Prezident İlham Əliyev: “Azərbaycan MDB-nin işində iştirak etməyə həmişə böyük əhəmiyyət verib”
Bu gün Azərbaycan bütün beynəlxalq platformalarda tərəfdaşlığa olan sadiqliyini və qarşılıqlı hörmətə, etimada əsaslanan əməkdaşlığı davam etdirərək, bir daha dünya siyasətinə davamlı inkişafa nail olmağın yolunu nümayiş etdirir. Bu baxımdan 12-13 oktyabr 2023-cü il tarixlərində Prezident İlham Əliyevin qardaş Qırğızıstana rəsmi səfəri, orada Rusiya Federasiyasının Prezidenti Vladimir Putinlə ikitərəfli görüşün baş tutması, daha sonra cənab Putinin şəxsi dəvəti ilə Bişkekdə Müstəqil Dövlətlər Birliyi (MDB) Dövlət Başçıları Şurasının iclasında iştirakı Azərbaycanın bütün beynəlxalq prinsiplərə hörmətinin və qlobal təhlükəsizliyin təmin olunması istiqamətində üzərinə düşən gördüyü ardıcıl işlərin məntiqi nəticəsidir.
Qeyd edək ki, Müstəqil Dövlətlər Birliyi (MDB) iştirakçı dövlətlər arasında qarşılıqlı, bərabərhüquqlu və faydalı əməkdaşlığa xidmət etmək üçün fəaliyyət göstərən regional dövlətlərarası təşkilatdır. 8 dekabr 1991-ci il tarixində təsis edilmiş təşkilatın əsas məqsədi iqtisadi, hərbi-siyasi və humanitar sahələrdə çoxtərəfli əməkdaşlığın inkişaf etdirilməsindən ibarətdir. Azəraycan MDB Dövlət Başçıları Şurasının 24 sentyabr 1993-cü il tarixində keçirilən iclasında qəbul edilən qərarla MDB-yə daxil olub.
Cari ilin 13 oktyabr tarixində Qırğızıstanın ev sahibliyi ilə Bişkekdə təşkil olunan MDB Dövlət Başçıları Şurasının iclası bir daha keçən müddətdə üzv dövlətlərin nə qədər böyük işlər gördüyünü və bunun davamlı olduğunu nümayiş etdirdi. Prezident İlham Əliyevin həmin iclasdakı çıxışı Azərbaycan xalqının növbəti nailiyyəti olmaqla, istəyimizi və gələcəyə baxışımızı özündə ehtiva etdi.
Bu gün MDB özünü müstəqil dövlətlərin səmərəli əməkdaşlıq platforması kimi təsdiqləyib. MDB-yə daxil olan dövlətlər bir sıra istiqamətlər üzrə öz fəaliyyətlərini müəyyənləşdiriblər ki, bu da regional təhlükəsizliyin təmin olunmasına və qarşılıqlı maraqlara əsaslanan əməkdaşlığın dərinləşməsinə töhfə verib. O cümlədən, terrorizm, ekstremizm, narkotiklərin qeyri-qanuni dövriyyəsi, iqtisadi sahədə cinayətkarlıq, qanunsuz miqrasiya, insan alverinə qarşı mübarizə məsələləri MDB-yə daxil olan dövlətlərin qarşılıqlı fəaliyyətinin əsas istiqamətlərindəndir. Bundan başqa, innovasiyalar, nüvə energetikası, nəqliyyat təhlükəsizliyi sahələrində sazişlər imzalanıb.
Cari ilin 13 oktyabr tarixində Qırğızıstanın ev sahibliyi ilə Bişkekdə təşkil olunan MDB Dövlət Başçıları Şurasının iclası bir daha keçən müddətdə üzv dövlətlərin nə qədər böyük işlər gördüyünü və bunun davamlı olduğunu nümayiş etdirdi. Prezident İlham Əliyevin həmin iclasdakı çıxışı Azərbaycan xalqının növbəti nailiyyəti olmaqla, istəyimizi və gələcəyə baxışımızı özündə ehtiva etdi.
Azərbaycan Prezidenti etdiyi məzmunlu çıxışında bir daha Birliyə üzv dövlətlərlə ikitərəfli dostluq və qardaşlıq münasibətlərinin uğurla inkişaf etdiyini vurğulayaraq, humanitar və iqtisadi sahələrdə görülən qarşılıqlı işləri, əldə olunmuş razılaşmaların yerinə yetirildiyini, eləcə də artan əmtəə dövriyyəsinin həcmini xüsusi qeyd etdi.
Dövlət başçısı eyni zamanda Azərbaycanın MDB-nin bir çox ölkələri üçün tranzit-nəqliyyat sahəsində etibarlı tərəfdaşa çevrildiyini bildirərək, Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizləri ilə bağlı ötürmə qabiliyyətinin genişləndirilməsi üzrə perspektivli layihələrin həyata keçirilməsinin MDB məkanının nəqliyyat təhlükəsizliyinin möhkəmlənməsi üçün nə dərəcədə faydalı olduğunu diqqətə çatdırdı.
Beləliklə, Azərbaycan son illərdə Avrasiyanın əsas, etibarlı nəqliyyat və logistika mərkəzlərindən biri kimi özünü sübut etmişdir. Yalnız iki ölkəyə deyil, eyni zamanda Cənubi Qafqaz regionuna sülh və rifah gətirərək beynəlxalq birliyin maraqlarına xidmət edəcək Zəngəzur dəhlizinin açılması regionun nəqliyyat sektorunda yeni imkanlar yaradacaq.
Həsən Abdullayev,
Salyan rayon Qarabağlı kənd inzibati ərazi dairəsi üzrə nümayəndə, YAP fəalı