Kanal4.az

Xəbərlərin ünvanı

Kanal4.az

SİYASƏT
Konstitusiya – insan hüquqları və ədalətin ali təminatı
SİYASƏT
Konstitusiya tariximizin mühüm mərhələləri
SİYASƏT
Sabitlik və inkişafın hüquqi əsasları
SİYASƏT
Konstitusiya müstəqil dövlətçiliyin möhkəm hüquqi təməlidir
SİYASƏT
Günay Ağamalı: Üçrəngli bayrağımız qalib xalqın qüruru, müstəqil dövlətimizin əzəmətidir – ŞƏRH
SİYASƏT
8 Noyabr xalqımızın milli qürurunun, dövlətçilik iradəsinin və tarixi ədalətin təntənəsidir
SİYASƏT
Günay Ağamalı: Şuşa Zəfəri Azərbaycanın milli qürurunun və dövlətçilik qüdrətinin təcəssümüdür
SİYASƏT
8 Noyabr – Şuşa şəhəri günü: Zəfərin zirvəsi, qürurun ünvanı
CƏMİYYƏT
Salyan Rayon Mərkəzi Xəstəxanasında 8 Noyabr – Zəfər Gününə həsr olunmuş tədbir keçirilib!
SİYASƏT
Mavi göylərdə dalğalanan milli qürurumuz
SİYASƏT
Ucalan bayrağımız, güclənən dövlətimiz
SİYASƏT
Dövlətçiliyimizin ideoloji təməli və milli birliyimizin rəmzi
SİYASƏT
Dövlət bayrağımız milli dəyərimizdir
SİYASƏT
Zəfər Yolunun Aparıcı Zirvəsi
SİYASƏT
Qalib Azərbaycanın Qürur Zirvəsi – Şuşa
SİYASƏT
8 Noyabr- Şuşanın Əbədi Ruhunun Qayıdışı
SİYASƏT
8 NOYABR – ZƏFƏR GÜNÜ: MİLLİ QÜRURUMUZUN, DÖVLƏTÇİLİYİMİZİN VƏ DÖNÜŞMƏZ İRADƏMİZİN TƏNTƏNƏSİ
SİYASƏT
Salyanda Zəfər Gününə həsr olunmuş tədbir keçirilib
SİYASƏT
Səhiyyə işçiləri ümumrayon ağacəkmə aksiyasında fəal iştirak ediblər
SİYASƏT
8 NOYABR – ZƏFƏR GÜNÜ: MİLLİ QÜRURUMUZUN, BİRLİYİMİZİN VƏ QƏHRƏMANLIĞIMIZIN TƏNTƏNƏSİ*
SİYASƏT
Zəfərin yaratdığı yeni reallıqlar və Azərbaycanın gələcək hədəfləri
SİYASƏT
Güclü iqtisadiyyat, müasir ordu və tarixi Qələbə
SİYASƏT
44 günə sığan qəhrəmanlıq və əsrlərə yazılan Zəfər
SİYASƏT
Şuşa Azərbaycan xalqının rəşadətinin, əyilməz iradəsinin simvoludur
SİYASƏT
Ana Vətən Partiyasından Tarixi Zəfərin Altıncı İldönümü İlə Bağlı BƏYANAT
SİYASƏT
Deputat: Bütün nailiyyətlər uzaqgörən siyasətin məntiqi nəticəsidir
SİYASƏT
Şuşanın azadlığı Azərbaycanın tarixi Zəfərinin və milli qürurunun təntənəsidir
SİYASƏT
Azad Şuşa dövlətimizin quruculuq əzminin və Böyük Qayıdışın rəmzidir
SİYASƏT
Şuşa Zəfəri milli qürurumuzun ən uca zirvəsidir
SİYASƏT
8 Noyabr: təqvimin qızıl hərflərlə yazılmış tarixi

