Kanal4.az

Xəbərlərin ünvanı

Kanal4.az

SİYASƏT
Konstitusiya – insan hüquqları və ədalətin ali təminatı
SİYASƏT
Konstitusiya tariximizin mühüm mərhələləri
SİYASƏT
Sabitlik və inkişafın hüquqi əsasları
SİYASƏT
Konstitusiya müstəqil dövlətçiliyin möhkəm hüquqi təməlidir
SİYASƏT
Günay Ağamalı: Üçrəngli bayrağımız qalib xalqın qüruru, müstəqil dövlətimizin əzəmətidir – ŞƏRH
SİYASƏT
8 Noyabr xalqımızın milli qürurunun, dövlətçilik iradəsinin və tarixi ədalətin təntənəsidir
SİYASƏT
Günay Ağamalı: Şuşa Zəfəri Azərbaycanın milli qürurunun və dövlətçilik qüdrətinin təcəssümüdür
SİYASƏT
8 Noyabr – Şuşa şəhəri günü: Zəfərin zirvəsi, qürurun ünvanı
CƏMİYYƏT
Salyan Rayon Mərkəzi Xəstəxanasında 8 Noyabr – Zəfər Gününə həsr olunmuş tədbir keçirilib!
SİYASƏT
Mavi göylərdə dalğalanan milli qürurumuz
SİYASƏT
Ucalan bayrağımız, güclənən dövlətimiz
SİYASƏT
Dövlətçiliyimizin ideoloji təməli və milli birliyimizin rəmzi
SİYASƏT
Dövlət bayrağımız milli dəyərimizdir
SİYASƏT
Zəfər Yolunun Aparıcı Zirvəsi
SİYASƏT
Qalib Azərbaycanın Qürur Zirvəsi – Şuşa
SİYASƏT
8 Noyabr- Şuşanın Əbədi Ruhunun Qayıdışı
SİYASƏT
8 NOYABR – ZƏFƏR GÜNÜ: MİLLİ QÜRURUMUZUN, DÖVLƏTÇİLİYİMİZİN VƏ DÖNÜŞMƏZ İRADƏMİZİN TƏNTƏNƏSİ
SİYASƏT
Salyanda Zəfər Gününə həsr olunmuş tədbir keçirilib
SİYASƏT
Səhiyyə işçiləri ümumrayon ağacəkmə aksiyasında fəal iştirak ediblər
SİYASƏT
8 NOYABR – ZƏFƏR GÜNÜ: MİLLİ QÜRURUMUZUN, BİRLİYİMİZİN VƏ QƏHRƏMANLIĞIMIZIN TƏNTƏNƏSİ*
SİYASƏT
Zəfərin yaratdığı yeni reallıqlar və Azərbaycanın gələcək hədəfləri
SİYASƏT
Güclü iqtisadiyyat, müasir ordu və tarixi Qələbə
SİYASƏT
44 günə sığan qəhrəmanlıq və əsrlərə yazılan Zəfər
SİYASƏT
Şuşa Azərbaycan xalqının rəşadətinin, əyilməz iradəsinin simvoludur
SİYASƏT
Ana Vətən Partiyasından Tarixi Zəfərin Altıncı İldönümü İlə Bağlı BƏYANAT
SİYASƏT
Deputat: Bütün nailiyyətlər uzaqgörən siyasətin məntiqi nəticəsidir
SİYASƏT
Şuşanın azadlığı Azərbaycanın tarixi Zəfərinin və milli qürurunun təntənəsidir
SİYASƏT
Azad Şuşa dövlətimizin quruculuq əzminin və Böyük Qayıdışın rəmzidir
SİYASƏT
Şuşa Zəfəri milli qürurumuzun ən uca zirvəsidir
SİYASƏT
8 Noyabr: təqvimin qızıl hərflərlə yazılmış tarixi

AZƏRBAYCANIN GÜCÜNÜN VƏ QƏTİYYƏTİNİN İFADƏSİ

2023-10-03 14:10:08 177 baxış
Xəbər şəkil

 

53 ölkədən 200-ə yaxın xarici qonağın iştirak etdiyi II Milli Şəhərsalma forumu Azərbaycanın beynəlxalq səviyyədə gücünün və nüfuzunun ifadəsi kimi önə çıxdı. Eyni zamanda Azərbaycan bu forumun təşkilində, cənab prezident İlham Əliyevin söylədiyi yüksək səviyyəli nitqdə hansı gücə, hansı imkanlara və potensiala, hansı iradəyə və qətiyyətə malik olduğunu nümayiş etdirdi. 

