa bu təklifi qəbul etdi. Almaniya əlcəzairli əsgərlərin dəstəyi ilə məğlub edildi. Fransanın qələbəsi Əlcəzairdə bayram kimi qeyd olundu. Küçələrə tökülən xalq onlara verilən müstəqillik sözünün tutulacağını düşünərək təntənəli yürüşlər keçirdi. Ancaq Fransa, verdiyi sözü tutmadı. Yürüşə qatılan xalqa işğalçı fransız əsgərləri tərəfindən atəş açıldı. Qətliam günlərlə sürdü. Günahsız insanlar evlərindən çıxarılaraq güllələndi. Kəndlər və qəsəbələr bombalarla yerlə bir edildi. Fransız əsgərləri təxminən 45 min əlcəzairlini qətlə yetirdi. Qadın, uşaq, yaşlı, gənc demədən on minlərlə əlcəzairli fransız əsgərlərinin güllələrinə tuş gəldi. Hələ də Paris muzeyində əlcəzairli azadlıq döyüşçülərinin kəllə sümükləri müharibə qənimətləri kimi saxlanılır. Bu, utancverici və iyrənc hərəkətdir. Fransa və Ermənistanı eyni terror məfkurəsi, Əlcəzair və Azərbaycanı xalqını isə eyni oxşar tale birləşdirir. Hər iki müsalman ölkəsinin dinc sakinləri eyni dinin və əqidənin daşıyıcısı olan Fransa və Ermənistanın genosid siyasətindən bu gün də əziyyət çəkir. Təəssüf ki, hər iki halda qeyri-insani, bəşəri cinayətlərə qərəzli yanaşma da var. Gecə-gündüz Türkiyəni 1915-ci ildə erməni soyqırımı törətməkdə ittiham edən, Xocalı soyqırımını görməzdən gəlib Xankəndini könüllü tərk edən ermənilərə yas tutan  Qərb Fransanın Əlcəzairdə və Ruandada törətdiyi soyqırımı yada belə salmır. Bu barədə ara-sıra son dərəcə xəsisliklə nəsə yazıb. Fransanın Əlcəzairdə də soyqırım törətməsi tarixi faktdır. Bu məsələ ilə də bağlı Qərb susmağa üstünlük verib. Qərbin insan hüquqları ilə bağlı yüzlərlə nəhəng təşkilatı var. Ancaq onların heç biri bu məsələdə ortaya nümunə sayıla biləcək mövqe qoymayıb. Niyə belədir? Çünki Avropa xalqları Amerika materikində, Afrikada, Asiyada, elə Avropanın özündə də dəfələrlə soyqırım aktları törədiblər. Ancaq onlar bu barədə danışmağa meylli deyillər. Sülhpərvər dünya ictimaiyyəti, beynəlxaql təşkilatlar öz məramlarında səmimidirsə Paris və İrəvanı durdurmalı, insanlıq əleyhinə ağlasığmaz cinayətlərini təkrarlamasına imkan verməməlidir. Əks halda bu bütün tərəqqipərvər dünyanın qan və fəlakətlərlə üzləşməsinə səbəb olacaqdır. Fransanın məhz Cənubi Qafqazda maraqlarını təmin etmək üçün Ermənistana hərbi yardımı, müdafiə sahəsində imzaladığı müqavilələr, separatçılara hərbi-siyasi dəstək verməsinə gəldikdə isə bütün bunlar səmərəsiz gedişlərdir. Çünki Azərbaycan beynəlxalq hüququn norma və prinsiplərinə əsaslanaraq öz torpaqlarını azad edib, suverenliyini qoruyub, sərhədlərini möhkəmləndirib. 30 ildə BMT-nin, ATƏT-in və bir çox beynəlxalq təşkilatların yerinə yetirə bilmədiklərini  Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında şanlı ordumuz öz gücünə həyata keçirdi. Əgər düşmən və havadarları düz yola gəlməsələr, daha ciddi tədbirlər görülə bilər və Azərbaycan xalqı buna hər an hazırdır. Ermənistan və başda Fransa olmaqla havadarları buna əmin ola bilərlər.

Fəzail İbrahimli
Milli Məclis Sədrinin Müavini

Oxşar xəbərlər

Xəbər lenti
Konstitusiya – insan hüquqları və ədalətin ali təminatı
2026-11-11
Konstitusiya tariximizin mühüm mərhələləri
2026-11-11
Sabitlik və inkişafın hüquqi əsasları
2026-11-11
Konstitusiya müstəqil dövlətçiliyin möhkəm hüquqi təməlidir
2026-11-11
Günay Ağamalı: Üçrəngli bayrağımız qalib xalqın qüruru, müstəqil dövlətimizin əzəmətidir – ŞƏRH
2026-11-09
8 Noyabr xalqımızın milli qürurunun, dövlətçilik iradəsinin və tarixi ədalətin təntənəsidir
2026-11-09
Günay Ağamalı: Şuşa Zəfəri Azərbaycanın milli qürurunun və dövlətçilik qüdrətinin təcəssümüdür
2026-11-09
8 Noyabr – Şuşa şəhəri günü: Zəfərin zirvəsi, qürurun ünvanı
2026-11-07
Salyan Rayon Mərkəzi Xəstəxanasında 8 Noyabr – Zəfər Gününə həsr olunmuş tədbir keçirilib!
2026-11-06
Mavi göylərdə dalğalanan milli qürurumuz
2026-11-06
Ucalan bayrağımız, güclənən dövlətimiz
2026-11-06
Dövlətçiliyimizin ideoloji təməli və milli birliyimizin rəmzi
2026-11-06
Dövlət bayrağımız milli dəyərimizdir
2026-11-06
Zəfər Yolunun Aparıcı Zirvəsi
2026-11-06
Qalib Azərbaycanın Qürur Zirvəsi – Şuşa
2026-11-06
8 Noyabr- Şuşanın Əbədi Ruhunun Qayıdışı
2026-11-06
8 NOYABR – ZƏFƏR GÜNÜ: MİLLİ QÜRURUMUZUN, DÖVLƏTÇİLİYİMİZİN VƏ DÖNÜŞMƏZ İRADƏMİZİN TƏNTƏNƏSİ
2026-11-05
Salyanda Zəfər Gününə həsr olunmuş tədbir keçirilib
2026-11-05
Səhiyyə işçiləri ümumrayon ağacəkmə aksiyasında fəal iştirak ediblər
2026-11-05
8 NOYABR – ZƏFƏR GÜNÜ: MİLLİ QÜRURUMUZUN, BİRLİYİMİZİN VƏ QƏHRƏMANLIĞIMIZIN TƏNTƏNƏSİ*
2026-11-05
Zəfərin yaratdığı yeni reallıqlar və Azərbaycanın gələcək hədəfləri
2026-11-05
Güclü iqtisadiyyat, müasir ordu və tarixi Qələbə
2026-11-05
44 günə sığan qəhrəmanlıq və əsrlərə yazılan Zəfər
2026-11-05
Şuşa Azərbaycan xalqının rəşadətinin, əyilməz iradəsinin simvoludur
2026-11-04

2026-11-03