Füzulinin əbədi azadlıq günü

2023-10-18 13:42:00 222 baxış
Xəbər şəkil

Ermənistanın işğalçı silahlı qüvvələri gec-tez Azərbaycan torpaqlarından çıxarılacaqlarını özləri də yaxşı bilirdilər. Buna görə də 30 illik işğal dövrü ərzində ordumuzun gözlənilən hücumundan qorunmaq məqsədilə bütün təmas xətti boyunca güclü müdafiə istehkamları yaratmışdılar. Xüsusilə möhkmləndirilmiş istehkamlar isə Füzuli rayonu istiqamətində daha çox idi. Bunun da səbəbi ilk növbədə rayonun mühüm strateji yerləşməsi və ərazisinin böyüklüyü ilə bağlı idi. Füzulinin azad olunması müharibənin gedişinə və ümumilikdə müqəddəratına həlledici təsir göstərəcəkdi. Ermənistan tərəfi də bilirdi ki, Füzulini aldıqdan sonra artıq Şuşa istiqamətinə getmək üçün Azərbaycan Ordusunun qarşısında daha geniş imkanlar açılacaq. Buna görə də onlar bu istiqamətdə xüsusilə şiddətli müqavimət göstərirdilər. Lakin düşmənin bütün səyləri hədər idi. Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə Vətən torpaqlarını azad etməkdə tam qərarlı olan qəhrəman hərbçilərimiz bu istehkamları da öz canları, qanları bahasına keçdilər. Füzuli rayonunun Qoçəhmədli, Çimən, Cuvarlı, Pirəhmədli, Musabəyli, İşıqlı, Dədəli kəndləri və Füzuli şəhəri şanlı Ordumuz tərəfindən 2020-ci ilin 17 oktyabr tarixində işğaldan azad edildi. Bir vacib tarixi faktı xüsusi olaraq qeyd etmək lazımdır ki, Füzulinin işğaldan azad olunması uğrunda gedən döyüşlərdə Azərbaycanın əldə etdiyi ilk qələbə Ulu Öndər Heydər Əliyevin adı ilə bağlıdır. Belə ki, erməni işğalının qarşını almaq və düşməni atəşkəsə məcbur etmək məqsədilə 5 yanvar 1994-cü il tarixində Ümummilli Liderimizin əmrinə əsasən hücum əməliyyatına başlayan Azərbaycanın Silahlı Qüvvələri Füzuli rayonunun 22 yaşayış məntəqəsini işğaldan azad etmişdilər. 
İşğal dövründə ən çox dağıntılara məruz qoyulmuş rayonlarımızdan biri məhz elə Füzuli rayonu olmuşdur. İşğaldan öncə tarixi-dini abidələrlə zəngin Füzuli rayonunda 2 şəhər, 16 qəsəbə, 82 kənd və başqa yaşayış məntəqələri mövcud olmuşdur. 23 avqust 1993-cü il tarixində Füzuli şəhəri və rayonun böyük hissəsi erməni silahlı qüvvələri tərəfindən işğal olunduqdan sonra bütün bu tarixi-mədəni abidələr erməni vandalları tərəfindən talan edilmiş, tamamilə dağıdılaraq viran qoyulmuşdu. Ekspertlərin rəyinə görə, məhz Füzuli işğal dövründə bütün digər rayon və bölgələrimizdən daha çox dağıntılara məruz qoyulmuşdur. Həmçinin rayon ərazisində aparılmış ekoloji monitorinq zamanı Ermənistanın işğalı dövründə meşə fonduna aid olmayan 5688 ədəd ağac və kolun, 124 hektar meşə fondu sahəsinin meşə ilə örtülü 2 hektarının, rəsmi olaraq təbiət abidəsi statusu verilmiş 11 ədəd qədim ağacın hamısı məhv edilmişdir. 1990-cı illərdə dövlət və sahə balansında qeydiyyata alınmış 6 mineral xammal yatağından 3-nün qeyri-qanuni istismar olunduğu müəyyən edilmişdir.
İşğaldan azad edildikdən sonra Füzuli şəhəri faktiki olaraq tamamilə yenidən qurulur. Vətən Müharibəsində əldə olunmuş tarixi Zəfərdən sonra ölkəmiz işğaldan azad edilmiş ərazilərdə nəhəng bərpa və quruculuq işləri aparır. Ölkə Prezidenti cənab İlham Əliyevin azad olunmuş ərazilərə etdiyi səfərlər əlbəttə ki, görülən bərpa-quruculuq işlərinin yüksək səviyyədə həyata keçirilməsini daha da stimullaşdırıb. Diqqətəlayiq haldır ki, dövlət başçısının bu məqsədlə ilk səfəri də 2020-ci il noyabrın 16-da məhz Füzuliyə olub. Ali Baş Komandan Füzuli şəhərində Azərbaycan bayrağını ucaldıb. Bu səfərində Prezident İlham Əliyev Füzuli rayonundan Şuşa şəhərinə yol çəkilişi ilə bağlı göstəriş verib və Füzuli-Şuşa avtomobil yolunun – Zəfər yolunun çəkilişinə start verilib. 2021-ci il oktyabrın 26-da isə Füzuli Beynəlxalq Hava Limanının açılış mərasimi olub. Qarabağın hava qapısı adlandırılan Füzuli Beynəlxalq Hava Limanı cəmi 8 ay ərzində ən müasir səviyyədə inşa olunub. Hava limanının istənilən tip hava gəmisini qəbul etmək imkanları vardır. Ən müasir tələblərə cavab verən beynəlxalq hava limanının qısa müddətdə və yüksək keyfiyyətlə inşası Azərbaycan dövlətinin qüdrətini göstərməklə yanaşı, həm də işğaldan azad edilmiş rayonlarımızın tezliklə bərpa olunacağının və oraya yenidən həyatın qayıtmasının bariz nümunəsi olmuşdur. Əlbəttə ki, bütün bu işlər eyni zamanda Azərbaycan tərəfindən sülhə bir çağırış kimi qiymətləndirilməlidir. Cari ilin sentyabr ayının 19-da keçirdiyi antiterror tədbirinin nəticəi olaraq öz suverenliyini tam bərpa etmiş Azərbaycan artıq Cənubi Qafqazda sülhün və sabitliyin əldə olunmasını daha əlçatan etmişdir. Lakin dövlətimizin bütün səylərinə rəğmən əgər bundan sonra da ölkəmizin ərazi bütövlüyünə kimsə təcavüz etməyə qalxarsa, bu zaman Azərbaycan bütün iqtisadi və hərbi gücü ilə istənilən düşməni hər an məhv etməyə hazır olacaq.

