Kanal4.az

Xəbərlərin ünvanı

Kanal4.az

SİYASƏT
Konstitusiya – insan hüquqları və ədalətin ali təminatı
SİYASƏT
Konstitusiya tariximizin mühüm mərhələləri
SİYASƏT
Sabitlik və inkişafın hüquqi əsasları
SİYASƏT
Konstitusiya müstəqil dövlətçiliyin möhkəm hüquqi təməlidir
SİYASƏT
Günay Ağamalı: Üçrəngli bayrağımız qalib xalqın qüruru, müstəqil dövlətimizin əzəmətidir – ŞƏRH
SİYASƏT
8 Noyabr xalqımızın milli qürurunun, dövlətçilik iradəsinin və tarixi ədalətin təntənəsidir
SİYASƏT
Günay Ağamalı: Şuşa Zəfəri Azərbaycanın milli qürurunun və dövlətçilik qüdrətinin təcəssümüdür
SİYASƏT
8 Noyabr – Şuşa şəhəri günü: Zəfərin zirvəsi, qürurun ünvanı
CƏMİYYƏT
Salyan Rayon Mərkəzi Xəstəxanasında 8 Noyabr – Zəfər Gününə həsr olunmuş tədbir keçirilib!
SİYASƏT
Mavi göylərdə dalğalanan milli qürurumuz
SİYASƏT
Ucalan bayrağımız, güclənən dövlətimiz
SİYASƏT
Dövlətçiliyimizin ideoloji təməli və milli birliyimizin rəmzi
SİYASƏT
Dövlət bayrağımız milli dəyərimizdir
SİYASƏT
Zəfər Yolunun Aparıcı Zirvəsi
SİYASƏT
Qalib Azərbaycanın Qürur Zirvəsi – Şuşa
SİYASƏT
8 Noyabr- Şuşanın Əbədi Ruhunun Qayıdışı
SİYASƏT
8 NOYABR – ZƏFƏR GÜNÜ: MİLLİ QÜRURUMUZUN, DÖVLƏTÇİLİYİMİZİN VƏ DÖNÜŞMƏZ İRADƏMİZİN TƏNTƏNƏSİ
SİYASƏT
Salyanda Zəfər Gününə həsr olunmuş tədbir keçirilib
SİYASƏT
Səhiyyə işçiləri ümumrayon ağacəkmə aksiyasında fəal iştirak ediblər
SİYASƏT
8 NOYABR – ZƏFƏR GÜNÜ: MİLLİ QÜRURUMUZUN, BİRLİYİMİZİN VƏ QƏHRƏMANLIĞIMIZIN TƏNTƏNƏSİ*
SİYASƏT
Zəfərin yaratdığı yeni reallıqlar və Azərbaycanın gələcək hədəfləri
SİYASƏT
Güclü iqtisadiyyat, müasir ordu və tarixi Qələbə
SİYASƏT
44 günə sığan qəhrəmanlıq və əsrlərə yazılan Zəfər
SİYASƏT
Şuşa Azərbaycan xalqının rəşadətinin, əyilməz iradəsinin simvoludur
SİYASƏT
Ana Vətən Partiyasından Tarixi Zəfərin Altıncı İldönümü İlə Bağlı BƏYANAT
SİYASƏT
Deputat: Bütün nailiyyətlər uzaqgörən siyasətin məntiqi nəticəsidir
SİYASƏT
Şuşanın azadlığı Azərbaycanın tarixi Zəfərinin və milli qürurunun təntənəsidir
SİYASƏT
Azad Şuşa dövlətimizin quruculuq əzminin və Böyük Qayıdışın rəmzidir
SİYASƏT
Şuşa Zəfəri milli qürurumuzun ən uca zirvəsidir
SİYASƏT
8 Noyabr: təqvimin qızıl hərflərlə yazılmış tarixi

