Kanal4.az

Xəbərlərin ünvanı

Kanal4.az

SİYASƏT
Konstitusiya – insan hüquqları və ədalətin ali təminatı
SİYASƏT
Konstitusiya tariximizin mühüm mərhələləri
SİYASƏT
Sabitlik və inkişafın hüquqi əsasları
SİYASƏT
Konstitusiya müstəqil dövlətçiliyin möhkəm hüquqi təməlidir
SİYASƏT
Günay Ağamalı: Üçrəngli bayrağımız qalib xalqın qüruru, müstəqil dövlətimizin əzəmətidir – ŞƏRH
SİYASƏT
8 Noyabr xalqımızın milli qürurunun, dövlətçilik iradəsinin və tarixi ədalətin təntənəsidir
SİYASƏT
Günay Ağamalı: Şuşa Zəfəri Azərbaycanın milli qürurunun və dövlətçilik qüdrətinin təcəssümüdür
SİYASƏT
8 Noyabr – Şuşa şəhəri günü: Zəfərin zirvəsi, qürurun ünvanı
CƏMİYYƏT
Salyan Rayon Mərkəzi Xəstəxanasında 8 Noyabr – Zəfər Gününə həsr olunmuş tədbir keçirilib!
SİYASƏT
Mavi göylərdə dalğalanan milli qürurumuz
SİYASƏT
Ucalan bayrağımız, güclənən dövlətimiz
SİYASƏT
Dövlətçiliyimizin ideoloji təməli və milli birliyimizin rəmzi
SİYASƏT
Dövlət bayrağımız milli dəyərimizdir
SİYASƏT
Zəfər Yolunun Aparıcı Zirvəsi
SİYASƏT
Qalib Azərbaycanın Qürur Zirvəsi – Şuşa
SİYASƏT
8 Noyabr- Şuşanın Əbədi Ruhunun Qayıdışı
SİYASƏT
8 NOYABR – ZƏFƏR GÜNÜ: MİLLİ QÜRURUMUZUN, DÖVLƏTÇİLİYİMİZİN VƏ DÖNÜŞMƏZ İRADƏMİZİN TƏNTƏNƏSİ
SİYASƏT
Salyanda Zəfər Gününə həsr olunmuş tədbir keçirilib
SİYASƏT
Səhiyyə işçiləri ümumrayon ağacəkmə aksiyasında fəal iştirak ediblər
SİYASƏT
8 NOYABR – ZƏFƏR GÜNÜ: MİLLİ QÜRURUMUZUN, BİRLİYİMİZİN VƏ QƏHRƏMANLIĞIMIZIN TƏNTƏNƏSİ*
SİYASƏT
Zəfərin yaratdığı yeni reallıqlar və Azərbaycanın gələcək hədəfləri
SİYASƏT
Güclü iqtisadiyyat, müasir ordu və tarixi Qələbə
SİYASƏT
44 günə sığan qəhrəmanlıq və əsrlərə yazılan Zəfər
SİYASƏT
Şuşa Azərbaycan xalqının rəşadətinin, əyilməz iradəsinin simvoludur
SİYASƏT
Ana Vətən Partiyasından Tarixi Zəfərin Altıncı İldönümü İlə Bağlı BƏYANAT
SİYASƏT
Deputat: Bütün nailiyyətlər uzaqgörən siyasətin məntiqi nəticəsidir
SİYASƏT
Şuşanın azadlığı Azərbaycanın tarixi Zəfərinin və milli qürurunun təntənəsidir
SİYASƏT
Azad Şuşa dövlətimizin quruculuq əzminin və Böyük Qayıdışın rəmzidir
SİYASƏT
Şuşa Zəfəri milli qürurumuzun ən uca zirvəsidir
SİYASƏT
8 Noyabr: təqvimin qızıl hərflərlə yazılmış tarixi

Müstəqil, Qalib Azərbaycan, möhkəm təməl üzərində qurulan dövlətçiliyimiz Ümummilli Lider Heydər Əliyev siyasətinin bəhrəsidir

