Təhsil işçiləri anım günü ərəfəsində Salyanda şəhid ailələri ziyarət etdilər
Ölkə başçısının tapşırıqlarına uyğun olaraq respublikamızın bütün bölgələrində olduğu kimi Salyanda torpaqlarımızın işğaldan azad edilməsi və ərazi bütövlüyümüzün təmin edilməsi uğrunda gedən döyüşlər zamanı qəhərmancasına şəhid olmuş şəxslərin ailələrinə, qazilərə diqqət və qayğı göstərilir.
Şirvan-Salyan Regional Təhsil İdarəsi -nin əməkdaşları Emin Məlikov Fərqanə Cəbrayılova şəhidlərin ailələrini ziyarət ediblər.
Emin Məlikov görüş zamanı Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı cənab İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Azərbaycan Ordusunun qəhrəmanlığı qeyd olunaraq yüksək döyüş qabiliyyəti nümayiş etdirərək Şəhidlik zirvəsinə ucalmış qəhrəman oğullarımızın xatirəsinin xalqımızın qəlbində əbədi yaşayacağı qeyd edilib. Həmçinin ordumuz tərəfindən Qarabağdakı erməni terrorçularını zərərsizləşdirmək üçün antiterror əməliyyətlarında qazanılan uğurlardan söhbət açıb.
Şəhid ailələrinin üzvləri onlara göstərilən diqqət və qayğıya görə Prezident Ilham Aliyev dərin minnətdarlıqlarını ifadə ediblər.


