Kanal4.az

Xəbərlərin ünvanı

Kanal4.az

SİYASƏT
Konstitusiya – insan hüquqları və ədalətin ali təminatı
SİYASƏT
Konstitusiya tariximizin mühüm mərhələləri
SİYASƏT
Sabitlik və inkişafın hüquqi əsasları
SİYASƏT
Konstitusiya müstəqil dövlətçiliyin möhkəm hüquqi təməlidir
SİYASƏT
Günay Ağamalı: Üçrəngli bayrağımız qalib xalqın qüruru, müstəqil dövlətimizin əzəmətidir – ŞƏRH
SİYASƏT
8 Noyabr xalqımızın milli qürurunun, dövlətçilik iradəsinin və tarixi ədalətin təntənəsidir
SİYASƏT
Günay Ağamalı: Şuşa Zəfəri Azərbaycanın milli qürurunun və dövlətçilik qüdrətinin təcəssümüdür
SİYASƏT
8 Noyabr – Şuşa şəhəri günü: Zəfərin zirvəsi, qürurun ünvanı
CƏMİYYƏT
Salyan Rayon Mərkəzi Xəstəxanasında 8 Noyabr – Zəfər Gününə həsr olunmuş tədbir keçirilib!
SİYASƏT
Mavi göylərdə dalğalanan milli qürurumuz
SİYASƏT
Ucalan bayrağımız, güclənən dövlətimiz
SİYASƏT
Dövlətçiliyimizin ideoloji təməli və milli birliyimizin rəmzi
SİYASƏT
Dövlət bayrağımız milli dəyərimizdir
SİYASƏT
Zəfər Yolunun Aparıcı Zirvəsi
SİYASƏT
Qalib Azərbaycanın Qürur Zirvəsi – Şuşa
SİYASƏT
8 Noyabr- Şuşanın Əbədi Ruhunun Qayıdışı
SİYASƏT
8 NOYABR – ZƏFƏR GÜNÜ: MİLLİ QÜRURUMUZUN, DÖVLƏTÇİLİYİMİZİN VƏ DÖNÜŞMƏZ İRADƏMİZİN TƏNTƏNƏSİ
SİYASƏT
Salyanda Zəfər Gününə həsr olunmuş tədbir keçirilib
SİYASƏT
Səhiyyə işçiləri ümumrayon ağacəkmə aksiyasında fəal iştirak ediblər
SİYASƏT
8 NOYABR – ZƏFƏR GÜNÜ: MİLLİ QÜRURUMUZUN, BİRLİYİMİZİN VƏ QƏHRƏMANLIĞIMIZIN TƏNTƏNƏSİ*
SİYASƏT
Zəfərin yaratdığı yeni reallıqlar və Azərbaycanın gələcək hədəfləri
SİYASƏT
Güclü iqtisadiyyat, müasir ordu və tarixi Qələbə
SİYASƏT
44 günə sığan qəhrəmanlıq və əsrlərə yazılan Zəfər
SİYASƏT
Şuşa Azərbaycan xalqının rəşadətinin, əyilməz iradəsinin simvoludur
SİYASƏT
Ana Vətən Partiyasından Tarixi Zəfərin Altıncı İldönümü İlə Bağlı BƏYANAT
SİYASƏT
Deputat: Bütün nailiyyətlər uzaqgörən siyasətin məntiqi nəticəsidir
SİYASƏT
Şuşanın azadlığı Azərbaycanın tarixi Zəfərinin və milli qürurunun təntənəsidir
SİYASƏT
Azad Şuşa dövlətimizin quruculuq əzminin və Böyük Qayıdışın rəmzidir
SİYASƏT
Şuşa Zəfəri milli qürurumuzun ən uca zirvəsidir
SİYASƏT
8 Noyabr: təqvimin qızıl hərflərlə yazılmış tarixi