 

Cənab prezidentin forumdakı çıxışı olduqca diqqətəlayiq idi və aktual məsələləri özündə ehtiva etdi. O, işğala son qoyulduqdan sonra Qarabağda və Şərqi Zəngəzurda aparılan bərpa və quruculuq işlərinin üzərində geniş dayanmaqla və konkret arqument və faktları önə çəkməklə, 8 şəhərdə, 92 kənddə Baş planın hazır olduğunu, 30 kənddə təməlin qoyulmasını, Laçın və Fizuli şəhərlərinə, Ağalı, Talış və Zabux kəndlərinə vətəndaşlarımızın qayıtmasını ciddi nailliyyət kimi diqqətə çatdırdı. Azərbaycanın daxili imkanları hesabına əldə olunan bu nailliyyətlər heç şübhəsiz ki, forum iştirakçılarının təəccübünə səbəb olmaya bilməzdi.

 

Qısa müddət ərzində 7 milyard ABŞ dolları həcmində Qarabağ və Şərqi Zəngəzura vəsaitin xərclənməsi, yeni infrastrukturun yaradılması, yolların çəkilməsi, elektrik enerjisinin qurulması, adını çəkdiyimiz yerlərdə yaşayış evlərinin, sosial obyektlərin ən yüksək səviyyədə tikilərək məcburi köçkünlərin ixtiyarına verilməsi həqiqətən də imkanlarımızın və gücümüzün ifadəsi kimi qəbul olunmalıdır.
Zəngilanın bu günü və gələcəyi haqqında, onun perspektivlərinin mahiyyəti üzərində dayanan cənab prezident söylədi ki, Zəngilan nəqliyyat qovşağının üzərindədir. Burada Hava limanı ilə bərabər, artıq yaxın vaxtlarda başa çatacaq dəmir və avtomobil yolları gələcəkdə Naxçıvanla birləşəcək, infrastrukturun bərpası Azərbaycanı geniş arenaya çıxaracaqdır. Biz bir tərəfdən İrana, başqa bir tərəfdən Türkiyəyə və Türkiyədən isə Avropaya çıxışımızı təmin edəcəyik.
 Heç şübhəsiz ki, ciddi aktuallıq kəsb edən Zəngəzur dəhlizi təkcə Azərbaycanın deyil, həm də ortaq dəhlizin tərkib hissəsi kimi özünün əhəmiyyətli töhfələrini yaxın zaman kəsiyində verəcəkdir. 

Prezidentin çıxışında Azərbaycana qarşı uzun illər boyu aparılmış ədalətsiz və haqsız münasibətlərin də üzərində geniş dayanıldı. Və haqlı olaraq o, söylədi ki, 44 günlük müharibə olmaya bilərdi. Çünki Azərbaycan 1992-ci ildən 2000-ci ilə qədər bütün danışıqlarda, platformalarda işğalın danışıqlar yolu ilə həll olunmasının tərəfdarı kimi ardıcıl şəkildə çıxış edirdi, konstruktiv mövqe tuturdu. Lakin işğalçı Ermənistan Azərbaycanın konstruktiv mövqeyini lazımı səviyyədə dəyərləndirmirdi. Digər tərəfdən Birləşmiş Millətlər Təkilatının Təhlükəsizlik Şurasının qəbul etdiyi dörd qətnamə və onun ATƏT-in Minsk qrupuna işğalın aradan qaldırılması ilə bağlı verdiyi missiyanı həll etmək yolunda nə ATƏT, nə də Təhlükəsizlik Şurası konkret addımlar atmadı. Və  Ermənistana təzyiqləri göstərmədi, sanksiyaları tətbiq etmədi. Əksinə, ATƏT-in Minsk qrupu Ermənistanın işğalçı siyasətini stimullaşdırmaq mövqeyini tutdu. 

