"ermənilər"bu dəfə sülh sazişinə də xələl gətirdi
200 ildən artıq müddətdir əzəli və əbədi Azərbaycan torpaqlarında törətdiyi məlum hadisələrdən doymayan mənfur qonşumuz, deyəsən sülh danışıqlarını bərpa etmək, Azərbaycanın haqlı iradlarını qəbul edib, dünənindən dərs çıxarmağı düşünür.
Bildiyimiz kimi, iki ölkə arasındakı sülh mətnini də Azərbaycan hazırlayıb təqdim etmişdi.
Bilirik ki, bir çox dövlətlər sülh sazişi üçün platformalar təqdim etmişdir.Azərbaycan tərəfi olaraq sülh sazişini 70 faiz razılaşdırmışdıq. Amma Ermənistan sülh sazişini imzalamağın vaxtını uzatdı və müxtəlif uydurma "xəyallara, arzulara" qapıldı. Əlbəttə ki, bu qarşılıqlı proses olmalıdır. Başıpozuq "dövlət" siyasəti aparan yarıtmaz Ermənistanın atdığı mənfur addımlara baxmayaraq biz yenə də sülhün mümkün olduğunu düşünürük. Təbii ki, Ermənistan da buna cəhd göstərməlidir və heç bir hərbi birləşməsi bundan sonra Azərbaycan ərazisində olmamalıdır.
Elçin Quliyev
Hüquqşünas, Ana Vətən Partiyasının Abşeron rayonu təşkilatının sədri, Abşeron rayonu İcra Hakimiyyəti yanında İctimai Şuranın üzvü