Dünyaya qəbul etdirilən Azərbaycan həqiqəti

2023-09-29 07:45:09 236 baxış
Xəbər şəkil

Tariximizin ən şanlı və qürurlu günlərini yaşayırıq. Son iki yüz illik faciə və məğlubiyyət tariximizi sevinc və qələbəylə əvəzləyən Zəfər Savaşımız tam qələbə ilə başa çatıdı. Qondarma "Artsax" respublikası rəsmən özünü buraxdığını elan etdi. 1923-cü ildən bəri Qarabağı zorla Azərbaycandan qoparmaq üçün ermənilərin başlatdığı hərbi, siyasi, ideoloji və informasiya müharibəsi Azərbaycanın tam qələbəsi ilə yekunlaşdı. Müzəffər Ali Baş Komandan 100 il davam edən antiAzərbaycan erməni hərəkatını öz Dəmir Yumruğu ilə məhv etdi! Qarabağ bütöv, həm də məhz bizim arzu etdiyimiz şəkildə azad olundu! Separatçı rejim darmadağındır, rəhbərləri həbs olunur. Bu, İlham Əliyevin böyük, çox böyük, hətta təsəvvür belə etmədiyimiz misilsiz böyük uğurudur, zəfəridir. 2020-ci ilin 10 noyabrında əldə edilən Zəfər tamamlandı və suverenliyimiz tam bərpa olundu. İlham Əliyev həm prezident kimi diplomatik müstəvidə, həm də Ali Baş Komandan kimi hərb meydanında “nəyi nə vaxt etmək lazım olduğunu” hamıdan yaxşı bildiyini  bir daha nümayiş etdirdi. İkinci Qarabağ müharibəsindəki qələbəmizi ötən üç il ərzində istər diplomatik masada, istərsə də hərb meydanında möhkəmləndirən Azərbaycan həmin tarixi zəfərini tam yekunlaşdırmış oldu. Mənfur düşmənlər bu qədər müddətdə Böyük Zəfərdən sona imzalanmış üçtərəfli Sazişin heç bir şərtinə əməl etmədiklərini hər gün görürdük. Daima Azərbaycan tərəfini təhdid edib, Xankəndi və ətraf bölgələrdəki dinc erməni sakinlərini sipər edərək, həmin ərazilərə durmadan xarici havadarlarının dəstəyilə silas-sursat və ağır texnika toplamaqla məşğul olublar. İşğaldan azad olunmiş, minalardan təmizlənmiş ərazilərimizə diversiya-terror qruplaşmalarının əlilə yenidən minalar basdırmaqdan vaz keçməyiblər. Nəhayət ki, Fizuli yolunda minaya düşən polislərimizin şəhadət xəbəri artıq hamımızın səbrini daşırdı. Azərbaycan Respublikasının konstitusiya quruluşunun bərpa edilməsi məqsədilə 19-20 sentyabr tarixlərində bölgədə lokal xarakterli antiterror tədbirləri həyata keçirən Ordumuz bir günün tamamına dəqiqələr qalmış Ermənistan silahlı qüvvələrinin Qarabağdakı qeyri-qanuni hərbi birləşmələrinin ön xətt və dərinlikdə olan mövqeləri və uzunmüddətli atəş nöqtələri, eləcə də, döyüş vasitələri, hərbi təyinatlı obyektləri yüksək dəqiqlikli silahların tətbiqi ilə sıradan çıxarmağı bacardı. Azərbaycan Ordusunun dəqiqliklə icra etdiyi lokal antiterror tədbirləri qarşısında ağ bayraq qaldırmağa məcbur olan Ermənistan silahlı qüvvələrinin ərazilərimizdəki silahlı birləşmələri bununla da Azərbaycanın Qarabağ ərazisində rus sülhməramlı kontingentinin müvəqqəti nəzarət zonasında möhkəmlənməyə çalışan, beynəlxalq ermənipərəst qüvvələrin dəstəyi ilə Azərbaycan ərazisində özünə legitimlik qazanmaq istəyən separatçıların sonunun çatdığı dəqiqləşmiş oldu. Azərbaycan 44 günlük müharibə, üç illik diplomatik gedişləri və antiterror əməliyyatları ilə təkcə 30 illik işğala son qoymadı, 2020-ci ildən bu yana geridə qalan 3 il ərzində Azərbaycanın bütövlüyün təmin etməklə yanaşı Cənubi Qafqazın da geosiyasi xəritəsində çox önəmli dəyişiklərin əsasını qoydu. Yaranmış yeni geosiyasi realıq Bakıya Qarabağ üzərində suveren hüqqularını təmin edilməsinin açarı oldusa, qondarma rejimin özünü buraxması və yaranan yeni geosiyasi reallıq Azərbaycanın növbəti mərhələdə qarşısında duran məsələlərin həllində də açar rolunu oynadı. Azərbaycan Prezidenti müdrik, təmkinli, ədalətli mövqeyi ilə həm Qərbi, həm də erməni baş naziri həqiqəti qəbul etməyə məcbur etdi. Onlar Azərbaycanın ərazi bütövlüyünü tanıdılar, separatşı xunta rejimi tarixin arxivinə göndərildi.. Konkret sərhədlərin delimitasiyası və demarkasiyası isə Azərbaycanın təqdim etdiyi və lazım bildiyi xəritələr üzrə aparılacaq.. Artıq Cənubi Qafqazın geosiyasi mənzərəsi xeyli dərəcədə Azərbaycanın diplomatik addımlarından asılıdır. Azərbaycan Türkiyə ilə birgə regionda sülh və barış üçün ciddi işlər görür. Bunun uğurlu olacağına qətiyyən şübhə yoxdur. Azərbaycan Xalqı 3 il əvvəl Ordusunun və Dövlətinin ətrafında necə sıx, bir yumruq kimi birləşmişdisə, bu gün ondan da güclü, ondan da inamlı şəkildə istənilən əmri icra etmək üçün zamanından və məkanından asılı olmayaraq hər biri Vətənin müsəlləh əsgərinə çevrilə biləcəyini dünyaya nümayiş etdirdi. Artıq hər kəs üçün qəti olaraq bəllidir ki, Azərbaycan dövləti, Prezidenti, Xalqı, Ordusunun heysiyyatına toxunmağın cavabı çox ağır olur!