Digər tərəfdən Qarabağda erməni separatizminin və Xocalı soyqırımının təşkilatçılarından və cinayət törədənlərdən olan Köçəryan və Sarkisyanın Ermənistanda hakimiyyəti zəbt etməsi səbəbindən işğala son qoyulmasını gözləmək sadəlövlük olardı. 

2018-ci ildə Ermənistanda hakimiyyətə gələn Paşinyanla işğala son qoymaqla  bağlı danışıqlar aparmaq imkanları var idi. Çünki o, Qarabağda separatizm və Ermənistanın Azərbaycana qarşı törətdiyi cinayətlərdə iştirak etməmişdi.
Lakin Paşinyandan gözlənilənlər özünü doğrultmadı. O, 2019-cu ildə Xankəndində ermənilər qarşısındda çıxış edərək “Qarabağ Ermənistandır nöqtə” kimi avantürist fikirlə, eyni zamanda Şuşada yallı gedib heysiyyata toxunmaqla bütün körpüləri yandırdı.

Bu baxımdan cənab prezidentin Paşinyanın avantürist möveyinə qarşı Valdayda çıxış edərək “Qarabağ Azərbaycandır nida” fikri birmənalı olaraq Azərbaycanın  dövlət mövqeyini ortaya qoydu. 

Forumda cənab prezident İlham Əliyev 44 günlük Vətən Müharibəsini zəruri edən digər amillər üzərində də dayandı. Ermənistan fasiləsiz olaraq təxribatlar törədir, Tovuz istiqamətində mövqelərimizi atəşə tutur, separatçı xunta rejimini silahlandırmaqda davam edirdi. Ermənistan vətəndaşlarının açıq şəkildə separatçı xunta rejimini müdafiə etmək üçün Qarabağda hərbi xidmət göstərməsi Ermənistanın dövlət siyasətinin göstəricisi idi. 

Nəhayət, Azərbaycanın səbri tükəndi və Ermənistanın ardıcıl xarakter daşıyan təxribatlarına son qoymaq üçün 2020-ci ilin sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri təxribatlara qarşı bütün cəbhə boyu əks-hücum əməliyyatlarına başladı.
 44 günlük Vətən Müharibəsində biz Ermənistan ordusunu darmadağın etdik. Ermənistanı kapitulyasiya aktına imza atmaq məcburiyyətində qoyduq. Ermənistana, separatçı xunta rejiminə və onların arxasında dayanan bütün qüvvələrə ağır və sarsıdıcı zərbələr vurduq.

Lakin Ermənistan ötüb keçən 3 il ərzində düşdüyü ağır məğlubiyyətdən lazımi nəticələr çıxarmadı. Əksinə, yenə də təxribatlarını davam etdirir, separatçı xunta rejiminə maliyyə yardımı göstərir, bir sıra hallarda sözdə   Azərbaycanın ərazi bütövlüyünü tanısa da, əməldə qondarma rejimin varlığını müdafiə etməkdə idi. Azərbaycanla davamlı sərhəd boyu, Qarabağda ermənilərin məskunlaşdığı, Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi ərazidə separatçı xunta rejiminin fasiləsiz təxribatları nəhayət, Azərbycanın səbr kasasını sona çatdırdı. Və  2023-cü ilin sentyabr ayının 19-da  Azərbaycan lokal xarakterli anti-terror tədbirlərinə başladı. Və 24 saatdan az müddətdə Azərbaycanın həyata keçirdiyi unikal anti-terror tədbirləri özünün konkret nəticələrini verdi. Ali Baş Komandanın rəhbərliyi altında qəhrəman Silahlı Qüvvələrimiz Ermənistanın Qarabağda yerləşən qanunsuz, on minə yaxın silahlı qüvvələrini ağ bayraq qaldırmağa məcbur etdi.  Beləliklə, Azərbaycanın bütün ərazisində suverenliyimiz tamamilə  təmin olundu. 

Cənab prezident bütün platformalarda olduğu kimi bu forumda da bir daha Qarabağda yaşayan erməni əsilli Azərbaycan vətəndaşlarının hüquqlarının və təhlükəsizliyinin təmin olunması ilə bağlı dövlət təminatının verdiyini önə çəkdi.
Bütövlükdə, forumda ölkə prezidentinin toxunduğu bütün məsələlər, verdiyi mesajlar Azərbaycanın mövqeyini, gücünü və qətiyyətinin ifadəsi kimi forum iştirakçıları tərəfindən diqqətlə dinlənildi və alqışlarla qarşılandı.

