“5 Oktyabr - Beynəlxalq Müəllimlər Günü” münasibətilə təqaüddə olan müəllimlər evlərində ziyarət edildi
5 Oktyabr - Beynəlxalq Müəllimlər Günü münasibətilə YAP Salyan rayon təşkilatının sədri Elmar Əhmədov, Ziyalılar Cəmiyyətinin sədri Allahverdi Piriyev, Şirvan-Salyan Regional Təhsil İdarəsinin Salyan rayonu üzrə Təhsil sektorunun müdiri Razıgül Dadaşova, Heydər Əliyev Mərkəzinin direktoru Nübar Bayramova və rayon təşkilatının əməkdaşları təqaüddə olan müəllimlər – Vahidova Sədaqət Lütvəli qızının və Baxışova Aminə Nağı qızının evində olmuş, onları peşə bayramı münasibətilə təbrik etmiş və xoş arzularını bildirmişlər. Çay süfrəsi ətrafında baş tutan ziyarətdə təqaüddə olan müəllimlər xatirələrindən danışmış, ölkə başçısı cənab İlham Əliyevə təhsilə və müəllim əməyinə göstərdiyi diqqət və qayğıya görə öz minnətdarlıqlarını bildirmişlər.