2023-10-03 14:37:24 185 baxış
Xəbər şəkil

Mənalı ömrünü xalqının taleyi ilə bağlayan, azərbaycanlı olması ilə fəxr edən, qürur duyan ümummilli lider Heydər Əliyev "Mən ömrümün qalan hissəsini də xalqıma bağışlayıram" deyərək bunu əməli siyasi fəaliyyəti ilə sübut etmişdir. Xalqımızın həyatında misilsiz xidmətləri olmuş dünya şöhrətli şəxsiyyətin gərgin əməyi, müdrik siyasəti sayəsində dövlətimizin müstəqilliyi qorunub saxlanılmış, müstəqil Azərbaycan ulu öndərin uzaqgörən siyasəti nəticəsində bütün dünyaya səs salmışdır. Uzaqgörən daxili və xarici siyasəti nəticəsində Azərbaycanın nüfuzunu beynəlxalq səviyyəyə qaldıran, onu dünyaya tanıdan Heydər Əliyevin adını dünyanın hansı nöqtəsində olmasından asılı olmayaraq eşidən hər bir azərbaycanlı qürur hissi keçirir. Çünki Ulu Öndər rəhbərlik etdiyi dövrdə ölkənin elə bir sahəsi yoxdur ki, həmin sahədə islahatlar aparılmasın.
1991-ci ildə dövlət müstəqilliyini bərpa edən Azərbaycan çox çətin sınaqdan keçirdi. Hakimiyyət üstündə çəkişmələr, cəbhədəki məğlubiyyətlər, ölkə daxilində xaos - məhz belə bir çətin vəziyyətdə xalqın çağırışı ilə xilaskar kimi hakimiyyətə gələn ulu öndər peşəkar siyasi qabiliyyəti, idarəçilik təcrübəsi ilə müdrik dövlət xadimi kimi ölkəni bu çətin vəziyyətdən çıxardı və respublikada ictimai-siyasi stabilliyə nail oldu. Apardığı qətiyyətli siyasət nəticəsində ölkəmizdə milli ordu formalaşdırıldı, müasir dövrün tələblərinə cavab verə biləcək Silahlı Qüvvələrin formalaşmasının bünövrəsi məhz ümummilli lider Heydər Əliyev tərəfindən qoyuldu.
Heydər Əliyevin hakimiyyətə gəlişi ilə iqtisadi inkişafın əsası qoyuldu, dövlət idarəçiliyi mexanizmi yenidən yaradıldı, siyasi-hüquqi-iqtisadi və digər sahələr üzrə genişmiqyaslı islahatlar dövrü başlanıldı. Təsadüf deyil ki, 1993-cü ilin 15 İyun Azərbaycan tarixinə Milli Qurtuluş Günü olaraq qızıl hərflərlə yazıldı.
Xalqımıza, dövlətçiliyimizə, ölkəmizin iqtisadi, siyasi, mənəvi inkişafına xidmət etməyi həyat amalına çevirən ulu öndər Heydər Əliyev dogma Azərbaycanını dünyanın ən qabaqcıl xalqları sırasına çıxarmaq, dünyada sivil, inkişaf etmiş ölkə kimi tanıtmaq üçün əzmlə, qətiyyətlə çalışdı. Vətəndaşların hüquq və azadlıqlarının yüksək səviyyədə qorunduğu demokratik cəmiyyət, hüquqi dövlət qurdu, müstəqil Azərbaycanın dünyaya inteqrasiyasını təmin etdi. Beynəlxalq səviyyəli irimiqyaslı layihələrin reallaşdırılması nəticəsində respublikamıza xarici investisiyaların axını ölkə iqtisadiyyatını dirçəltdi, valyuta ehtiyatları artdı. Azərbaycanda milli ordu formalaşdırıldı, dövlətin müdafiəsi gücləndirildi. 1993-2003-cü illərdə əldə olunan bu nailiyyətlər müstəqil Azərbaycanın gələcək inkişafına, dünyada layiqli yer tutmasına, Cənubi Qafqazda söz sahibi olmasına möhkəm, etibarlı, sarsılmaz zəmin yaratdı.
“Bizim məqsədimiz Azərbaycanı bir müstəqil dövlət kimi yaşatmaq, inkişaf etdirmək, dünya dövlətləri içərisində güclü, iqtisadi cəhətdən inkişaf etmiş bir dövlətə çevirməkdir. Bizim məqsədimiz Azərbaycanı tam demokratik dövlət etməkdən, demokratiya yolu ilə irəlilətməkdən və ölkəmizdə hər bir vətəndaşın hüquqlarını qorumaqdan, azadlığını təmin etməkdən ibarətdir” - bu kəlamlar dahi rəhbərin dövlətçilik tezislərindəndir.
“Azərbaycanın dövlət müstəqilliyi dönməzdir, yenilməzdir, sarsılmazdır. Biz Azərbaycanın dövlət müstəqilliyini bundan sonra da göz bəbəyimiz kimi qoruyacağıq, yüksəldəcəyik” - deyə gələcəyə səslənən Ulu Öndərin bütün dedikləri bu gün real bir həqiqətdir. Bu gün ulu öndərin müdrik siyasəti Prezident İlham Əliyev tərəfindən inamla davam etdirilir. Ulu öndərin təməlini qoyduğu çoxşaxəli islahatlar bu gün qalib Azərbaycanın inkişaf yolunu müəyyən edir. Dahi Heydər Əliyevin müdrikliklə, uzaqgörənliklə qoruyub möhkəmləndirdiyi müstəqil Azərbaycan artıq bütün dünyada etibarlı tərəfdaş, güclü orduya sahib, gələcəyə hesablanmış xarici siyasət yürüdən ölkə kimi qəbul edilir. Regionda reallaşdırılan bütün layihələrdə Azərbaycanın mövqeyi nəzərə alınır. Ölkəmiz regionda söz sahibidir. Azərbaycan iqtisadi inkişaf tempinə görə dünyanın lider ölkələrindəndir. Ulu öndərin düşünülmüş neft strategiyası nəticəsində mühüm layihələrin gerçəkləşdirilməsi respublikamızın beynəlxalq aləmdə layiqli yerini təmin edib. Müstəqil, bütün dünyaya qapılarını açmış Qalib Azərbaycan, möhkəm təməl üzərində qurulan dövlətçiliyimiz, xoş gələcəyə aparan aydın, nurlu sabahlar xalqımızın dahi oğlu, ümummilli lideri, ulu öndəri Heydər Əliyev siyasətinin bəhrəsidir.