Fəzail İbrahimli
Milli Məclis Sədrinin müavini

Oxşar xəbərlər

Xəbər lenti
Konstitusiya – insan hüquqları və ədalətin ali təminatı
2026-11-11
Konstitusiya tariximizin mühüm mərhələləri
2026-11-11
Sabitlik və inkişafın hüquqi əsasları
2026-11-11
Konstitusiya müstəqil dövlətçiliyin möhkəm hüquqi təməlidir
2026-11-11
Günay Ağamalı: Üçrəngli bayrağımız qalib xalqın qüruru, müstəqil dövlətimizin əzəmətidir – ŞƏRH
2026-11-09
8 Noyabr xalqımızın milli qürurunun, dövlətçilik iradəsinin və tarixi ədalətin təntənəsidir
2026-11-09
Günay Ağamalı: Şuşa Zəfəri Azərbaycanın milli qürurunun və dövlətçilik qüdrətinin təcəssümüdür
2026-11-09
8 Noyabr – Şuşa şəhəri günü: Zəfərin zirvəsi, qürurun ünvanı
2026-11-07
Salyan Rayon Mərkəzi Xəstəxanasında 8 Noyabr – Zəfər Gününə həsr olunmuş tədbir keçirilib!
2026-11-06
Mavi göylərdə dalğalanan milli qürurumuz
2026-11-06
Ucalan bayrağımız, güclənən dövlətimiz
2026-11-06
Dövlətçiliyimizin ideoloji təməli və milli birliyimizin rəmzi
2026-11-06
Dövlət bayrağımız milli dəyərimizdir
2026-11-06
Zəfər Yolunun Aparıcı Zirvəsi
2026-11-06
Qalib Azərbaycanın Qürur Zirvəsi – Şuşa
2026-11-06
8 Noyabr- Şuşanın Əbədi Ruhunun Qayıdışı
2026-11-06
8 NOYABR – ZƏFƏR GÜNÜ: MİLLİ QÜRURUMUZUN, DÖVLƏTÇİLİYİMİZİN VƏ DÖNÜŞMƏZ İRADƏMİZİN TƏNTƏNƏSİ
2026-11-05
Salyanda Zəfər Gününə həsr olunmuş tədbir keçirilib
2026-11-05
Səhiyyə işçiləri ümumrayon ağacəkmə aksiyasında fəal iştirak ediblər
2026-11-05
8 NOYABR – ZƏFƏR GÜNÜ: MİLLİ QÜRURUMUZUN, BİRLİYİMİZİN VƏ QƏHRƏMANLIĞIMIZIN TƏNTƏNƏSİ*
2026-11-05
Zəfərin yaratdığı yeni reallıqlar və Azərbaycanın gələcək hədəfləri
2026-11-05
Güclü iqtisadiyyat, müasir ordu və tarixi Qələbə
2026-11-05
44 günə sığan qəhrəmanlıq və əsrlərə yazılan Zəfər
2026-11-05
Şuşa Azərbaycan xalqının rəşadətinin, əyilməz iradəsinin simvoludur
2026-11-04

2026-11-03