Rahib Kərimov,
Salyan rayon Yolüstükənd tam ortaməktəbin direktoru, YAP fəalı

Oxşar xəbərlər

Xəbər lenti
Konstitusiya – insan hüquqları və ədalətin ali təminatı
2026-11-11
Konstitusiya tariximizin mühüm mərhələləri
2026-11-11
Sabitlik və inkişafın hüquqi əsasları
2026-11-11
Konstitusiya müstəqil dövlətçiliyin möhkəm hüquqi təməlidir
2026-11-11
Günay Ağamalı: Üçrəngli bayrağımız qalib xalqın qüruru, müstəqil dövlətimizin əzəmətidir – ŞƏRH
2026-11-09
8 Noyabr xalqımızın milli qürurunun, dövlətçilik iradəsinin və tarixi ədalətin təntənəsidir
2026-11-09
Günay Ağamalı: Şuşa Zəfəri Azərbaycanın milli qürurunun və dövlətçilik qüdrətinin təcəssümüdür
2026-11-09
8 Noyabr – Şuşa şəhəri günü: Zəfərin zirvəsi, qürurun ünvanı
2026-11-07
Salyan Rayon Mərkəzi Xəstəxanasında 8 Noyabr – Zəfər Gününə həsr olunmuş tədbir keçirilib!
2026-11-06
Mavi göylərdə dalğalanan milli qürurumuz
2026-11-06
Ucalan bayrağımız, güclənən dövlətimiz
2026-11-06
Dövlətçiliyimizin ideoloji təməli və milli birliyimizin rəmzi
2026-11-06
Dövlət bayrağımız milli dəyərimizdir
2026-11-06
Zəfər Yolunun Aparıcı Zirvəsi
2026-11-06
Qalib Azərbaycanın Qürur Zirvəsi – Şuşa
2026-11-06
8 Noyabr- Şuşanın Əbədi Ruhunun Qayıdışı
2026-11-06
8 NOYABR – ZƏFƏR GÜNÜ: MİLLİ QÜRURUMUZUN, DÖVLƏTÇİLİYİMİZİN VƏ DÖNÜŞMƏZ İRADƏMİZİN TƏNTƏNƏSİ
2026-11-05
Salyanda Zəfər Gününə həsr olunmuş tədbir keçirilib
2026-11-05
Səhiyyə işçiləri ümumrayon ağacəkmə aksiyasında fəal iştirak ediblər
2026-11-05
8 NOYABR – ZƏFƏR GÜNÜ: MİLLİ QÜRURUMUZUN, BİRLİYİMİZİN VƏ QƏHRƏMANLIĞIMIZIN TƏNTƏNƏSİ*
2026-11-05
Zəfərin yaratdığı yeni reallıqlar və Azərbaycanın gələcək hədəfləri
2026-11-05
Güclü iqtisadiyyat, müasir ordu və tarixi Qələbə
2026-11-05
44 günə sığan qəhrəmanlıq və əsrlərə yazılan Zəfər
2026-11-05
Şuşa Azərbaycan xalqının rəşadətinin, əyilməz iradəsinin simvoludur
2026-11-04

2026-11-03