Faiq Zərbəliyev,
Salyan rayon Peyk kənd tam orta məktəbin direktoru, YAP fəalı
 
Oxşar xəbərlər

Xəbər lenti
Konstitusiya – insan hüquqları və ədalətin ali təminatı
2026-11-11
Konstitusiya tariximizin mühüm mərhələləri
2026-11-11
Sabitlik və inkişafın hüquqi əsasları
2026-11-11
Konstitusiya müstəqil dövlətçiliyin möhkəm hüquqi təməlidir
2026-11-11
Günay Ağamalı: Üçrəngli bayrağımız qalib xalqın qüruru, müstəqil dövlətimizin əzəmətidir – ŞƏRH
2026-11-09
8 Noyabr xalqımızın milli qürurunun, dövlətçilik iradəsinin və tarixi ədalətin təntənəsidir
2026-11-09
Günay Ağamalı: Şuşa Zəfəri Azərbaycanın milli qürurunun və dövlətçilik qüdrətinin təcəssümüdür
2026-11-09
8 Noyabr – Şuşa şəhəri günü: Zəfərin zirvəsi, qürurun ünvanı
2026-11-07
Salyan Rayon Mərkəzi Xəstəxanasında 8 Noyabr – Zəfər Gününə həsr olunmuş tədbir keçirilib!
2026-11-06
Mavi göylərdə dalğalanan milli qürurumuz
2026-11-06
Ucalan bayrağımız, güclənən dövlətimiz
2026-11-06
Dövlətçiliyimizin ideoloji təməli və milli birliyimizin rəmzi
2026-11-06
Dövlət bayrağımız milli dəyərimizdir
2026-11-06
Zəfər Yolunun Aparıcı Zirvəsi
2026-11-06
Qalib Azərbaycanın Qürur Zirvəsi – Şuşa
2026-11-06
8 Noyabr- Şuşanın Əbədi Ruhunun Qayıdışı
2026-11-06
8 NOYABR – ZƏFƏR GÜNÜ: MİLLİ QÜRURUMUZUN, DÖVLƏTÇİLİYİMİZİN VƏ DÖNÜŞMƏZ İRADƏMİZİN TƏNTƏNƏSİ
2026-11-05
Salyanda Zəfər Gününə həsr olunmuş tədbir keçirilib
2026-11-05
Səhiyyə işçiləri ümumrayon ağacəkmə aksiyasında fəal iştirak ediblər
2026-11-05
8 NOYABR – ZƏFƏR GÜNÜ: MİLLİ QÜRURUMUZUN, BİRLİYİMİZİN VƏ QƏHRƏMANLIĞIMIZIN TƏNTƏNƏSİ*
2026-11-05
Zəfərin yaratdığı yeni reallıqlar və Azərbaycanın gələcək hədəfləri
2026-11-05
Güclü iqtisadiyyat, müasir ordu və tarixi Qələbə
2026-11-05
44 günə sığan qəhrəmanlıq və əsrlərə yazılan Zəfər
2026-11-05
Şuşa Azərbaycan xalqının rəşadətinin, əyilməz iradəsinin simvoludur
2026-11-04

2026-11-03