Forumda prezident səviyyəsində söylənilən fikirlər həm Ermənistana, həm də onu müdafiə edənlərə Azərbaycana qarşı yönəltdikləri ənənəvi siyasətə son qoymağın vacibliyi haqqında ciddi mesaj idi.

 

Ana Vətən partiyasının sədri Milli Məclisin Deputatı Fəzail Ağamalı!





Oxşar xəbərlər


Xəbər lenti
Konstitusiya – insan hüquqları və ədalətin ali təminatı
2026-11-11
Konstitusiya tariximizin mühüm mərhələləri
2026-11-11
Sabitlik və inkişafın hüquqi əsasları
2026-11-11
Konstitusiya müstəqil dövlətçiliyin möhkəm hüquqi təməlidir
2026-11-11
Günay Ağamalı: Üçrəngli bayrağımız qalib xalqın qüruru, müstəqil dövlətimizin əzəmətidir – ŞƏRH
2026-11-09
8 Noyabr xalqımızın milli qürurunun, dövlətçilik iradəsinin və tarixi ədalətin təntənəsidir
2026-11-09
Günay Ağamalı: Şuşa Zəfəri Azərbaycanın milli qürurunun və dövlətçilik qüdrətinin təcəssümüdür
2026-11-09
8 Noyabr – Şuşa şəhəri günü: Zəfərin zirvəsi, qürurun ünvanı
2026-11-07
Salyan Rayon Mərkəzi Xəstəxanasında 8 Noyabr – Zəfər Gününə həsr olunmuş tədbir keçirilib!
2026-11-06
Mavi göylərdə dalğalanan milli qürurumuz
2026-11-06
Ucalan bayrağımız, güclənən dövlətimiz
2026-11-06
Dövlətçiliyimizin ideoloji təməli və milli birliyimizin rəmzi
2026-11-06
Dövlət bayrağımız milli dəyərimizdir
2026-11-06
Zəfər Yolunun Aparıcı Zirvəsi
2026-11-06
Qalib Azərbaycanın Qürur Zirvəsi – Şuşa
2026-11-06
8 Noyabr- Şuşanın Əbədi Ruhunun Qayıdışı
2026-11-06
8 NOYABR – ZƏFƏR GÜNÜ: MİLLİ QÜRURUMUZUN, DÖVLƏTÇİLİYİMİZİN VƏ DÖNÜŞMƏZ İRADƏMİZİN TƏNTƏNƏSİ
2026-11-05
Salyanda Zəfər Gününə həsr olunmuş tədbir keçirilib
2026-11-05
Səhiyyə işçiləri ümumrayon ağacəkmə aksiyasında fəal iştirak ediblər
2026-11-05
8 NOYABR – ZƏFƏR GÜNÜ: MİLLİ QÜRURUMUZUN, BİRLİYİMİZİN VƏ QƏHRƏMANLIĞIMIZIN TƏNTƏNƏSİ*
2026-11-05
Zəfərin yaratdığı yeni reallıqlar və Azərbaycanın gələcək hədəfləri
2026-11-05
Güclü iqtisadiyyat, müasir ordu və tarixi Qələbə
2026-11-05
44 günə sığan qəhrəmanlıq və əsrlərə yazılan Zəfər
2026-11-05
Şuşa Azərbaycan xalqının rəşadətinin, əyilməz iradəsinin simvoludur
2026-11-04
Ana Vətən Partiyasından Tarixi Zəfərin Altıncı İldönümü İlə Bağlı BƏYANAT
2026-11-04
Deputat: Bütün nailiyyətlər uzaqgörən siyasətin məntiqi nəticəsidir
2026-11-04
Şuşanın azadlığı Azərbaycanın tarixi Zəfərinin və milli qürurunun təntənəsidir
2026-11-04
Azad Şuşa dövlətimizin quruculuq əzminin və Böyük Qayıdışın rəmzidir
2026-11-04
Şuşa Zəfəri milli qürurumuzun ən uca zirvəsidir
2026-11-04
8 Noyabr: təqvimin qızıl hərflərlə yazılmış tarixi
2026-11-03