Azərbaycanın artıq daxili təhdidləri yoxdur

2023-10-14 04:28:55 244 baxış
Xəbər şəkil

     Oktyabrın 11-də MDB-yə üzv dövlətlərin təhlükəsizlik və xüsusi xidmət orqanları rəhbərləri Şurasının 53-cü iclasının iştirakçıları ilə görüş zamanı Prezident İlham Əliyev əmin olduğunu vurğuladı ki, Bakıda keçirilən tədbir qarşılıqlı fəaliyyətimizin möhkəmlənməsi işinə xidmət edəcək və gələcək əməkdaşlığa daha bir töhfə olacaq: "Ölkələrimizin yerləşdiyi regionlarda, əlbəttə, xarici təhdidlər də mövcuddur və bu istiqamətdə operativ iş riskləri minimuma endirməyə imkan verir. Bizim ölkələrin yerləşdiyi məkanda ictimai-siyasi sabitliyin möhkəmləndiyini görmək sevindiricidir və dövlətlərimiz bir çox çağırışın öhdəsindən uğurla gəlir".
     Azərbaycan MDB ölkəsi olaraq son üç ilə qədər torpaqlarının işğal altında olması, bir milyona yaxın əhalisinin məcburi köçkün düşməsi kimi ağır problemlərlə üz-üzə idi. O da reallıqdır ki, bu problemlərin mövcüd olduğu onilliklər ərzində ölkəmiz daim sülh prosesini dəstəklədi, Ermənistan-Azərbaycan münaqişəsinin danışıqlar yolu ilə həllinin tərəfdarı oldu. Amma Azərbaycanın sülhə birtərəfli dəstək verməsi münaqişənin həllinə heç bir fayda verə bilməzdi. Çünki Ermənistan və ona dəstək duran bəzi qərəzli xarici ölkə və qurumlar münaqişənin dondurularaq əbədiyyətədək sürməsinin tərəfdarı idilər. Buna görə idi ki, BMT TŞ-nin qəbul etdiyi 4 qətnamə saya salınmır, Ermənistana bununla bağlı heç bir təzyiq edilmirdi. Tərəflər arasında vasitəçilik missiyasını üzərinə götürən ATƏT-in Minsk qrupu isə ermənipərəstlik edərək faktiki olaraq heç bir fəaliyyət göstərmirdi. 
     Görüş zamanı bölgədə yaşananları tarixi faktlarla görüş iştirakçılarının diqqətinə çatdıran dövlət başçısı cənab İlham Əliyev məlumat verdi ki, 2004-cü ildən müxtəlif mərhələlərdə danışıqlarda iştirak edib, lakin təəssüf ki, 2019-cu ildə bütün ümidlər puça çıxıb. O vaxt Ermənistanın baş naziri "Qarabağ Ermənistandır və nöqtə" deməklə bütün danışıqlara son qoyub və onları tamamilə mənasız edib: "Yəni erməni rəhbərliyinin bu təxribatçı, düşünülməmiş, deyərdim ki, aydın olduğu kimi, özünə qarşı sui-qəsdçi addımı və digər, o cümlədən hərbi xarakterli təxribat fəaliyyətləri, 2020-ci ilin sentyabrında 44 gün davam edən, Ermənistan ordusunun tamamilə darmadağın olması və Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsi ilə nəticələnən İkinci Qarabağ müharibəsinin başlanmasına gətirib çıxardı".
     Vətən müharibəsindən sonra bölgədə yaranan reallıqlardan, Azərbaycanın öz süveren ərazilərini bərpa etməsindən söz açan Prezident bildirdi ki, Ermənistan 2020-ci il üçtərəfli Bəyanatı ilə üzərinə götürdüyü öhdəlikləri yerinə yetirmədi. Bəyanatın vacib bəndlərindən birində deyildiyi kimi, bütün erməni silahlı qüvvələrini Qarabağ ərazisindən çıxarmadı. Hətta iki il ərzində - 2020-ci ildən 2023-cü ilin əvvəlinədək, Azərbaycanın Laçın rayonunda sərhədə nəzarət etmədiyi bir vaxtda oraya sayı milyonlarla ölçülən nəhəng döyüş silah-sursatları daşınıb, minalar gətirilib, ərazi əlavə olaraq minalanıb. Bütün bunların hamısı ona gətirib çıxardı ki, azərbaycanlılar öz torpaqlarında həlak olmağa başladılar. 
     44 günlük Vətən müharibəsindən dərhal sonra Azərbaycan Ermənistana təkmil sülh modeli təklif edib, sülh prosesi çərçivəsində keçirilən üçtərəfli görüşlərdə fəal iştirak edib, 2020-ci ildə imzalanan üçtərəfli Bəyanatla üzərinə götürdüyü öhdəlikləri zamanından öncə və layiqincə yerinə yetirib. Lakin Ermənistan analoji addımların heç birini atmayıb, sülhə nail olunmaması üçün Fransa başda olmaqla bəzi xarici ölkələrin dəstəyi ilə Azərbaycana qarşı siyasi və hərbi təxribatlar törədib. Ölkəmizin ərazi bütövlüyünü sözdə və kağız üzərində tanıyan riyakar Ermənistan rəhbərliyi əməldə bunun əksini nümayiş etdirib.
Görüş zamanı Ermənistanın bütün bu təxribatçı əməllərindən danışan İlham Əliyev söylədi ki, bu il sentyabrın 2-də Ermənistanın baş nazirinin qondarma "Dağlıq Qarabağ respublikasının" yaradılmasının ildönümü ilə bağlı təbrik məktubu göndərməsi, sentyabrın 9-da qondarma "Dağlıq Qarabağ"ın qondarma hakimiyyət orqanlarının "seçki" keçirmələri, özlərinə yeni başçı seçmələri ilə Azərbaycanın bütün qırmızı xətlərinin keçilməsi sentyabrın 19-da Azərbaycana antiterror tədbirləri keçirmək və öz suverenliyini tam şəkildə bərpa etmək üçün başqa seçim yolu qoymadı: "Bir sutkadan da az davam edən tədbirlər nəticəsində Ermənistanın Qarabağdakı ordusu tamamilə tərk-silah edildi, 10-15 min nəfərlik çoxminli kontingent silahsızlaşdırıldı və ərazimizin üzərində tam nəzarət bərpa olundu". 
Prezident İlham Əliyev mötəbər beynəlxalq tədbir iştirakçılarının nəzərinə çatdırdı ki, Azərbaycanın artıq daxili təhdidləri yoxdur. Sentyabrın 19-20-də həyata keçirilən tədbirlər nəticəsində Azərbaycanın suverenliyi tam bərpa olunub. Bu isə  regionda təhlükəsizliyin möhkəmlənməsi və sülhə nail olunması üçün imkanlar yaradıb.
            Bütün bunlar bir daha onu göstərir ki, İlham Əliyevin şəxsi səyləri, qlobal liderlik qabiliyyəti, həyata keçirdiyi müstəqil siyasət sayəsində Azərbaycan bölgədə, ümumilikdə dünyada davamlı sülhün və sabitliyin təmin olunması üçün əməli və effektiv işlər gerçəkləşdirir. 

Tariel Atamalıyev, 
Salyan Dövlət Aqrar İnkişaf Mərkəzinin direktoru

Oxşar xəbərlər

Xəbər lenti
Konstitusiya – insan hüquqları və ədalətin ali təminatı
2026-11-11
Konstitusiya tariximizin mühüm mərhələləri
2026-11-11
Sabitlik və inkişafın hüquqi əsasları
2026-11-11
Konstitusiya müstəqil dövlətçiliyin möhkəm hüquqi təməlidir
2026-11-11
Günay Ağamalı: Üçrəngli bayrağımız qalib xalqın qüruru, müstəqil dövlətimizin əzəmətidir – ŞƏRH
2026-11-09
8 Noyabr xalqımızın milli qürurunun, dövlətçilik iradəsinin və tarixi ədalətin təntənəsidir
2026-11-09
Günay Ağamalı: Şuşa Zəfəri Azərbaycanın milli qürurunun və dövlətçilik qüdrətinin təcəssümüdür
2026-11-09
8 Noyabr – Şuşa şəhəri günü: Zəfərin zirvəsi, qürurun ünvanı
2026-11-07
Salyan Rayon Mərkəzi Xəstəxanasında 8 Noyabr – Zəfər Gününə həsr olunmuş tədbir keçirilib!
2026-11-06
Mavi göylərdə dalğalanan milli qürurumuz
2026-11-06
Ucalan bayrağımız, güclənən dövlətimiz
2026-11-06
Dövlətçiliyimizin ideoloji təməli və milli birliyimizin rəmzi
2026-11-06
Dövlət bayrağımız milli dəyərimizdir
2026-11-06
Zəfər Yolunun Aparıcı Zirvəsi
2026-11-06
Qalib Azərbaycanın Qürur Zirvəsi – Şuşa
2026-11-06
8 Noyabr- Şuşanın Əbədi Ruhunun Qayıdışı
2026-11-06
8 NOYABR – ZƏFƏR GÜNÜ: MİLLİ QÜRURUMUZUN, DÖVLƏTÇİLİYİMİZİN VƏ DÖNÜŞMƏZ İRADƏMİZİN TƏNTƏNƏSİ
2026-11-05
Salyanda Zəfər Gününə həsr olunmuş tədbir keçirilib
2026-11-05
Səhiyyə işçiləri ümumrayon ağacəkmə aksiyasında fəal iştirak ediblər
2026-11-05
8 NOYABR – ZƏFƏR GÜNÜ: MİLLİ QÜRURUMUZUN, BİRLİYİMİZİN VƏ QƏHRƏMANLIĞIMIZIN TƏNTƏNƏSİ*
2026-11-05
Zəfərin yaratdığı yeni reallıqlar və Azərbaycanın gələcək hədəfləri
2026-11-05
Güclü iqtisadiyyat, müasir ordu və tarixi Qələbə
2026-11-05
44 günə sığan qəhrəmanlıq və əsrlərə yazılan Zəfər
2026-11-05
Şuşa Azərbaycan xalqının rəşadətinin, əyilməz iradəsinin simvoludur
2026-11-04

2026-11-03